Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2374/2024 13.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nadir oğluna və Cavabdeh2 qarşı işi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nadir oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)205/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iş üzrə Cavabdeh3 vasitəsi ilə Cavabdeh1 və Cavabdeh2 ilə tanış olmuşdur.
2. İddiaçı Cavabdeh3 özünə pulunu hissə-hissə ödəməklə müxtəlif vaxtlarda iki avtomobil almışdır. 3. ** EN *** nömrəli “VAZ 2108 minik” markalı avtomobil və ** KS *** nömrəli “Mercedes Benz E2500 minik” markalı avtomobil 2021-ci ildə Cavabdeh1 adına reyestrdə qeydiyyata alınmışdır. Qeyd olunan avtomobillərin nisyə alğı-satqısı barədə iddiaçı ilə Cavabdeh1 arasında şifahi razılıq əldə olunmuş və avtomobillər 2021-ci ildə iddiaçının sahibliyinə verilmişdir. 4. ** EN *** nömrəli “VAZ 2108 minik” markalı avtomobilə görə iddiaçı Cavabdeh1 2.720 manat, ** KS *** nömrəli “Mercedes Benz E2500 minik” markalı avtomobilə görə 5.550 manat olmaqla, cəmi 8.270 manat pul ödəmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 11670 manatın və 127 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, Sadiqdən 2021-ci ilin əvvəllərində 11000 manat dəyərində “Mercedes” markalı avtomobil almışdır. Aralarında olan şifahi razılığa əsasən avtomobilin dəyərindən 1300 manat ilkin ödəniş etmiş, qalan məbləği isə 11000 manat bitənə qədər hər ay 300 manat olmaqla ödəməli idi. Həmin maşın üçün ümumilikdə 5550 manat ödəniş etmişdir. Bundan sonra imkanı olmadı ğına görə ödənişləri dayandırmışdır. Həmin avtomobilə 6 aylıq idarə etmək üçün etibarnaməsi olub və avtomobil iki ilə yaxın onun istifadəsində olub. Bundan sonra Sadiqdən 2021-ci ilin axırlarında 3750 manat dəyərində “Vaz 2108” markalı avtomobil almışdır. Həmin avtomobilin dəyərindən ilk iki ay 500 manat, qalan aylarda isə 300 manat olmaqla ümumilikdə cavabdehə 2720 manat ödəniş etmişdir. Həmin avtomobilə etibarnaməsi olmayıb, lakin avtomobil 1 ilə yaxın onun istifadəsində olub. Daha sonra maddi imkanı pisləşdiyindən avtomobillərin qalan məbləğlərini ödəyə bilməmişdir. İddiaçı Sadiqdən “Mercedes” markalı avtomobilə ödədiyi pulu nəzərə alaraq, “VAZ 2108” markalı avtomobil üçün qalan 1030 manat borcun bağışlanmasını xahiş edib. Sadiq əvvəl razılaşsa da, bir müddət sonra, təxminən 6-7 ay qaba q Sadiqin qaynı olan digər Cavabdeh1 polislə gələrək avtomobillərin hər ikisini onun əlindən alaraq aparmış, lakin həmin avtomobillər üçün ödədiyi pulları ona qaytarmamışdır. “Mercedes” avtomobilinə görə ümumilikdə 5550 manat, “Vaz 2108” markalı avtomobilə görə ümumilikdə 2720 manat ödəniş edib. İddiaçı ödənişləri Sadiq və Şahnaza etmişdir. Avtomobillərin isə mülkiyyətçisi Ələkbərdir. Qeyd olunan halın baş verməsini əvvəlcədən danışmayıblar. Bundan başqa, iddiaçı cavabdehlərdən yanvar ayında 3 aydan sonra qaytarmaq şərti ilə 1300 manat faizlə borc pul almışdır. Həmin pulun 400 manatını qaytarmışdır. Qalan 1400 manat borcunu isə imkan olduqda qaytaracağını söyləmişdir. Avtomobilin istifadəsi zamanı radar cəriməsinə görə, 400 manat cavabdehlərə pul vermişdir. Bundan başqa qeyd etdi ki, iki a vtomobilə ümumilikdə, əlavə olaraq 3000 manat vəsait sərf etmişdir. Belə ki, Vaz 2108 markalı avtomobilə 360 manat dəyərində təkər almış, 400 manat rəngsaza, 200 manat dəmirçiyə vermişdir. 250 manata şin almış, 200220 manat digər xırda işlərinə xərcləmişdir. “Mercedes” markalı avtomobil 300 manat dəyərində təkər 150 manat dəyərində akkumulyator almış, rənginə 640 manat, dəmir işinə 270 manat, disklərinə və alt hissəsinə təxminən 360 manat xərcləmişdir. Vaz 2108 markalı avtomobili aparanda işlək vəziyyətdə olub, “Mercedes”in isə mühərriki düzəldilirmiş. Cavabdehlərdən qeyd etdiklərindən başqa, o, cümlədən 650 manat və 250 manat almayıb. Ona görə də, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Şəki Rayon Məhkəməsinin 2(075)-1390/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nadir oğlundan və Cavabdeh2 8270 manat məbləğində pulun və 90 manatın dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun 37 manatının İddiaçı özünə aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh3 Nadir oğlu arasında olan şifahi razılıq əsasında cavabdeh tərəfindən iddiaçıya hissə-hissə ödəmək şərti ilə 11000 manat dəyərindən “Mercedes” markalı avtomobil verilmişdir. İddiaçı həmin avtomobilin dəyərindən cəmi 5550 manat ödəniş etmiş, qalan məbləği ödəməmişdir. Bundan sonra tərəflər arasında növbəti razılaşmaya əsasən Cavabdeh3 Nadir oğlu tərəfindən İddiaçı hissə -hissə ödəmək şərti ilə 3940 manat dəyərində “Vaz 2108” markalı avtomobil verilmişdir. İddiaçı həmin avtomobilin dəyərindən cəmi 2720 manat ödəniş etmiş, qalan məbləği ödəməmişdir. Hər iki nəqliyyat vasitəsi üzrə qalan məbləğlər ödənilmədiyindən cavabdehlər tərəfindən mübahisəli avtomobillər iddiaçıdan geri alınmış, lakin iddiaçının həmin avtomobillər üçün ödədiyi ümumilikdə 8720 manat məbləğində pul iddiaçıya qaytarılmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehlər isə iddiaçının qeyd edilən məbləği ödədiyini etiraf etmiş və eyni zamanda iddiaçının bundan başqa da onlara borcunun qaldığını qeyd etmişlər.
9. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, dövlət qeydiyyatına alınmasa belə tərəflərin arasında faktiki olaraq nisyə alğı-satqı müqaviləsindən irəli gələn münas ibətlər olmuşdur. İddiaçı tərəfindən cavabdehlərə ödənilmiş 8720 manat məbləğində pul onlar arasında bağlanmış şifahi razılıq əsasında məhz iddiaçıya verilmiş nəqliyyat vasitələri üçün ödənilmiş məbləğdir. 8720 manat vəsaitin iddiaçı tərəfindən cavabdehlərə ödənilməsi məhkəmə araşdırması, tərəflərin izahatları və ən əsası cavabdehlərin etirafı ilə tam sübuta yetirilmişdir. Nəqliyyat vasitələri cavabdehlər tərəfindən iddiaçıdan hər hansı səbəbdən geri alınmışdırsa, həmin nəqliyyat vasitələri üçün iddiaçı tərəfindən cavabdehlərə ödənilən məbləğlər də, geri qaytarılmalıdır. Belə ki, cavabdehlər avtomobilləri iddiaçıdan aldıqları üçün iddiaçının həmin avtomobillərə görə onlara ödədiyi pulların qaytarılmaması cavabdehlərin iddiaçının hesabına əsassız varlanması kimi qiymətləndirilməlidir. Ona g örə də, iddiaçı həmin məbləği cavabdehlərdən tələb etməkdə haqlıdır.
10. Məhkəmə, iddia tələbinin qalan 2880 manat hissəsinə münasibətdə iddiaçının qeyd etdikləri ilə razılaşmayaraq belə qənaətə gəlmişdir ki, iddiaçı nəqliyyat vasitələrinin təmirinə müəyyən məbləğdə xərc çəkdiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının təqdim etdiyi fleş-kartda avtomobillərin fotoşəkilləri olsa da, təmir olunması, təmirə çəkilən xərclərin məbləğləri ilə əsaslı sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa cavabdehlərə ödədiyi 400 manat aldığı borc müqabilində olmuş, digər 400 manat isə onun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı ödənilən cərimənin məbləği olmuşdur.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 1091.1, 1091.2, 1092.1-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4; 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Nadir oğlu birlikdə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflərin arasındakı münasibətlərə nisyə alğı-satqı normalarını tətbiq etməkdə səhvə yol vermiş və nəticədə iş üzrə qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatlarından da aydın olur ki, onların arasında avtomobillərin nisyə alğı-satqısı deyil, lizinq şərtləri ilə alğı-satqı olmuşdur. Yə ni avtomobilin qabaqcadan alıcıya verilməsi, alıcının dəyəri aylarla, hissə-hissə ödəməsi və tam ödənildikdən sonra avtomobilə olan mülkiyyət hüququnun əldə etməsi nəzərdə tutulmuşdur. Nisyə alğı-satqıda isə satıcı avtomobili qabaqcadan alıcıya verməmək hüququ da var ki, bu da işin sözü gedən hallarına uyğun deyil. İşin hallarından da görünür ki, cavabdeh avtomobiləri qabaqcadan iddiaçıya məhz lizinq şərtləri ilə vermişdir. Tərəflərin razılığına əsasən avtomobillərin dəyərini ödəyə bilməsə iddiaçı avtomobilləri qaytarmalı və alıcının ödədiyi pullar həmin tarixədək istifadə etdiyi ilə əvəzləşdirilməklə silinməlidir (kirayə müqaviləsinin qaydalarında oluduğu kimi). İşin hallarından da aydın olur ki, iddiaçı ardıcıl iki il avtomobilləri idarə etdikdən sonra yeddi ay ardıcıl heç bir ödəniş etm əmiş, həmçinin avtomobilləri də qaytarmaqdan imtina etmişdir. Yalnız bundan sonra Cavabdeh1 öz mülkiyyət hüquqlarından istifadə edərək avtomobilləri geri almışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı hər hansı məbləğ tələb edə bilməzdi. Əks halda bu iddiaçının əsassız varlanmasına səbəb ola bilərdi. Nəzərə alınmalıdır ki, avtomobillər 3 il ərzində iddiaçının istifadəsində olmaqla hər il ən azı 20 faiz amortizasiyaya uğramış və bazar qiymətini demək olar ki, iki dəfə itirmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamışdır. Cavabdehlər eyni zamanda qeyd edirlər ki, Məhkəmə iddiaçının cavabdehlərə vurduğu maddi zərəri nəzərə almamaqla maddi və prosessual hüquq normalarının tələblərini kobud pozmuşdur. Bundan başqa məhkəmə iddiaçının qeyd olunanlardan əlavə Cavabdeh1 1.300 manat pulu da alaraq geri qaytarmadığına da düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə 1.300 manat əlavə borc pulu da nəzərə almayaraq, iddiaçının əsassız varlanmasına şərait yaratmışdır.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-205/2024 nömrəli mülki iş üzrə 05 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 12 sentyabr 2023-cü il tаrixli qətnaməsi ləğv edilərək, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 8.270 manat məbləğində pulun və 102 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olm uşdur ki, “Mercedes” markalı ** KS *** dövlət qeydiyyat nişanlı və “Vaz 2108” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillər Cavabdeh1 məxsusdur. Avtomobillərin mülkiyyətçisi Cavabdeh1 razılığı və məlumatı ilə onun adından çıxış edən yeznəsi, iş üzrə digər Cavabdeh3 və iddiaçı arasında “Mercedes” markalı avtomobilin 11.000 manata, “Vaz 2108” markalı avtomobilin isə 3.940 manata iddiaçının mülkiyyətinə verilməsi barədə razılığa gəlinmişdir. İddiaçı “Mercedes” markalı avtomobilə görə cəmi 5.550 manat, “Vaz 2108” markalı avtomobilə görə isə 2.720 manat ödəniş etmişdir. İddiaçı razılaşdırılmış məbləği tam ödəyə bilmədiyinə görə avtomobillərin mülkiyyətçisi Cavabdeh1 polis şöbəsinə şikayət etmiş və hər iki avtomobili iddiaçıdan almışdır. Bu səbəbdən iddiaçı avtomobillərə görə ödədiyi 8.720 manat məbləğində pulun, habelə avtomobillərin təmirinə və sair görə çəkdiyi xərclərin qaytarılması barədə cavabdehlərə qarşı hazırki iddianı irəli sürmüşdür.
16. Məhkəmə hesab etmişdir ki, 8.270 manat məbləğində pulun iddiaçıya qaytarılmalı olması barədə rayon Məhkəməsinin mövqeyi düz olsa da, həmin vəsaitin avtomobillərin mülkiyyətçisi Cavabdeh1 ilə yanaşı, iş üzrə digər Cavabdeh3 və Cavabdeh2 da tutulması barədə mövqeyi səhvdir. Çünki yuxarıda qeyd olunduğu kimi, avtomobillərlə bağlı tərəflər arasında yaranmış münasibətlərdə Cavabdeh3 və Cavabdeh2 yalnız vasitəçi olmuş, avtomobillərə görə iddiaçının onlara ödədiyi pul vəsaitini onlar, son nəticədə mülkiyyətçi Cavabdeh1 vermişlər ki, sonuncu tərəfindən bu hal mübahisələndirilmir.
17. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər apellyasiya şikayətində avtomobillərə görə iddiaçının ödədiyi pul vəsaitlərinin qaytarılmamasının əsasını avtomobilin iddiaçıda qaldığı müddət ərzində onun amortizasiyaya uğraması, iddiaçıdan geri alındıqdan sonra avtomobillərin təmir edilməsi, habelə iddiaçının cavabdehlərə borcunun olması ilə əlaqələndirirlər.
18. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin iddiaçının tələb etdiyi pul vəsaitinin cavabdehlərə dəymiş maddi zərərlə və iddiaçının cavabdehlərə olan borcla əvəzləşdirilməli olmasını qeyd edən cavabdehlər, bu barədə hazırki iş üzrə iddiaçıya qarşılıqlı tələb irəli sürməmiş, habelə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişlər. Belə olan halda apellyasiya şikayətinin müzakirə olunan hissəsi, bu dəlillərin əsaslılığ ı hazırki məhkəmə baxışı çərçivəsində araşdırılmadan, rədd edilməlidir.
19. Bunlardan başqa, məhkəmə kollegiyası hesab etmişdir ki, rayon məhkəməsi iddianı qalan hissədə, yəni avtomobillərə görə iddiaçının çəkdiyi təmir və sair xərclərin ona ödənilməsi hissədə təmin etməməklə haqlı olmuşdur. Belə ki, iddiaçı, irəli sürdüyü həmin tələblərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Buna görə də, iddia tələbi və apelyasiya şikayətinin dəlilləri qismən əsaslıdır.
20. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü, 394-cü, 650-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 149.1, 372.4, 384, 392, 393 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassa siya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh Əİiyev Ələkbər Əlyar oğlu (Vəkil2 Zöhrab oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə tərəflərin arasındakı münasibətlərə əsassız varlanma ilə bağlı maddi hüquq normalarının tətbiq etməkdə, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, nəticədə iş üzrə qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatlarından da aydın olur ki, onların arasında avtomobillərin lizinq şərtləri ilə alğı-satqısı olmuşdur. Yəni, avtomobil qabaqcadan alıcıya v erilir, alıcı dəyərinin aylarla, hissə-hissə ödənilməsi və tam ödənildikdən sonra avtomobilə olan mülkiyyət hüququnun əldə edilməsi nəzərdə tutulmuşdur. Nisyə alğı-satqıda isə satıcı avtomobilə olan mülkiyyət hüququnun əldə edilməsi nəzərdə tutulmuşdur. Nisyə alğı-satqıda isə satıcı avtomobili qabaqcadan alıcıya verməmək hüququ da var ki, bu da işin sözü gedən hallarına uyğun deyil.
23. Belə ki, işin hallarından da görünür ki cavabdeh avtomobilləri qabaqcadan iddiaçıya məhz lizinq şərtləri ilə vermişdir. Tərəflərin razılığına əsasən avtomobillərin dəyərini ödəyə bilməsə iddiaçı avtomobilləri qaytarmalı və alıcının ödədiyi pullar həmin tarixədək istifadə etdiyi ilə əvəzləşdirilməklə silinməlidir (kirayə müqaviləsinin qaydalarında olduğu kimi). İşin hallarından da aydın olur ki, iddiaçı ardı cıl iki il “Mercedes” və “Lada 08” markalı avtomobilləri idarə etdikdən sonra yeddi ay ardıcıl heç bir ödəniş etməmiş, həmçinin avtomobilləri də qaytarmaqdan imtina etmişdir. Yalnız bundan sonra Cavabdeh1 öz mülkiyyət hüquqlarından istifadə edərək avtomobilləri geri almışlar. Müqavilənin şərtlərinə əsasən iddiaçı hər hansı məbləğ tələb edə bilməzdi. Əks halda bu iddiaçının əsassız varlanmasına səbəb ola bilərdi. Nəzərə alınmalıdır ki, avtomobillər 3 il ərzində iddiaçının istifadəsində olmaqla hər il ən azı 20 faiz amortizasiyaya uğramış və bazar qiymətini demək olar ki, iki dəfə itirmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi isə bu hüquqi faktları nəzərə almamışdır. Bu həmçinin iddiaçının əsassız varlanması deməkdir. Məhkəmə iddiaçının cavabdehlərə vurduğu maddi zərəri nəzərə almam aqla maddi və prosessual hüquq normalarının tələblərini kobud pozmuşdur.
24. Cavabdeh tərəfindən şikayətdə qeyd edilmişdir ki, məhkəmə iddiaçının qeyd olunanlardan əlavə Cavabdeh1 1300 manat pul da alaraq, geri qaytarmadığına da düzgün hüquqi qiymət verməmişdir. Halbuki, iddiaçının əlavə olaraq, 1300 manat pul alaraq, qaytarmadığı işin mübahisəsiz halıdır. İddiaçının verdiyi 400 manat isə cərimənin pulu olmuşdur. Məhkəmə 1300 manat əlavə borc pulu da nəzərə almayaraq, iddiaçının əsassız varlanmasına şərait yaratmışdır.
25. Lakin apellyasiya instansiya məhkəməsi bu halları da nəzərə almamış və qətnamə qəbul edərkən qeyd olunan maddi hüquq normasının tələblərini də pozmuşdur. Eyni zamanda, Mülki Prosessual Məcəllədə qeyd edilən prosessual hüquq normalarının da tələblərini pozmuşdur. Apelly asiya instansiyası MPM-nin 386-ci maddəsində nəzərdə tutulan hüquq normalarının tələbini kobud pozmuşdur. Belə ki, məhkəmə iddiaçı tərəfindən cavabdehə vurulmuş maddi zərərdən və iddiaçının verməli olduğu borcundan iddiaçının tələb etdiyi pul vəsaiti ilə əvəzləşdirilmə aparılmamışdır.
26. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 600, 747,748-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 217, 218, 220, 386, 417, 418-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəz ərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir.
32. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sür ülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və m əhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-205/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.