Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2370/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı vəkili X6, Cavabdeh1 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3700/2019 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(002)-1042/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh1 və dig ərlərinə qarşı “mənəvi ziyana görə Cavabdeh1 100.000 manat, Cavabdeh2 50.000 manat, Cavabdeh3 10.000 manat pulun tutulması” barədə ilk iddiası, həmçinin Cavabdeh1 İddiaçı qarşı “maddi və mənəvi ziyana görə 200.000 manat pulun tutulması” barədə qarşılıqlı iddiası rədd edilib. Tərəflər ayrıayrılıqda qətnamədən apelyasiya şikayətləri veriblər. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3700/2019 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov sədrlik edən, məruzəçi, L.M.Məmmədova və S.A.Qafari) apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh1 qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “mənəvi ziyanın ödənilməsi” barədə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş mənəvi ziyana görə Cavabdeh1 100.000 manat, Cavabdeh2 50.000 manat və Cavabdeh3 10.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda Cavabdeh1 İddiaçı qarşı “mənəvi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı dəymiş maddi və mənəvi ziyana görə 200.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gə lib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 və vəkili Tərlan Xanəliyev kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı vəkili Zaur Abasov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri ha qqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416- cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 kasasiya şikayəti verib. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı Cavabdeh1 kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, Cavabdeh1 apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, qarşılıqlı iddianın əsassız olmasına, qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün n əticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 23.1, 23.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, qarşılıqlı iddia ərizəsində Cavabdeh1 iddia etmişdir ki, İddiaçı qanunsuz hərəkətləri nəticəsində ona 200.000 manat məbləğində maddi, mənəvi ziyan dəyib. İddiaçıla aralarında olan qalmaqalları 2017-ci ildən unudub. Polis orqanının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, ondan izahat alınması zərurəti yaransa da, o, izahat verməkdən imtina edib. Bundan başqa, İddiaçı rəsmi qaydada verdiyi xx xxxxxxx 2017-ci il tarixli iltizamla üzərinə götürüb ki, onun və yaxın qohumlarının ona qarşı heç bir maddi və mənəvi tələbi yoxdur. Lakin, İddiaçı ona qarşı təzminatla bağlı iddia qaldırmaqla yenidən aralarında olan münaqişələrə təkan verib. O, Xırdalan bələdiyyəsinin katibi vəzifəsində çalışır və iş fəaliyyəti ilə əlaqədar olaraq, onu tanıyan insanların, şəhər sakinlərinin dairəsi çox genişdir. İşlədiyi müddət ərzində insanlar arasında özü barəsində hörm ət qazanıb. Lakin, İddiaçı onu tanıyan insanlar arasında onun barəsində hətta şəxsi ailə sirri və şəxsi həyatı ilə bağlı xoşagəlməz məlumatlar yaymaqla onun şərəfini, ləyaqətini alçaldaraq, insanlar arasında onu təhqir edib. İddiaçı öz hərəkətləri ilə insanlar arasında onu hörmətdən salmaqla yanaşı, işgüzar nüfuzuna zərər vurub. Nəticədə mənəvi təhqirə məruz qalmaqla böyük sarsıntı, iztirab keçirib. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 57-ci maddəsinin 1-ci hissəsində Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ təs bit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olmadığını sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı qərarının 02-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndində göst ərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999cu il tarixli, 07 saylı qərarının 03-cü bəndinin 02-ci abzastında göstərilir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şə xslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşların tənqid edilməsi şərəf və ləyaqətin ləkələnməsi kimi qiymətləndirilə bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 03 saylı qərarının 05-ci bəndinin 06-cı abzastında göstərilir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqın da” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999cu il tarixli, 07 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Şərəf dedikdə- insanın əxlaqi, mənəvi keyfiyyətlərinə, başqa şəxslərə və cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymət anlaşılır. Ləyaqət isə şəxsin özünə, davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia tələbində qeyd olunan şərtlər mövcud deyil və qarşılıqlı iddia tələbini də rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən Qərarının 3-cü bəndində göstərilir ki, şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsinə dair işlərə baxılarkən məhkəmələrin aydınlaşdırmalı olduğu halların sırasında müəyyən edilmişdir və burada birinci sırada yayılan məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi göstərilmişdir. Qanunverici bunu Mülki Məcəllənin 23-cü maddəsinin məntiqindən çıxış edərək bu şəkildə nəzərdə tutmuşdur. Belə ki, Mülkin Məcəllənin 23-cü maddəsinin adından və məzmunundan da göründüyü kimi bu maddəyə əsaslanaraq qaldırılan iddia hər hansı doğru olan və ya doğru olmayan informasiya haqqında deyil, yalnız şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən informasiyalara aiddir. Yəni vətəndaş və ya hüquqi şəxs haqqında həqiqətə uyğun olmayan informasiya şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələmirsə Mülki Məcəllənin 23-cü maddəsinin daxilində iddia predmeti ola bilməz. Bu halda həmin maddə üzrə iddiaçının xeyrinə məhkəmə qərarı çıxarıla bilməz. Beləliklə də iş üçün aydınlaşdırılması tələb olunan əsas məsələ iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi halının müəyyən edilməsidir, yəni iddiaçı sübut etməlidir ki, iddia ərizəsində istinad etdiyi hallar onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlardır. Bu baxımdan apelyasiya instan siyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi və onun barəsində hər hansı məlumatlar yayması mülki iş materialları ilə təsdiq olunmur. Mülki qanunvericiliyə görə, yayılmış məlumatların həqiqətə uyğun olub-olmadığını sübut etmək yükü məlumatı bilavasitə yaymış şəxsin üzərinə, qalan bütün halları, o cümlədən yayılmış məlumatın şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən məlumatlar olub-olmadığını sübut etmək vəzifəsi iddia edənin üzərinə düşür. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələb lərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3700/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2370/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2370/2020
22.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver