Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2352/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-3270/2019 saylı, 03 dekabr 2019cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2( 033)-822/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim T.H.Həsənov) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilərək, Cavabdeh 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 30 (otuz) manatın onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-3270/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli), Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(033)-822/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və Cavabdeh 5.500 ( beş min beş yüz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.500 manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X5 onun tanışıdır. O, Cumaəli Abdullayevdan 20 fevral 2014-cü il tarixdə 10.000 manat məbləğində borc pul almışdır. Cumaəli Abdullayev zəlzələ zamanı yararsız hala düşən evini yenidən tikdirmək üçün ondan tanışının olub-olmadığını soruşmuş, o, da X4 Əliyevi məsləhət görmüşdür. Sonra, da Cumaəlidən aldığı puldan 5.500 manatını Cavabdeh vermişdir ki, Cumaəli Abdullayevə ev tiksin. X9 cinayət məsuliyyətinə cəlb olunduğu üçün ona verdiyi pul ödənməmiş qalmışdır. Cav abdeh tez bir zamanda ona pulu qaytaracağına söz vermişdir. O, da onun sözlərinə inanaraq və ona etibar edərək borcunu ödəməyini gözləmişdir. Cavabdeh həmin pulu ondan aldığına dair öz xətti və imzası ilə ərizə yazmışdır. Lakin hal-hazıradək pulu ona qaytarılmamışdır. O, dəfələrlə pulunun qaytarılmasını cavabdehdən tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu ona ödəməkdən boyun qaçırır. Bundan başqa, Zaqatala Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi ilə ondan 10.000 manat pul məbləğinin alınaraq X3 verilməsi qət edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Nəbiyev Əhməd Şaban oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, iddia müddətinə dair maddi hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. A li Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiy a şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsa slanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılaraq imzalanmış qəbzdən görünür ki, Əliyev X1 Adil Xəlil oğlundan 20.02.2014-cü il tarixində 5500 manat pul almış, həmin pulun 5000 manatını həmin gün X6 vermişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(033)-334/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı 10.000 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq X3 verilməsi qət edilmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında olan mübahisəli pul məbləği ilə bağlı cavabdeh tərəf, evin təmir -bərpası üçün öhdəlik götürdüyündən onlar arasında yaranmış münasibət də məhz öhdəlik hüquq münasibətlərinin yaranmasının əsası kimi qəbul edilməli və iddiaçının tələbi də məhz razılaşma əsasında nəzərdə tutulan işin icrası ilə əlaqədar öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Buradan da göründüyü kimi, iddiaçı tərəf 5.500 manatı Cavabdeh borc kimi və ya Sabir adlı şəxsə vermək üçün deyil, məhz zəlzələ nəticəsində zərər dəymiş evinin təmir-tikintisi üçün vermiş, cavabdeh də həmin pulun müqabilində iş icra etməyi öhdəsinə götürmüşdür. İddiaçı baş vermiş zəlzələdən zərər çəkmiş evin təmiri üçün 5.500 manat məbləğində pul vəsaitini Cavabdeh verərkən Sabir Həsrətov adlı şəxsi tanıması, həmçinin həmin məbləğin sonuncu tərəfindən sonradan Sabir Həsrətova veriləcəyi barədə razılığının ol ması iş materialları ilə öz təsdiqini tapmır. Cavabdeh iddiaçıdan pul vəsaiti almasına baxmayaraq üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair vəzifələrin də daşıyıcısı olmuş, lakin, cavabdeh iddiaçıdan pul vəsaitinin almasına dair hüququndan istifadə etmiş, üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə dair vəzifəsini isə icra etmədiyindən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı pul vəsaitinin qaytarılmasını tələb etməkdə haqlıdır. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı pulu iş görülməsi məqsədilə Cavabdeh vermiş, sonuncu da həmin pulu hər hansı şəxsə, o cümlədən də Sabir Həsrətova verib-verməməsindən asılı olmayaraq iddiaçı qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair vəzifələrin daşıyıcısı olan şəxs kimi cavabdehdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş maddi hüquq normasına, yəni Mülki Məcəllənin 739.1-ci və 740-cı maddələrinin tətbiqinə də tənqidi yanaşaraq hesab etmişdir ki, işə baxan məhkəmə həmin maddi normanın təfsirində səhvə yol vermişdir. Əvvəla ona görə ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi iddiaçı mübahisələndirdiyi pul məbləğini cavabdehə borc kimi deyil, iş icraçısı kimi (razılaşdırılmış işin icrası üçün) vermişdir. Buradan da göründüyü kimi, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik deyil, işin görülməsi, xidmətin göstərilməsi kimi öhdəliklərdən irəli gələn münasibətlər yaranmış, pul da həmin məqsədlə verilmiş, cavabdeh də məhz həmin öhdəlik üçün qeyd olunan pulu iddiaçıdan götürmüşdür. Lakin göründüyü kimi verilmiş pul təyinatı üzrə sərf olunmadığından, iddiaçı öz iradəsindən asılı olmayan səbəbdən maddi zərər qarşılığında qalmışdır. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərmə li və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. -386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. -439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayıl ır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. -1095-ci maddəsinə görə əsassız v arlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən etsə də maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və kassator tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. İddia müddətinin keçməsinə dair kassasiya şikayətinin dəlilini məhkə mə kollegiyası əsassız hesab edir. Belə ki, işin məhkəmələr tərəfindən araşdırılmış hallarından görünür ki, iddiaçı 5500 manat məbləğində pulu cavabdehə iş görülməsi məqsədi ilə vermiş, cavabdeh isə davam edən münasibətlər üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya inst ansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-3270/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2352/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2352/2020
03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver