Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-237/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi, vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1329/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icrat qaydasında baxaraq, aşağ ıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı «tikilinin sökülməsi, vurulmuş ziyanın ödənilməsi, cavabdehlərə gələcəkdə bu kimi qanunsuz tikililərin inşasına qadağa qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tikilinin sökülməsi, vurulmuş ziyanın dəyəri olaraq 2.000 manat pulun cavabdehlərdən alınması və gələcəkdə xüsusi mülkiyyətində olan evə qanunla müəyyən edilmiş ara məsafəsi gözləmədən hər hansı bir tikilinin inşa edilməsinə cavabdehlərə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Onun mülkiyyətində olan fərdi yaşayış evi ilə həmsərhəd ərazidə yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsində cavabdehlər tərəfindən təxminən 2014-cü ilin əvvəllərində onun evinə bitişik tikili inşa edilərək, həmin tikilidə süd və süd məhsullarının istehsalı ilə məşğul olurlar. Cavabdehlərin istehsalla məşğul olduğu tikili onun fərdi yaşayış evinə bitişik olduğu üçün yaşayış evinə su sızır və nəticədə yaşayış evinə ziyan dəymişdir. Dəfələrlə cavabdehlərə qanunsuz inşa etdikləri tikilinin sökülməsini, ona vurulmuş ziyanın ödənilməsini, eləc ə də gələcəkdə bu kimi halların təkrarlanmamasını tələb etsə də, cavabdehlər buna məhəl qoymamış, öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində evindən sərbəst istifadə edə bilmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sən aye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. Şərh edilən qanun normasının tələbindən görünür ki, yaşayış evlərinə münasibətdə qonşu ilə həmsərhəd ərazini müəyyən edən divarın hündürlüyü 3 metr olduqda, 75 sm ara məsafəsi saxlamaqla, tikinti işləri aparıla bilər. Lakin cavabdeh mübahisəli tikilini inşa edərkən, şərh edilən qanun normasının tələbinə riayət etmədən, yəni qanunla müəyyən edilmiş qaydada 75 sm ara məsafə saxlamadan mübahisəli tikilini inşa etmişdir ki, həmin tikili onun evinə ciddi ziyan vurur. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun yaşayış evinə su sızmışdır ki, həmin su sızma nəticəsində yaşayış evinin döşəməsi və divar kağızı sıradan çıxmış, nəticə də ona 2000 manatdan artıq ziyan dəymişdir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhk əməsi) 05 dekabr 2019-cu il tarixli, 2(046)-1858/2019 saylı qərardadı ilə (hakim Zəfər Quliyev) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə və AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2020-ci il tarixli 31116 saylı rəyindən görünür ki, Göyçay şəhəri Nizami küçəsində cavabdehə məxsus olan talvar (B literli) Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş texniki pasportda öz əksini tapdığını və DƏDRX-də qeydiyyata alındığını nəzərə aldıqda, həmin tikinti işlərinin norma və qaydalara uyğun aparıldığı müəyyən olunur. Lakin cavabdeh tərəfin iddiaçının evinə bitişik inşa olunmuş tikilinin Azərbayca n Respublikası Şəhərsalma Tikinti Məcəlləsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Göyçay şəhəri Nizami küçəsində yerləşən iddiaçıya məxsus olan yaşayış evində yaranmış qüsurların səbəbini müəyyən etmək üçün su sızmanın səbəbinin müəyyən olunması üçün müvafiq avadanlıqla (Rothenberger ROLeak aqua Plus) müayinə aparılmış, texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iddiaçının evinin 4,8 x 7,6 m ölçüdə yaşayış otağının divarları döşəmədən təqribən 0,45 m hündürlükdə suvaq və şpatlevkanın qatının qopması, divar kağızının aralanması və döşəməyə vurulmuş taxtanın divara bitişik hissədə qaralanması, çürüməsi müşahidə olunmuşdur. Lakin dəymiş ziyanın dəyəri aparılmış söküntü nəticəsində yaranmış qüsurların dərəcəsi, istifadə olunaca q materialın dəyərindən asılı olaraq müəyyən oluna bilər. Birinci instansiya məhkəməsinin 2(046)-1158/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik, Cavabdeh1 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa edilmiş «B» literli talvarın cavabdehlərin öz hesablarına sökülməsi, iddiaçının xüsusi mülkiyyətində olan evə qanunla müəyyən edilmiş ara məsafəsi gözləmədən gələcəkdə hər hansı tikilinin inşa edilməsinin cavabdehlərə qadağan edilməsi, 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iş üzrə ekspertiza xərci olan 100 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə ilk öncə vurğulamağı zəruri hesab edir ki, talvar tikilisi iddiaçının fərdi yaşayış evinə zərər vurması halında, həmin tikilinin texniki pasportda göstərilməsinin, həmçinin fərdi yaşayış evindən öncə orada mövcud olmasının əhəmiyyəti qalmır. İşin faktiki hallarından göründüyü kimi, ünvan 1 ünvanda yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evinə su sızır, nəmişlik müşahidə olunur. Ekspert rəyində bunun müşahidə olunan təzahürləri qeyd edilmişdir. Belə ki, iddiaçının evinin 4,8 x 7,6 m ölçüdə yaşayış otağının divarlarının döşəmədən təqribən 0,45 m hündürlükdə suvaq və şpa tlevkanın qatının qopması, divar kağızının aralanması və döşəməyə vurulmuş taxtanın divara bitişik hissədə qaralması, çürüməsi müşahidə olunur. İddiaçının evinin damında, dama aid digər konstruktiv elementlərində yağış suyunun evin içinə daxil olaraq, yaxud divara sirayət edərək, qeyd olunan fəsadları yaratması mümkün deyil. Cavabdehin özünün də etiraf etdiyi kimi, talvar tikilisində süd məhsulları qəbul edir, orada sanitar-gigiyena qaydalarına riayət edilməsi üçün talvarın divarı və döşəməsi mütəmadi olaraq yuyulur. Talvar tikilisinin iddiaçının fərdi yaşayış evinə bitişik olması, fərdi yaşayış evində müşahidə olunan su sızması, nəmişlik izləri və cavabdehlərin talvardan istifadə etmə şəkli onu deməyə əsas verir ki, iddiaçının fərdi yaşayış evində müşahidə olunan nəmişlik və su sızması ca vabdehlərin istifadə etdikləri talvar tikilisindən qaynaqlanır. İddiaçının əmlakına nəmişlik və su sızması nəticəsində zərər vurulması aşkardır. Məhkəmə ekspert rəyində qeyd olunan – su sızmanın, yaxud nəmişliyin yaranması səbəbinin dəqiqliklə müəyyən oluna bilməməsinə dair məqama tənqidi yanaşır və bildirir ki, rəydə göstərlən, iddiaçının fərdi yaşayış evində müşahidə edilən zərərin vurulmasına əsas olan digər ağlabatan səbəblər mövcud deyil. Qanunvericiliyə əsasən vətəndaşlar elə hərəkət etməlidirlər ki, bu hərəkətlər qonşuların və üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Lakin cavabdeh, iddiaçının evinə bitişik olan talvarda müəyyən fəaliyyət növü ilə məşğul olarkən, məqsədyönlü şəkildə olmasa da belə, qonşuluq münasibətlərinə xələl gətirmiş, iddiaçını n fərdi yaşayış evinə su sızmaqla, yaxud nəmişlik yaranmaqla ziyan dəymişdir. Bu halda, cavabdehlərə məxsus ərazidə yerləşən talvar tikilisinin iddiaçıya məxsus fərdi yaşayış evindən öncə quraşdırılmasının, yaxud tikilməsinin bir önəmi qalmır. Bundan başqa, tikililər öz xüsusiyyətlərinə görə, əhəmiyyətlilik dərəcəsinə görə fərqlənir. Bu, özünü tikilinin təyinatında biruzə verir. Fərdi yaşayış evi, yaxud mənzil əsas yaşayış sahəsi olmaqla, qeyri-yaşayış sahələrindən, konstruksiyalardan, talvar, tövlə, hin, qaraj kimi tikililərdən daha önəmlidir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlərə məxsus ərazidə yerləşən talvar tikintisindən iddiaçıya məxsus fərdi yaşayış evinə su, yaxud nəm keçir, bu isə iddiaçıya məxsus fərdi yaşayış evinə ziyan vurur. Hazırki mübahisə üzrə iddiaçıya mül kiyyətində olan fərdi yaşayış evinə dəymiş ziyanın məhz cavabdehlərin hansının təqsirli hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində, başqa sözlə desək mülki hüquq pozuntusu nəticəsində vurulması sübut olunmadığından, eləcə də, dəymiş ziyanın dəqiq məbləği müəyyən edilmədiyindən məhkəmə hesab edir kiİ, iddianın – 2000 manat maddi ziyanın cavabdehlərdən alınması hissəsində təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4, 69.5.2-1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2, 1096.1, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin q ətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədli) 03 avqust 2021-ci il tarixli, 2(107)-1329/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 2(046)1158/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı və cavabdeh qonşuluq münasibətlərində olmasına baxmayaraq, mövcud mübahisəli tikilinin inşasından sonra münasibətləri pisl əşmiş və mübahisəni məhkəmədənkənar qaydada həll edə bilməmişlər. Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının evinə bitişik inşa olunmuş tikilinin Azərbaycan Respublikası Şəhərsalma Tikinti Məcəlləsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Göyçay şəhəri Nizami küçəsində yerləşən iddiaçıya məxsus olan yaşayış evində yaranmış qüsurlar ekspert tərəfindən tədqiq edilərkən iddiaçının evinin 4,8 x 7,6 m ölçüdə yaşayış otağının divarları döşəmədən təqribən 0,45 m hündürlükdə suvaq və şpatlevkanın qatının qopması, divar kağızının aralanması və döşəməyə vurulmuş taxtanın divara bitişik hissədə qaralanması, çürüməsi müəyyən edilmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş mübahisə li tikili cavabdehin özünə məxsus olan torpaq sahəsində inşa edilsə də, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, 70, 71-ci və 72-ci maddələrinin tələblərində göstərilənlərə cavab vermir. Yəni həmin tikili inşa edilərkən evlə arasındakı məsafənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qaydalarına uyğunluğu gözlənilməmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hazırki iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Birincisi ona görə ki, ekspert rəyi bu xarekterli mübahisələrin həllində mötəbər sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifay ət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 01 yanvar 2013-cü il tarixdən qüvvədədir. Mülki işin materiallarında olan texniki pasportdan görünür ki, cavabdeh mübahisəli tikilini 1986-cı ildə, yəni Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən 27 il əvvəl inşa etmişdir. MM-nin 152.1 -ci maddəsinin tələbin görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmənin gəldiyi nəticə talvarın mülkiyyətçisinin yuxarıda qeyd olunan hüquqlarını pozur. Belə ki, məhkəmənin özbaşına tikinti k imi qiymətləndirdiyi talvar Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş daşınmaz əmlakın texniki paspotunda cavabdehin mülkiyyəti kimi qeydə alınmışdır. Məhkəmə tərəflərin mülkiyyətlərində olan daşınmaz əmlaklara dair texniki sənədlərdəki əmlakların tikilmə tarixləri barədə qeydləri araşdırmamış, ekspertin rəyinə mötəbər sübut kimi qiymət vermişdir. Məhkəmə gəldiyi nəticəni yalnız ekspert rəyi ilə əsaslandırmış, iş materiallarında olan digər sübutlara qiymət verməmişdir. Məhkəmənin hazırkı nəticəyə gələrkən mötəbər sübut kimi nəzərə aldığı rəydə iddiaçıya məxsus olan yaşayış evində yaranmış qüsurların texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadığının göstərildiyi halda iddiaçının evindəki qüsurların cavabdeh tərəfindən inşa edilmiş talvarın yaratdığı təsdiq olunmur və i ddiaçı tələblərini əsaslandıran halları başqa qaydada sübut etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hal larda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki kolegi yasının 03 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni əldə etmiş olduğu ekspert rəyi ilə əsaslandırmış, apelyasiya kollegiyası isə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış, apelyasiya şikayətinin dəlillərini formal mülahizə hesab etmişdir. Lakin apelyasiya kollegiyası iş materiallarını tam, hərtərəfli tədqiq etməmiş, həmçinin ekspert rəyinə də düzgün yanaşma etməmişdir. Çünki istinad edilən ekspert rəyində “B” letrli talvarın Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş texniki pasportda öz əksini tapdığı, DƏDRX-də qeydiyy ata alındığı, həmin tikinti işlərinin norma və qaydalara uyğun aparıldığının müəyyən olunduğu göstərilmişdir. Belə olan halda, apelyasiya kollegiyası cavabdehin həmin talvar barədə mülkiyyət hüququnun qeydə alınıb-alınmadığını, həmin tikintinin norma və qaydalara uyğun aparılmasını, tikilinin 1986-cı ildə 1986-cı ildə, yəni Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən 27 il əvvəl inşa edilməsini, cavabdehin özünə məxsus evi iddiaçıdan sonra tikməsini və evinin divarının hasar olmasını nəzərə almadan həmin talvarın sökülməsi qənaətinə gəlmişdir. Digər tərəfdən həmin rəydə göstərilmişdir ki, “Göyçay şəhəri Nizami küçəsində yerləşən iddiaçıya məxsus olan yaşayış evində yaranmış qüsurların səbəbini müəyyən etmək üçün su sızmanın səbəbinin müəyyən olunması üçün müvafiq avadanlıqla ( Rothenberger ROLeak aqua Plus) müayinə aparılmış, texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iddiaçının evinin 4,8 x 7,6 m ölçüdə yaşayış otağının divarları döşəmədən təqribən 0,45 m hündürlükdə suvaq və şpatlevkanın qatının qopması, divar kağızının aralanması və döşəməyə vurulmuş taxtanın divara bitişik hissədə qaralanması, çürüməsi müşahidə olunmuşdur. Lakin dəymiş ziyanın dəyəri aparılmış söküntü nəticəsində yaranmış qüsurların dərəcəsi, istifadə olunacaq materialın dəyərindən asılı olaraq müəyyən oluna bilər.” Buradan da aydın olur ki, ekspert rəyi ilə iddiaçının söküntünü tələb etdiyi və buna əsas kimi istinad etdiyi mülkiyyətinə zərər dəyməsi xüsusatı ilə bağlı cavabdehin sökülməsi qət edilmiş əmlakının səbəb olması öz təsdiqini tapmamışdır. Lakin işə m ahiyyəti üzrə baxmış apelyasiya kollegiyası isə göstərilən hallara əhəmiyyət verməmişdir. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Beləliklə, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kə sb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə mə hkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Beləliklə işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətna mə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, sübutların müqayisəli tədqiq edilməsi, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.08.2021-ci il tarixli, 2(107)-1329/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03.08.2021-ci il tarixli, 2(107)-1329/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.