Məhkəmə qərarları › İş №2(102)-2362/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2362/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2362/2025 19.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit reyestrindən borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" MMC və Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kredit reyestrindən borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 aprel 2025-ci il tarixli 2(103)-2148/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 iyul 2005-ci il tarixli hökmünə əsasən, Rzayev Rəmşan Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona hə min məhkəmənin 7 dekabr 2004-cü il tarixli hökmü ilə 2 il 6 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanın 24 fevral 2005-ci il tarixdə R.Rzayev tutulduğuna görə çəkilməmiş 2 il 2 ay 17 gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirərək onun üzərində qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış; R.M.Rzayevin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 24 fevral 2005-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddianın təmin edilməsi, R.M.Rzayevdən milli pul məzənnəsi ilə M.Rəhimovun xeyrinə 11.000 ABŞ dolları, O.Sikarevskinin xeyrinə 4.000 ABŞ dolları, E.Zahidovun xeyrinə 22.100 ABŞ doll arı, İddiaçı xeyrinə 4.000 ABŞ dolları, "xxxx" ASC-nin Səbail filialına 12.847 ABŞ dolları, «Standard» bankının xeyrinə 32.672 ABŞ dolları, «Azər-Asiya» Sığorta şirkətinin xeyrinə 15.305 ABŞ dollarının tutulması, maddi sübut olan - DYP-nin «Siqnal» idarəsinin dayanacağında və DİN BMCQMİ-də saxlanılan avtomobillərin məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinin vasitəsi ilə hərrac yolu ilə satılıb alınan pulların yuxarıda qeyd olunan mülki iddianın ödənilməsinə yönəldilməsi hökm edilmişdir. Həmin hökm qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Səbail filialının cavabdeh İddiaçı qarşı tələbin girov əmlaka yönəldilməsi tələbinə dair iddiası təmin olunaraq İddiaçı 11973 ABŞ dollar ı əsas, 874 ABŞ dolları faiz borcu, cəmi 12847 ABŞ dolları məbləğində pulun ödənilən günü manata olan məzənnəsi ilə tutularaq "xxxx" ASC-nin Səbail filialına ödənilməsi, həmin məbləğin İddiaçı tərəfindən ipotekaya qoyulmuş BMW-728 minik markalı, tip-sedan, buraxılış ili – 1998, mühərrik 30561826, şassi WBAGE 210** DJ ***26, tünd göy rəngli avtomaşına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və əldə olunan məbləğin borcun qaytarılmasına yönəldilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 4. "xxxx" MMC tərəfindən İddiaçı adına verilm iş çıxarışa əsasən, "xxxx" ASC ilə onun arasında bağlanması göstərilən xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə aktiv borcunun olması qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" MMC və Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun "xxxx" ASC-nin Səbail filialı ilə aralarında bağlanmış xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə və "xxxx" MMC-yə məlumat verilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıx arılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il tarixdə «BMW 728» markalı **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin alğı-satqı yolu ilə alınması üçün "xxxx" ASC-nin Səbail filialı ilə kredit müqaviləsi bağlayaraq 15.500 ABŞ dolları məbləğində kredit əldə etmiş, həmçinin həmin tarixli girov müqaviləsinə əsasən sözügedən avtomaşını götürülmüş kreditin qaytarılması zəmanəti kimi bank qarşısında girovla yüklü etmişdir. Avtomaşını əldə edib təxminən 2-3 ay idarə etdikdən və aylıq ödənişləri ödədikdən sonra, sözügedən avtomobilin oğurluq olması, başqa nömrə və başqa rənglə digər bankda girovda da olması ona bəlli olmuşdur. Bununla bağlı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi tərəfindən cinayət işi başlanılm ış və istintaq aparılmışdır. Aparılmış istintaq zamanı o, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Belə ki, avtomaşın alınan zaman onun tərəfindən ilkin ödəniş olaraq verilmiş 4.000 ABŞ dollarına münasibətdə istintaq orqanı onu zərərçəkən qismində tanımışdır. Həmçinin, həmin iş üzrə "xxxx" ASC-nin Səbail filialı da zərərçəkmiş şəxs qismində tanınmışdır. Onun avtomaşını aldığı şəxs X5 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi baxılması üçün Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmiş və təqsirləndirilən şəxs X1 Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli A № 0594 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddət inə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə eyni zamanda mülki iddialar təmin edilmiş, avtomaşını ona satmış X2 milli pul məzənnəsi ilə onun xeyrinə 4.000 ABŞ dolları, "xxxx" ASC-nin Səbail filialının xeyrinə 12.847 ABŞ dollarının tutulması, cinayət işi üzrə maddi sübut hesab edilən və həmin vaxt DYP-nin «Siqnal» idarəsinin dayanacağında saxlanılan «BMW 728» markalı, və BMCMİ-də saxlanılan «Mercedes Bens 320» markalı avtomaşınlar məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinin vasitəsilə hərrac yolu ilə satılıb alınan pulların mülki iddiaların ödənilməsinə yönəldilməsinə hökm edilmişdir. Təqsirləndirilən tərəfindən həmin hökmdən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə dəyişdirilmədən sax lanılmış və həmin qərardan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2006-ci il tarixli 4k-60/06 N-li qərarı ilə təmin edilməmiş, Ağır Cinayətlər məhkəməsinin və Apellyasiya məhkəməsinin hökm və qərarı Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC-nin Səbail filialı ilə onun arasında bağlanılmış xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası onun iradəsindən kənar təsir nəticəsində mümkün olmamışdır. Ona və "xxxx" ASC-nin Səbail filialına dəymiş maddi ziyanın girov qismində bank qarşısında yüklü edilmiş avtomobilin və R.Rzayevə məxsus digər daşınar əmlakın satılaraq onlara vurulmuş ziyanların ödənilməsi barədə bütün məhkəmə instansiyalarının hökm və qərarları vardır. Bankla onun arasında bağlanmış müqavilələrin müddə ti bitmiş, hökmə əsasən onun bank qarşısında öhdəliyi aradan qalxmış, həmin öhdəlik ona və digər şəxslərə qarşı cinayət törətmiş Rəmşan Rzayevin üzərində qalmışdır. Lakin, buna baxmayaraq təxminən 20 ildir ki, onun bank qarşısında öhdəliyi olmadığı halda adı kredit reyestrində borclu kimi göstərilir, bank adının həmin reyestrdən borclu kimi çıxarılması üçün heç bir tədbir görmür. Bununla bağlı o, 2024-cü ilin aprel ayında "xxxx"-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına ərizə ilə müraciət edərək adının kredit reyestrindən borclular siyahısından çıxarılmasının təmin edilməsini xahiş etmişdir. Lakin, bank ərizəsini təmin etməmiş, heç bir qanuna istinad edilməyən bir cümlədən ibarət cavab yazaraq qeyd etmişdir ki, «ərizəsində göstərilənlərin icra edilməsi məqsədəuyğun deyil». Bu qeyri- hüquqi mövqedir, məhkəmə tərəfindən kredit öhdəliyi üzrə iddia ona münasibətdə deyil, təqsirləndirilən şəxs Rəmşan Rzayevə münasibətdə təmin edilib, hətta bank ona qarşı sözügedən müqavilə üzrə pulun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun iddiası üzrə icraata xitam verilmişdir ki, artıq bu iş üzrə qüvvədə olan məhkəmə hökmü vardır. Belə olan halda, bankın onun adının borclular siyahısından çıxarmaması ilə bağlı hərəkətsizliyi qanunsuzdur.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4470/2024 nömrəli, 24 dekabr 2024- cü il tarixli qətnaməsi ilə (hakim - Ceyhun Tağıyev) iddia təmin edilmiş, İddiaçı adına "xxxx" ASC-nin Səbail Filialında bağlanmış xx.xx.200 4-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə və Azərbaycan Kredit Bürosu MMC-yə məlumat verilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi, hazırki qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı borcunun olmasına dair qeydin silinməsi üçün əsas olması, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarından göründüyü kimi, İddiaçı cavabdeh "xxxx" ASC qarşısında xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndir ilməsinə və sübut edilməsinə yol verilmir. 10. "xxxx" MMC tərəfindən İddiaçı adına verilmiş çıxarışdan görünür ki, "xxxx" ASC ilə onun arasında bağlanması göstərilən xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə aktiv borcunun olması qeyd edilmişdir.

