Məhkəmə qərarları › İş №2(102)-2362/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2362/2019

15.04.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2362/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 aprel 2018-cı il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və 19.03.2005-ci il təvəllüdlü X1 Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 259 saylı, 02.03.2007-ci il tarixli qərarına əsasən ayrılmış, Biləcəri Bələdiyyəsi hüdudları daxilində (A.Zeynallı küçəsi) 106 kv.m. torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Sarıyev, hakimlər M.Məmmədov və E.Nağıyeva) Binəqədi rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayət i təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh 24 sentyabr 2004-cü iltarixdə nikaha daxil olmuş, birgə nikahlarından 19 mart 2005-ci il tarixdə X3 və 04 avqust 2009-cu il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, tərəflər birgə nikah dövründə, yəni 02 mart 2007-ci ildə alğı-satqı yolu ilə torpaq sahəsi əldə etmiş, orada mübahisəli evi inşa edərək ailə münasibətləri pozulana qədər həmin evdə birgə yaşamışlar. Mübahisəli ev Biləcəri Bələdiyyəsi hüdudları daxilində (A.Zeynallı küçəsi) 106 kv.m. torpaq sahəsində yerləşir və özbaşına tikilidir. Nikahları Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, uş aqlardan X3 onun yanında saxlanılmışdır. Nikahları pozulduqdan sonra Cavabdeh İddiaçı mübahisəli evdə uşağı ilə birgə yaşamasına maneçilik yaratdığından sonuncu hazırkı iş üzrə iddianı vermişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, birgə nikah dövründə alınmış torpaq sahəsində tərəflərin vəsaiti hesabına inşa edildiyindən, cababdeh həmin özbaşına tikilidə yaşadığından, iddiaçının da eyni əsaslarla həmin evdən istifadə etmək hüququ vardır. Belə olan vəziyyətdə mübahisə predmeti olan ev xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisəyə analogiya üzrə MMnin 152.1-ci maddəsi tətbiq edilməklə iddiaçının pozulmuş hüququ müdafiə edilməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə mülki yyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar