Məhkəmə qərarları › İş №2(102)-2364/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2364/2024

28.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2364/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh Mənzil Tikinti Koperativi və Seyidova İlahə Kamil qızına (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı(məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh Mənzil Tikinti Koperativi və Seyidova İlahə Kamil qızına (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-647/2024 nömrəli, 15 mart 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “İcraçı” Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri X2 ilə “Payçı” İddiaçı arasında mənz ilin tikintisi ilə əlaqədar pay barədə 14 aprel 2008-ci il tarixdə bağlanmış 55 nömrəli müqavilənin şərtlərinə əsasən, Cavabdeh MTK ünvan 1 ünvanda kooperativ tərəfindən inşa edilən 20 mərtəbəli yaşayış evinin 1 “A” blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzili 18 aya istismara verərək “Payçı”ya təhvil verməyi, “Payçı” həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını, yəni hər kvadrat metr üçün 985,30 manat olmaqla ümumi məbləğin ilkin pay kimi 98.530 manatı ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh MTK-nin rəhbəri və baş mühasibi tərəfindən verilmiş 14 aprel 2008-ci il tarixli kassa mədaxil orderinə (qəbz) əsasən, İddiaçı ünvan 1 ünvanında 20 mərtəbəli yaşayış evinin 1 “A” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sa həsi 100 kv.m. olan 6 saylı mənzilin pay dəyərini, 98.350 manat məbləğində pul ödəmişdir. 3. “İcraçı” Cavabdeh MTK-nın sədri X1 ilə “Payçı” Seyidova İlahə Kamil qızı arasında mənzilin tikintisi ilə əlaqədar pay barədə 7 mart 2016-cı il tarixdə bağlanmış 509 nömrəli müqavilənin şərtlərinə əsasən, Cavabdeh MTK ünvan 1 ünvanda kooperativ tərəfindən inşa edilən 20 mərtəbəli yaşayış evinin 1 “A” blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzili istismara verərək “Payçı”ya təhvil verməyi, “Payçı” həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını, yəni hər kvadrat metr üçün 1.100 manat olmaqla ümumi məbləğin ilkin pay kimi 110.000 manatı ödəməyi öhdəsinə götürmüşdür.

4. Cavabdeh MTK-nin sədri Sahil Cahangirli tərəfindən verilmiş 7 mart 2016-cı il tarixli maliyyə arayışına əsasən, Seyidova İlahə Kamil qızı ünvan 1 ünvanında 20 mərtəbəli yaşayış evinin 1 “A” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m. olan 6 saylı mənzilin pay dəyərini, 110.000 manat məbləğində pulu tam ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində birinci icraat:

5. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan, 3 otaqdan ibarət olan 6 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişd ir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 aprel 2008-ci il tarixdə onunla "xxxx" MTK arasında 55 saylı müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin 2-ci bəndinə uyğun olaraq o, üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Belə ki, o, aldığı mənzilin dəyəri olan 98.530 manat pulu Cavabdeh MTK-nin kassasına tam məbləğdə ödəmişdir. Müəyyən müddət keçdikdən sonra Cavabdeh MTK tərəfindən inşa olunmuş həmin mənzil ona göstərilmişdir. Mənzilə ehtiyacı olduğundan o, tezliklə mənzildə təmir işləri aparmaq, təmiri tezliklə bitirmək niyyətində olmuşdur. 2009-cu ilin iyul ayında işıq, qaz və su sayğacları üçün ümumilikdə 1.200 manat (1.500 ABŞ dolları) pulu "xxxx" MTK-ya ödəmiş və mənzildə təmirə başlamışdır. Təmirin ilk mərhələsində mənzilə daxili işıq, telefon, internet xətləri çə kilmiş və bu işlərin görülməsi üçün ümumilikdə 2.050 manat (2.560 ABŞ dolları) xərc çəkmişdir. Təmirin sonrakı mərhələsində də 5.690 manat (7.100 ABŞ dolları), 1.560 manat (1.910 ABŞ dolları) xərc çəkmişdir. Mənzil alındıqdan sonra mənzilə ümumilikdə 10.500 manat (13.110 ABŞ dolları) xərc çəkmişdir. Bir müddət sonra isə o, mənzilinə gəldikdə mənzilin qapısının dəyişdirildiyini görmüşdür. O, Cavabdeh MTK-nin ofisinə müraciət etdikdə, ona bildirmişlər ki, anlaşılmamazlıq olub, bu barədə ona məlumat veriləcəkdir. Həmin vaxtdan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq "xxxx" MTK mənzili ona təhvil vermir. Müqavilənin 1.3-cü bəndinə görə icraçı 18 aya mənzili istismara verməli idi. Lakin, 10 ilə yaxın müddətdir ki, Cavabdeh MTK sözügedən müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(001)-1943/2019 nömrəli, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 otaqdan ibarət olan 6 nömrəli mənzilinin İddiaçı təhvil verilməsinin Cavabdeh Mənzil Tikinti Koperativinə həvalə edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 14 aprel 2008-ci il tarixli müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh MTK həmin müqavilə ilə üzərinə düşən öhdəliyini pozmuş, mübahisəli mənzili iddiaçıya təhvil verməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.6, 178.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə müqavilə bağlanılsa da, müqavilədə yanlış olaraq mənzilin nömrəsi səhv göstərilmişdir. Dəfələrlə iddiaçıya müraciət edərək müqavilədə yanlışlığın düzəldilməsi və ona ödənilmiş pulun qaytarılmasını təklif edilsə də, iddiaçı razı olmamışdır. Mübahisəli mənzil Seyidova İlahə Kamil qızına satılmış və həmin mənzil o nun tərəfindən təmir olunmuş, hal-hazırda o, mənzildə yaşayır. Hazırkı mülki iş üzrə mübahisə mövcud olmadığı üçün iddia tələbi təmin edilə bilməz.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1487/2020 nömrəli, 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), İsmayıl Xəlilov və Elşad Şamayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birici instansiya məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" MTK-ya münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, yəni mülki qanunvericiliyin normaları baxımından Cavabdeh Mənzil Tikinti Koperativinin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Çünki cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.

14. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətində qeyd olunan mübahisəli mənzilin Seyidova İlahə Kamil qızına satılması dəlilinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi də düzgün olaraq Cavabdeh Mənzil Tikinti Koperativinə Seyidova İlahə Kamil qızı ilə aralarında bağlanmış 7 mart 2016-cı il tarixli 509 nömrəli müqaviləni mübahisələndirmək hüququ olduqlarını izah etmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 165.5, 385.1, 442-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:

16. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5000/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (sədrlik edən və məruzəçi), Vüqar Həsənov və Aqil Abbasov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəmə sinə göndərilmişdir.

18. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, 10 ilə yaxın müddətdir ki, Cavabdeh MTK iddiaçı ilə bağladığı müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmir. Cavabdehin isə iddiaya olan etirazının əsası (eləcə də, apellyasiya şikayətinin dəlilləri) ondan ibarət olmuşdur ki, iddiaçı ilə müqavilə bağlanılsa da, müqavilədə yanlış olaraq mənzilin nömrəsi səhv göstərilib. Dəfələrlə iddiaçıya müraciət edərək müqavilədə yanlışlığın düzəldilməsi və ona ödənilmiş pulun qaytarılmasını təklif etsə də, iddiaçı razı olmayıb. Mübahisəli mənzil Seyidova İlahə Kamil qızına satılıb və həmin mənzil onun tərəfindən təmir olunub və hal-hazırda o, mənzildə yaşayır.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinin araşdırılması istiqamətində heç bir cəhd etməmişdir. Hazırki mübahisəni həll etmək üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Seyidova İlahə Kamil qızının məhkəmə iclasında iştirakının təmin etməsi zəruri olmuşdur. Lakin, apellyasiya instansiyası məhkəməsi ona məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmə sini qeyd edərək Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etsə də, işin bu halına diqqət yetirməmişdir ki, həmin şəxsə məhkəmə bildirişinin çatdırılmasını təsdiq edən sənəd mülki iş materiallarında mövcud deyil. Əksinə, məhkəmələrin onun qeydiyyatda olduğu ünvana göndərdiyi məktublar “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, faktiki olaraq mübahisəli mənzildə yaşaması qeyd edilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Seyidova İlahə Kamil qızının hazırki iş üzrə dindirilməsi mübahisənin obyektiv və ədalətli həlli baxımından əhəmiyyətlidir. Məhkəmə kollegiyasının qənaətinə görə Seyidova İlahə Kamil qızının məhkəmə iclaslarında iştirakını qeydiyyatda ol duğu ünvanı üzrə təmin edilməsi mümkünsüz olduğu halda, apellyasiya instansiyası məhkəməsi onun dindirilməsi və tərəflərin qeyd etdikləri faktların yerində yoxlanılması məqsədi ilə yerli baxış (yerində müayinə) keçirilməsinin məqsədə müvafiqliyini müzakirə etməyib.

21. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Seyidova İlahə Kamil qızı ilə müqavilənin 7 mart 2016-cı il tarixdə bağlanmasına baxmayaraq iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçının 2014-cü ildən evindən başqa şəxsin olmasını bildiyini göstərməsinə, eləcə də, cavabdehin nümayəndəsinin həmin məhkəmədə verdiyi izahatında iddiaçıya hazırki mənzildən 40 kv.metr artıq sahəsi olan mənzilin təklif edilməsi barədə göstərilənlərə diqqət yetirməyərək iddi açının konkret olaraq hansı tarixdən iddia etdiyi mənzilində kənar şəxslərin yaşamasını bilməsini, ona digər, daha artıq sahəli mənzil təklifindən imtinasının səbəblərini aydınlaşdırmamışdır.

22. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatında mənzilin 2016-cı ildə İlham Qasımovun həbsindən sonra mübahisəli mənzilin satılmasının göstərməsinin hazırki işlə hansı əlaqəsinin olmasını, mübahisəli mənzilin həbs olunan şəxs barədə olan cinayət işi üzrə keçib-keçməməsini də aydınlaşdırmamışdır.

23. Eyni zamanda məhkəmə kollegiyası eyni mənzilin iki şəxsə satılması ilə bağlı Cavabdeh MTK-nın hərəkətlərində cinayət tərkibi olan rəhbər şəxslərinin məsuliyyətə cəlb olunması məqsədi ilə iş üzrə 2 (102)5000/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli xüsusi qərardad çıxarılaraq araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini qərara almışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

24. İşə yenidən apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-2918/2021 nömrəli, 4 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Rəşad Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil 14 aprel 2008-ci il tarixdə İddiaçı satılmış və o, müqavilə ilə üzərin ə düşən öhdəliklərini tam icra etmiş, lakin cavabdeh "xxxx" MTK mənzili iddiaçıya təhvil verməkdən imtina etmişdir. 7 mart 2016-cı il tarixdə mübahisəli mənzil hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlahə Seyidovaya satılmış və həmin mənzil onun tərəfindən təmir olunmuş və hal-hazırda o, mənzildə yaşayır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi həm də vicdanlılıq prinsipi nöqteyi nəzərindən əsassızdır. Belə ki, mübahisəli mənzilin İlahə Seyidovaya satılması, mənzilin onun tərəfindən təmir olunması, hazırda da onun ailə üzvləri ilə birlikdə orada yaşaması işin müəyyən olunmuş mübahisəsiz halıdır.

26. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad edərək bu qənaətə gəlmişdir ki, İlahə Seyidova vicdanlı əldə edən şəxs kimi qiymətləndirilməli və bu səbəbdən də, onun iddia tələbinin təmin edilməsi qeyri-mümkün hesab edilməlidir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 425, 442-ci maddələrinə; “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat:

28. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci instans iya məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 14 aprel 2008-ci il tarixdə onunla Cavabdeh Mənzil Tikinti Kooperativi arasında 55 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən o, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küç. 20 mərtəbəli yaşayış evinin 1 a blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m, mənzil 6 ünvanda yerləşən mənzil üçün 98500 manat pul ödəmişdir. Bir müddətdən sonra mənzil ona təhvil verilmiş və o, mənzilə 10500 manat xərc çəkərək bəzi təmir işləri aparmışdır. Özü Qəbələ şəhərində yaşadığından, mənzil də təmirsiz olduğundan orada yaşamırdı. İmkan daxilində mənzilinə tez-tez baş çəkirdi. 2016cı ildə isə evinə gəldikdə digər şəx sin orda təmir işi apardığını görmüş və etirazını bildirmişdir. Həmin mənzili təmir edən şəxs təmiri saxlamaq əvəzinə iddiaçı ilə mübahisə etmişdir ki. Həmin şəxs mənzilin mübahisəli olduğunu əvvəldən bilirdi.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-290/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

31. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əşyanı vicdanlı əldə etmə institutu daşınmaz əmlakın dövlət reyestri məlumatlarına güvənərək əldə edən şəxslərin hüquq larının qorunmasına dair bir qaydadır. Belə ki, mübahisəli daşınmaz əmlakla bağlı reyestrdə aparılmış qeydiyyat hansısa səbəbdən əsassız olur, əldə edən bu halı bilmir, həmin qeydiyyatın həqiqiliyi və tamlığı prezumpsiyasına güvənərək əşya hüququ qazanır. Bu halda vicdanlı şəxsin etimadı qorunur. Hazırki işdə mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün apellyasiya məhkəməsinin vicdanlı əldə etmə institutunu tətbiq və iddianı bu əsasla rədd etməsi göstərilən maddi hüquq normalarına uyğun olmayıb. Məhkəmənin yol verdiyi digər bir pozuntu ondan ibarət olmuşdur ki, iddia tələbinin qanuni əsasını tapmamış, mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun aparmamışdır. Hazırki mübahisənin düzgün hü quqi həlli üçün məhkəmə əvvəlcə müəyyən etməlidir ki iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması ilə hansı münasibətlər əmələ gəlmişdir. Bundan asılı olaraq iddia tələbinin uyğun gələn qanuni əsasları yoxlanılmalı, tərəflərin dəlilləri üzrə müvafiq qiymətləndirmə aparılmalı idi. Belə ki, tərəflər arasında müqavilə bağlandığı 14 aprel 2008-ci il tarixdə Mülki Məcəllənin 178.8-ci maddəsinin redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu baxımdan iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilə dair kooperativ üzvlüyü ilə bağlı münasibətlərin yaranıbyaranmadığı, əgər yaranmışsa iddiaçının pa y haqqını tam ödəməsinin hüquqi nəticələri yoxlanılmalı, iddiaçının əmlaka mülkiyyət hüququ yaranmışsa mənzilin onun, yaxud İlahə Seyidovanın sahibliyinə verilib-verilməməsinin, yaxud sonuncunun mənzili təmir etməsinin iddianın həllinə təsiri qiymətləndirilməli, mülkiyyətin müdafiəsinə dair normaların dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq təhlil edilməlidir. İddianın qanuni əsası kimi Mülki Məcəllənin 452-ci maddəsi tətbiq edildiyi halda mənzil üzərində iddiaçının, yoxsa İlahə Seyidovanın hüququnun yaranması aydınlaşdırılmalı, bu çərçivədə mənzilin adları çəkilən şəxslərdən hansının daha əvvəl sahibliyinə verilməsi və digər dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq yoxlanılmalıdır. Apellyasiya məhkəməsi isə iddianın həllinə dair gəldi yi qənaəti iş materialları və konkret qanun normalarına istinad etməklə əsaslandırmamışdır. Bu hal isə maddi və prosessual hüquq normalarının pozulmasına, iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalət edir. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat:

32. İşə yenidən apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-3381/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) cavabdehin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil 14 avqust 2008-ci il tarixdə İddi açı satılmış və o, müqavilə ilə üzərinə düşən öhdəliklərini tam icra etmiş, lakin cavabdeh "xxxx" MTK mənzili iddiaçıya təhvil verməkdən imtina etmişdir. 7 mart 2016-cı il tarixdə sözügedən mənzil üçüncü şəxs İlahə Seyidovaya satılmış və həmin mənzil onun tərəfindən təmir olunmuş və hal-hazırda mənzildə o, yaşayır.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi həm də vicdanlılıq prinsipi nöqteyi nəzərindən əsassızdır. Belə ki, mübahisəli mənzilin İlahə Seyidovaya satılması, mənzilin onun tərəfindən təmir olunması, hazırda da onun ailə üzvləri ilə birlikdə orada yaşaması işin müəyyən olunmuş mübahisəsiz halıdır. Qeyd olunanları nəzərə alaraq hazırki iş üzrə İlahə Seyidova vicdanlı əldə edən şəxs kimi qiymətləndirilməli və bu səbəbdən də, İddiaçı iddiasının təmin edilməsi qeyri-mümkün hesab edilməlidir. Həmçinin, iddiaçı iş üzrə üçüncü şəxs olan İlahə Seyidovanın vicdanlı əldə edən şəxs olmasını nəzərə alaraq pozulmuş hüququnun əvəzinin alternativ qaydada ödənilməsini tələb edə bilər.

35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 178.8, 442, 452.1-ci ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat:

36. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, və iddianın təmin edilməsinə dair yekun qərar qəbul olunmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, daşınmaz əşyanı vicdanlı əldə etmə institutu daşınmaz əmlakın dövlət reyestri məlu matlarına güvənərək əldə edən şəxslərin hüquqlarının qorunmasına dair bir qaydadır. Belə ki, mübahisəli daşınmazla bağlı reyestrdə aparılmış qeydiyyat hansısa səbəbdən əsassız olur, əldə edən bu halı bilmir, həmin qeydiyyatın həqiqiliyi və tamlığı prezumpsiyasına güvənərək əşya hüququ qazanır. Bu halda vicdanlı şəxsin etimadı qorunur. Hazırki işdə mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün apellyasiya məhkəməsinin vicdanlı əldə etmə institutunu tətbiq və iddianı bu əsasla rədd etməsi göstərilən maddi hüquq normalarına uyğun olmayıb. Apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyib, qanunsuz və əsassız qətnamə qəbul edib. Məhkəmənin yol verdiyi digər bir pozuntu isə ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasını tapm ayıb, mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun aparmayıb və bununla da Mülki Məcəllənin 178.8, 452-ci maddələrinin və digər maddi hüquq normalarının tələblərini pozub.

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-88/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (sədrlik edən və məruzəçi) Ələsgər Əliyev və İspəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

39. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, hazırkı işdə mübahisə predmeti olan mənzil ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınma dığı üçün, apellyasiya məhkəməsinin vicdanlı əldə etmə institutunu tətbiq və iddianı bu əsasla rədd etməsi maddi hüquq normalarına uyğun olmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin yol verdiyi digər bir pozuntu ondan ibarət olmuşdur ki, iddia tələbinin qanuni əsasını tapmamış və mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun aparmamışdır. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozi siya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı mübahisənin düzgün hüquqi həlli üçün məhkəmə əvvəlcə müəyyən etməlidir ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması ilə hansı münasibətlər əmələ gəlmişdir. Bundan asılı olaraq iddia tələbinin uyğun gələn qanuni əsasları yoxlanılmalı və tərəflərin dəlilləri üzrə müvafiq qiymətləndirmə aparılmalıdır. Belə ki, tərəflər arasında müqavilə bağlandığı 14 aprel 2008-ci il tarixdə Mülki Məcəllənin 178.8-ci maddəsinin redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu baxımdan iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilə dair kooperativ üzvlüyü ilə bağlı münasibətlərin yaranıb-yaranmadığı, əgər yaranmışsa iddiaçının pay haqqını tam ödəməsinin hüquqi nəticələri yoxlanılmalı, iddiaçının əmlaka mülkiyyət hüququ yaranmışsa mənzilin onun, yaxud İlahə Seyidovanın sahibliyinə verilib-verilməməsinin, yaxud sonuncunun mənzili təmir etməsinin iddianın həllinə təsiri qiymətləndirilməli, mülkiyyətin müdafiəsinə dair normaların dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq təhlil edilməlidir. Əgər tərəflər arasında kooperativ üzvlüyü ilə bağlı deyil, podrat münasibətləri yaranmışsa bu zaman Mülki Məcəllənin 452-ci maddəsi baxımından dəyərləndirmə aparılmalıdır. Həmin normaya görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. İddianın qanuni əsası kimi bu norma tətbiq edildiyi halda mənzil üzərində iddiaçının, yoxsa İlahə Seyidovanın hüququnun yaranması aydınla şdırılmalı, bu çərçivədə mənzilin adları çəkilən şəxslərdən hansının daha əvvəl sahibliyinə verilməsi və digər dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsi, iddianın həllinə dair gəldiyi qənaəti mülki iş materialları və konkret qanun normalarına istinad etməklə əsaslandırmamışdır. Bu hal isə maddi və prosessual hüquq normalarının pozulmasına, iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalət edir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi İddiaçı kassasiya şikayətinin dəlillərini əsaslı saymış və hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tər əfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Apellyasiya instansiyası məhkəməsində dördüncü icraat:

40. İşə yenidən apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-2941/2023 nömrəli, 7 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi) Cəmilə Musayeva və Günay Axundova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bir inci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəni müqavilə münasibətləri çərçivəsində qiymətləndirməkdə haqlı olmuşdur.

42. Belə ki, iş materiallarından da göründüyü kimi, üçüncü şəxsin müqaviləsindən daha əvvəl, yəni 14 aprel 2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən inşa edilən mübahisəli mənzil iddiaçı tərəfindən tam ödənilməklə, yəni 98.530 manat məbləğində pul ödənilməklə alınmışdır. İddiaçı 14 aprel 2008-ci il tarixli müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, yəni həmin mənzili iddiaçıya təhvil verməkdən imtina etməklə müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud h üquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

43. Məhkəmə öz mövqeyini Azərbaycan Respblikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 178.8, 452.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində dördüncü icraat:

44. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3984/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Zəki Babayev, (sədrlik edən və məruzəçi) Vidadi Məmmədov və Əhliman Xıdırov) üçüncü şəxs Seyidova İlahə Kamil qızının kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

45. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır. İddia tələbindən görünür ki, mübahisəli mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin onun sahibl iyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-nin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin müəyyən olunan hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Mülki Məcəllənin 152 və 385.1-ci maddələrinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 14 aprel 2008-ci il tarixli müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyini pozmuş, yəni mənzili iddiaçıya təhvil verməmişdir. Cavabdehin apellyasiya şikayətinə əsasən işə beşinci dəfə apellyasiya qaydasında baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə razılaşmış və həmin qətnaməni dəyişdirmədən saxlamışdır. Lakin iş material larından müəyyən edilir ki, işə sonuncu dəfə apellyasiya qaydasında baxılarkən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Seyidova İlahə Kamil qızının nümayəndəsi Seyidov Hicran Kamil oğlu izahat verərək İlahə Seyidovanın mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alıması barədə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdiyini və mənzilin onun adına xx.xx.2022-ci il tarixdə qeydə alınaraq ona çıxarış verildiyini bildirmiş, çıxarışın surətini məhkəmə kollegiyasına təqdim etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilərək iş materiallarına əlavə edilmiş həmin çıxarış a əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 6, Yeni qaydalarla ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 87,80 kv.m. olan 1 nömrəli mənzil tam mülkiyyət hüququ ilə Seyidova İlahə Kamil qızının adına **********7 qeydiyyat nömrəsi ilə 14 iyul 2022-ci il tarixdə qeydə alınmışdır. Bununla belə işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Hicran Seyidovun təqdim etdiyi çıxarış qəbul edilərək iş materiallarına əlavə edilsə də, həmin yeni subuta iddiaçının və cavabdehin münasibətləri aydınlaşdırılmamış, qeyd olunan çıxarışın həmin şəxslər tərəfindən mübahisələndirilib-mübahisələndirilməməsi, çıxarışın işə baxılan vaxt qüvvədə olubolmaması araşdırılmamış, yeni sübuta münasibətdə iddiaçıya birinci instansiya məhkəməsinin baxışına təqdim etdiyi iddianın hüquqi əsasını dəyişməsi habelə yeni tələb irəli sürməsi üçün zəruri şərait yaradılmamış, habelə adı çəkilən sübuta qətnamədə hər hansı hüquqi qiymət verilməmişdir.

46. Apellyasiya instansiya məhkəməsi həmçinin təqdim edilmiş yeni sübuta əsasən işin dəyişən hallarına hər hansı hüquqi qiymət verməmiş, cavabdeh “İcraçı” Cavabdeh MTKya yönəlmiş iddia üzrə mübahisəli mənzilin hazırda mülkiyyətçisi olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlahə Seyidovadan hansı qaydada alıb iddiaçıya təhvil verilməsinin hüquqi əsaslarını qətnamədə əsaslandırmamışdır. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin Mülki Məcəllənin 152 və 385.1-ci maddələrinə istinad edərək, ün van 4 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzilinin iddiaçıya təhvil verilməsinin Cavabdeh MTK-nə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq haqqında gəldiyi nəticə tam və əsaslı deyildir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsində beşinci icraat:

47. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə müqavilə bağlanılsa da, müqavilədə yanlış olaraq mənzilin nömrəsi səhv göstərilmişdir. Dəfələrlə iddiaçıya müraciət edərək müqavilədə yanlışlığın düzəldilməsi və on a ödənilmiş pulun qaytarılmasını təklif etsə də, iddiaçı razı olmamışdır. Mübahisəli mənzil Seyidova İlahə Kamil qızına satılmış və həmin mənzil onun tərəfindən təmir olunmuş, hal-hazırda o, mənzildə yaşayır. Hazırkı mülki iş üzrə mübahisə mövcud olmadığı üçün iddia tələbi təmin edilə bilməz.

48. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-647/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Muradova (sədrlik edən və məruzəçi) Elnur Həsənov və Sabit Bəhrəmzadə) cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh Mənzil Tikinti Koperativinə və Seyidova İlahə Kamil qızına qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzil in istifadə və sahibliyə verilməsi”, “Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 955-ci məhəllə, ev 21, 6 saylı mənzilə dair cavabdehlər Cavabdeh Mənzil Tikinti Koperativi ilə Seyidova İlahə Kamil qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 509 nömrəli müqavilənin etibarsız hesab edilərək həmin mənzilə dair ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində Seyidova İlahə Kamil qızının adına **********7 qeydiyyat nömrəsi ilə aparılmış 14 iyul 2022-ci il tarixli qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir

49. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil dəyəri ödənilməklə ilk olaraq iddiaçıya satılsa d a sonradan həmin müqavilə ləğv edilmədən başqa bir şəxsə (cavabdeh) Seyidova İlahə Kamil qızına satılmış və hazırda mübahisəli mənzil İlahə Seyidovanın mülkiyyətindədir. Bununla belə iddiaçı həmin mənzilə münasibətdə mülkiyyət hüquqlarını qeydiyyata aldıra bilməmiş və hazırda həmin mənzilin istifadəsinə və sahibliyinə verilməs ilə yanaşı, eyni zamanda Cavabdeh Mənzil Tikinti Koperativi ilə Seyidova İlahə Kamil qızı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 509 nömrəli müqavilə və onun əsasında verilmiş 14 iyul 2022-ci il tarixdə qeydə alınmış çıxarışın etibarsızlığını tələb edir. Cavabdeh Mənzil Tikinti Koperativi isə apellyasiya şikayətində iddiaçı ilə bağlanmış müqavilədə mənzilin nömrəsinin yanlış yazılmasını qeyd etmiş, həmçinin bildirilmişdir ki, mübahisəli mənzil Seyidova İlahə Kam il qızına satılmış və həmin mənzil onun tərəfindən təmir olunmuş, hal-hazırda o, mənzildə yaşayır.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya eləcə də cavabdeh Seyidova İlahə Kamil qızına verilmiş mənzilə dair sənədlərdən görünür ki, hazırda mübahisələndirilən - ünvan 5 ünvanda kooperativ tərəfindən inşa edilən 20 mərtəbəli yaşayış evinin 1A blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzildir.

51. Bununla belə məhkəmə kollegiyası cavabdehin digər dəlili ilə razılaşaraq hesab etmişdir ki, həmin dəlillər qətnamənin ləğv edilərək, iddiaçının - yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi tələbinin rədd edilməsi üçün əsasdır.

52. Belə ki, iş üzrə yuxarı instansiya məhkəməsinin göstərişlərinə əsasən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 955-ci məhəllə, ev 21, mənzil 6, Yeni qaydalarla ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 87,80 kv.m olan 1 nömrəli mənzil tam mülkiyyət hüquqi ilə Seyidova İlahə Kamil qızının adına **********7 qeydiyyat nömrəsi ilə 14 iyul 2022-ci il tarixdə qeydə alınmışdır. Eyni zamanda həmin qeydiyyatın həyata keçirilməsinə əsas olan maliyyə arayışı və sənədlər də kollegiyanın sorğusuna əsasən məhkəməyə təqdim edilmişdir.

53. Məhkəmə kollegiyası Mülki Məcəllənin 452-ci maddənin tələblərinə əsaslanaraq qeyd etmişdir ki, hazırda iddiaçının tələb etdiyi mənzilə münasibətdə mülkiyyət hüquqları İ.Seyidovanın adına qeydiyyata alındığından, iddiaçının-öhdəlikdə nəzərdə tutulan şərtlərlə mənzilin ona verilməsini tələb etmək hüququ aradan qalxmışdır. Belə olan halda iddiaçı öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

54. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, hazırki vəziyyətdə mübahisəli mənzil İ.Seyidovanın mülkiyyətində olduğundan, eləcə də iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi üçün hüquqları aradan qalxdığından (Mülki Məcəllə 452-ci maddə) yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi tələbi rədd edilməlidir.

55. İdd iaçının dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi müqavilənin etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır.

56. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki hüquq münasibətlərində fərdi müəyyən əşya ilə bağlı bir neçə razılaşmanın olması istisna edilmir və bu cür vəziyyət özüözlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. Belə yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan irəli gəlir – hansı ki, həmin normanın mənasına görə, fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin o lması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcələ, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır.

57. Məhkəmə kollegiyası bu xüsusatlarla bağlı xüsusilə qeyd etmişdir ki, mənzili 2016-cı ildə əldə edən cavabdeh Seyidova İlahə Kamil qızı iddia çı ilə MTK-nın əvvəlki sövdələşmələrindən xəbərdar deyildi və ola da bilməzdi. Belə olan halda onun mənzilin dəyəri kimi 110.000 manatı Cavabdeh Mənzil Tikinti Koperativinə tam ödəməklə mənzilə sahib çıxıb, təmir etdirərək yaşayış üçün yararlı hala salmaqla hazırki vaxta kimi yaşamaqda davam etməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətlədirilə bilməz.

58. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.1, 140, 148.2, 149.2, 157.2, 157.4,178.8, 337.1, 385.1, 386.1, 389.1, 427.2, 442, 443.1, 452.1, 452.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

59. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir.

60. Şikayət iddia ərizədi ilə eyni dəlillərlə əsaslandırılmışdır.

61. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 149.2, 152.1, 152.2, 152.3-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

63. Maddə 14.1.Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

64. Maddə 14.2.1.Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavil ələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.

65. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

66. Maddə 148.2.Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

67. Maddə 1 49.2.Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

68. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

69. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə m ülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

70. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).

71. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

72. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdə n çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

73. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

74. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

75. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

76. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

77. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

78. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o k reditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

79. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010cu il tarixli Qərarı

80. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

81. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

82. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

83. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

84. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması za manı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

85. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

86. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

87. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

88. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

89. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessua l hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

90. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

91. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 452-ci maddənin tələbinə müvafiq olaraq iddiaçının tələb etdiyi mənzilə münasibətdə mülkiyyət hüquqları İ.Seyidovanın adına qeydiyyata alındığından, iddiaçınınöhdəlikdə nəzərdə tutulan şərtlərlə mənzilin ona verilməsini tələb etmək hüququ aradan qalxmışdır. Belə olan halda iddiaçı öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

92. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

93. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxl anılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-647/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar