Məhkəmə qərarları › İş №2(102)-2381/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2381/2024

14.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2381/2024 14.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: işin məhkəmə aidiyyətı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlunun (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarşıq tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyanı” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-712/2024 saylı 25 aprel 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə 14 iyun 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq İşin halları və iş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 177600 (yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun, cəmi 178068 (yüz yetmiş səkkiz min altmış səkkiz) manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Salyan rayonu ərazisində balıq yetişdirməklə sahibkarlıq fəaliyyəti göstərir. Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011 -ci il tarixli 78-S saylı sərəncamına əsasən Salyan rayonu, Babazənən asudə dövlət fondu torpağında yerləşən balıqçılığın inkişafı məqsədilə 40 ha və heyvandarlığın inkişafı məqsədilə 60 ha olmaqla, 100 ha torpaq sahəsi Cavabdeh2 ayrılmışdır. Cavabdeh1 isə həmin torpaq sahəsində sahibkarlıq fəaliyyətin həyata keçirmək üçün etibarnamə ilə həmin torpaq sahəsini Cavabdeh2 almışdır. 2016-cı ildə tanışı Zahir onunla görüşərək tanışı Elvinin süni balıq gölü olduğunu və birlikdə işləmək istədiklərini təklif etmişdir. O da, Zahirlə razılaşmışdır. Sonradan Elvinlə görüşmüş, aralarında olan razılaşmaya əsasən balıq gölünün qazancının 50 faizini özünə, 25 faizinin Zahirə, 25 faizinin isə ona veriləcəyi şərti ilə razılaşmışlar. 2018-ci ildə ziyana getdikləri üçün X1 bu barədə ona və Elvinə bildirərək bu işdən uzaqlaşmışdır. Bundan sonra o, həmin balıqçılıq təsərüffatını təkbaşına inkişaf etdirməyə başlamış və mütəmadi olaraq satdığı məhsulun pulunu Elvinə müxtəlif vaxtlarda, ümumilikdə şəxsən qeydiyyat aparmaqla 96000 manat pul vermişdir. Daha sonra Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Salyan RPŞ-nə ərizə ilə müraciət edərək, 2016-cı ildən 2018-ci il tarixinə kimi həmin ərazidə yerləşən süni balıq gölünü işlətməsi üçün ona 250000 manat pul və balıq yemi verdiyini, lakin onun tərəfindən ona dələduzluq edildiyini bildirmişdir. 28 dekabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra cavabdeh Salyan Rayon Məhkəməsinə "pul tələbi” barədə iddia ərizəsi və həmçinin, müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək onun Salyan rayonu, Babazənən asudə dövlət fondu torpağında yerləşən 100 ha torpaq sahəsindəki və onun ətrafındakı göllərdən balıqların ovlanmasına, onların satılmasına qadağa qoyulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən isə həmin ərizə təmin edilmişdir. Halbuki, cavabdeh həmin torpaq sahəsini etibarnamə ilə idarə edir və onun mülkiyyətində olmayan torpaq sahəsidir. Əgər cavabdehin tələbi pul tələbidirsə, bu zaman "onun mülkiyyətində olmayan sahədən və ətraf göllərdən” balıqların ovlanmasına və satılmasına qadağa qoyulması ilə bağlı məhkəməyə müraciət etməsi halı ziddiyət doğurur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tu tulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən ibarət gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsinə əssən, mülki hüquqlar hüquqauyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Bundan əlavə, Cavabdeh2 tərəfindən ona qarşı "torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi və müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək, onun və aidiyyatı olmayan digər şəxslərin girişi və həmin torpaq sahələri və göllərdən istifadəsinə qadağa qoyulmuşdur. Həmin ərazidə fəaliyyət göstərdiyi zaman, tərəfindən xeyli miqdarda balıq alaraq suya buraxılmışdır. Hazırda həmin sahəyə girişi qadağa olunsa da, süni balıq gölündə olan balıqlar üçün xeyli miqdarda xərc çəkmişdir. Belə olan zaman, balıqların ovlanması, satılmasına qoyulan qadağa qoyulması ilə onun hüquq və mənafeləri pozulmuşdur. Çünki iş materiallarına əlavə edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi, Cavabdeh1 tələbi yalnızca puldan ibarət olmaqla, balıqlarla bağlı deyildir. Həmçinin istər iddia ərizəsində, istərsə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi, həmin süni göldə balıqların onlar tərəfindən alındığını təsdiq edən hər hansı bir hal mövcud deyildir. Çünki, süni balıq gölünə balıq yetişdirilməsi üçün balıqların haradan, necə və nə vaxt gətirildiyi əsaslandırılmamışdır. Bildirir ki, 2021-ci il mart ayında çəkisi 200-250 qr olan 40000 (qırx min) ədəd balıq alaraq, 29 hektar gölə buraxmışdır. Bunlardan 25000 ədədi çəki balığı, 10000 ədədi talstrof balığı, 5000 ədədi belanvor balığı olmuşdur. Daha sonra 900 kg təxminən 80 ədədi 1 kg olan qarışıq leçinka balığı alaraq suya buraxmışdır ki, bu da 7 ton məhsul vermişdir. 2021-ci ilin oktyabr ayında isə həmin balıqları daşıyaraq anbara köçürmüşdür. Həmçinin, həmin anbara 2021-ci il oktyabr ayında Neftçala rayonunda 5 ton, çəkisi 200-250 gr olan körpə balıq alaraq buraxmışdır. 2021-ci ilin oktyabr ayında 5 ton, çəkisi 1.6-1.7 kq olan iri çəki balığı alıb, digər anbara buraxmışdır. 2021-ci ilin mart ayından 2022-ci ilin yanvar ayına kimi balıqların yemlənməsi üçün 150 ton yem alınaraq, yemlənmədə istifadə olunmuşdur. 40.000 ədəd (200-250 qr) malyuk balığı üçün 37000 manat pul vermişdir. Bu da təqribən 35000 ton məhsul verməli idi və 210000 manat pul vəsaiti əldə etməli idi. Əlavə olaraq, başqa şəxsdən 1,6-1,7 kg olan 5 ton iri sazan balığı almışdır. Əgər, satış baş tutsa idi, 30000 manat pul əldə etməli idi. 2021-ci ilin mart ayında 900 kq leçinka almışdır. (900 kqx6-5400 manat). Həmçinin yemləməklə, qulluq etməklə 7 ton məhsul əldə edə bilərdi. Onun bazar dəyəri isə 35000 manat idi. 2021-ci ilin oktyabr ayında 5 ton (200-250 gr) malyuk almışdır. Həmin balıqlara görə 20000 manat pul vəsaiti xərcləmişdir. Daha sonra 150 ton buğda və arpa almışdır ki, ona da 67500 manat pul vermişdir. Bunlardan əlavə, həmin vaxt ərzində əlavə xərcləri çıxmışdır. İşlərin yerinə yetirilməsi məqsədilə 2 işçiyə ehtiyac olmuşdur ki, həmin işçilərə 10200 manat haqq olaraq əmək haqqı vermişdir. İşçi lər Namiqin əmək haqqısı ayda 500 manat, Səbuhininki isə hər ay üçün 500 manat təşkil etmişdir. Eyni zamanda su pulu olaraq, 3000 manat məbləğində pul vermişdir. Əlavə xərcləri isə 12000 manata yaxın olmuşdur. Ümumilikdə, bütün bu vaxt ərzində göstərdiyi fəaliyyət zamanı ona 177600 manat məbləğində maddi ziyan dəymişdir. Həmin vəsaitləri onu öz və yaxınlarının adına banklardan götürdüyü kredit və şəxsi evinin satışından əldə etdiyi vəsait hesabına ödəmişdir. Bir hissəsini isə bu gün də müxtəlif şəxslərə borcludur. 2022-ci ilin fevral ayının 4-də məhkəmənin qərardadına əsasən onun həmin əraziyə giriş-çıxışı qadağan edildiyi gündən bugünə kimi Cavabdeh1 tərəfindən həmin balıqların oradan qanunsuz olaraq çıxarılaraq satışı davam edir. Halbuki, o, 177600 manat miqdarında xərc çəkmişdir. Cavabd eh qanunsuz olaraq orada balığı satmaqla onu çəkdiyi xərclərin ödənilməsindən və gələcəkdə əldə edəcəyi qazancdan məhrum etmişdir. Bu gün ona ziyan vurulmaqda davam edir. Hazırki vəziyyətdə nəinki gəlir əldə bilir, çəkdiyi xərcin çıxarılması belə qeyri-mümkündür. Cavabdeh1 tək qurbanı özü deyildir. Onun barəsində Nərimanov RPİ-də dəfələrlə Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanmış və o dəfələrlə məhkum edilmişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 177600 (yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun, cəmi 178068 (yüz yetmiş səkkiz min altmış səkkiz) manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 177600 (yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, əldən çıxmış 240000 (iki yüz qırx min) manat faydanın, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun, cəmi 418068 (dörd yüz on səkkiz min altmış səkkiz) manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Salyan Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(057)-522/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 dəymiş maddi ziyana görə 177600 (bir yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, əldən çıxmış faydaya görə 1071 00 (bir yüz yeddi min yüz) manat, cəmi 285.168 (iki yüz səksən beş manat yüz altmış səkkiz) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, həmçinin iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, həmçinin iddiaçı tərəfindən ödənilməmiş 240.10 (iki yüz qırx manat on qəpik) manat dövlət rüsumunun İddiaçı tutulub dövlət büdcəsinə ödənilməsi, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılmasına sərf edilmiş 60 (altmış) manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601 **********3944, SWİFT BİK: CTREAZ22) ödənilməsi qət edilmişdir.

5. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçının apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır.

7. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir.

8. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnaməsində yazmışdır ki: “Məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 oktyabr 2023-cü il tarixli, 9/6389 saylı ekspert rəyini müzakirə edərək həmin rəyi iddiaçının süni balıq gölünə tökdüyü balıqların və yemin (arpanın) orta bazar qiymətinin məbləğini müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul etmişdir.” Halbuki məhkəmə iclas zalında tərəflərindən verilmiş “ekspertizanın natamam olması, ekspert rəyinin hansısa dükan tərəfindən verilmiş arayışdan köçürülməsi barədə, ekspe rtin məhkəməyə dəvət edilməsi barədə vəsatətlərini təmin etmişdir. Qeyd edir ki, rəydə heç bir araşdırma aparılmadığı, müqayisəli nümunələr gətirilmədiyi, ekspertin rəyi tərəfin təqdim etdiyi “United Fishers” -nin direktoru Niyazi Heybətov tərəfindən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil1 verilmiş “rəy”dən köçürdüyü tam görünür. Bununla da məhkəmə MPM-in 101-ci maddəsinin tələblərini pozmuşdur.

9. Şirvan Apellyasiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(106)-712/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş və Salyan Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(057)-522/2023 saylı qətnaməsi ləğv olunmuş və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “AZEMİS”-dən çıxarışlardan müəyyən edilir ki, hazırkı mübahisə üzrə hər üç tərəf İddiaçı (VÖEN: **********), Cavabdeh1 (VÖEN: **********) və Cavabdeh2 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. İşin hallarından göründüyü kimi, hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn maddi ziyan tələbinə dair iddiadır. Belə olan halda da, qanunvericilikdə həmin mübahisələrə kommersiya məhkəmələrində baxılması nəzərdə tutulmuşdur.

11. Məhkəmənin sonrakı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf işin aidiyyətinin Ali Məhkəmə tərəfindən müəyyən edildiyini bildirsə də, iş materiallarına əlavə edilmiş Ali Məhkəmənin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 19 yan var 2023-cü il tarixli, 2-2(102)-93/2023 saylı qərarında iş üzrə məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iş Salyan Rayon Məhkəməsinə göndərilmiş, məhz qərarın əsaslandırma hissəsində İddiaçı vergi ödəyici olması barədə vergi məlumatlarında uyğunsuzluq olduğu müəyyən edilmiş, bu məsələnində araşdırılması birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmışdır. Hazırki mübahisə üzrə apellyasiya baxışında da, qeyd edilən məsələ araşdırılmış və “AZEMİS”dən iddiaçının vergi ödəyicisi olması barədə məlumatlar əldə edilmişdir. Eyni zamanda müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsində məhz eyni tələblə bağlı iddiaçının iddiasının geri qaytarılması barədə Salyan Rayon Məhkəməsinin qərardadından verilən şikayətə baxılaraq 25 aprel 2024-cü il tarixli, 2(106)-892/2024 saylı qərardadl a iddia ərizəsinin geri qaytarılması barədə qərardad qüvvədə saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

13. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

14. Maddə 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

15. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

16. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

17. Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

18. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

19. Maddə 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.

20. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.

21. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı

22. Bənd

11. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin k ommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.

23. Bənd

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məh kəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır, birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. İSTİSNA: Hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

24. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilərək, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

25. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

26. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəm ə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 27. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdi rilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. (bənd 11). Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

28. Həmin qərarın İSTİSNA kimi qeyd edilmiş hissəsinin məzmununda aydın olur ki, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır.

29. Baxılan işdən görünür ki, iddia tələbi irəli sürülərkən iddiaçı fiziki şəxs olmaqla fərdi sahibkar kimi qeydiyyatdan keçməmişdir. Məhz bu əsasla məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olmuş və Ali Məhkəmənin 19 yanvar 2023-cü il tarixli qə rarı ilə iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Salyan rayon məhkəməsinə qaytarılmışdır. Həmin qərarla isə müəyyən edilmişdir ki, iş üzrə İddiaçı deyil, eyni adda olan şəxsin vergi ödəyicisi olmasına dair məlumatlar iş materiallarına əlavə edilmişdir.

30. Apellyasiya məhkəməsi istinad olan qərarı qəbul edərkən İddiaçı xx.xx.2023-cü ildə almış olduğu eyniləşdirmə nişanına istinad etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul etmişdir.

31. Lakin qeyd edilməlidir ki, baxılan iş üzrə tərəflər arasında münasibətlər yaranarkən iddiaçının vergi ödəyicisi kimi qeydiyyatı olmamış, onun həyata keçirdiyi fəaliyyət qanunsuz olmuşdur. Baxılan iş üzrə iddia ərizəsi xx.xx.2022-ci ildə birinci instansiya məh kəməsinə daxil olmuş, aidiyyətlə bağlı mübahisə yaranmış və sonda işin Salyan rayon məhkəməsində baxılmalı olması qərara alınmışdır. İddiaçı isə fərdi sahibkar statusunu xx.xx.2023-cü ildə almışdır.

32. Digər tərəfdən qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi işin sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməli olmasına dair prosessual normanın olmasını nəzərə almamışdır.

33. Məhkəmə tərkibi bu qərarın 20 və 21-ci bəndlərində göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

34. Beləliklə, Məhkəmə tərkibi hesab edir ki, şikayət təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin qərardad ı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

35. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7).

36. Qərardad ilə müəyyən olunur ki, iddiaçının və cavabdehin apellyasiya şikayətləri mövcuddur. Lakin iş materiallarında cavabdehin apellyasiya şikayətinin mövcudluğu görünmür.Y eni apellyasiya baxışında cavabdehin apellyasiya şikayətinin mövcud olubolmaması müəyyən edilməklə işin baxılması davam etdirilməlidir.

37. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.3-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şirvan Apellyasya Məhkəməsinin 2(106)-712/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyan” tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar