Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2372/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2372/21 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, xx xxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 vəkili Vnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4817/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şi kayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 "xxxx” ASC-nin xeyrinə xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4430.54 AZN əsas borc, 721.85 AZN faiz borcu və 55.6 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 5207.99 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması “İddiaçı İKB” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 24 faizlə 36 ay müddətinə 4000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq, xx xxxxxxx 2015ci il tarixli Cavabdeh2 Asifəİi oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxx 2016-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 3790.78 USD Mərkəzi Bankin xx.xx.2016-cı il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 6394.67 AZN təşkil edir, kreditin müddəti xx.xx.2022- ci il tarixədək təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il yanvarın 22-dək Cavabdeh1 banka xx xxxxxxx 2015-cu il tarixli kredit müqaviləsi üzrə 4430. 54 AZN əsas borc, 721.85 AZN faiz borcu və 55.6 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 5207.99 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli 2(004)-1558/2020 nömrəli qətnaməsi ilə (hakim – Ayaz Məmmədov) iddia tələbi qismən təmin edilərək, “İddiaçı İKB” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4430.54 AZN əsas borc, 721.85 AZN faiz borcu və 5 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 5157,39 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdi r. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməli, kredit müqaviləsi ləğv edilməklə, cavabdehlərdən müştərək qaydada 4430.54 AZN əsas borc, 721.85 AZN faiz borcu və 5 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 5157,39 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat dövlət rüsumu bankın xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445.1, 445.2.1, 448.1, 467, 472, 739.1, 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və mülki işin a raşdırılmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-4817/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-1558/2020 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə-iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli, № 16-04053-2020 saylı məktubunda göstərilmişdir ki, X1 Kredit Reyestrinin və “ Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanı çərçivəsində yaradılmış məlumat bazalarına əsasən Cavabdeh1 ilə “xxxx” ASC (rebrendiqdən sonra“xxxx” ASC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixinə qalıq qalan əsas kredit borcu 3841,14 ABŞ dolları təşkil etdiyindən Fərmanın 1.2ci bəndinə uyğun olaraq bu hissədə 2304,68 manat kompensasiya hesablanmışdır. Yuxarıda qeyd edilən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi ilə əlaqədar bildirilir ki, həmin müqavilənin predmeti milli valyutada olan pul vəsaiti olduğundan kompensasiyaların hesablanması hissəsində, habelə Fərmanın qüvvəyə mindiyi tarixə (xx.xx.2019-cu il tarixinə) qalıq borcunun gecikdirildiyi günün 360 gündən az olması səbəbindən isə restrukturizasiya hissəsində Fərmanın əhatə dairəsinə düşməmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kollegiya hesab edir ki, borcalan Cavabdeh1 “xxxx” ASC qarşısında müqavilədən irəli gələn öhdəliklərini tam yerinə yetirmədiyinə görə kredit borcunun tutulmasına dair iddia tələbinin qismən təmin edilməsi qanuni və əsaslıdır. Odur ki, Kollegiya, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili V) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixdə Fərmanına əsasən onunun götürdüyü kredit həmin Fərmanın təsiri altına düşmüş və hesablamalara əsasən ona pul qaytarıl mışdır. Ən təcüblü hal ondan ibarətdir ki, əgər kredit borcu üzrə ödənilməmiş vəsait mövcud idisə, o zaman hansı səbəbdən bank göstərilən pul vəsaitini Cavabdeh1 borcuna silmək əvəzinə onun özünə geri qaytarmışdır. Əgər göstərilən borc kredit müqaviləsi üzrə əlavə sazişdən irəli gəlirdisə onda həmin müqavilə üzrə qeyd edilən Fərmana əsasən geri qaytarılmış pul vəsaitinə həmin müqaviləyə də çıxılmırdı. Bundan əlavə məhkəmə araşdırılması zamanı borcun hansı şəkildə hesablanması və yeni saziş bağlanarkən məbləğin hesablanması qaydası araşdırılmalı idi. Apelyasiya məhkəməsinin çıxardığı qətnamə absurd, heç bir sübuta əsaslanmayan, qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı işti rakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 (vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak v erməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz t ələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasas iya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixdə Fərmanına istinadən ondan borc pul tutulmasının əsassız olmasını göstərsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli, № 16-04053-2020 saylı məktubun da göstərilmişdir ki, X1 Kredit Reyestrinin və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanı çərçivəsində yaradılmış məlumat bazalarına əsasən Cavabdeh1 ilə “xxxx” ASC (rebrendiqdən sonra“xxxx” ASC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixinə qalıq qalan əsas kredit borcu 3841,14 ABŞ dolları təşkil etdiyindən Fərmanın 1.2-ci bəndinə uyğun olaraq bu hissədə 2304,68 manat kompensasiya hesablanmışdır. Yuxarıda qeyd edilən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi ilə əlaqədar bildirilir ki, həmin müqavilənin predmeti milli valyutada olan pul vəsaiti olduğundan kompensasiyaların hesablanması hissəsində, habelə Fərmanın qüvvəyə mindiyi tarixə (xx.xx.2019-cu il tarixinə) qalıq borcunun gecikdirildiyi günün 360 gündən az olması səbəbindən isə restrukturizasiya hissəsində Fərmanın əhatə dairəsinə düşməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli, № 16-04053-2020 saylı məktubuna əsaslanaraq qeyd edilməlidir ki, cavabdehlər Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcu Fərmanın 1-ci bəndinə uyğun olaraq 1ABŞ dollarına 0.25 manat kimi hesablanmış, Fərmanın 2-ci bəndinə əsasən cavabdeh tərəfindən adıçəkilən müqavilə üzrə gecikməyə yol verilmədiyi, yəni ödəniş müddəti keçirilmədiyi üçün hesablanmış kompensasiya məbləği Əlavə saziş üzrə kre dit borcunun ödənilməsinə yönəldilməmiş, cavabdehin özünə verilmişdir. Belə ki, Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə fiziki şəxslərin sərəncamına verilsin. Fərmanının 8.6-cı bəndində də vaxtı keçmiş kredit borcunun anlayışı verilmişdir. Belə ki, Fərmanının 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci ilin yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən apelya siya məhkəməsinə ünvanlanmış məktubla da cavabdehin 360 gündən çox gecikdirilmiş borcunun olmaması öz təsdiqini tapır. Əlavə olaraq qeyd edilməlidir ki, Fərmanının 6.1-ci bəndinə əsasən banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güşəztli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanının 7.1-ci bəndinə uyğun olaraq cavabdehlə bank arasında bağlanmış kredit müqaviləsi üzrə əsas məbləğ 10000 ABŞ dollarından aşağı olsa da, həmin müqavilə üzrə vaxtı keçmiş kredit borcu mövcud olmadığı üçün cavabdehə yeni güzəştli kredit müqaviləsinin bağlanması da təklif edilməmişdir. Göstərilən xüsusatları ümumiləşdirərək qeyd edilməlidir ki, cavabdehin xarici valyutada olan kredit müqaviləsi üzrə 360 gün dən çox gecikdirilmiş borcunun olması öz təsdiqini tapmadığından sözügedən müqavilə üzrə borc vaxtı keçmiş kredit borcu hesab edilməmiş və Fərmanının təsiri dairəsinə düşməmişdir. Ona görə də bank xarici valyutada olan kredit müqaviləsinə Əlavə saziş üzrə ödənilməmiş borc məbləğlərini cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırmasını həyata keçirmiş apelyasiya kollegiyası da mübahisə üzrə düzgün hüquqi mövqedə olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasi ya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4817/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.