11. İş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, iddiaçı qeyd olunan məsələ ilə əlaqədar istər cavabdehə, istərsə də, Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etsə də, onun haqlı müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Bu səbəbdən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, iddiaçının yuxarıda adı qeyd olunan reyestrdə "xxxx" ASC qarşısında xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyi (borcu) olan şəxs kimi qalması üçün hər hansı qanuni və müqavilə əsası yoxdur. Halbuki, qanunvericiliyin tələblərinə görə öhdəliyin yaranması üçün başlıca əsas kimi müqavilə çıxış edir. Tərəflər arasında müqavilə olmadığı halda, iddiaçının bağlamadığı müqavilə üzrə borclu kimi göstərilməsi qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 82.3, 217.4-cü maddələrinə, “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 6.3, 10.1, 10.2, 18.1-ci, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mər kəzi X4 xx.xx.2021-ci il tarixli 32/1 saylı Qərarının 3-cü bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilik fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilmək hüququnu, müqavilənin ləğv edilmə qaydasını müəyyən etmiş, eyni zamanda öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə əməl etməli olmasını təsbit etmişdir. Qeyd edilməlidir ki, öhdəlik av tomatik olaraq öz-özlüyündə xitam olmur, onun icrasını tələb etmək hüququna müəyyən şərtlərlə xitam verilir. Eyni zamanda, Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır. Burada o da nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür. Hazırkı iş üzrə tərəflər arasında xx.xx.2004-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqavilə üzrə 11973 ABŞ dolları əsas, 874 ABŞ dolları faiz borcu, cəmi 12847 ABŞ dolları məbləğində borc qalmış və sözügedən öhdəlik indiyədək icra edilməmişdir. Bu halda borcun silinməsinə hər hansı qanuni əsas mövcud deyildir və kredit müqaviləsinin bağlanmasından uzun müddət keçməsi öhdəliyə xitam verilməsinə əsas təşkil edə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, Mülki Məcəllənin 554.2-ci maddəsi həmin Məcəllənin iddia müddəti bitdikdən sonra vəzifənin icrası adlanan 383-cü maddəsi ilə mahiyyətcə eynilik təşkil edir. Belə ki, həmin maddəyə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fə rqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. Göründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur: - borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi; - borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi. Beləliklə,natural öhdəliyin icrası öhdəliyin mövcudluğu, etibarlılığı və icra edən tərəfin onu tanıması prezumpsiyasını yaradır ki, borclunun həmin öhdəliyin hüquqi təbiətini (artıq iddia ilə təmin olunmamasını) bilmədiyi təqdirdə də icra edilənləri geri istəyə bilməməsi məhz bundan irəli gəlir. Bu hüquq münasibətlərinin məhkəmə tərəfindən araşdırılması qeyrimümkün olduğundan, həmin pre zumpsiya təkzibedilməz xarakter daşıyır. Göstərilənlərə əsasən, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Buna görə də iddia tələbinin təmin edilməsi və mövcud öhdəliyin silinməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsassız hesab olunmalıdır.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinə uyğun izahat verərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə şərtlərinin cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilmədiyini, hazırkı vaxtadək cavabdehin banka olan borcunun ödənilmədiyini, bu halda reyestrdən borcun silinməsinin ağlabatan olmadığını qeyd etmiş, apell yasiya şikayəti əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçının başqa borcunun olmadığını, yalnız müzakirə edilmiş cinayət əməli üzrə qəbul edilmiş hökmlə təqsirli bilinən şəxsdən tutulması onların iddiası əsasında hökm edilən məbləğ olsa da, mülki iddianın icrası təmin edilmədiyindən onun silinməsi mümkün olmamışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2148/2025 nömrəli, 14 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışınski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdirdi r ki, artıq qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçının cavabdeh qarşısında icra edilməmiş öhdəliyi üzrə sonuncunun mülki iddiası əsasında başqa (cinayət əməlində təqsirli şəxs) mülki məsuliyyət daşıyır. Məhkəmə qərarının başqasına münasibətdə icra edilməməsi iddiaçının əsassız olaraq hüquqlarının məhdudlaşdırılmasına əsas vermir.

19. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 80-82, 106.2, 217.4-cü maddələrinə, “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 10.1, 10.2,18.1-ci maddələrinə də istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vəkil - Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025 saylı, 2(103)-2148/2025 nömrəli qətnaməsinin ləğv edilsini, iş üzrə Ali Məhkəmə tərəfindən yeni qərar çıxarılaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilik fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilmək hüququnu, müqavilənin ləğv edilmə qaydasını müəyyən etmiş, eyni zamanda öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə əməl etməli olmasını təsbit etmişdir. Qeyd edilməlidir ki, öhdəlik avtomatik olaraq ö z-özlüyündə xitam olmur, onun icrasını tələb etmək hüququna müəyyən şərtlərlə xitam verilir. Eyni zamanda, Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır. Burada o da nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür. Hazırki iş üzrə iddiaçı ilə cavabdeh Bank arasında xx.xx.2004-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqavilə üzrə 11973 ABŞ dolları əsas, 874 ABŞ dolları faiz borcu, cəmi 12847 ABŞ dolları məbləğində borc qalmış və sözügedən öhdəlik indiyədək icra edilməmişdir. Bu halda borcun silinməsinə hər hansı qanuni əsas mövcud deyildir və kredit müqaviləsinin bağlanmasından uzun müddət keçməsi öhdəliyə xitam verilməsinə əsas təşkil edə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, Mülki Məcəllənin 554.2-ci maddəsi həmin Məcəllənin iddia müddəti bitdikdən sonra vəzifənin icrası adlanan 383- cü maddəsi ilə mahiyyətcə eynilik təşkil edir. Belə ki,həmin maddəyə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fər qli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan,məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəs ində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. Göründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur: - borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi; - borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi. Beləliklə, natural öhdəliyin icrası öhdəliyin mövcudluğu, etibarlılığı və icra edən tərəfin onu tanıması prezumpsiyasını yaradır ki, borclunun həmin öhdəliyin hüquqi təbiətini (artıq iddia ilə təmin olunmamasını) bilmədiyi təqdirdə də icra edilənləri geri istəyə bilməməsi məhz bundan irəli gəlir. Bu hüquq münasibətlərinin məhkəmə tərəfindən araşdırılması qeyri-mümkün olduğundan, h əmin prezumpsiya təkzibedilməz xarakter daşıyır. Göstərilənlərə əsasən hesab edirlər ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Buna görə də iddia tələbinin təmin edilməsi və mövcud öhdəliyin silinməsi barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi əsassız hesab olunmalıdır.

22. Hazırki iş üzrə məhkəmə Azərbaycan Respublikasının MPM-in 217.1, 217.3, 218.1-ci maddələrinin tələblərinə əməl etməmiş, iddiaçının Bank qarşısında olan və hansısa müddətə tabe olmayan öhdəliklərinin silinməsini lazımi qaydada əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Vəkil1 kassasiya şikayətinə qarşı etiraz daxil ol muğdur.Etirazın başlığında işdə vəkil qismində iştirak edən şəxs Vəkil1 tərəfindən verildiyi, etirazın sonunda iddiaçının adından nümayəndə kimi imzalandığı qeyd edilsə də Vəkil1 apellyasiya və kassasiya məhkəmələrində İddiaçı vəkili olması, eləcə də onun yaxın qohumu olması iş materialları ilə təsdiqlənmir. Azərbaycan Respublikasının MPM-in 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.

24. Göstərilənlərə əsasən Vəkil1 kassasiya instansiyası məhkəməsində İddiaçı nümayəndəsi kimi qəbul edilmədiyindən verilmiş etiraz da nəzərə alınmır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Mə cəlləsi

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanunu

26. Maddə 6.1. Kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir.

27. Maddə 10.1. Kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir.

28. Maddə 10.2. Kredit tarixç əsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətdən tez məhv olunmasını tələb edə bilməz.

29. Maddə 18.1. Kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qət naməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

33. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibəti nə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticəl ənən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklərin xitam olunmadığını, belə öhdəliklərin mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olduğu, buna görə də iddia tələbinin təmin edilməsi və mövcud öhdəliyin silinməsi barədə apellyasiya instansiya məhkəməsinin mövqeyinin əsassız hesab olunmalı olduğu barədə dəlili ilə razılaşmır.Belə ki, apellyasiya məhkəməsi iddianın təmin edilməsinə əsas kimi müddətin keçməsini göstərməmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, artıq qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçının cavabdeh qarşısında icra edilməmiş öhdəliyi üzrə sonuncunun mülki iddiası əsasında başqa (cinayət əməlində təqsirli şəxs) mülki məsuliyyət daşıyır. Məhkəmə qərarının başqasına münasibətdə icra edilməməsi iddiaçının əsassız olaraq hüquqlarının məhdudlaşdırılmasına əsas vermir.

47. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi işdəki sübutları araşdırmış, onlara, mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2148/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar