Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2354/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsindən “xxxx” MMC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-3108/2017, hakim N.A.Bağırov) İddiaçı iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış 12.10.2009-cu il tarixli müqaviləyə əsasən cavabdeh “xxxx” MMC-yə ödənilmiş 375000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-8801/2018, hakimlər E.M.Həsənov, X.A.Mərdanova və İ.Ş.Vəliyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilmiş, İddiaçı “xxxx” MMC-yə qarşı “pulun qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdehdən müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə 375000 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayə tində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Tərəflər arasında bağlanmış ““xxxx” MMC-nin tikilməkdə olan binasında qeyriyaşayış sahəsi almaq haqqında” 12 oktyabr 2009-cu il tarixli müqavilədən görünür ki, “xxxx” MMC (10.06.2013-cü il tarixdən “xxxx” MMC) payçı İddiaçı ünvan 1 ünvanında yerləşən inşa edilən yaşayış binasında qeyri yaşayış sahəsinin verilməsini, payçı isə həmin qeyri-yaşayış sahəsinin təyin edilmiş hər kv.m-inə 2500 manat olmaqla 150 kv.m görə 375000 manat dəyərini ödəməyə zəmanət verir. Eyni zamanda müqavilədə binanın 2011-ci ildə təhvil verilməsi nəzərdə tutulmuşdur. 12 oktyabr 2009-cu il tarixdə İddiaçı həmin qeyri-yaşayış sahəsinə görə 375000 manat məbləğində pul ödəməsi barədə maliyyə ara yışı verilmişdir. İddiaçı 06.06.2017-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” MMC-dən 375000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə iddiaçı qeyri-yaşayış sahəsinə görə hansısa öhdəlik icra etməmiş, pul ödəməmişdir. Göstərilən vəsait kassaya mədaxil olunmayıb və qeyri-yaşayış sahəsinin tikintisinə sərf olunmamışdır. Həmin müqavilə yalnız görünüş üçün tərtib edilmişdir. Eyni zamanda iddiaçı qeyri-yaşayış sahəsinin ona təhvil verilmədiyini bildiyi halda müddət ötürməklə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçının qeyri-yaşayış sahəsinə görə ödədiyi pul məbləğinin qaytarılması təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında müqaviləyə əsasən cavabdeh yaşayış binasında 150 kv.m qeyri-yaşayış sahəsinin 2011-ci ilədək iddiaçıya verməyi, iddiaçı isə həmin qeyri-yaşayış sahəsinə görə 375000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iddiaçıya həmin pul məbləğinin ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsi ilə öhdəliklərin əmələ gəlməsi əsasları müəyyən edilmişdir. Həmin Məcəllə nin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İş üzrə təqdim edilmiş yazılı sübutlardan görünür ki, cavabdeh iddiaçıya müqavilə üzrə pul öhdəliyinin yerinə yetirilməsi barədə maliyyə arayışı verməklə onun müqa vilə üzrə öhdəlyini yerinə yetirdiyini təsdiq etmiş, lakin həmin müqavilə üzrə qeyri-yaşayış sahəsinin 2011-ci ildə təhvil verilməsi barədə öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmaqdadır və buna görə də iddiaçının iddia tələbi təmin edilməlidir. Kassatorun kassasiya şikayətində irəli sürdüyü apellyasiya şikayəti ilə eynilik təşkil edən dəlillərinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəm əsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2354/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2354/2019
28.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver