Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2353/2020 24.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı-nin vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(107)35/2019 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-1521/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.M.Mehdiyev) İddiaçı-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməs i, tutmanın girov predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehdən əsas borca görə 17.441,81 manat, faiz borcuna görə 3.071,53 manat və hesablanmış cəriməyə görə 900 manat, cəmi 21.413, 34 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın girov predmeti olan cavabdehə məxsus “X7” MMC tərəfindən emissiya olunmuş və xx xxxx 2012ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS № 006566 saylı mənzil sertifikatına yönəldilməsi, mənzil sertifikatının hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçı təşkilata olan borcun ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)35/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, M.A.Əsədli məruzəçi və İ.F.Quliyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilib, cavabdehdən cərimə borcuna görə 200 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehdən əsas borca görə 17.441,81 manat, faiz borcuna görə 3.071,53 manat, hesablanmış cəriməyə görə 2.980,70 manat, cəmi 23.494,04 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və tutmanın cavabdehə məxsus “X7” MMC tərəfindən emissiya olunmuş və xx xxxx 2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS № 006566 saylı mənzil sertifikatına yönəldilməsi, mənzil sertifikatının hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçı təşkilata olan kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilb, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olu nub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı-nin vəkili Zaur Osmanov kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı-nin vəkili Zaur Osmanovun izahatını dinləyib, kasasiya şikayətinin dəlil lərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən dəyişdirib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, tərəflər arasında kredit, girov müqavilələri üzrə öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsinə, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməməsinə, hesablanmış cərimənin tənasübsüz surətdə yüksək olmasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 442, 448.1, 467-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 95 ay müddətinə, illik 15 faiz ödənilməsi şərti ilə 24.163,06 manat kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxx 2012ci il tarixli girov müqaviləsinə əsasən cavabdehə məxsus “X7” MMC tərəfindən emissiya edilmiş və xx xxxx 2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS № 006566 mənzil sertifikatı iddiaçı təşkilatın xeyrinə girov qoyulub. Girov müvafiq qaydada xx xxxxx 2012-ci il tarixdə Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Hazırda iddiaçı təşkilat iddia edir ki, cavabdehin sözügedən kredii müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə iddiaçı təşkilata ödənilməmiş 17.441,81 manat əsas, 3.071,53 manat faiz, 2.980,70 manat cərimə olmaqla, cəmi 23.494,04 manat kredit borcu vardır. Birinci instansiya m əhkəməsi hesablanmış cərimənin miqdarını azaldaraq 900 manat müəyyən etməklə, iddianı qismən təmin edib, eyni zamanda cavabdehdən iddiaçı təşkilatın xeyrinə əsas borca görə 17.441,81 manat, faiz borcuna görə 3.071,53 manat pul tutub və tutmanı girov predmetinə yönəldib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyi liə müəyyən edilir ki, sözügedən kredit müqaviləsi üzrə cavabdehin iddiaçı təşkilata ödənilməmiş 17.441,81 manat əsas, 3.071,53 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənlə şdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahis əyə düzgün tətbiq etməsini yoxlayıb, işin həqiqi hallarını nəzərə alıb hesab edir ki, tərəflər arasında kredit və girov müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və onun kredit müqaviləsi üzrə iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, hesablanmış cərimənin tənasübsüz surətdə yüksək olmaqla düzgün müəyyən edilməməsi, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla, o cümlədən ekspert rəyi ilə tam təsdiq edildiyindən, apelyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsinə qismən dəyişiklik edilib, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb v ə sadalanan maddi hüquq normalarının tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilib. Cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli və obyektiv araşdırılmaqla düzgün hüquqi qiymət verildiyindən, kasasiya instansiyası məhkəməsi həmin dəlilləri yenidən müzakirə etməyə lüzum görmür. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtər əfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(107)35/2019 saylı qət naməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2353/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2353/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver