Məhkəmə qərarları › İş №2(102)-2377/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2377/2019

09.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2377/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-xx/18) iddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər qarşı «kredit müqaviləsinin l əğv edilməsi, pul tələbi, tələbin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılması» tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı ASC ilə X1 arasında bağlanmış 18 dekabr 2015-ci il tarixli, 438/E saylı kredit müqaviləsinin ləğv edilməsi, 18 dekabr 2015-ci il tarixli, 438/E saylı kredit müqaviləsi üzrə cavabdehlər X1, X2 və X3 müştərək qaydada 96.762,00 (doxsan altı min yeddi yüz altmış iki) manat əsas borcun, 30.396,00 (otuz min üç yüz doxsan altı) manat faiz borcunun, 300,00 (üç yüz) manat cərimə borcu olmaqla, cəmi 127.458 (bir yüz iyirmi yeddi min dörd yiiz əlli səkkiz) manat məbləğində pul vəsaiti və 30,00 (otuz) manat dövlət rüsumunun tutulub iddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməs i, tutmanın X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 42b, 3 saylı mənzilə yönəldilməsi, müvafiq mənzilin 135.000,00 (bir yüz otuz beş min) manat məbləğində qiymətləndirilərək açıq hərracda satılması və ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaitinin hesabına kredit borcunun ödənilməsi, X2 mülkiyyətinə olan Bakı şəhəri, EV1 ən geci bir ay ərzində boşaldılması, evin satışından əldə olunan vəsait kifayət etmədikdə cavabdehlər X1, X2 və X3 müştərək qaydada pulun çatışmayan məbləğinin ümumi qaydada tutulması, mənzilin satışından artıq qalan məbləğin mənzilin mülkiyyətçisi X2 qaytarılması, ekpertiza xərcini təşkil edən 50 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələ bi qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən cavabdeh X1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Vəliyev-sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov, iş № 2(103)-xx/18)cavabdeh X1 apellyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsiniı xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X1, X2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, İddiaçı ASC ilə X1 arasında bağlanmış xx xxx 2015-ci il tarixli № 438/E saylı kredit müqaviləsinin ləğv eilməsini, X1, X2 və X3 birgə qaydada 96762 (doxsan altı min yeddi yüz altmış iki ) manat əsas borc, 42820 (qırx iki min səkkiz yüz iyirmi) manat faiz borcu, 5000 (beş min) manat cərimə olmaqla, cəmi 144582 ( bir yüz qırx dörd beş min beş yüz səksən iki) manat pul vəsaitinin və İddiaçının xeyrinə ödənilməsini, tutmanın İddiaçı ilə cavabdeh X2 arasında bağlanan xx xxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reystrində 2160 nömrəli reyestr kitabının 200112 nömrəli vərəqində qeydiyyata alınmış, Bakı şəhəri, EV2 yönəldilərək açıq hərracdan satılmasına, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə y önədilməsinə, mənzildə qeydiyyatda olan X2 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsinə və mənzilin ən geci bir ay ərzində boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkü n saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız cavabdeh X1 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçinidinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdi rilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı «Azadlıq» filialı ilə X1 arasında bağlanmış xx xxx 2015-ci il tarixli, 438/E saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 48 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə, 98.000,00 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASCnin cavabdehlər X3 və X2 ilə ayrı-ayrılıqda bağladığı “Zaminlik müqavilələri”nin 1.1ci bəndinə əsasən zaminlər Bank qarşısında borcalanın 18 dekabr 2015-ci il tarixli, 438/E saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsi nə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Kreditin təminatı kimi X2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində, 42b nömrəli binada yerləşən 84,83 kv/m ümumi, 46,56 kv/m yaşayış sahəsindən ibarət 2 otaqlı 3 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariatda təsdiq olunmuş, ipoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 21.08.2017-ci il tarixli “Maliyyə arayışı”na əsasən cavadeh X1 İddiaçı xx xxx 2017ci il tarixə 96.762,00 manat əsas borc, 42.820,00 manat faiz borcu, 5.000,00 manat cərimə borcu vardır. Apellyasiya instansiyası məhkəməsi həmçinin ekspert və mütəxəssis rəylərinə əsasən müəyyən etmişdir ki, cavabdeh X1 xx xxx

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar