Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2380/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Fiziki şəxslərin törətdiyi mülki hüquq pozuntusuna görə zərər tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1765/2023 nömrəli 21 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 16 iyul 2 024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. **-HC-*** dövlət qeydiyyat nişanlı, “Audi A6” markalı avtomobil İddiaçı mülkiyyətindədir.
2. Taksi fəaliyyəti ilə məşğul olan Cavabdeh2 Ehtiram oğlu xx.xx.2022-ci il tarixində, təxminən saat 14:50 radələrində idarə etdiyi **-CU-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomobili Bakı şəhəri, Nizami küçəsində dayanacaq üçün nəzərdə tutulmayan yerdə saxlamış, “Nissan Sunny” avtomobilin sərnişini olan Cavabdeh1 qəflətən avtomobilin arxa sağ qapısını açaraq düşmək istəmiş, bu zaman İddiaçı həyat yoldaşı X1 idarə etdiyi hərəkətdə olan “Audi A6” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi həmin qapıya dəymişdir. 3. "xxxx" MMC t ərəfindən verilmiş təmir kartına əsasən, İddiaçı məxsus 2020-ci il buraxılışlı “Audi A6” markalı **-HC-*** markalı avtomobilin təmir-bərpa işləri üçün ümumilikdə 8.020,80 manat (660,80 təmirə və 7360 manat ehtiyat hissələrə görə) xərc tələb olunmuşdur.
4. İXP5228920 №-li 14.2.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh1 barəsində Bakı şəhəri Səbail RPİ-nin DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə (Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə) inzibati xəta haqqında protokol tərt ib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 7.360 manat, onun tərəfindən vəkil xidmətinə görə ödənilmiş 500 manat və ödənilmiş 101 manat dövlət rüsumunun, cəmi 7.961 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 7.360 manat dəyərində ziyan dəymişdir. Bunu “Audi” mərkəzinin ********** nömrəli təmir kartı təsdiq etmişdir. Qeyd edilən məbləğ avtomobili təmirdən tez çıxartmaq üçün tərəfindən bank kart vasitəsilə ödənilmişdir.
7. Birinci instansiya məhkəmə sində Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixində təqribən 14:30 radələrində Bakı şəhəri, Nizami küçəsində sərnişini olduğu “Bolt” taksi xidmətinin sürücüsü Cavabdeh2 Ehtiram oğlu başqa müştəriyə çatmaq üçün onu və qucağında olan az yaşlının həyatını təhlükə altına qoyaraq qadağan olunmuş yerdə endirmişdir. İlk öncə özü düşüb, körpəyə məxsus uşaq arabasını yolun kənarına atmış və ona çatdıqlarını bildirmişdir. Qapını açıb taksidən enmək istəyərkən bu zaman arxadan gələn dövlət qeydiyyat nişanı **-HC-*** olan “Audi A6” markalı avtomobilinin sürücüsü X2 önünə fikir vermədən gəlib taksi sürücüsü Cavabdeh2 Ehtiram oğlu **-CU-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” avtomobilinin qapısına vurmuşdur. Xoşbəxtlikdən o, qapını açan kimi qəfil taksidən enməmişdir. Əks təqdirdə o və övladı yaralana bilərdi. Onu da bildirmişdir ki,” Audi A6” markalı avtomobilə heç bir ziyan dəyməmişdir. Hadisə yerinə heç bir polis əməkdaşı və ya sığorta işçisi çağırılmamışdır. Əgər iddiada bildirdiyi zərər dəymişdirdə bu hadisə yerində bir protokolla rəsmiləşdirilməli idi. İddiada böyük zərərdən söhbət getmiş, bu zərər həqiqətən də dəymişdirsə yerindəcə həll olunmalı idi. Avtoekspertiza keçirilməli idi. Həmin an taksi sürücüsü və digər sürücünün içkili və ya hansısa maddənin təsiri altında olub-olmadığı ekspertiza rəyi ilə müəyyənləşdirilməli idi. Burada dəymiş bir zərər varsa o da ona və qucağında olan az yaşlıya olmuşdur. Taksi sürücüsünün vəzifəsi onu və az yaşlını təhlükəsiz yerdə endirmək olmuş, o isə qadağan olunmuş yerdə onu və azyaşlını taksidən endirərək hə yatını təhlükə altında qoymuşdur.
8. Birinci instansiya məhkəməsində digər Cavabdeh2 iddianı qəbul etməmiş və iddianın ona münasibətdə rədd olunmasını xahiş etmişdir.
9. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 avqust 2023-cü il tarixli, e-2(049)-1708/2023 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası rədd edilmişdir. 10.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin iddiaçı qarşısında delikt öhdəliklərinin əmələ gəlməsini, yəni zərərin mövcudluğu, cavabdehlərin hüquqa zidd əməlinin (hərəkət və hərəkətsizliyi), hüquqazidd əməl ilə zərər faktı arasında səbəbli əlaqənin və cavabdehlərin təqsirinin mövcudluğu sübuta yetirmək vəzifəsi ilk növbədə iddiaçının üzərinə düşmüşdür ki, iddiaçı tərəfi ndən cavabdehlərin əməlində yuxarıda qeyd olunan 4 şərtin mövcudluğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, təqdim edilmiş sübutlar isə iddianın təmin edilməsi üçün əsas kimi qəbul edilə bilməz. 11.Belə ki, iddiaçı vurulmuş zərərin mövcudluğunu təsdiq edən sübut kimi "xxxx" MMC tərəfindən verilmiş təmir kartını təqdim etmişdir. Qeyd olunan sənədə əsasən, iddiaçıya məxsus 2020-ci il buraxılışlı, “Audi A6” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işləri üçün ümumilikdə 8020,80 manat (660,80 təmirə və 7360 manat ehtiyat hissələrə görə) xərc tələb olunmuşdur. Lakin həmin təmir kartı nə fiziki, nədə ki elektron qaydada imzalanmamış və təqdim edilən müəssisənin möhürü ilə təsdiqlənməmişdir. Təmir kartı sadəcə kağız daşıyıcıda çap edilərək məhkəməyə t əqdim edilmişdir ki, imzalanmamış və möhürlənməmiş "xxxx" MMC tərəfindən verilməsi qeyd olunan təmir kartının istənilən yerdə və vaxtda çap edilməsinin mümkünlüyü hamıya bəlli olan hal olmuşdur. İddiaçıya vurulmuş ziyanın məbləğini təsdiq edən "xxxx" MMC tərəfindən verilməsi qeyd olunan təmir kartının mötəbər sübut kimi qəbul edilməsi istisna olunmuşdur. 12.Digər tərəfdən iddiaçının nümayəndəsinin izahatı ilə də müəyyən olunmuşdur ki, iddiaçıya məxsus 2020-ci il buraxılışlı “Audi A6” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil artıq təmir edilmiş, avtomobilin təmir edilməmişdən əvvəlki halı, yəni ziyanın məbləğinin müəyyən edilməsinə imkan verən hər hansı foto və video görüntülər, sübutlar məhkəməyə təqdim olunmamışdır. 13.Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən belə q ənaətə gəlmişdir ki, iddiaçı vurulmuş zərərin məbləği ilə əlaqədar hər hansı mötəbər sübut təqdim etməmişdir. 14.Birinci instansiya məhkəməsi eyni zamanda iddianın “vəkil xidmətinə görə ödənilmiş 500 manat” və ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə də qiymət verərək, hesab etmişdir ki, iddia həmin hissədə də (həmin tələb vurulmuş zərərin ödənilməsi ilə bağlı əsas tələblə əlaqədar olduğundan və iddiaçının əsas tələbi təmin edilmədiyindən) rədd edilməlidir. 15.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1097.5, 1108.1, 1108.2, 1108.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77, 81 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 16.İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbləri pozulmuşdur. İş materiallarından, o cümlədən cavabdehlərin özlərinin verdiyi izahatdan açıq şəkildə görünmüşdür ki, iddiaçıya maddi ziyan dəyib. Bundan başqa baş vermiş nəqliyyat hadisəsi ilə bağlı DYP tərəfin dən cavabdehlərdən birinin qeyd edilən hadisə ilə bağlı təqsirkar olan protokol tərtib edilmiş və qüvvəyə minmişdir, hətta cavabdeh tərəfindən cərimə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsi pozulmuş, iddiaçıya qarşı birbaşa zərər vuran təqsirli hərəkət edilmiş və bu hal iş materialları ilə öz təsdiqini tapmışdır. Lakin, birinci instansiya məhkəməsi tərəfindən baş vermiş hadisənin mahiyyəti əhəmiyyətsiz hesab edilmiş və nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsi də pozulmuşdur. İddiaçının əmlakına zərər vurulmuşdur, bu fakt təkzibedilməzdir. Zərər cavabdehlərin hərəkətləri nəticəsində əmələ gəlmişdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində bu hal nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv və hərtərəfli qiymət verməmiş, MPM-in 88-ci maddəsi pozulmuşdur. Belə ki, məhkəmə nəzərə almalı idi ki, çıxartdığı qətnamə ilə, faktiki olaraq iddiaçını, ona vurulmuş zərərin əvəzini almaqdan tamamilə məhrum etmişdir. Məhkəmə MPM-in 154-cü maddəsini pozmuşdur. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamədə Cavabdeh1 iddiaya qarşı etiraz verdiyi qeyd olunmuş, lakin həmin etiraz onlara təqdim edilməmiş və elektron məhkəmə sisteminə yüklənməmişdir. Yəni onlar, cavabdeh tərəfindən təqdim olunmuş sənədlə tanış ola bilməmişlər. 18.Apellyasiya baxışında sorğu edilərək "xxxx" MMC-dən müvafiq məlumatlar alınmışdır. 19.Dream Auto MMC-nin 1 dekabr 2023-cü il tarixli, 26 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti əsasınd a **-HC*** dövlət qeydiyyat nişanlı “Audi A6” markalı avtomobilə tərəflərindən xidmət göstərilmiş və həmin xidmətlərin əsasında ********** və ********** nömrəli təmir kartları tərtib edilmişdir. Həmin təmir kartları əsasında "xxxx" MMC-yə ƏDV daxil 8038,50 manat ödəniş həyata keçirilmişdir. Qeyd edilən təmir kartları və ödənişə dair qəbzlər sorğuya cavab məktubuna əlavə edilmişdir. (sənədlər toplusu məktuba əlavə edilmişdir) - Sorğuya cavab məktubuna əlavə edilmiş ödəniş qəbzindən görünür **-HC-*** dövlət qeydiyyat nişanlı “Audi A6” markalı avtomobilin təmiri üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə 7360 manat ödəniş edilmişdir. 20.Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1765/2023 nömrəli mülki iş üzrə 21 dekabr 2023-cü il t arixli qətnaməsi ilə (hakimlər C.F.İmanov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və P.T.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı Cavabdeh1 qarşı “vurulmuş maddi ziyana görə 7360 manat, vəkil xidmətinə görə ödənilmiş 500 manat, ödənilmiş dövlət rüsumuna görə 101 manat, cəmi 7961 manat pul vəsaitinin tutulması tələbinin rədd edilməsinə” dair hissələrdə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 vurulmuş maddi ziyana görə 7.360 manat, vəkil xidmətinə görə ödənilmiş 500 manat, ödənilmiş dövlət rüsumuna görə 101 manat, cəmi 7.961 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 21.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən görün düyü kimi vurulmuş zərər mövcud olmuşdur. Bu məbləğ 7.360 manat təşkil etmişdir. Belə ki, işə əlavə edilmiş ödəniş qəbzindən görünmüşdür ki, **-HC-*** dövlət qeydiyyat nişanlı “Audi A6” markalı avtomobilin təmiri üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə 7360 manat ödəniş edilmişdir. Zərərvuran Cavabdeh1 hüquqazidd əmələ yol vermiş və buna görə də onun barəsində İXP5228920 №-li 14.2.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh1 tərəfindən müştəri kimi əyləşdiyi nəqliyyat vasitəsindən düşmə zamanı inzibati qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulması nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. 22.Məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 baş verən hadisədə təqsirli olduğunu sübut edən inzibati xəta haqq ında qərarı mövcud olmuş və həmin qərarda müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməmiş və yenidən sübut edilməmişdir. Odur ki, Cavabdeh1 təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə ziyan dəyməsi işin mübahisəsiz halı olmuşdur. 23.İşə əlavə edilmiş hüquqi yardım göstərilməsi barədə müqaviləyə və ödəniş qəbzinə əsasən, “Pro Bono” vəkil bürosunun vəkili Vəkil1 tərəfindən İddiaçı hüquqi xidmət görə 500 manat ödəniş edilmişdir.
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.6, 21, 1096.1, 1097.1, 1108.1, 1108.2, 1108.3-cü və MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassa siya şikayətinin dəlilləri 25.Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 26.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 21, 1096, 1097-ci və MPM-in 217.1, 218.3 və 418.4.5-ci maddələri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdehə onun yaşadığı Xırdalan şəhəri, “AAAF” Yaşayış Kompleksi, bina 27, ev 1, mənzil 70 ünvanına və ya istifadəsində olan mobil telefon nömrəsinə hər hansı rəsmi bildiriş göndərmədən, onun iştirakını təmin etmədən məhkəm ə iclası keçirərək, ona özünü müdafiə etmək hüququ vermədən onu səbəb olmadığı bir zərəri ödəməyə məhkum etmiş, bununla da cavabdehin konstitusion hüquqlarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 27.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28.Madda 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 29.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulm asaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 30.Maddə 21.3.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 31.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 32.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 33.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiz iki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 34.Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 35.Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 36.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 38.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 39.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 40.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 41.Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 43.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 44.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara y ol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 45.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 46.Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxla nılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 47.Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. 48.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 49.Apellyasiya instansiya məhkəməsi işin halları və hər iki tərəfin təqdim etmiş olduğu dəlillərə münasibətdə qeyd etmişdir ki, baş vermiş hadisə məhz Cavabdeh1 təqsirindən baş vermiş və yol verdiyi pozuntuya görə onun ba rəsində inzibati xəta protokolu tərtib olunmuşdur. İddiaçı tərəfindən mülkiyyətində olan nəqliyyat vasitəsi təmir edilmiş və təmirin xərci kart vasitəsi ilə ödənilmişdir. Dəymiş zərərin məbləği 7.360 manat müəyyən edilmişdir. 50.Lakin cavabdeh baş vermiş hadisədə təqsirinin olmamasını göstərsə də bununla bağlı işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr heç bir sübut təqdim etməmişdir. Əksinə göstərildiyi kimi iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə zərərin vurulmasının məhz Cavabdeh1 təqsirindən baş verməsi sübut olunmuşdur. Zərərin daha az miqdarda olmasına dair dəlillə bağlı isə qeyd edilməlidir ki, bununla bağlı da cavabdeh hər hansı sübut təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq təqdim olunmuş sübutlar baxımında zərərin məbl əğini düzgün müəyyən etmişdir. 51.Apellyasiya instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı, yeri barədə məlumatlandırılmamasına dair dəlilə münasibətdə isə qeyd edilməlidir ki, işə baxan məhkəmə ona məlum olan telefon və ünvanı üzrə bildirişlər göndərmiş, bildirişlər cavabdeh tərəfindən qəbul edilmiş və hətta cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz təqdim olunmuşdur. Belə olan halda onun məhkəmə iclası barədə məlumatlandırılmaması ilə bağlı dəlilinin əsassız olması aşkar olaraq müəyyən olunmuş olur. 52.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. 53.Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə ümumilikdə h üquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 54.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 55.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1765/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.