Məhkəmə qərarları › İş №2(102)-2375/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2375/2024

13.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2375/2024 13.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin növləri; podrat müqaviləsi, qüsurlu icranın nəticələri, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-74/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsi ndən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının qardaşının Nəmirli kəndində evi mövcud olmuşdur. Qardaşı iddiaçıya evi təmir etdirməsini demiş, o da cavabdehlərlə razılaşmış və cavabdehlər tərəfindən mənzil təmir edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 6.000 manat vurulmuş maddi zərərin əvəzinin 80 manat dövlət rüsumunun əvəzinin, cəmi 6.080 manat pulun alınaraq ona ödənilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ona 6.000 manat məbləğində maddi zərər vurmuşdur. Belə ki, onlar tərəfindən mənzil i təmir edilmiş, lakin keyfiyyətsiz təmir edildiyi üçün tikinti materiallarına çəkilmiş xərcin dəyərində maddi zərər vurulmuşdur. Bununla bağlı Ağsu rayon Polis şöbəsinə şikayət edilsə də iş mülki xarakterli olması səbəbindən cinayət işi rədd edilmişdir.

4. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddiaçının həyətində iki il bundan əvvəl işləmişlər və necə deyibsə elə də profilləri vurmuşlar, həmin profillər küləyin təsirindən aralanmışdır.

5. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı keyfiyyətsiz materiallar almış, onlar da iddiaçıya materialların keyfiyyətsiz olduğunu demişlər. Hətta cavabdeh onlara verəcəyi puldan da 200 manat əskik pul vermişdir.

6. Cavabdeh3 məhkəmə iclasında iddiaya etiraz edərək izahatı nda göstərmişdir ki, iddiaçı ilə 300 manata danışıb işləmiş və işi təhvil vermişdir. Lakin 15 gün sonra yenə ona zəng edərək boruların açıldığını demiş, o da gedib təzədən təmir etmişdir.

7. Ağsu Rayon Məhkəməsinin (hakim A.Əsgərov) 2 may 2023-ci il tarixli, 2(016)367/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər.

9. Məhkəmə qeyd etmişdir ki, sübut etmə vəzifəsi iddi açının üzərinə düşsə də o, tələb etdiyi hallara dair mötəbər sübutları, yəni cavabdehlər tərəfindən ona ziyan dəyməsini, həmçinin təmirə nə qədər pul xərcləməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindək i icraat

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təmir üçün alınmış materialların keyfiyyətlərinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin olunması barədə xahişi məhkəmə araşdırma predmeti olmamışdır. Cavabdeh3 qətnamədə qeyd olunduğu kimi təmirin keyfiyyətsiz aparıldığı üçün 15 gündən sonra zəng vasitəsi ilə ustalara məlumat verməyi, ustaların isə təmirin yenidən aparılması kimi faktlar birinci instansiya məhkəməsi tərəfindən obyektiv araşdırılmamışdır. Məlum halda vurulmuş maddi ziyan cavabdehlərin hansı əməllərindən doğması araşdırılmamışdır. Göstərilən xidmətin keyfiyyətsizliyinin səbəbi aydınlaşdırılmamışd ır. Cavabdehin ifadəsi kimi “material keyfiyyətsiz idi” heç bir mötəbər sübuta əsaslanmır. Təqdim edilmiş sübutlar obyektiv, qərəzsiz, hərtərəfli öyrənilməmişdir. Verilmiş vəsatəti yerli baxışın keçirilməsinə müsbət yanaşılmamışdır. Cavabdehin verdiyi izahatla bağlı, alınmış məhsulun keyfiyyətsiz olması ilə bağlı ekspertin rəyi olmadan qətnamə qəbul edilmişdir. Təmir qurtaran kimi qüsurlar ortaya çıxmış, bu halın Cavabdeh3 tərəfindən etiraf edilmiş və məhkəmə tərəfindən bu hala hüquqi qiymət verilməmişdir. Göstərilmiş xidmətin qüsurlarını əks etdirən foto şəkilləri birinci instansiya məhkəməsinə təqdim edə bilməmiş, səbəb olaraq isə məhkəmə tərəfindən yerli baxış keçiriləcəyinə ümidi olması, sonda vəsatət müzakirə edilmədən nəticənin elan edilməsi olmuşdur.

13. Apellyasiya instansiyası məh kəməsi iddiaçının cavabdehlərə sifariş verdiyini bildirdiyi dəmir lövhələrlə quraşdırılmış hasar və yağış sularının axıdılması üçün nəzərdə tutulmuş göy rəngli novların quraşdırılmasında hər hansı bir qüsura yol verilibverilməməsinin, hər hansı bir qüsura yol verilmişdirsə, həmin qüsurların onların quraşdırılmasında istifadə edilmiş materialların sıradan çıxmasına səbəb olub-olmaması kimi məsələlərin aydınlaşdırılması məqsədi ilə məhkəmə kollegiyasının 8 avqust 2023-cü il tarixli, 2(107)-921/2023 nömrəli qərardadı ilə kompleks məhkəmə tikinti texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/6303 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hi ssəsində göstərilənləri nəzərə alaraq, Ağsu rayonu Nəmirli kəndində yerləşən, iddiaçının fərdi yaşayış evinin damının kənarlarına vurulmuş novlardan aşağıya doğru quraşdırılmış metal boruların bəzi hissələrində qopduğu, bəzi hissələrdə isə əyildiyi müəyyən olunmuşdur. Baxış zamanı boruların üçün uc hissələrinin əzilərək bir-birinə keçirilməsi müəyyən olunmuşdur. Eyni zamanda metal təbəqələrdən ibarət hasara baxış keçirən zaman təbəqələrin birləşmə hissələrinin arxa hissədə quraşdırılan metal dayaqlara tam bərkidilmədiyi müəyyən olunmuşdur. Qeyd olunan qüsurların aradan qaldırılması üçün görülməli olan işlərin mövcud orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 512 manat məbləğində müəyyən edilir

15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elçin Mehdiyev (sədrlik edə n və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) 2(107)-74/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağsu Rayon Məhkəməsinin 2 may 2023-ci il tarixli, 2(016)367/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı X2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 6.000 manat vurulmuş maddi zərərin əvəzinin, 80 manat dövlət rüsumunun əvəzinin, cəmi 6.080 manat pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 80 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın iddiaçı X1 tutularaq dövlət büdcəsi hesabına keçirilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyas ı məhkəməsi birinci instansiya məhkəməsinin İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarına istinad etməməklə maddi hüquq normalarının pozuntusuna yol vermişdir.

17. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin təmir üçün alınmış materialların keyfiyyətlərinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin olunması barədə xahişinin məhkəmə tərəfindən araşdırılmaması, alınmış məhsulun keyfiyyətsiz olması ilə bağlı ekspertin rəyi olmadan qətnamə qəbul edilməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan birinci instansiya məhkəməsinin 2 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasına dair iclas protokolundan müəyyən edilmişdir ki, iddiaçının sifariş verdiyi işlərin cavabdehlər tərəfindən yerinə yetirilməsi üçün tələb olunan materiallar iddiaçı tərəfindən alınmışdır. Həmin materiallar iddiaçı tərəfindən alındığından onların keyfiyyət göstəricilərinə dair sənədin təqdim edilməsi vəzifəsi də məhz iddiaçının üzərinə düşür. Bunun üçün ekspertiza tədqiqatının aparılmasına nə kimi zərurətin olmasına iddiaçı tərəfindən aydınlıq gətirilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Həmçinin iddiaçının qeyd etdiyi dəlili üzrə ekspertiza təyin edilməsi üçün h ər hansı bir əsasın olması müəyyən edilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin yerli baxışın keçirilməsinə dair verilmiş vəsatətinə müsbət yanaşılmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş materiallarından və işdə olan birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından iddiaçının yerli baxışın keçirilməsinə dair hər hansı bir vəsatət verməsi halı müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası tərəfindən də aparılan təmir işlərinə yerində baxışın keçirilməsi zərurətinin olması müəyyən edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin ustaların təmiri yenidən aparması faktının birinci instansiya məhkəməsi tərəfindən obyektiv araşdırılmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd etm işdir ki, iddiaçının iddia tələbi ümumilikdə sifariş verdiyi işlərin cavabdehlər tərəfindən keyfiyyətsiz icrası ilə bağlıdır. Onun iddia tələbinin əsasını təkrar yerinə yetirilmiş işlərin keyfiyyətsizliyi deyil, ümumilikdə yerinə yetirilmiş işlərin keyfiyyətsizliyi təşkil edir. Yəni iddiaçının özü iddia tələbində bununla bağlı əlavə əsaslandırmanın aparılmasına zərurət duymamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmasına baxmayaraq, ilk öncə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olub-olmamasına qiymət verilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ilk növbədə iddiаçı İddiaçı hazırki tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı olmuşdur.

23. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, təmir işlərinin aparıldığı tikilinin, onun yerləşdiyi torpaq sahəsinin iddiaçının, yaxud onun adından işləri icra etdirdiyini bildirdiyi qardaşı X3 mülkiyyətlərində, qanuni əsaslarla sahibliklərində və istifadələrində olmasına dair hər hansı bir sübutun təqdim edilməməsi, buna dair iddiaçının, onun qardaşı X3 hər hansı bir hüquqlarının qeydiyyata alınmaması onu deməyə əsas verir ki, iddiaçı X2 cavabdehlər Cavabd eh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş maddi zərərin ödənilməsi»nə dair iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Elə bu əsasla da iddiaçı X2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir.

24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 442, 752.1, 762.1, 762.2, 767.1, 767.2, 768.1, 768.1.1, 768.1.2, 768.1.3, 770, 771, 772.1, 772.2, 773, 774, 777.1, 777.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmış dır ki, iddia tələbi üzrə məhkəmələr tərəfindən düzgün araşdırılma aparılmamışdır. Belə ki, Cavabdeh3 “material keyfiyyətsiz idi” desə belə məhkəmə əhəmiyyət verməmişdir. Eyni zamanda İddiaçı məhkəmədən təmir üçün alınmış materiallarının keyfiyyətlərinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin olunmasını xahiş etsə də məhkəmə təmin etməmişdir. İddiaçı məhkəmə tərəfindən yerli baxışın keçiriləcəyini düşünsə də, məhkəmə tərəfindən heç bir yerli baxış olmadan iddianın təmin edilməməsi barədə qətnamə çıxmışdır. Məhkəmə iclası zamanı cavabdehin verdiyi izahatla bağlı ekspertin rəyi olmadan qətnamə qəbul edilmişdir. Məhkəmə yerli baxışı və eyni zamanda verilən heç bir vəsatət təmin olunmamışdır. Təmir bitdikdən dərhal sonra qüsurların ortaya çıxmış olması, ustaların keyfiyyətsiz materiallard an istifadə etdiyinin sübutudur. Bununla yanaşı Cavabdeh3 tərəfindən də keyfiyyətsiz materiallardan istifadə edilməsi bildirmişdir. Lakin, məhkəmə işi obyektiv və düzgün araşdırmadan qərar vermişdir. Məhkəmə işin obyektiv araşdırılması üçün zəruri hesab edilən əlavə məhkəmə-tibb ekspertizası təyin etmədən, prosessual qanunvericiliyin tələblərini pozmuş, bu hallar qanunsuz və əsassız məhkəmə qətnaməsinin qəbul edilməsinə səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

28. Maddə 6.2.Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və q anunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

29. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

31. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyi n məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

33. Maddə 762.1.Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

34. Maddə 762.2.Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

35. Maddə 767.1.Əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır.

36. Maddə 767.2.P odratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur.

37. Maddə 768.1.Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur:

38. Maddə 768.1.1. Sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda;

39. Maddə 768.1.2. Sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda;

40. Maddə 768.1.3. Podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda.

41. Maddə 770.Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd öd əməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

42. Maddə 771.Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır.

43. Maddə 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhv olma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur.

44. Maddə 772.2.Materialın təsadüfən məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür.

45. Maddə 773.Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edi rsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

46. Maddə 774.Əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur.

47. Maddə 777.1.Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

48. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Mülki Prosessual Məcəllə

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

58. Qanun un tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin olunmalıdır.

61. Belə ki, işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təmir işlərinin aparıldığı tikilinin, onun yerləşdiyi torpaq sahəsinin iddiaçının, yaxud onun adından işləri icra etdirdiyini bildirdiyi qardaşı X3 mülkiyyətlərində, qanuni əsaslarla sahibliklərində və istifadələrində olmasına dair hər hansı bir sübutun təqdim edilməməsi, buna dair iddiaçının, onun qardaşı X3 hər hansı bir hüquqlarının qeydiyyata alınmaması onu deməyə əsas verir ki, iddiaçı X2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş maddi zərərin ödənilməsi»nə dair iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Elə bu əsasla da iddiaçı X2 ca vabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir.

62. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, iddiaçının tələb irəli sürməsi üçün subyektiv hüququ vardır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Nəzərə alınmalıdır ki, Mülki Məcəllədə tələb hüququ dedikdə, bir şəxsin başqa şəxsdən müəyyən hərəkətin yerinə yetirilməsini və ya müəyyən hərəkəti etməkdən çəkinməsini tələb etmək imkanını təmin edən səlahiyyətlər başa düşülür. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında podrat müqavilə münasibət ləri yaranmış, İddiaçı 2021-ci ildə Ağsu rayonu Nəmirli kəndində yerləşən fərdi yaşayış evində dəmir lövhələrlə quraşdırılmış hasarın və yağış sularının axıdılması üçün nəzərdə tutulmuş göy rəngli novların quraşdırılmasından ibarət təmir işlərinin aparılmasını cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həvalə etmişdir. Cavabdehlər tərəfindən həmin işlər icra edilmişdir. Lakin cavabdehlər tərəfindən işlər keyfiyyyətsiz icra edildiyi üçün iddiaçıya maddi zərər vurulmuşdur Nəticədə isə iddiaçının zərərin ödənilməsini tələb etmək hüququnun mövcudluğu aşkardır. Zərərin məbləğinə münasibətdə isə apellyasiya instansiya məhkəməsinin 8 avqust 2023-cü il tarixli, 2(107)-921/2023 nömrəli qərardadına əsasən alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/6303 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Ağsu rayonu Nəmirli kəndində yerləşən, iddiaçının fərdi yaşayış evinin damının kənarlarına vurulmuş novlardan aşağıya doğru quraşdırılmış metal boruların bəzi hissələrində qopduğu, bəzi hissələrdə isə əyildiyi müəyyən olunmuşdur. Baxış zamanı boruların üçün uc hissələrinin əzilərək bir-birinə keçirilməsi müəyyən olunmuşdur. Eyni zamanda metal təbəqələrdən ibarət hasara baxış keçirən zaman təbəqələrin birləşmə hissələrinin arxa hissədə quraşdırılan metal dayaqlara tam bərkidilmədiyi müəyyən olunmuşdur. Qeyd olunan qüsurların aradan qaldırılması üçün görülməli olan işlərin mövcud orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 512 manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi s übut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir

63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2024-cü il tarixli 2(107)-74/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 512 manat maddi ziyan və 80 manat dövlət rüsumu tutulmalıdır.

64. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2024-cü il tarixli 2(107)74/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlərdən müştərək qaydada 512 manat maddi ziyan və 80 manat dövlət rüsumu tutulsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar