Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2391/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13515/2019 nömrəli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tə rəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) xx.xx.2019-cu il tarixli, 2(006)535/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əsassız hesablanmış faiz borcunun silinməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 54 KT saylı kredit müqaviləsi üzrə İddiaçı hesablanmış 2388.81 manat məbləğində faiz borcunun silinməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pul vəsaitinin cavabdeh ləğv prosesində olan Cavab deh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, F.Babayev, E.Həsənov) xx.xx.2019-cu il tarixli, 2(103)-13515/2019 nömrəli qətnaməsi ilə cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)535/2019 nömrəli qətnaməsinin faiz borcunun silinməsi hissəsində dəyişdirilməsi, cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmı ş xx.xx.2012-ci il tarixli, 54 KT saylı kredit müqaviləsi üzrə İddiaçı hesablanmış 4159.5 manat məbləğində faiz borcunun silinməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əsassız hesablanmış faiz borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.201 2-ci il tarixli, 54 KT saylı kredit müqaviləsi üzrə ona hesablanmış 7508.09 manat məbləğində faiz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı banka olan kredit borcunu gecikdirməklə ödəmiş və onun hazırda banka 42319,5 manat məbləğində borcu vardır. Lakin məhkəmələr qanunvericiliyin tələblərini nəzərə almamış və ekspert rəyinə əsaslanmaqla qanunsuz qətnamə qəbul etmişlər. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(1 03)-13515/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandrmışdır ki, birinci instansiya məhkəməsi haqlı olaraq faiz borcunun qismən silinməsi nəticəsinə gəlsə də, silinməli olan faiz borcunun məbləği hissəsində yanlışlığa yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi bankın iddiaçıdan tələb etdiyi faiz borcu məbləğindən ekspert rəyində göstərilən məbləği çıxaraq arada qalan fərqi silmək əvəzinə, ekspert rəyində göstərilən faiz borcunu silmişdir. Cavabdeh bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən iddiaçının banka 6548,31 manat faiz borcunun olduğu, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatına əsasən verilmiş ekspert rəyindən isə onun 2388,81 manat məbləğində faiz borcunun olduğu müəyyən olunur. Belə olan halda apelyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının banka olan faiz borcundan 4159,5 (6548,312388,81=4159,5) manat məbləğində pul vəsaiti silinməlidir. Cavabdehin apellyasiya şikayətində irəli sürülənlərlə bağlı isə apelyasiya kollegiyası qeyd etmişdir ki, cavabdeh bank nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiyasına bu arqumentlərin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, həmin arqumentlər sadəcə formal mülahizələrlə əsaslandırılmışdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri il ə əsasən eynilik təşkil etmiş, apelyasiya kollegiyası düzgün olaraq cavabdeh bankın təqdim etdiyi maliyyə arayışını və ekspert rəyini nəzərə almaqla, bankın iddiaçıdan tələb etdiyi faiz borcu məbləğindən ekspert rəyində göstərilən məbləği çıxılmalı olmasını müəyyən etmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülk i hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)13515/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2391/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2391/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver