Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2382/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: borc tələbi, preyudisiya, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili x oğlunun, Cavabdeh vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(103)5576/2020 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti ü zrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları və birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 19500 manat və 5500 ABŞ dolları məbləğində borcun, habelə 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 27 dekabr 2017-ci il tarixdən 09 yanvar 2018-ci il tarixədək olan dövrdə Cavabdeh hissə-hissə olmaqla ümumilikdə 19400 manat və 5500 ABŞ dolları məbləğində borc vermiş, cavabdeh borcun qısa müddətdə qaytarılmasını vəd etsə də, müxtəlif bəhanələr gətirməklə borcu qaytarmamışdır. 07 aprel 2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, İddiaçı 03.03.2018-ci il tarixli ərizə ilə Bakı şəhər Baş polis idarəsinə müraciət edərək, ərizədə qeyd etmişdir ki, 2017-ci ilin dekabr ayında tanışı Cavabdeh xqızı ona lombardda işləyən bir nəfər tanışı vasitəsi ilə lombarddan ucuz qiymətə qızılların alınıb baha qiymətə satıb gəlir əldə etməyi təklif etmişdir. O, da onun sözlərinə inanıb, özünə məxsus 5000 manatı, qohumu xa məxsus 12 min manatı, bibisinə məxsus 3000 manatı, qaynatası xa məxsus 9000 manatı həmin işlə əlaqədar 2017-ci ilin dekabr ayının axırlarından 2018-ci ilin yanvar ayının 9-na kimi olan müddət ərzində Xətai rayonu, X6 küçəsindəki xqızına vermişdir. X3 ona pulların qaytaracağına söz versə də, ona pullarını qaytarmamışdır. Həmin ərizə üzrə Cavabd eh izahatında göstərmişdir ki, İddiaçı tanıyır, xdən 1500 dollar pulu borc olaraq götürmüş, sonradan xə 1500 dollar pulu və əlavə olaraq üstündə qazanc kimi 600 manat pul qaytarmış, bundan sonra xdən hissə-hissə olmaqla ümumilikdə 18500 manat pul borca götürmüş, lakin üstündə artıqlamasıyla nə qədər pul qaytaracağı barədə danışıq olmamış, xin qohumu Sahilə adlı şəxsə 2500 manat pul vermişdir. Yenidən xdən 8500 manat pul götürmüş, lakin bır müddət sonra x pulunu qaytarmağı tələb etməyə başlamış və xə heç bır məbləğdə pul qaytara bilmədiyi üçün, habelə dediyi vaxtlarda da pul vermədiyi üçün x nəticə etibarilə şikayət etmişdir. xdən cəmi 18500 manat pul borca almış, ola bilsin ki, x artıq məbləğ göstərməklə həmin pulun üstündə verəcəyi qazancı da hesablamışdır. Aldığı pulu qaytarmalı olduğunu başa düşür, sadəcə olaraq maddi imkanı olmadığından bu günə kimi qaytara bilməmiş və xdən aldığı pulu tezliklə qaytaracağına söz vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 03 fevral 2020-ci il tarixli 2(011)-479/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 5000 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun yarısının, yəni 15 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan 15 manat pulun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mülki işin materialları, iddiaçının izahatı və cavabdehin ibtidai istintaqda verdiyi ifadəsi ilə müəyyən etmişdir ki, Cavabdeh Möhübbədin qızı iddiaçıdan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə 18.500 manat məbləğində pul aldığını bildirmi şdir. Bununla yanaşı İddiaçı 03.03.2018-ci il tarixli ərizəsində qeyd etdiklərindən müəyyən edilir ki, İddiaçı Cavabdeh özünə məxsus 5000 manatı, qohumu xa məxsus 12 000 manatı, bibisinə məxsus 3000 manatı, qayınatası xa məxsus 9000 manatı vermişdir. Həmin şəxslərin izahatları ilə də təsdiq edilir ki, onlar tərəfindən Cavabdeh verilməsi üçün qeyd edilmiş məbləğlərdə pul vəsaiti İddiaçı verilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, mülki işdə olan sübutlarla İddiaçı tərəfindən onun özünə məxsus 5000 manat pul vəsaitinin Cavabdeh verildiyi təsdiq edildiyindən, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Digər məbləğlərlə bağlı məhkəmə hesab edir ki, qalan məbləğlərin başqa şəxslərə məxsus olması işdə olan sübutlarla təsdiq edildiyindən, həmin məbləğləri tələb etmək hüququ həmin pul vəsaitlərinin mülkiyyətçilərinə məxsus olduğundan, iddiaçının həmin məbləğləri tələb etməyə subyektiv hüququ mövcud olmadığından qalan hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası 385.1, 739, 442, 443.1, 445.2.1, 448.1-ci maddələrinə istinadən əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2(011)-479/2020 saylı qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının şikayət ərizəsi əsasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsində aparılmış ibtidai araşdırma zamanı Cavabdeh ondan 18500 manat məbləğində borc almasını etiraf etməsinə və ibtidai araşdırma zamanı verilən borcun məbləğinin 19400 manat və 5500 ABŞ dolları olmasının müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi verilən pulların bir qisminin müxtəlif şəxslərə məxsus olmasını əsas gətirərək iddianı qismən təmin etmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarını pozmuşdur. İddiaçı ərizədə pulların kimə məxsus olmasını ona görə qeyd etmişdir ki, pulu aldığı adamların kim olması və verilmiş pulların haradan əldə edilməsini göstərsin. Halbuki, iddiaçı cavabdehə verdiyi pulların hamısının özünə məxsus olmasını göstərə bilərdi. Belə ki, cavabdeh də pulun yalnız iddiaçıya məxsus olmasını bilirdi. Buna görə də məhkəmə iddiaçının həmin pul məbləğlərini tələb etməyə subyektiv hüququnun olmaması barədə y anlış nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlham Kərimli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və Elşən Kazımov) 15 sentyabr 2020-ci il tarixli, 2(103)-5576/2020 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2(011)-479/2020 saylı qətnaməsi ləğv edilməklə, iddia qismən təmin edilmiş, Cavabdeh 19.400 manat və 5.500 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Azərbaycan manatının ABŞ dollarına nisbətən məzənnəsi ilə manatla) məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəs ində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul olunmuş 07 aprel 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi ilə Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək 27 dekabr 2017-ci il tarixdən 09 yanvar 2018-ci il tarixədək olan dövrdə Cavabdeh onun 19400 manat və 5500 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Ərizə ilə bağlı Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılmış, tərəflər arasında mübahisənin mülki xarakterli olması qənaətinə gəlinərək cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh İddiaçı cəmi 18500 manat məbləğində borc aldığını, xdən aldığı pulları öz borclarına sərf etdiyini, həmin puldan 1500 ABŞ dolları və 600 manat p ulu qaytardığını, qalan pulu maddi imkanı olmadığına görə qaytara bilmədiyini, lakin borclarını tezliklə qaytaracağını bildirmişdir. Toplanmış materiallardan görünür ki, İddiaçı Cavabdeh verdiyi pulun 1500 ABŞ dolları və 1500 manat hissəsi özünə, 7500 manat və 800 ABŞ dolları məbləğində hissəsi qaynatası x xa, 4900 manat və 3200 ABŞ dolları hissəsi xalası qızının əri x Axıyevə, 3000 manat hissəsi bibisi Gülayə Əliyevaya, 2500 manat hissəsi isə xalası qızı Sahilə Axıyevaya məxsus olmuşdur. Bu hallar adları çəkilmiş şəxslərin izahatları ilə də təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh iddiaçıdan cəmi 18.500 manat məbləğində borc aldığını etiraf etsə də, Xətai RPİ-nin İstintaq Şöbəsində aparılmış araşdırma zamanı alınmış borcun 19.400 manat və 5500 ABŞ dolları məbləği ndə olması təsdiq olunmuş, bu hal cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz əksini tapmış, Cavabdeh həmin qərardan şikayət verməmişdir. Cavabdeh izahatında x cəmi 18.500 manat məbləğində borc aldığını etiraf etsə də, izahatında həmçinin manatdan başqa ABŞ dolları ilə də borc aldığını göstərmişdir. Bundan əlavə, Cavabdeh izahatında borcunun 1.500 ABŞ dolları və 600 manat hissəsini qaytardığını bildirsə də, bu hal digər sübutlarla təsdiq olunmamışdır. Həmçinin qeyd edilmişdir ki, borc münasibətləri Cavabdeh ilə məhz İddiaçı arasında yarandığından, yuxarıda adı çəkilən digər şəxslər bu münasibətlərdə bilavasitə iştirak etmədiklərindən, 19.400 manat və 5500 ABŞ dolları məbləğində pulu Cavabdeh tələb etmək hüququ məhz İddiaçı məxsusdur. İbtidai araşdırma zamanı da cavabdeh həmin pul məbləğlərini məhz İddiaçı aldığını etiraf etmişdir. Apellyasiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 448.1, 739.1, maddələrinə əsaslanmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(103)-5576/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul olunmuş 07.04.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarına istinad etmişdir, lakin həmin qərar süb ut kimi qəbul edilə bilməz. Belə ki, sübut etməkdən azad olunan hallara qanuni qətnamə və hökm aiddir, həmçinin qəbul edilmiş iş üzrə təsdiq edilmiş hallar olmalıdır. Lakin hazırki iş üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi qərarında gəlinmiş nəticə ilə iddiaçının cavabdehə 18500 manat pul vəsaitinin verilməsi deyil, tərəflər arasında olan mübahisənin mülki məsələ olması olmuşdur. Apellyasiya məhkəməsi tərəfindən tərəflərin izahatları istintaq orqanları tərəfindən götürülməmiş, araşdırma tam aparılmamışdır. Şəxsin imzası olan izahata münasibət bildirilməli, cavabdehin etirafı yazılı olmalı idi. Cavabdeh iclaslarda iştirak etməmiş, izahat verməmiş, yazılı izahatı olmadığı halda istintaqdakı izahatı iddiaçı tərəfindən təqdim edilməli idi. Belə ki, sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Digər tərəfdən istintaq orqanında aparılan araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxsin özünü müdafiə və cinayət məsuliyyətinə cəlb edilməmək üçün istədiyi ifadəni verə bilər. Lakin qeyd olunan hal mülki mübahisə zamanı sübut kimi qəbul edilə bilməz. Həmçinin işin hallarından müəyyən olunur ki, cavabdehə verilmiş pul vəsaiti tam olaraq iddiaçıya məxsus olmamışdır. Belə olan halda, 3-cü şəxslərin iddia qaldırılması zəruri olmuşdur. Apellyasiya Məhkəməsi qətnamədə məhz iddiaçı və cavabdeh arasında borc münasibətlərinin olmasını əsas götürmüşdür. Lakin cavabdeh tərəfindən götürülmüş borc 3-cü şəxslər tərəfindən də geri alınmışdır. Cavabdehlə həmin şəxslər arasında münasibət olmuş, həmin şəxslər tərəfindən borc tələb edilmiş və ödənilmişdir. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası MPM-nin 9, 14.2, 78, 165, 217.4, 218.1, 220.4-cü maddələrinə istinad etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh vəkili X2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5576/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı nümayəndəsi və vəkili x x oğlu kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5576/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qə bul olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nətic ə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirdiyindən qətnamə iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələblər i pozulduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehlə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə verilmiş 19400 manat və 5500 ABŞ dolları məbləğində borcu tələb edir. Cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət bildirməmişdir. Apellyasiya məhkəməsi cavabdehin iddiaçıdan cəmi 18500 manat məbləğində borc aldığını etiraf etsə də, Xətai RPİ-nin İstintaq Şöbəsində aparılmış araşdırma zamanı alınmış borcun 19400 manat və 5500 ABŞ dolları məbləğində olmasının təsdiq olunduğuna, bu halın cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında öz əksini tapdığına, Cavabdeh həmin qərardan şikayət vermədiyinə istinad edərək iddianı 19400 manat və 5500 ABŞ dolları məbl əğində təmin etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi bu qənaət Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.4-cü maddəsinə ziddir. Belə ki, Xətai RPİ-nin İstintaq Şöbəsinin 07.04.2018-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı” cavabdehin iddiaçıdan 27.12.2017-cii tarixdən 09.01.2018-ci ilədək olan müddətdə 19400 manat və 5500 ABŞ dolları pulun verilməsinin müəyyən edilməsi hissəsində Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi baxımından hər hansı məcburi qüvvəyə malik deyil. Həmin icraat çərçivəsində Cavabdeh iddiaçıdan 18500 manat borc alması barədə yazılı izahatı isə sübut kimi ümumi qaydada məhkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, MPM etirafla bağlı ik i institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisəsiz halları isə tərəflərin həm şifa hi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi yuxarıda sadalanan prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu hal düzgün olmayan məhkəmə qətnaməsinin qəbul olunması ilə nəticələnmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, bu hissədə əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5576/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.