Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2388/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı, vəkili Süleymanov Famil Şamil oğlunun, cavabdeh “X” firmasının vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, cavabdeh “X” firmasının və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 27 yanvar 2017-ci il tarixli qətnaməsi ilə (A.Ə.Rzayev, iş 2(001)-2 15/2017) İddiaçı cavabdeh “X” firmasına və Cavabdeh1 qarşı pul tələbi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi zonası, 507-ci küçə, məhəllə 2095 ünvanında yerləşən “X” firmasına məxsus və iddiaçının icarəsinə verilmiş ümumi sahəsi 0,1 ha olan torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş və 2005-ci ildən iddiaçının istifadəsində olan yeməkxananın qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə 29.496 manat vəsaitin cavabdeh “X” firmasından tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, iddia ərizəsi qismən təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 81%-nin, yəni 24 (iyirmi dörd) manatının cavabdeh «X» firmasından tutu laraq iddiaçıya ödənilməsi, qalan 19%-nin, yəni 6 (altı) manatının isə iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2017-ci il tarixli qətnaməsi ilə (T.M.Əliyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov, iş 2(103)-4730/17) Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 27 yanvar 2017-ci il tarixli qətnaməsinin qismən, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şosesi zonası, 507-ci küçə, məhəllə 2095 ünvanında yerləşən “X” firmasına məxsus və icarəyə verilmiş ümumi sahəsi 0,1 ha olan torpaq sahəsində inşa edilmiş və 2005-ci ildən iddiaçının istifadəsində olan yeməkxananın qanunsuz olaraq sökülməsi nəticəsində dəymiş ziyana görə 29.496 manat vəsaitin cavabdeh “X” firmasından tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilərək iddia t ələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə “X” firmasına münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2017-ci il tarixli qərarı ilə (A.K.Kalbalıyev (sədrlik edən və məruzəçi), Ə.Cavabdeh1 və Ə.G.Nurməmmədov, iş 2(102)7096/17) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4730/2017 saylı iş üzrə 19 may 2017-ci il tarixli qətnaməsinin 29.496 manat ziyan tələbi hissəsində ləğv edilməsi, işə həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (A.N.İmanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbano v, iş 2(103)-1837/18) Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-215/2017 saylı iş üzrə 27 yanvar 2017-ci il tarixli qətnaməsi iddiaçıya dəymiş ziyana görə 29.496 manat vəsaitin cavabdeh “X” firmasından tutularaq İddiaçı ödənilməsi hissəsində cavabdeh “X” firmasına münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “X” firması və vəkili Vəkil kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh “X” firmasının vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Süleymanov Famil Şamil oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin ed ilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İŞİN HALLARİ: İddiaçı cavabdehlər “X” firmasına və Cavabdeh1 qarşı pul tələbi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2005-ci ildən istifadəsində olan yeməkxananın cavabdehlər tərəfindən heç bir xəbərdarlıq edilmədən qanunsuz sökülməsi nəticəsində dəymiş zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh1 cavabdehlər sırasından çıxarmaqla, “X” firmasının qanuni təmsilçisi X1 razılığı ilə Cavabdeh1 ona icarəyə verdiyi Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şosesi zonası 507-ci küçə, məhəllə 2095 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş və 2005-ci ildən 11 il ərzində hər ay icarə haqqını firmaya ödəməklə istifadəsində olan yeməkxananın cavabdeh “X” firması tərəfindən heç bir xəbərdarlıq edilmədən bir gecədə qanunsuz sökülməsi nəticəsində dəymiş ziyana görə 29.496 manat məbləğində zərərin əvəzinin və yeməkxananın tikintisinə icazə verilməsi üçün iddiaçıdan alınmış 6.959 ABŞ dollarının əvəzinin cavabdeh “X” firmasından tutularaq ona ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh “X” firması və vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman işin halları araşdırılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, İddiaçı, vəkili Süleymanov Famil Şamil oğlunu, cavabdeh “X” firmasının vəkili Vəkil dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya insta nsiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarından görünür ki, X ünvanında yerləşən 0,1 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə “X” firmasına məxsusdur. Həmin torpaq sahəsinin 150 m2 hissəsinə 2005-ci ildən “X” firması ilə Cavabdeh1 arasında icarə müqaviləsi mövcud olmuş, 22 oktyabr 2015-ci il tarixdə onlar arasında notarial qaydada təsdiq edilmiş icarə müqa viləsi bağlanmışdır. İddiaçının tələbindən görünür ki, o, 2005-ci ildə icarəçi Cavabdeh1la razılaşmış və onun “X” firmasından icarəyə götürdüyü torpaq sahəsindən 150 m2 sahəsini, aylıq 450 manat icarə haqqı ödəməklə icarəyə götürmüş həmin sahədə yeməkxana tikdirməyi planlaşdırmışdır. Buna razılıq verilməsi üçün «X» firmasının təmsilçisinə 5.000 ABŞ dolları vermiş, ümumiyyətlə icazə verilməsinə ondan 6950 ABŞ dolları pul alınmışdır. Razılıq alındıqdan sonra yeməkxana inşa edilmiş və orada fəaliyyət göstərmişdir. Lakin “X” firması tərəfindən ona heç bir xəbərdarlıq edilmədən həmin yeməkxana sökülmüş, bunun nəticəsində ona ziyan dəymişdir. İş materiallarında olan Cavabdeh1 izahatlarından görünür ki, 2005-ci ildə “X” firması ilə müqavilə əsasında torpaq sahəsinə dair icarə müqaviləsi bağlamı şdır. İddiaçı ona həmin ərazidə yeməkxana inşa etmək istədiyini bildirmiş və razılıq alındıqdan sonra İddiaçı vəsaiti hesabına həmin ərazidə yeməkxana inşa edilmişdir. Həmin yeməkxanaya görə İddiaçı hər ay 450 manat icarə haqqı almış, icarə haqqını “X” firmasına ödəmişdir. İddiaçıla hər hansı müqavilə bağlamamış, onunla rəsmi iş münasibətləri olmamışdır. Keçən il ona bildirmişlər ki, icarə haqqı 1.000 manat olmalıdır, lakin bununla razılaşmamışdır. “X” firmasından ona bildirmişlər ki, 6 nəfər gəlib yeməkxanaya baxır, sökmək istəyirlər, bundan 3 gün sonra ona məlum olmuşdur ki, yeməkxana artıq sökülmüşdür. İş materiallarından məlum olur ki, «X» firması öz fəaliyyətini genişləndirmək niyyətində olduğundan 2016-cı ilin aprel ayında icarəyə verilən torpaq sahəsinin icarəçisi Cavabdeh1 bu barəd ə bildirmişdir. Həmçinin, iddiaçı ilə firma arasında icarə müqaviləsindən başqa hər hansı müqavilə olmamış və firmanın onun qarşısında öhdəliyi yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh tərəf mübahisəli tikilinin özbaşına tikili olduğu halda belə onun birbaşa məhkəməyə müraciət etmədən sökməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1 096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). -1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarında olan ekspert rəy inə əsasən tikilinin inşasına sərf olunan vəsaiti 29.496 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçıya dəymiş ziyana görə 29.496 manat vəsaitin cavabdeh “X” firmasından tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı qənaətə gəlməkdə haqlı olmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 24 yanvar 2018-ci il tarixli, 2(103)-1837/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2388/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2388/2019
17.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver