Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2357/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)76/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.A.İsmayılov, iş № 2(016)-493/2018) İddiaçı QSC-nin Cavabdeh2 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Bankla Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit razılaşması üzrə 7557,49 ABŞ dolları məbləğində cərimənin 500 ABŞ dolları məbləğinədək, xx xxxx 2015-ci il tarixli kredit razılaşması üzrə 2594,96 ABŞ dolları məbləğində cərimənin 200 ABŞ dolları məbləğinədək azaldılması, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə cəmi 25.007,05 ABŞ dollarının, xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə cəmi 5198,92 ABŞ dolları məbləğində borcun ümumilikdə 29.805,97 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutularaq Banka ödənilməsi, tutmanın Cavabdeh2 məxsus fərdi yaşayış evinə yönəldilməsi, onun açıq hərracdan satılıb əldə olunmuş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Ap elyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və A.A.Mahmudov) Bankın və Cavabdeh2 apelyasiya şikayətləri qismən təmin edilərək Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə cəmi 24.260,02 ABŞ dollarının, Cavabdeh2xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə cəmi 5198,92 ABŞ dolları məbləğində borcunun ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla bankın xeyrinə tutulması, tutmanın Cavabdeh2 Ağsu şəhərində yerləşən üç otaqlı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılıb əldə olunmuş vəsait hesabına kreditin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60.000 manat məbləğində müəyyən edilməsi, ev satıldıqdan 1 ay sonra cavabdehlərin evdən çıxarılmaları və evin boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: xx xxx 2010-cu il tarixdə bankla Cavabdeh2 arasında 60 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində Cavabdeh2 xx xxxxxx 2013-cü il tarixli kredit razılaşmasına əsasən 36 ay müddətinə 50.000 ABŞ dolları, xx xxxx 2015-ci il tarixli kredit razılaşmasına əsasən 12 ay müdətinə 5.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərin təmiatı kimi Cavabdeh2 məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə zaminli k müqavilələri bağlanmışdır. 2018-ci ilin yanvar ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh2 kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını lazımınca təmin etməməsi səbəbindən Banka xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə cəmi 32.064,54 ABŞ dolları, xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə cəmi 7593,88 ABŞ dolları məbləğində, cəmi 39.658,42 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin borclu və zaminlərdən müştərək qaydada tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 kasasiya şikayəti verərək qətnamənin maddi və prosessual hü quq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında Cavabdeh2 və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, borclu Cavabdeh2 bankla kredit xətti müqaviləsini və onun əsasında kredit razılaşmaları barədə müqavilələri bağlamaqla götürdüyü krediti müqavilədə müəyyən olunmuş məbləğdə və qaydada banka qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh2 borcun qaytarılması ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi lazımınca icra edə bilmədiyi üçün bank hazırkı iddia tələbi il ə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar m əsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2) Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İşdən görünür ki, zaminlik və ipoteka müqavilələri borclunun kreditor qarşısında öhdəliklərinin təminatı kimi bağl anmış və cavabdehlər həmin müqavilələri könüllü surətdə bağlamaqla onlardan irəli gələn məsuliyyəti üzərlərinə götürmüşlər. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2357/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2357/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver