Məhkəmə qərarları › İş №2(102)-2361/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2361/2021

24.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2361/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2361/21 (Açar sözlər: tikilini sökülməsinə görə kompensasiya tələbi, tələbin ümimi məhkəməyə aid olmaması ) Bakı şəhəri, 24 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və Vəkil Pirmirad oğlunun iştirakı ilə ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Qəbələ rayon Nic Bələdiyyəsinə qarşı “dəymiş ziyanın ödəni lməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2038/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq aşağıdakı qəraı qəbul etdi: İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Qəbələ rayon Nic bələdiyyəsindən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən Qeydiyyat №001527, 02.02.2004-cü il tarixli Şəhadətnaməsinə əsasən onun mülkiyyətində olan Qəbələ rayonu, Nic qəsəbəsindəki ümümi sahəsi 80 kv.m.(əsas hissə 50 kv.m.yardımçı hissə 30 kv.m.) olan “Çayxana”nın qanunsuz sökülməsi ilə əlaqədar, əmlaka görə 20.000 (iyirmi min) manat, 15 il ərzində götürə biləcəyi qazanca görə isə 20.000 (iyirmi min)manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 40.000 (qırx min) manat məbləğində dəymiş ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılıb ki, iddiaçı Qəbələ rayonu, Nic kəndində yaşayır 3. iddiaçı həmin kənddə yelşənə və dövlət mülkiyyətində olmuş “Çayxana” adlı ictimai-iaşə obyektini Dövlət Əmlak Komitəsinin təklifi ilə 28.04.1998-ci il tarixdə açıq hərracdandan almışdır. Həmin tarixədək isə iddiaçı ailəsi ilə birlikdə məişət binası kimi “Çayxananı” müqavilə əsasında işlədirdi. 4. “Çayxana” adlı ictimai-iaşə obyekti iddiaçıya hissə-hissə olaraq ümumilikdə 2.574.000 manata satılmışdır. Həmin çayxanada iddia ailəsi işləməklə gəlir edib maddi təminatılarını ödəyiblər. 5. 2005-ci ildə Cavabdeh1 sərancamı ilə qanunsuz olaraq iddiaçıya məxsus ümümi sahəsi 80 kv.m.(50 kv.m.əsas+30 kv.m.yardımçı hissədən ibarət) olan çayxana sökülmüş və yerləşdiyi ərazidə bir müddətdən sonra park inşa edilmişdir.

6. Nəticədə iddiaçı və ailəsi hazırki dövrə qədər qeyd olunan çayxanadan əldə etdikləri gəlirdən məhrum olmuşlar.

7. Əvvəllər iddiaçıya sökülmüş çayxananın digər eyni təyinatlı obyekt və ya torpaq sahəsi ilə əvəz olunacağı, bu mümkün olmadığı təqdirdə obyektin bazar qiymətinə uyğun dəyəri ödəniləcəyi barədə Cavabdeh1 və Nic bələdiyyəsi şifahi və yazılı cavablar veriblər. Lakin 15 ildən artıq bir müddət ötməsinə baxmayaraq əlindən alınaraq sökülən çayxanaya görə iddiaçıya nə eyni təyinatlı obyekt, nə torpaq sahəsi verilməmiş, nə də onun bazar qiymətinə uyğun dəyəri ödənilməmişdir.

8. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hazırki daşınmaz əmlakın dəyəri olaraq 20000 manat məbləğində, 15 il ərzində əldən çıxmış fayda kimi isə 20000 manat məbləğində maddi ziyan dəymişdir.

9. İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar dəfələrlə müxtəlif orqanlara və onun strukturlarına müraciət etmiş, lakin həmin orqanlar tərəfindən mülkiyyət hüquqlarının bərpası ilə əlaqədar heç bir tədbir görülməmiş, hüquqları qorunmamışdır.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasi Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 21, 139.1, 140 və 152-ci maddələrinə istinad etmişdir.

11. Qəbələ Rayon Məhkəməsinin 2(025)-767/2010 saylı, 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə id dia təmin edilməmişdir. (hakim Elman İsayev)

12. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən bunu onunla əsaslandırıb ki, iddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulmasını iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmiş, maddi zərərin nədən ibarət olduğunu əsaslandırmamışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyinin Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə məhkəmənin maddi və prosessual hüquq normalarını pozmasına i stinad edilmişdir.

16. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2038/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. (hakimlər Ayaz Mahmudov (sədrlik edən, məruzəçi) Ələddin Məcidov, Mahir Əsədli )

17. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edib ki, iddiaçı cavabdehlərə qarşı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etsə, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, aralarında hansısa mülki hüquq münasibətlərin yaranması təsdiq edilməmişdir. Bununla yanaşı, iddiaçıya məxsus tikintinin məhz cavabdeh tərəfindən sökülməsini təsdiq edən sübutlar mə hkəməyə təqdim edilməmiş, əksinə işin bu halı Qəbələ Rayon İH-ti tərəfindən verilmiş məktublarla inkar edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti də eyni ilə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında İddiaçı və Vəkil şikayətin dəlillərinin müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.

22. Məhkəmə iclası nın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqanların nümayəndələri məhkəmə iclasına gəlmədiklər və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Prosesual Məcəllə Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Mülki Prosessual Məcəllə Maddə 261.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim i ş üzrə icraata xitam verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vax t əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi x ahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaya mahiyyəti üzrə baxıb onu rədd etməklə səhv nəticəyə gəlmişdir.

26. Hazırki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Qəbələ rayon Nic bələdiyyəsindən əmlakına vurulmuş ziyana görə kompensasiya tələb edir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixl, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”na görə rayon və şəhər icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqan hesab edilirlər (İİİ və İV bölmə).

28. İnzibati Prosessual Məcəllənin yuxarıda qeyd edilən 2.2.7-ci maddəsinin tələblərindən də görünür ki, inzibati mübahisələri n həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

29. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

30. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 31. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 16.3-cü il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin i craatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

32. Hazırki iddia da inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyinin Cavabdeh1nə və Nic bələdiyyəsinə inzibati iddiadır.

33. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırki iddia tələbini rədd edərkən tələbin inzibati məhkəmə icraatının predmeti olmasına əhəmiyyət verməmiş, həmin tələblə bağlı iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb həmin tələbi rədd etməklə məhkəmə aidiyyatı ilə bağlı pro sessual hüquq normalarını pozmuş, apellyasiya məhkəməsi də qətnaməni dəyişdirmədən saxlamaqla eyni səhvi təkrarlamışdır.

34. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyasının qətnaməsi ləğv edilməli, MPMin 261.0.1-ci maddəsini uyğun olaraq iş üzrə icraata xitam verilməlidir.

35. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Buna görə də məhkəmə kollegiyası izah edir ki, iddiaçı iddia ərizəsində göstərdiyi məsələlərlə bağlı ilk növbədə cavabdeh inzibati orqanlara və bunun da nəticəsi ndən asılı olaraq müvafiq inzibati məhkəməyə müraciət edə bilər.

36. Göstərilənləri və MPM-in 416-418 və 419-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2038/2020 saylı, 17 noyabr 2020-cı il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdehlər Cavabdeh1 və Qəbələ rayon Nic Bələdiyyəsinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar