Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2377/2021 16.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehin nümayəndələri X2, X8, cavabdehin vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5055/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh «xxxx» ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan X12 filialı tərəfindən verilən 15.05.17-ci il tarixli, 500 saylı qəbzin surətindən görünür ki, İddiaçı Tariyel oğlu tərəfindən Azərbaycan X12 filialındakı ******************** saylı depozit hesabına 30.000 ABŞ dolları mədaxil edilmişdir. Azərbaycan X12 filialı tərəfindən verilən 15.05.17-ci il tarixli, 500 saylı qəbzin surətindən görünür ki, İddiaçı Tariyel oğlu tərəfindən Azərbaycan X12 filialındakı ******************** saylı depozit hesabına 30.000 manat mədaxil edilmişdir. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-11/2019 saylı, 11 fevral 2019-cu il tarixli hökmünün surətindən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinentmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.3-cü maddələri ilə həmin məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinentmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə X9 qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rej imli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 12 iyul 2019-cu il tarixli qərarı ilə X13 və zərər çəkmiş şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 1(100)-11/2019 saylı hökmü məhkum X9 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası, həcminin X3 mülki iddiasına dair hissədə dəyişdirilmiş, X9 qəti olaraq 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinentmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, zərər çəkmiş şəxs (mülki iddiaçı) X3 mülki iddiasının qismən təmin edilməsi, X4 14000 ABŞ dolları alınıb X5 verilmə si qərara alınmış, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən 81075 AZN, o cümlədən 30 manat ödənilmiş dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ünvanlayaraq, cavabdeh “xxxx” ASC-dən 30.000 AZN və 30.000 ABŞ dolları, o cümlədən 30 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” ASC İddiaçı bankın əməkdaşı X13 tərəfindən öz vəzif ə səlahiyyətlərindən sui-istifadə etməklə vurulmuş mühüm maddi zərəri ödəməkdən qanunsuz olaraq boyun qaçırır. Belə ki, 13.01.2016-cı il tarixdən cavabdeh xxxxnın əmək müqaviləsi üzrə bankın Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin baş mütəxəssis-əməliyyatçı vəzifəsində çalışan X13 öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, İddiaçı Azərbaycan X12 şəhər filialının Yeni Gəncə şöbəsində olan ******************** saylı Depozit hesabına pul vəsaiti yerləşdirmək adı ilə iddiaçıdan 15.05.2017-ci il tarixdə 30.000 manat və 30.000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 51.075 manat olmaqla, ümumilikdə 81.075 manat məbləğində pul vəsaitini Azərbaycan X12 şəhər filialının Yeni Gəncə şöbəsinin inzibati binasında alaraq şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib iddiaçının külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək dələduzluq etmiş, həmin tarixdə pulların guya iddiaçının ******************** saylı cavabdeh xxxxnda olan Depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan 15.05.2017-ci il tarixli eyni, yəni 500 nömrəli iki ədəd bank mədaxil qəbzlərini hazırlayaraq imzası və işlədiyi xxxxna məxsus möhür ilə təsdiq etməklə İddiaçı təqdim etmişdir. xxxxnın əmək müqaviləsi üzrə Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin baş mütəxəssis-əməliyyatçı vəzifəsində çalışan X7 yuxarıda sadalanan və digər cinayət əməlləri barəsində Gəncə Ağır Cinay ətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ilə hüquqi qiymət verilmiş və cavabdehin əmək müqaviləsi üzrə əməkdaşı AR CM-in 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək haqqında 09 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, cavabdehin əməkdaşı X13 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən ziddi olaraq istifadə edib etibardan sui-istifadə və aldatma yolu ilə iddiaçıya mühüm zərər vurmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş № 2(006)-3163/2019) İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair iddias ı təmin edilərək “xxxx” ASC-dən İddiaçı xeyrinə 30.000 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması və eləcə də 30.000 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Azərbaycan X12 şəhər filialının Yeni Gəncə şöbəsinin baş mütəxəssis-əməliyyatçısı X13 öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib iddiaçının X12 şəhər filialının Yeni Gəncə şöbəsində olan ******************** saylı depozit hesabına pul vəsaiti yerləşdirmək adı ilə sonuncudan 15.05.2017-ci il tarixdə 30.000 manat və 30.000 ABŞ dolları pul vəsaitini Azərbaycan X12 şəhər filialının Yeni Gəncə şöbəsinin inzibati binasında alaraq şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib, iddiaçının k ülli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək dələduzluq etmiş, həmin tarixdə pulların guya İddiaçı ******************** saylı depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan 15.05.2017-ci il tarixli eyni, yəni 500 nömrəli iki ədəd bank mədaxil qəbzlərini hazırlayaraq imzası və xxxxna məxsus möhür ilə təsdiq etməklə İddiaçı təqdim edib vəzifə saxtakarlığı törətmişdir. Cavabdeh “xxxx” ASC-nin işçisi tərəfindən iddiaçıya maddi ziyan vurulduğundan, vurulmuş maddi ziyana görə 30.000 manat və 30.000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh “xxxx” ASC-dən alınaraq iddiaçıya verilməlidir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.Ə.Kərimli və A.Q.Hüseynov, iş № 2(103)10822/2019) bankın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və G.Quliyev, iş № 2(102)-1430/2020) kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və işin yeni apelyasiya baxışına göndərilməsi qərara almışdır. Kassasiya instansiya məhkəməsi qərarda iddiaçı tərəf indən pul məbləğinin bankın işçisi olan Cəlil Əlizadəyə verilsə də, bankla iddiaçı arasında bank əmanəti müqaviləsinin bağlanmamasını, tərəflər arasında müqavilə bağlanmadığı kimi müqavilənin şərtlərinin də müəyyən olunmamasını, Cəlil Əlizadənin aldığı pul məbləğini öz ehtiyaclarına sərf etməsini, yalnız pulun iddiaçının depozit hesabına qoyulması görüntüsü yaratmaq üçün bankdan xəbərsiz bankın möhüründən istifadə etməklə iddiaçıya yalançı qəbzlər təqdim etməsini, Cəlil Əlizadənin həmin hərəkəti ilə nəinki iddiaçını, həm də bankı aldatmasını, öz şəxsi məqsədləri üçün bankın adından istifadə etməsini və s. göstərmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik e dən və məruzəçi), Z.Şirinov və F.Talışinski, iş № 2(103)-5055/2020) apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 2(006)-3163/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə mübahisəyə tətbiq olunmalı olan əsas maddi hüquq norması MM-nin 1099.1-ci maddəsi, habelə MM- nin 1099.2-ci maddəsinin «bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir» ifadəsidir. Hazırki işin hallarında isə birmənalı olaraq müəyyən edilir ki, iddiaçıya münasibətdə X13 tərəfindən mülki hüquq pozuntusu törədilən zamanı, sonuncu əmək müqaviləsi əsasında «xxxx» ASC-də iş görən fiziki şəxs olmuş, müvafiq pul vəsaitləri də məhz bankın (bankın Gəncə şəhər filialının Yeni Gəncə şöbəsi) müvafiq inzibati binasında alınmışdır. Yəni, iddiaçının məqsədi pul vəsaitlərini hüquqi şəxs olan «xxxx» ASC-yə əmanətə qoymaq olmuş, bu səbəbdən də bankın inzibati binasında (bankın Gəncə şəhər filialının Yeni Gəncə şöbəsi), bankın işçisinə müvafiq pul vəsaitlərini təqdim etmişdir. Həmçinin, hökmə əsasən iddiaçıya münasibətdə X9 verilmiş ittihamlar - vəzifə saxtakarlığı, öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq əməlləri olmuşdur. Belə olan halda isə, cavabdeh öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşımalı və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edilməmiş, etirazının ə sası kimi istinad etdiyi halları əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, iddiaçının hazırki tələbi əmanət müqaviləsi üzrə əmanətin qaytarılması və ya tələb olunması ilə bağlı deyildir. İddiaçı tələbinin əsası kimi deliktin törədilməsini göstərmiş, MM-nin 1099-cu maddəsinin dispozitiv şərtlərinə əsaslanmışdır. Bu səbəbdən də, tərəflər arasında əmanət müqaviləsinin bağlanılıb-bağlanmaması (iddiaçıdan alınmış pulun bankın depozit hesabına keçirilib-keçirilməməsi və s.) hazırki mübahisənin qanuni həlli baxımından əhəmiyyət daşımır. MM-nin 1099.2-ci maddəsini təfsir edərək həmin normanın «bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir» dispozitiv şərtinin hazırki mübahisəyə aidiyyə tini (tətbiqini) müəyyən edir. Həmin normanın qalan hissəsi isə («habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun») mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxslərə aiddir ki, iddiaçı da əmək müqaviləsi üzrə işçi statusunda olmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh «xxxx» ASC (vəkil X6) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5055/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, şikayətin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndələri X11, X15, cavabdehin vəkili X6 izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5055/2020 nömrəli iş üzrə 23 senyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və mülki iş üzrə yeni qərar qəbul edilməsini xahiş edirlər. İddiaçı və vəkili Vəkil izahatların da göstərmişlər ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsul iyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzər də tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesa b olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab e dir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur. Apel lyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Apelyasiya məhkəməsi cavabdehin hazırkı dəlillərinə münasibətdə qeyd etmişdir ki, «… cavabdeh öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşımalı və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. …iddiaçının hazırki tələbi əmanət müqaviləsi üzrə əmanətin qaytarılması və ya tələb olunması ilə bağlı deyildir. İddiaçı tələbinin əsası kimi deliktin törədilməsini göstərmiş, MM-nin 1099-cu maddəsinin dispozitiv şərtlərinə əsaslanmışdır. Bu səbəbdən də, tərəflər arasında əmanət müqaviləsinin bağlanılıb-bağlanmaması (iddiaçıdan alınmış pulun bankın depozit hesabına keçirilib-keçirilməməsi və s.) hazı rki mübahisənin qanuni həlli baxımından əhəmiyyət daşımır. MM-nin 1099.2-ci maddəsini təfsir edərək həmin normanın «bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir» dispozitiv şərtinin hazırki mübahisəyə aidiyyətini (tətbiqini) müəyyən edir. Həmin normanın qalan hissəsi isə («habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun») mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxslərə aiddir ki, iddaçı da əmək müqaviləsi üzrə işçi statusunda olmuşdur.» Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5055/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2377/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2377/2021
16.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver