Məhkəmə qərarları › İş №2(102)-2372/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2372/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2372/2020 30.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X9 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh, vəkilləri X1 və X6 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cuil tarixli qətnaməsi ilə (iş № 2(060)4674/2019, hakim A.İ.İsmayılov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaç ı qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-3984/2019, hakimlər F.Ə.Məmmədov, L.M.Məmmədova, S.A.Qafari) İddiaçı apelyasiya şikayəti təmin edilmiş, qətnamə qismən - İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, ilkin iddia təmin edilmiş, Cavabdeh 53000 manat pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmiş, Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğiundan 53.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh qarşılıqlı iddia qaldıraraq, İddiaçı 13.600 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kolleg iyasının iclasında kassator və vəkilləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Tərəflər aralarında uzun müddətli pul münasibətlərinin olmasını bildirməklə, İddiaçı Cavabdeh hissə-hissə 53.000 manat məbləğində pul verdiyini və sonuncunun həmin məbləği qaytarmaqdan imtina etdiyini, Cavabdeh isə əksinə, İddiaçı ona 23.600 manat borclu olduğunu, həmin məblədğən 10.000 manat qaytarsa da, qalan məbləği qaytarmaqdan boyun qaçırdığını və onu şərləyərək polis orqanlarına şikayət etdiyini, sonradan isə hazırki iddianı qaldırdığını bildirmişdir. İddiaçı Cavabdeh 53.000 manat pulun onun xeyrinə tutulması barədə ilkin iddia, Cavabdeh də 13.600 manat məbləğində pulun İddiaçı alınaraq ona verilməsi barədə qarşılıqlı iddia qaldırmışlar. Birinci instansiya məhkəməsi ilkin iddiaçı üzrə iddiaçının və qarşılıqlı iddia üzrə i ddiaçının tələblərinin əsası kimi istinad etdiyi hallara dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiklərindən ilkin və qarşılıqlı iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir. İddiaçı və Cavabdeh həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, apellyasiya məhkəməsi tərəfindən İddiaçı apellyasiya şikayəti təmin edilmiş və qətnamə ilkin iddia hissəsində ləğv edilərək ilkin iddia təmin edilmiş, Cavabdeh apellyasiya şikayəti təmin edilməməklə qətnamə qarşılıqlı iddia hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı borclu olması iş materiallarında olan sübutlarla təsdiqini tapır, lakin borcun ödənilməs i və ya əksinə İddiaçı Cavabdeh borclu olması halı iş materialları ilə öz təsdiqini tapmır. Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kredito run isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76-cı maddəsi ilə sübutların dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə şahid ifadələri sübut hesab edilir. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı istinad etdiyi halları təsdiq etmək üçün şahid ifadələrinə istinad etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə görə məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin normaların məzmununa görə, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar barədə bilavasitə xəbərdar olduğu və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Bununla bərabər, o şəxs şahid hesab edilir ki, o işin mübahisələndirilən halı barədə bilavasitə, əsaslı şübhələrdən uzaq olan məlumata malik olsun. İlkin iddiaçı tərəfindən təqdim edilmiş şahid X2 ifadəsində bildirmişdir ki, tərəflər arasında borc barədə söhbət gedən zaman cəmi bir dəfə onların yanında olmuşdur. Onda olan məlumata görə tərəflər arasında pul söhbətləri vardır. Digər şahid X10 ifadəsində bildirmişdir ki, hər iki tərəflə münasibətləri yaxşıdır. Tərəflər həmişə yaxşı dost olmuşlar. İddiaçı ona demişdir ki, kassada olan pullar əskikdir. Lakin, Cavabdeh ona nə qədər borclu olduğunu bilmir. Digər şahid X3 bildirmişdir ki, hər iki tərəfi tanıyır. Cavabdeh İddiaçı pul aldığını görmüşdür. İddiaçı Cavabdeh pul aldığını isə görməmişdir. Digər şahid X7 bildirmişdir ki, İddiaçı Cavabdeh pul verdiyini görmüşdür. Pullar bazarda işlədiyi dövrdə verilmişdir. Göründüyü kimi həmin şahidlər borc münasibətlərinin yaranmasında bilavasitə iştirakçı olmamışlar, onların ifadələri ümumi məlumatlar olmaqla, işin konkret hallarını bilvasitə özündə əks etdirmir. Digər tərəfdən, apellyasiya məhkəməsinin istinad etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Cavabdeh İddiaçı 53.000 manat məbləğində borcunun olması ümumiyyətlə müəyyən edilmir. Həmin qərardan məlum olur ki, İddiaçı şikayəti üzrə materiala baxılarkən tərəflər hazırki iddialarına u yğun yazılı izahat verməklə, İddiaçı Cavabdeh hissə-hissə 53.000 manat məbləğində pul verdiyini və sonuncunun həmin məbləği qaytarmaqdan imtina etdiyini, Cavabdeh də İddiaçı ona 13.600 manat borclu olduğunu və onun həmin məbləği qaytarmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsi əsaslarını müəyyən edən 88-ci maddəsinin tələblərinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin maddənin məzmununa görə sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materiallarının həm qanunun tələblərinə uyğunluğunun, həm də tamlığının, işə aidliyini n, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Apellyasiya məhkəməsi sübutların qiymətləndirilməsi əsaslarını müəyyən edən normaların tələblərini pozmaqla və mübahisəyə öhdəliyin əsaslarını müəyyən edən qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə iş üzrə qanuni və əsaslı olmayan nəticəyə gəlmişdir. İş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsi ilə nizamlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Bunun üçün məhkəmə i şdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və düzgün hüquqi nəticəyə gəlməmişdir. Buna görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 14 və 217-ci maddəsinin tələblərinə uyğun olmadığından qanuni, əsaslı sayıla bilmədiyi üçün kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası mülki işin faktiki halları barədə irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmayaraq qeyd edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi əsaslarını müəyyən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar