Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2386/2024 14.06.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-128/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qərardadından verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-128/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilmişlər. Məhkəmə t ərkibi aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 405.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. İşdə olan 30 aprel 2024-cü il tarixli “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan (səh.312) görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-128/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qərardadı cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetinə 30 aprel 2024-cü il tarixdə yerləşdirilmişdir. Buna baxmayaraq, kassasiya şikayəti elektron sistemə 11 may 2024-cü il tarixdə yerləşdirilmiş və həmin tarixdə elektron imza ilə imzalanmı şdır. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddətin ötürülməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, cavabdehlər kassasiya şikayətini qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verdiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən onun icraata qəbulundan imtina edilməli və geri qaytarılması məsələsinin həlli məqsədilə mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytar ılır. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 405 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARAALDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-128/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-2386/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-2386/2024
14.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver