Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2368/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi ilə, ilkin iddia üzrə cavabdeh X6 hüquqi varisi Maraqlı şəxs və vəkili Qadaşlı Məhəmməd Allahyar oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi ilə (Ş.Z.Abdullayev, iş 2(009)-623/2018) ilkin iddia təmin edilərək, Cavabdeh1 və X5 müştərək qaydada cavabdeh X2 xeyrinə 210.000 (iki yüz on min) ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, iddiaçılar Cavabdeh1 və X6 cavabdeh X1rşı 07.06.2016-cı il tarixli kredit müqaviləsinin və onun əsasında bağlanmış 27.08.2016-cı il tarixli sazişin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2018-ci il tarixli qətnaməsi ilə (E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov, iş 2(103)-5976/2018) Bakı şəhəri, Səbail rayon məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İ lkin iddia üzrə cavabdeh X6 hüquqi varisi Maraqlı şəxs və vəkili Qadaşlı Məhəmməd Allahyar oğlu kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı X4 cavabdehlər Cavabdeh1 və X7 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 və X5 müştərək qaydada 210.000 ABŞ dolları məbləğində vəsaitin Azərbaycan Respublikası Mərkəzi Bankın ödəniş gününə müəyyən etdiyi məzənnə ilə manat ekvivalentində tutular aq X3 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 və X8 cavabdeh X1rşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılarla cavabdeh arasında bağlanmış 07 iyun 2016-cı il tarixli kredit müqaviləsinin və onun əsasında bağlanmış 27 avqust 2016-cı il tarixli sazişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İlkin iddia üzrə cavabdeh X6 hüquqi varisi Maraqlı şəxs və vəkili Qadaşlı Məhəmməd Allahyar oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman sübutlar obyektiv araşdırılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün q iymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan sübutlardan görünür ki, X4 ilə Cavabdeh1 arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş 07.06.2016-cı il tarixli kredit müqaviləsinə əsasən X4 Cavabdeh1 315000 (üç yüz on beş min) manat borc verir, sonuncu isə 07.06.2021-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürür. İşdə olan X4 ilə Cavabdeh1 arasında bağlanılmış və notariat qaydada təsdiq edilmiş 27.08.2016-cı il tarixli sazişə əsasən tərəflər 07.06.2016-cı il tarixdə, 3M-120 reyestrlə təsdiq edilmiş müqavilənin 1-ci bəndində göstərilən 315.000 (üç yüz on beş min) manat borc məbləğini 07.06.2016-cı il tarixdən manatın dollara olan məzənnəsinə uyğun olaraq 210.000 (iki yüz on min) ABŞ dolları göstərilməsi ilə əlaqədar razılığa gəlmişlər. Tərəflər müqavilənin 2-ci bəndində 07.06.2021-ci il müəyyən edilmiş müddətin 07.06.2017-ci ilə düzəliş edilməsinə dair razılığı gəlmişlər. İş materiallarına əlavə edilmiş X8, X4 tərəfindən yazılaraq imzalanmış 08.09.2016-cı il tarixli öhdəlikdən (zaminlik) görünür ki, X8 qızı Cavabdeh1 borc aldığı iki yüz on min ABŞ dolları məbləğində pulu qaytara bilməsə, həmin məbləği kredit müqaviləsində göstərilən müddətdə və yaxud A.Şişkina ilə razılaşdırılan tarixdə ona qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) ba şqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, ha zırkı iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı yaxud borc (kredit) müqavilələri, saziş adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi il ə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə(sazişə) əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını, yaxud hazırkı işdə olduğu kimi pulun məbləğinin ABŞ dollarına dəyişdiyini və aldıqları puldan müəyyən hissəsini qaytardıqlarını bildirir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yaranmış mübahisə məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, hazırkı iş üzrə tərəflər 07.06.2016-cı il tarixli kredit müqaviləsinin 1-ci bəndində göstərilən 315000(üç yüz on beş min) manat borc məbləğini 07.06.2016-cı il tarixdən manatın ABŞ dollarına olan məzənnəsinə uyğun olaraq 210.000(iki yüz on min) ABŞ dolları göstərilməsi ilə əlaqədar, həmçinin müqavilənin 07.06.2021-ci il müəyyən edilmiş müddətin 07.06.2017-ci ilə düzəliş edilməsinə dair könüllü olaraq razılığa gələrək həqiqətən də 27.08.2016-cı il tarixdə saziş bağlamışlar. Cavabdehlər bu sazişdə pulun məbləğinin dəyişməsini bilmədiklərini bildirmişlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlər notariat qaydasında bağlanmış sazişin əslində hansı münasibətlərin nəticəsi olaraq bağladıqlarını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilmədiklərindən notariat qaydasında bağlanmış saziş üzrə pulun məbləğinin dəyişilməsini bilmədiklərini yaxud aldıqları puldan müəyyən hissəsini qaytarılmasını sübut etmək vəzifəsi, artıq cavabdehlərin üzərinə düşsə də, onlar bu halı sübuta yetirə bilməmişlər İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏ RARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 01 iyun 2018-ci il tarixli, 2(103)-5976/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2368/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2368/2019
17.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver