Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2385/2020 30.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən XXXqızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(051)-1586/2019, hakim H.S.Mirzəliyev) XXXqızının Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq xx xxxx 2009-cu ildə anadan olmuş Tağıyeva Aydan Müşfiq qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün 115 manat, xx xxx 2011-ci ildə anadan olmuş Tağızadə Nəzrin Müşfiq qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün 115 manat olmaqla, cəmi 230 manat müəyyən edilməsi və hər ay tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-3070/2019, hakimlər R.R.Rəfiyev, G.Q.Abbasov və M.R.Hüseynov) XXXqızının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2019-cu il tarixdə XXXqızı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək XXX oğlundan xx xxxx 2009-cu il təvəllüdlü Aydan, xx xxx 2011-ci il təvəllüdlü Nəzrin adlı uşaqlara ödənilən alimentin miqdarının artırılıb hər ay, hər bir uşağa 200 manat olmaqla, cəmi 400 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar, o cümlədən azyaşlı uşaqların bütün qayğısının- təhsil-tərbiyə, gəzin tiləri, geyimləri, yeməkləri, təmizlikləri, xəstəlikləri, gündəlik tələbatlarının yalnız üzərində olması, cavabdehin isə bütün bu məsuliyyətdən azad olmaqla yalnız aylıq aliment ödəməklə kifayətlənməsi nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcə llənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, xx xxxxxx 2015-ci il tarixli məhkəmə qətnaməsi ilə hazırki iş üzrə cavabdehdən azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq hazırki iş üzrə iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı xx xxxx 2019-cu il tarixdə alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ödədiyi alimentlə uşaqların ehtiyaclarının təmin edilməsi mümkün deyildir, uşaqların bütün qayğısını özü çəkir və uşaqlarını n maddi təminatının əsas hissəsi onun valideynləri tərəfindən qarşılanır. İddiaçı həmçinin göstərmişdir ki, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun da artması məhkəmə qaydasında tutulan aliment məbləğinin artırılması üçün əsasdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər uşaq üçün 115 manat olmaqla, cəmi 230 manat müəyyən edilməsini qət etmişdir. İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsi ilə valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələri olduğunun müəyyən edildiyinə, bununla da uşaqların saxlanılması üçün nəzərdə tutulmuş yaşayış minimumunu təmin etməyin hər iki valideynin öhdəliyi olmasın a istinad edərək iddiaçının apellyasiya şikayətini təmin etməmiş və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi tərəflərin birgə nikahlarından iki uşaqları doğulmuşdur və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə azyaşlı uşaqların anasının yanında qalması, yetkinlik yaşına çatanadək saxlanmasına görə atadan hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması da qət edilmişdir. Sözügedən qətnamə 2015-ci ildə qəbul edilmişdir. Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci bəndinə əsasən 2015-ci il üçün yaşayış minimumu uşaqlar üçün 108 manat məbl əğində müəyyən edilmişdir. Həmin qətnamədən görünür ki, cavabdeh həmin vaxt “xxxx” Nəqliyyat MMC-də gözətçi işləməklə 140 manat əmək haqqı almışdır. Cavabdehin hazırda isə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmaqla, aylıq əmək haqqının 556 manat təşkil etməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsaslarını müəyyən edən 112-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərba ycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsi və ya alime nt ödəməkdən ümumiyyətlə azad edilmə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması halında mümkündür. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin aylıq gəlirinin əvvəlki qətnamə qəbul edilən vaxt üçün əldə etdiyi gəlirdən dəfələrlə artması, yəni maddi vəziyyətinin yaxşılaşması iş materialları ilə təsdiq edilir. Bu halda hazırki mübahisə üzrə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri baxımından cavabdehdən məhkəmə qaydasında tutulan alimentin artırılması üçün qanuni əsaslar mövcuddur. Lakin apellyasiya məhkəməsi tərəfindən iddiaçının maddi vəziyyətinin yaxşılaşması ümumiyyətlə nəzərə alınmamaqla, əvvəlki qətnamə ilə müəyyən edilmiş 100 manat sabit pul məbləğində alimentin cəmi 15 manat artırılması barədə birinci instansiya məhkəməsinin qanuni və əsaslı hesab edilə bilməyən qətnaməsi ilə razılaşmaqla, mübahisəyə aliə qanunvericiliyinin yuxarıda qeyd edilən normasının tələbləri baxımından düzgün hüquqi qiymət verilməmişdır. Beləliklə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd olmaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2385/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2385/2020
30.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver