Məhkəmə qərarları › İş №2(102)-2374/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2374/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2374/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı1 ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-633/2019 saylı, 27 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclası nda baxaraq Müəyyən etdi: Zəngilan Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(034)-369/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.M.Həsənov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 14461.60 (on dörd min dörd yüz altmış bir dollar) ABŞ dolları məbləğində əsas borc, 2633.37 (iki min altı yüz otuz üç) ABŞ dolları faiz və 26 (iyirmi altı) ABŞ dolları cərimə borcu olmaqla cəmi 17120.97 (on yeddi min yüz iyirmi) ABŞ dolları və ödənilmiş dövlət rüsumu olaraq 30 (otuz) manat məbləğində pulun qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə (hesab: adı X2, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, S FİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE**********0********) köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-633/2019 saylı, 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və L.M.Məmmədov) İddiaçı1 ASC-nin apelyasiya şikayətinin təmin edilməsi, Zəngilan Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, tutmanın ipoteka predmeti olan “Kia Sportage minik” markalı qırmızı rəngli mühərrik G4KDCH363243, ban KHAPC811DD7393232 avtonəqliyyat vasitəsinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, əldə edilən vəsait hesabına İddiaçı1 ASC-yə olan borcun ödənilməsi, ipoteka pre dmetini təşkil edən “Kia Sportage” markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 19.000 (on doqquz min) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın Cavabdeh1 alınaraq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmiş, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmişdir. İşin halları: İddiaçı1 ASC Cavabdeh1 qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1” ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.08.2013-cü il tarixli, 1159881-8186 saylı kredit müqaviləsinə əsasən 05 aprel 2018-ci il tarixə banka borclu olduğu 14461.60 (on dörd min dörd yüz altmış bir dollar altmış sent) AB Ş dolları məbləğində əsas borc, 2633.37 (iki min altı yüz otuz üç dollar otuz yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 426.05 (dörd yüz iyirmi altı dollar beş sent) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 17521.02 (on yeddi min beş yüz iyirmi bir dollar iki sent) ABŞ dolları məbləğində pulun (qətnamənin icra edildiyi günə olan manat məzənnəsi ilə) və 30 (otuz) manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh1 “İddiaçı1 ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş «Kia Sportage minik» markalı, qırmızı rəngli, mühərrik G4KDCH363243, ban KNAPC811DD7393232 olan ** FC *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank ilə Cavabdeh1 arasında bağlanmış 12.08.2013-cü il tarixli, 115988-1-8186 saylı “Avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh1 illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 23153 (iyirmi üç min yüz əlli üç) ABŞ dolları məbləğində kredit verilmişdir.Bank ilə Cavabdeh1 arasında bağlanmış 12.08.2013-cü il tarixli, 115988-1- 8186 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 01 saylı Razılaşmaya əsasən Cavabdeh1 22 iyul 2015-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 18048 ABŞ dolları məbləğində müəyyən edilmiş, borclu həmin krediti 36 ay 20 gün müddətinə 12 avqust 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh1 arasında bağlanmış 12.08.2013-cü il tarixli 115988-1-8186 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 02 saylı Razılaşmaya əsasən Cavabdeh1 25 yanvar 2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 17.803 ABŞ dolları məbləğində müəyyən edilmiş, borclu həmin krediti 30 ay 17 gün müddətinə 12 avqust 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh1 arasında bağlanmış 12.08.2013-cü il tarixli, 115988-1- 8186 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədən 03 saylı Razılaşmaya əsasən Cavabdeh1 03 may 2017-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 16.862 ABŞ dolları məbləğində müəyyən edilmiş, borclu həmin krediti 18 ay müddətinə 03 noyabr 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərinin icras ını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan «Kia Sportage minik» markalı, qırmızı rəngli, mühərrik G4KDCH363243, ban KNAPC811DD7393232 olan ** FC *** dövlət nömrə nişanlı avtomobili 12.08.2013-cü il tarixli 115988-16-11510 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini 06 iyunn 2017-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 14461.60 (on dörd min dörd yüz altmış bir dollar altmış sent) ABŞ dolları məbləğində əsas borc, 2633.37 (iki min altı yüz otuz üç dollar otuz yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 426.05 (dörd yüz iyirmi altı dollar beş sent) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 17521.02 (on yeddi min beş yüz iyirmi bir dollar iki sent) ABŞ dolları məbləğində borcu qalmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili X4 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası bank tərəfindən şişirdilmiş faizləri nəzərə almamış və faizlərin hesablanması üçün ekspertiza təyin etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı1 ASC-nin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasə n onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yox lanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin iddiaçı ilə bağlanmış olduğu kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəmyə müraciət edərək, kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan ipoteka predmetinin hesabına cavabdehin öhdəliyinin icrasının təmin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi mülki iş üzrə məhkəmə-əmtəşünaslıq ekspertizaları təyin etmiş, “xxxxnin” MMC tərəfindən verilmiş ƏEM/A18-777/19 saylı, 06 avqust 2019-cu il tarixli əmtəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, “Kia Sportage minik” markalı qırmızı rəngli mühərrik G4KDCH363243, ban KHAPC811DD7393232 avtonəqliyyat vasitəsinin orta bazar dəyəri 19.000 (on doqquz min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. -319.4. maddəsinə görə açıq hərracdan satışa çıxarı lan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə əsasən Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ipoteka müqaviləsi əsas kredit müqaviləsinin təminat üsulların dan biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. Borc ipoteka predmetinə yönəldildikdə ipoteka predmeti hərrac vasitəsi ilə satışa çıxarılmaqla əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməsi ilə bağlı prosedura başlanır. Bu zaman ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. İkin satış qiyməti iki üsulla müəyyən edilir. Birincisi tərəflərin iradə ifadəsi ilə bağlanmış razılaşma əsasında, ikincisi isə mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki,birinci instansiya məhkəməsində ipoteka predmetinə yönəldilmə barədə iddia təmin edilmədiyindən, ipotek anın ilkin satış qiyməti müəyyənlədirilməmişdir. Daşınar əşya olan avtomobilin müddət keçdikcə dəyərinin amortizasiya və s. hallardan asılı olaraq dəyişməsi qaçılmaz olduğundan, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmeti olan avtomobillərin dəyərinin obyektiv və subyektiv hallardan dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Keçirilmiş ekspertiza tədqiqatı ilə də 12 avqust 2013-cü ildə avtomobilin dəyəri kimi müəyyənləşdirilən 27.728 ABŞ dolları məbləğinin 19.000 manat olduğu müəyyən edildiyindən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və ipotekanın ilikin satış qiyməti 19.000 manat müəyyən edilmə lidir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinə dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdehin vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən kredit borcunun müəyyənlədirilməsi ilə bağlı mühasibatlıq ekspertizası təyin edilmiş, iddiaçının tələb etdiyi əsas məbləğin üs-üstə düşməsi, faiz məbləğinin isə ekspertin rəyində göstərilən məbləğdən az olduğu müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi mahiyyəti üzrə əsaslı hesab edildiyindən, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 alınaraq “xxxx” MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslə rə aid edilir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-633/2019 saylı, 27 avqust 2019-cu il tar ixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar