Məhkəmə qərarları › İş №2(102)-2364/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2364/2022

05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2364/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin xxxoğluna qarşı iş üzrə QƏRARİ 2(102)-2364/2022 Açar sözlər: ziyanın ödənilməsi, iddia müddəti 05 may 2022-ci il 05.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin xxxoğluna qarşı ziyanın ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2921/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh xxxoğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı MMC (bundan sonra "xxxx") 26 iyul 2016-cı il tarixdə dövlət qeydiyyatına alınıb.

2. MMC-nin 22 iyul 2016-cı il tarixli 1 saylı əmrinə əsasən MMC-nin təmsilçisi Cavabdeh (bundan sonra "xxxx") MMC-nin direktoru vəzifəsini öz üzərinə götürmüş, MMC-nin təsisçisi X3 və cavabdeh arasında 01 sentyabr 2016-cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır.

3. MMC-nin iştirakçılarının 27 noyabr 2018-ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarına əsasən cavabdeh MMC-nin baş meneceri vəzifəsindən azad edilmişdir. 4. 30 noyabr 2018-ci il tarixli, 37/4 nömrəli əmrə əsasən MMC-nin direktoru vəzifəsində işləyən cavabdeh Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilmişdir.

5. MMC ilə cavabdeh arasında Təhvil-təslim aktı imzalanıb. Akta əsasən cavabdeh kassada olan 176.135 manat pulu 31 dekabr 2018-ci il tarixədək təhvil verməyi öhdəlik olaraq üzərinə götürmüşdür.

6. Mübahisə aktda göstərilən pulun qaytarılmaması ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

7. MMC Xaşmaz Rayon Məhkəməsində iddia qaldıraraq vurulmuş ziyanın əvəzi olaraq 176350 manat məbləğində pulun cavabdehdən MMC-nin xeyrinə tutulması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılıb ki, MMC 26 iyul 2016-cı il tarixdə dövlət qeydiyyatından keçmişdir və həmin vaxtdan 2018-ci ilin dekabr ayına kimi cavabdeh MMC-nin direktoru vəzifəsində işləmişdir. 2018-ci ilin dekabr ayında cavabdeh işdən çıxarılaraq yerinə X2 direkto r təyin edilmişdir. Bu zaman MMC-nin aktiv və passivlərinin təhvil-təslimi həyata keçirilmiş və məlum olmuşdur ki, MMC-nin kassasında 176350 manat əskik var. Təhvil təslim aktına 1 saylı əlavə hazırlanmışdır. Cavabdeh həmin əlavəni imzalayaraq 176350 manat məbləğində pul vəsaitini kassadan şəxsi ehtiyacları üçün götürdüyünü bildirmiş və 31 dekabr 2018-ci il tarixədək qaytaracağına söz vermişdir. Pulun geri qaytarılması barədə pretenziya ilə müraciət edilməsinə edilməsinə baxmayaraq, cavabdeh MMC-yə vurduğu ziyanı ödəmək istəmir.

9. Cavabdeh 12.01.2021-ci il tarixli "xxxx" məktubuna 25.01.2021-ci il tarixlli cavab məktubunda göstərib, MMC-nin investorlarından biri 46.935 %-lə (563.220 manatla) qardaşı X1r. Müəssisədə istehsal olunan plastik taraların satışının əhəmiyyətli hissəsi Abdullayev Azər tərəfindən həyata keçirilmişdir. MMC təhvil verilərkən çatışmazlıq kimi göstərilmiş 17.350 manat puldan 85000 manatı Azər Abdullayev tərəfindən 10.12.2017-ci il tarixdə Elvin Aşurovun razılığı əsasında ona verilmişdir. Belə ki, X8 Abdullayevə ticarətlə məşğul olmaq üçün 400.000 manat pul vermiş və həmin pulu Azər Abdullayev tam şəkildə Elvin Aşurova qaytarmışdır. Elvin Aşurov dəfələrlə bu pulun üstündə əlavə 85.000 manat da ödənilməsini təkid etmiş və bu təkidlərindən sonra Azər Abdullayev ona əlavə 85.000 manat pul ödəməyə məcbur olmuşdur. Elvin Aşurov MMC-dəki onun payını müvəqqəti olaraq pul geri qaytarılana kimi Azər Abdullayevin razılığı ilə dostunun adına keçirmişdir. Bundan sonra Azər Abdullayev "xxxx" şirkətinin mühasibini MMC-yə dəvət etmiş və yoxlama zaman məlum olmuşdur ki, MMC-də çatışmazlıq 176350 manat deyil, 125.000 manat təşkil edir. Həmin vaxt X7 Aşurovla görüşərək 125000 manat pul vəsaitini ödəməyə hazır olduğunu bildirmiş, lakin sonuncu buna razı olmamışdır. Azər Abdullayev 24.09.2019-cu ildə həmin pulun ödənilməsi və payının geri qaytarılması üçün Elvin Aşurova rəsmi məktubla da müraciət etmişdir. "xxxx" ASC-nin Xaçmaz rayon Armud Padar kəndində yerləşən soyuducu anbar müqavilə ilə ona lizinqə verilmişdir. 2017-ci ilin sentyabr ayında Elvin Aşurov "xxxx" MMC-yə məxsus 400 ton alma məhsulunun soyuducu anbarda saxlanılması üçün ona müraciət etmiş və həmin alma məhsulu sentyabr ayının sonunda Elvin Aşurovun iştirakı ilə soyuducu anbara qoyulmuşdur. 4 ay sonra isə 400 ton alma məhsulu Elvin Aşurovun adamları vasitəsi ilə soyuducu anbardan aparılmışdı r. Elvin Aşurov onun etibarından sui istifadə edərək 90000 manat icarə pulunu ödəməmişdir. O, məcburiyyət qarşısında qalaraq 90.000 manat pulu 10.10.2019-cu ildə soyuducu anbarı icarəyə verdiyi şəxslərə ödəmişdir. X6 göstərişi ilə MMC-də rəsmi və qeyri-rəsmi mühasibatlıq aparıldığından dividentlərin faktiki olduğundan artıq göstərilməsindən, plastik taraların satışının süni olaraq şişirdilməsindən və vergidən yayınmaq üçün 125.000 manatın yaranmasına səbəb olmuşdur.

10. MMC iddia tələbinin əsası kimi Mülki Məcəllənin 21, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir.

11. Cavabdehin nümayəndəsi-vəkili vəsatət verərək, mübhasənin məhkəmə aidyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, vəsatət təmin olunaraq, iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş, iş məhkəmə aidyyatının müəyyə edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

12. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-226/2021 saylı, 05 may 2021-ci il tarixli qərardadı ilə işin Xaçmaz rayon Məhkəməsinə gönədrilməsi qərara alınmışdır. Ali Məhkəmə qeyd etmişdir ki, vurulmuş ziyan əmək funksiyalarını yerinə yetirilməsi ilə bağlı yarandığ üçün mübahisə Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Cavabdeh fərdi sahibkar deyil, buna görə də mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

13. Cavabdehin nümayəndəsi-vəkili iddiya etiraz edərək 1 illik iddia müddətinin ötürülməsini bildirib, eləcə də, iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

14. MMC-nin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz edərək göstərib ki, cavabdeh səlahiyyətlərindən istifadə etməklə qardaşına pul verib, bu, cavabdehin əmək funksiyalarının icrası ilə bağlı olmayıb. Buna görə də mübahisəyə iddia müddəti tətbiq edilə bilməz.

15. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-804/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Anar Sadıqov)

16. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 22(102)-226/2021 saylı, 05 may 2021-ci il tarixli qərardadına istinadən qeyd etmişdir ki, mübahisə əmək mübahisəsədir və Əmək Məcəlləsinin tələbləri nəzərə alkınmaqla həll edilməlidir. Belə ki, cavabdeh 01 sentyabr 2016-cı il tarixli əmək müqaviləsinə əsasən MMC-yə direktor vəzifəsinə təyin edilib, 30 noyabr 2018-ci ildə işdən azad edilib, hazırki mübahisə əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı yaranıb.

17. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddia ərizəsi 08 fevral 2021-ci il tarixdə verilmiş, cavabdeh isə 2018-ci ilin noyabr ayından işdən azad olunmuşdur. Hazırki iddia ərizəsi isə cavabdehlə əmək müqaviləsinə xitam verildikdən 2 ildən çox müddət keçdikdən sonra məhkəməyə verilmişdir.

18. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri üzrə iddia müddəti 1 il olduğundan, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Buna görə də iddia təmin edilə bilməz.

19. Birinci instansiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 191, 296, Mülki P roosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi tərəflər arasındakı mövcud münasibətlərə hüquqi qiymət verərkən yanlışlığa yol verib. Belə ki, tərəflər arşındakı hüquq münasibətlər əmək münaisbətləri deyil. Bu münasibətlər Əmək Məclləsinin müddəalrı ilə yox, Mülki Məcəllənin 49.1, 49.3 və 49.4.5-ci maddələri ilə tənzimlənir; - bundan əlavə, hətta iddia müddəti ötümüş olsa belə, məhkəmə tərəfindən iddiaçının hüquqlarının pozulub-pozulmaması müəyyən edilməli, bundan sonra iddia müddətini keçməsi əsası ilə iddia tələbi rədd edilməli idi.

22. Sumqayıt Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2921/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(067)-804/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia ərizəsi təmin edilmiş, cavabdeh xxxoğlundan 176.350 (yüz yetmiş altı min üç yüz əlli) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçın hesabına keçirilməsi qət edilmişdir. (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova)

23. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən qeyd edib ki, təsisçilərinin 25 iyul 2016-cı il tarixli qərarı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə MMC təsis edilmiş, 22 iyul 2016-cı il tarixli 1 saylı əmrlə MMC -nin təmsilçisi olan Cavabdeh MMC-nin direktoru vəzifəsini öz üzərinə götürmüş və 01 sentyabr 2016-cı il tarixdə onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. 01 dekabr 2018-ci il tarixli araşdırmaların nəticəsində MMC-nin balansının 803.126,47 manat olmaqla 176.350 manat çatışmazlıq müəyyən olunmuş, təhvil-təslim aktına 1 saylı əlavəyə əsasən cavabdeh 176.135 manat pulu 31 dekabr 2018-ci il tarixədək təhvil verməyi üzərinə götürmüşdür. MMC-nin 30 noyabr 2018-ci il tarixli, 37/4 nömrəli sənədinə əsasən cavabdeh Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilmişdir. Tədqiq edilən işin hallarına əsasən cavabdeh sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə təsis edilmiş MMC-nin balansında olan 176.350 manat məbləğində pulu mənimsəmişdir. Bu halı 01 dekabr 2 018-ci il tarixli Təhvil-təslim aktına 1 saylı əlavəni imzalamaqla şəxsən cavabdeh özü də təsdiq etmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, MMC-nin təsisçisi X3 ilə cavabdeh arasında bağlanmış 01 sentyabr 2016-cı il tarixli müddətsiz əmək müqaviləsinin 5.1, 5.2 və 5.3-cü bəndələrinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurursa, digər tərəf qarşısında qanunverciliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Tərəflər istehsal və icra riski istisna olmaqla, biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ö dənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərini özləri tərəfindən həllinə üstünlük verirlər.

25. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən, nəhayət, müəyyən edib ki, cavabdeh 22 iyul 2016-cı il tarixdən 30 noyabr 2018-ci il tarixə kimi MMC-nin direktoru vəzifəsində işləmiş, 01 dekabr 2018-ci il tarixli Təhvil-təslim aktına əsasən MMCnin balansı 803.126,47 manat olmaqla 176.350 manat çatışmazlıq müəyyən olunmuş və Təhvil-təslim aktına 1 saylı əlavəyə əsasən Cavabdeh 176.135 manat pulu 31 dekabr 2018-ci il tarixədək təhvil verməyi öhdəlik olaraq üzərinə götürmüşdür. Tərəflər arasında qeyd olunan çatışmazlıqla əlaqədar 2019-cu il in sonuna kimi müyyən danışıqlar və yazışmalar olmuş, bir-birinə inam və etibar olaraq qarşılıqlı surətdə davamlı surətdə ticarət əlaqələri və kommersiya işləri görülmüş, yaranmış çatışmazlıqla əlaqədar tərəflərin öz arasında olan razılıq əsasında əlavə mühasibatlıq yoxlaması aparılmışdır. Cəmiyyətdəki çatışmamazlığın 176.350 manat deyil, 125.000 manat təşkil etməsini cavabdeh tərəf qəbul etmiş, həmin vaxt X7 Aşurovla görüşərək 125.000 manat pul vəsaitini ödəməyə hazır olduğunu bildirmiş, lakin iddiaçı tərəf buna razı olmamışdır. Bu səbəbdən də hazirkı mübahisə öz həllini tapmamışdır.

26. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcllənin 49.4.5-ci maddəsinə əsasən göstərib ki, hüquqi şəxs adından çıxış edən şəxs, özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi hallarda məsuliyyət daşıyır.

27. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlib ki, birinci insansiya məhkəməsi iddianı rədd edərkən tərəflər arasında yaranmış mübahisə üzrə işin hallarını ətraflı araşdırmamış, tərəflər arasındakı qarşılıqlı münasibətləri düzgün qiymətləndirməmiş və iddia tələbini rədd etməklə səhvə yol vermişdir.

28. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyin Mülki Məcəllənin 21.1, 21.2, 43.1, 49.1, 49.4.5, 1096.1, 1097.1-ci, Mülki Proosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yen i apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayətinin dəlilləri: - qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanuni və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qanun və normativ-hüquqi aktlar göstərilməlidir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutları araşdırıb yalnız onları qiymətləndirməlidir. Apellyasiya instansiyası məhkəməsi bu halların üzərindən keçmişdir; - cavabdeh haqlı olmağını tam sübut etsə də, iddiaçı tərəf öz mövqeyinin əsaslı olmasını sübut edən heç bir sənəd təqdim etməmişdir; - məhkəmə qətnaməsi tərtib edilərkən iş materiallarında olan sənədlərdəki faktlar təh rif olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi konkret olaraq hansı sübutların düzgün araşdırılmadığını və iddia müddətinin düzgün tətbiq olunmamasının konkret səbəblərini göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi cümlənin mahiyyətini açmadan bir cümlə ilə işini bitmiş sayaraq absurd qətnamə qəbul etmiş, qətnamədə iddiaçı tərəfindən iddia müddətinin buraxılmamasını sübut edən heç bir sübut göstərməmişdir; - nümayəndəsinin vəsatətlərinə baxılmamış, özü şəxsən iştirak etmək istədiyi üçün prosesin təxirə salınması barədə teleqram göndərsə də, apellyasiya instansiyası məhkəməsi xahişi nəzərə almadan qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləs i: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəx si qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 49.4.

5. Hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında məsuliyyət daşıyır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsas ı kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndə rə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya b axışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat q aydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Baxılan iş üzrə apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.

37. MMC-nin iddia tələbi cavabdehdən direktor işələdiyi dövrdə vurduğu ziyanın ödənilməsi barədədir. İşin müyyən edilən halına görə də cavabdeh 22 iyul 2016-cı il tarixdən 30 noyabr 2018-ci il tarixə kimi MMC-nin direktoru vəzifəsində işləmiş, 01 dekabr 2018-ci il tarixdə təhvil-təslim aktı imzalanmış, 176.350 manat çatışmazlıq müəyyən olunmuş və aktın 1 saylı əlavəsinə əsasən cavabdeh 176.135 manat pulu 31 dekabr 2018ci il tarixədək təhvil verməyi öhdəlik olaraq üzərinə götürmüşdür.

38. Nəzərə alınsa ki, cavabdeh MMC-nin direktoru vəzifəsində işləyib, işdən çıxarkən işlədiyi dövrə aid çatışmayan 176135 manat zərərin Mülki Məcllənin 49.4.5, 1096.1 və 1097.1-ci maddələrinə əsasən cavabdehdən tutulmalı olması barədə gəlinən nəticə əsaslı olmuşdur.

39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, MMC ilə cavabdeh arasında əmək münasibətlərinin olması mübahisəsiz olsa da, Mülki Məcllənin 49.4.5-ci ma ddəsi hüquqi şəxs adından çıxış edən işçinin (direktorun, qanuni təmsilçinin) məsuliyyətini digər işçilərin məsuliyyətindən fərqləndirən xüsusi statusunu müəyyən edir. Qanunvericiliyin tələbinə görə də hüququ şəxsin adından çıxış edən şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında məsuliyyət daşıyır.

40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin düzgün tətbiq olunmamasının konkret səbəblərinin göstərilməməsi barədə kassasiya şikayətinin dəlillərini kollegiya yuxarıda göstərilən bəndə əsasən qəbul etmir. Belə ki, qeyd edildiyi ki mi Mülki Məcəllənin 49.4.5-ci maddəsi hüquqi şəxs adından çıxış edən işçinin (direktorun, qanunu təmsilçinin) hüquqi şəxsə vurdğun zərərin ödənilməsini nəzərdə tutur, zərərlə bağlı iddialarda isə iddia müddəti ümumi iddia müddətidir və Mülki Məcəllənin 373.1-ci madəsinə görə ümumi iddia müddəti on il təşkil edir.

41. Məhkəmə kollegiyası cavabdehin şəxsən iştirak etmək istədiyi üçün məhkəmə prosesinin təxirə salınması barədə teleqramının apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, kollegiya qeyd edir ki, cavabdeh teleqramda özünün xəstə, vəklil-nümayədəsinin isə əvvəlcədən təyin edilmiş başqa bir məhkəmə icaslnda iştirak etməsini göstərib, apellyasiya məhkəməsi vəsatəti təmin etməmişdir. Cavabdeh teleqramda göstərdiyi xüsusatları təsdiq edən hər hansı sübutu apellyasiya məhkəməsinə verməmiş, nümayəndəsi (vəkili) apellyasiya baxışında birinci iclasda iştirak edərək apellyasiya şikayətinin dəillərinə etiraz verməklə, cavabdehi təmsil etmişdir. Özünün şəxsən iştirakının isə iş üçün hansı əhəmiyyət kəsb etməsini kassasiya şikayətində cavabdeh əsaslandırmamışdır. Buna görə qeyd edilən dəlil qəbul edilə bilməz.

42. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxxoğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(1 05)-2921/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar