Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2360/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh vəkili X3 iştirakı ilə, Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)3530/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin (hakim Sevinc Quliyeva) 2(012)-391/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 7250 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Səyyad Qafari, Fuad Məmmədov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11250 manat əsas borc, 1960 manat (əsas borcun icra edilməməsi üçün cərimə) və iddianın qaldırılması üçün ödənilmiş 30 manat, ümumilikdə 13240 manat tutularaq İddiaçı ödənilməsi bar ədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ümumilikdə 11250 manat borc vermişdir. Belə ki, 2015-ci ilin son aylarından başlayaraq cavabdeh ona müraciət edərək maddi durumunun çox çətin olduğunu qeyd edib borca pul istəmiş, həmin borcun qaytarılmasının mənbəyi kimi özünə məxsus torpaq sahəsinin satışından əldə edəcəyi vəsaiti göstərmişdirdir. O, cavabdehin bu sözlərinə inanmış, inanmağına səbəb isə qonşu olmağı, həmçinin cavabdehin özünə məxsus torpaq sahəsinin sənədlərinin əslini ona verməsi olmuşdur. Bu gedişlə cavabdeh 2016-cı ilin sonunadək müxtəlif bəhanələrlə (torpağın satış vəziyyətinə gətirilməsi, yaxşılaşdırılması və s.) ondan ümumilikdə 11250 manat pul almışdır. Cavabdeh pulu aldıqdan sonra bir müddət keçmiş, lakin hər dəfə o, cavabdehdən tələb etdikdə müəyyən bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Belə olduğu halda o, torpaq sahəsinin həqiqətən də cavabdehin mülkiyyətində olub-olmamasını araşdırmağa başlamış və müəyyən etmişdir ki, cavabdeh artıq borc almamışdan əvvəl belə həmin torpaq sahəsini özgəninkiləşdirmişdir. Bundan sonra o, dəfələrlə cavabdehə telefon vasitəsi ilə, eyni zamanda üzbəüz müraciət edərək pulunu tələb etsə də cavabdeh borcun qaytarılmasından yayınmışdır. Bununla əlaqədar o, ərizə ilə Abşeron Rayon Polis İdarəsinə müraciət edərək cavabdehin onu aldadaraq dələduzluq etdiyini qeyd etmiş və ona qarşı qanuni tədbirlərin görülməsini xahiş etmişdir. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində ərizə ilə bağlı araşdırma aparılmış, tərəflərin izahatları alınmış və nəticə olaraq işin mülki xarakterli olması əsas gətirilərək xx xxxxxxxx 2018-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən araşdırma zamanı cavabdeh izahatında həqiqətən də ondan 11250 manat pul aldığını qeyd edərək heç vaxt onu hədələmədiyini, onun cavabdehə verdiyi pula dair yalnız məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu, borclu olduğu 11250 manat pulun mülki xarakterli olduğunu vəPolis İdarəsində olan materialın məhkəməyə verilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh 11250 manat borcu olduğunu tam etiraf etmişdir. Həmçinin cavabdehin ona borclu olması onların arasında baş tutmuş çoxsaylı telefon zənglərinin səsyazmaları və cavabdehin torpaq sənədlərinin əsillərinin onda olması ilə tam sübuta yetirilir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarlar ı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işdən göründüyü kimi, iddia tələbi qismən təmin edilmiş, iddia tələbinin rədd edilən hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Ona görə də, iddia tələbinin rədd edilən hissədə qətnamənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu hazırki kasasiya baxışının həddlərini də təşkil etmir. Qətnamə cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə kasasiya qaydasında yoxlanıldı. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izah atını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Müəyyən edilmişdir ki, araşdırma zamanı Cavabdeh izahatında İddiaçı 2014-cü ildən 2016-cı il tarixədək hissə-hissə olmaqla ümumilikdə 11250 manat borc pul aldığını, həmin puldan 2016-cı ildə 4000 manatını qaytardığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xi dmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Cavabdeh istər Abşeron Rayon Polis İdarəsində, istərsə də məhkəmə iclası zamanı verdiyi izahatında iddiaçıdan hissə-hissə olmaqla ümumilikdə 11250 manat məbləğində borc pul aldığını, həmin borc məbləğindən 4000 manat hissəsini geri qaytardığını, iddiaçıya hazırda 7250 manat məbləğində bo rcunun olmasını təsdiq etmişdir. Cavabdehin iddiaçıya 7250 manat məbləğində borcunun olması öz təsdiqini tapdığından həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, məhkəmə onun qızıllarının iddiaçıda qalmasına qiymə t verməmişdir. İddiaçı onun qızıllarını qaytaracağı təqdirdə borclu olduğu pulu qaytarmağa hazır olduğunu bildirmiş, lakin məhkəmə bu hala əhəmiyyət verməmişdir. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işə irəli sürülmüş tələblər əsasənda baxır. Hazırkı işdə məhkəmələr iddiaçının cavabdehə qarşı borc tələbinə baxıb qiymət vermişlər. Cavabdehin qızıllarının iddiaçıda qalması hazırki mübahisənin predmetini təşkil etmir. Bu hal təsdiq olunduğu halda cavabdeh iddiaçıya qarşı həmin əmlakarın qaytarılması ilə bağlı müstəqil tələb irəli sürə bilər. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)-3530/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2360/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2360/2020
02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver