Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2371/2019 04.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili Vəkil, cavabdehlər Cavabdeh1 XXXoğlu, Cavabdeh3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsindən “xxxx” ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-545/2018, hakim S.R.Səlimova) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 XXXoğlu, Cavabdeh3 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada əsas borca görə 10.867 ABŞ dolları, faiz borcuna görə 2.649 ABŞ dolları, cəriməyə görə 100 ABŞ dolları olmaqla cəmi 13.617 ABŞ doları borcun icra edildiyi günə manata olan məzənnəsi ilə iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7315/2018 İ.K.Xəlilov, X.A.Cəmilova, İ.Ə.Kərimli)“xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnam ənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “xxxx” ASC iləCavabdeh1 XXXoğlu arasında bağlanmış 14 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 24 ay müddətinə 21% ödəmək şərti ilə 19.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi “xxxx” ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. 16 noyabr 2017-ci il tarixdə “xxxx” ASC Cavabdeh1 XXXoğlu, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şi kayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin əsas və faiz borcu düzgün hesablanmamışdır. Halbuki, ekspert rəyi təqdim edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər vəkilsiz iştirak etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə 11.065 ABŞ dolları məbləğində əsas borc, 4.510 ABŞ dolları məbləğində faiz borcu və 3.258 ABŞ dolları məbləğində dəbbə pulunun borclu və zaminlərdən müştərək qaydada tutulması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış 04 aprel 2018-ci il tarixli ekspert rəyi ilə Cavabdeh1 XXXoğlunun “xxxx” ASC-yə 10.867 ABŞ dolları məbləğində əsas borc, 2.649 ABŞ dolları məbləğində faiz borcununoldu ğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehlərdən müştərək qaydada əsas borca görə 10.867 ABŞ dolları, faiz borcuna görə 2.649 ABŞ dolları, cəriməyə görə 100 ABŞ dolları olmaqla, cəmi 13.617 ABŞ dolları məbləğində pulun tutulmasını qət etmişdir. İddiaçı bank həmin qətnamədən apellyasiya şikayəti verərək iddianın təmin edilməyən hissəsində qətnaməni mübahisələndirmişdir. Apellyasiya məhkəməsi tərəfindən təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, 09 oktyabr 2018-ci il tarixli ekspert rəyi ilə ilə Cavabdeh1 XXXoğlunun “xxxx” ASC-yə 10.867 ABŞ dolları məbləğində əsas borc, 2.649 ABŞ dolları məbləğində faiz borcuolduğu müəyyən edilmişdir. Göründüyü kimi təkrar ekspertizanın müəyyən etdiyi borc məbləği ilkin ekspertizanın müəyyən etdiyi m əbləğdən fərqli olmamışdır. Apellyasiya məhkəməsi iddiaçının nümayəndəsinin kredit müqaviləsi üzrə borc məbləğinin düzgün hesablanmaması dəlilinə münasibətdə hesab etmişdir ki, kredit müqaviləsi üzrə cavabdehin banka yaranan borc məbləği kredit müqaviləsinin şərtlərinə uyğun olaraq hesablanılmış, məbləğin hər hansı şəkildə düzgün hesablanmamasına əsas verən hallar aşkar edilməmişdir. Həmçinin iddiaçı kredit müqaviləsi üzrə borc məbləğinin düzgün olmayaraq hesablanılmasını göstərən hər hansı sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2371/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2371/2019
04.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver