Məhkəmə qərarları › İş №2(102)-2381/2019

Ali Məhkəmə Qərardad — İş №2(102)-2381/2019

06.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2381/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli, 2(103)10235/2018 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kreditin, ona lesablanmış faizlərin qaytarılması tələbi barədə iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8696,34 ABŞ dolları əsas borcun və 3752,51 ABŞ dolları faiz borcunun, cəmi 12448.85 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat Cavabdeh illik 25% olmaq şərti ilə 36 ay müddətinə 9600 ABŞ dolları məbləğində kredit vermiş və kreditin qaytarılması üçün ödəniş cədvəli tərtib edilmişdir. Həmin tarixdə cavabdeh xarici valyutanın alınıb-satılması üçün özünün sifarişi əsasında qeyd olunan məbləği manata çevirərək almışdır. Cavabdehin öhdəlikləri müqavilə şərtlərinə əsas ən ABŞ dolları ilə müəyyən edilmişdir. Cavabdeh öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10235/2018 saylı 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-76/2018 saylı 03 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Daha sonra, iddiaçının nümayəndəsi ərizə təqdim edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq Cavabdeh problemli kredit müqavilələri restrukturizasiya edilmişdir. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş ü zrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası iddiadan imtina barədə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qəbul edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli, 2(103)-10235/2018 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli, 2(103)-10235/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar