Məhkəmə qərarları › İş №2(102)-237/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-237/2020

08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-237/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı2, Cavabdeh2 və vəkili Əliyev Rəbbil Ağa oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-2673/2019 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili Əliyev Rəbbil Ağa oğlunun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cav abdeh2 2.120 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx xxxxxx 2018-ci il tarixdə idarə etdiyi avtomobil ilə onun avtomobilini vuraraq maddi ziyan vurmuşdur. Dövlət Yol Polis İdarəsinin 1591 saylı arayışına əsasən xx xxxxxx 2018-ci il tarixdə saat 20:40 radələrində Sumqayıt SülhKomsomol kəsişməsində VAZ-2106 markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyana görə akt tərtib olunmuşdur. Dəymiş ziyanı cavabdehdən könüllü surətdə ala bilmir. Cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinin bir çox hissələri dəyişdirilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019 -cu il tarixli, 2(060)-2779/2019 saylı qətnaməsi ilə (sə dirlik edən hаkim C.B.Məmmədov) İddiaçı2 Cavabdeh2 qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)2673/2019 nömrəli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə, T.O.Quliyev və E.G.Rəhimov) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxx 2019-cu il tarixli 2(060)-2779/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı2 Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 maddi zərərin əvəzi olaraq 2.120 (iki min yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq ödənilmiş 30 manat tutulub İddiaçı2 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-2673/2019 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili Əliyev Rəbbil Ağa oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 və vəkili Əliyev Rəbbil Ağa oğlu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-2673/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə dəymiş maddi ziyanın məbləğini müəyyən etmək üçün araşdırma aparmamış, ekspertiza təyin etməmiş, yalnız Mərcan firmasının verdiyi arayışa istinad etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh2 və vəkili Əliyev Rəbb il Ağa oğlu kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxxxx 2019-cu il tarixli qətnamə ilə Cavabdeh2 maddi zərərin əvəzi olaraq 2.120 (iki min yüz iyirmi) manat tutulub İddiaçı2 verilməsini qət edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüy ü kimi, Cavabdeh2ZİL markalı **-CO-*** qeydiyyat nişanlı avtomobili ilə xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 20:40 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu küçəsi istiqamətində hərəkət edərkən Sulh Komsomol kəsişməsində VAZ-2106 markalı avtomobillə toqquşmuşdur. İnzibati xəta haqqında TYP 111680 saylı protokoldan və inzibati tənbeh vermə haqqında TYP 111680 saylı qərardan görünür ki, Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixdə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati ətanı törətdiyinə görə 60 manat cərimə olunmuşdur. İşdə olan Mərcan firmasının verdiyi arayışdan görünür ki, sağ və sol qanadın qiyməti 60 manat, alt üst panelin dəyəri 60 manat, kapotun dəyəri 95 manat, sağ arxı qanadın dəyəri 30 manat, sağ arxa stoykanın qiyməti 20 manat, arxa podpresin qiyməti 40 m anat, çulokun dəyəri 50 manat, sağ arxa bakın altı 15 manat, qabaq buferin dəyəri 45 manat, oblisovkanın qiyməti 30 manat, kapotun qıfılının qiyməti 15 manat, radiatorun qiyməti 50 manat, stabilizatorun dəmirinin qiyməti 25 manat, rulun qiyməti 30 manat, 1 cüt qamış adlı detalın dəyəri 18 manat, nikellərin dəyəri 20 manat, benzin bakın qiyməti 30 manat, sağ arxa diskin dəyəri 20 manat, arxa amortizatorun 1 cütünün qiyməti 50 manat, pərin qiyməti 5 manat, antifrizin dəyəri 20 manat, sağ padfarnik dəsti 40 manat, çilingər xərci 120 manat, elektrik xərci 50 manat, dəmirçi xərci 600 manat, rəngsaz xərci 600 manat, ümumilikdə 2.138 manat təşkil edir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsasların ı düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququnadair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə avtomobilin qüsur aktı olmadığı üçün məhkəmə kollegiyası Mərcan firmasının verdiyi arayışı sübut növü kimi qəbul edir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Göründüyü kimi, iddiaçı tərəf vurulmuş zərərin məbləği ilə bağlı müvafiq sübutlar təqdim etmişdir, buna baxmayaraq cavabdeh tərəf ekspertizanın keçirilməsi üçün əsas ola biləcək və iddiaçı tərəfin sübutunu şübhə altına ala biləcək hər hnsı sübuta istinad etməmişdir. Bu səbəbdən də məhkəmələr Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən zərərin məbləğini düzgün olaraq iddiaçı tərəfin tədim etdiyi sübutlar əsasında müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələri ni rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-2673/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar