Məhkəmə qərarları › İş №2(102)-2372/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2372/2019

10.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2372/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli qətnaməsindən Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisinin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-11970/2017 hakim K.B.Əsədov) Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisinin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 6.224 manat əsas borc, 390 manat faiz borcu olmaqla, cəmi 6.614 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan cavabdehə məxsus avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılmaqla satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7624/2018 hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova, İ.Ə.Kərimli) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 20 fevral 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 24 ay müddətinə illik 24 % ödəmək şərti ilə 7.470 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi bağlanmış ipoteka müqaviləsinə əsasənborclu özünə məxsus avtomobili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. 17 iyul 2017-ci il tarixdə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişd ir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, düzgün olmayan ekspet rəyinə istinad edilmişdir. Belə ki, ekspert ödənilən məbləğləri yalnız normal faiz üzrə hesablamış, kredit müqaviləsində cərimə ilə bağlı bəndi, kredit üzrə annuitet üzrə ödənişlərin gecikməsini nəzərə almamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyası iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məh kəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən alınmış 13 noyabr 2018-ci il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəy inə əsasən cavabdeh tərəfindən iddiaçı banka ümumilikdə 10.820 manat manat məbləğində pul vəsaiti ödənilmişdir ki, bunun da 7.470 manatı əsas borca, 3155 manatı isə faiz borcuna silinmişdir, 194 manat isə artıq ödəniş müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsi ilə ekspert rəyinin qiymətləndirilməsi əsasları müəyyən edilmişdir. Ekspert rəyi apellyasiya məhkəməsi tərəfindən tərəflərə göndərilmiş, tərəflər ona etiraz verməmişlər. Apellyasiya məhkəməsi ekspert rəyini şübhə altına alan hallar aşkar etmədiyi üçün mübahisənin həllində həmin rəyə istinad edərək iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilm iş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar