Məhkəmə qərarları › İş №2(102)-2392/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2392/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2392/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin kassasiya baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Xələfov İlqar Rəhim oğlunun (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3204/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC cavabdeh X1 12.5.2009-cu il tarixli 77 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 24 % ödəmək şərti ilə 6250 ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən M. Əhmədov müəyyən edilmiş müddətdə kredit məbləğinin və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3500 ABŞ dolları əsas borc, 3668.17 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 7168.17 ABŞ dolları (yeddi min yüz altmış sə kkiz dollar 17 sent) məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddia ərizəsi onunla əsaslanmışdır ki, İddiaçı ASC cavabdeh X1 12.05.2009-cu il tarixli 77 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 24 % ödəmək şərti ilə 6250 ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcu tam ödəməmişdir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 02 oktyabr 2013-cü il tarixli 220/78 saylı xəbərdarlıq göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir c avab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. 18 oktyabr 2013-cü il tarixdə borclu Cavabdeh kredit borcu cəmi 7168.17 (yeddi min bir yüz altmış səkkiz) ABŞ dolları 17 sent təşkil edir. Bundan 3500 (üç min beş yüz) ABŞ dollar əsas, 3668.17 (üç min altı yüz altmış səkkiz) ABŞ dollar 17 sent isə faiz borcudur

4. Füzuli Rayon Məhkəməsinin (hakim M.A. Bağırov) 20 fevral 2014-ci il tarixli, 2(064)-28/2014 nömrəli qətnaməsi ilə iddia təmin edərək, Cavabdeh 3500 ABŞ dolları əsas borc, 3668.17 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7168.17 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azə rbaycan Respublikasının pul vahidi manatla miqdarı və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat 5.İş üzrə Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. 6.Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər - T.S.Kərimov oğlunun (sədrlik edən və məruzəçi),T.X Heydərov və İ.H. Əhmədov) 15 dekabr 2021-ci il tarixli, 2(106)-3204/2021 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin 20 fevral 2014-cü il tarixli 2(064)-28/2014 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmaqla, Cavabdeh 1994.28 ABŞ dolları məbləğində borc öhd əlik icra olunan zaman üçün Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri 7.İddiaçı ASC kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2021-ci il tarixli 2(106)-3204 /2021 saylı qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 8.Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi

9. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

10. Maddə 417.1.7 Kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya inst ansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

11. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

12. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 1750 (bir min yeddi yüz əlli) ABŞ dolları olmaqla MPM-nin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən aşağı olduğundan, kollegiya hesab edir ki, həmin işə kassasiya qaydasında baxıla bilməz.

13. Azərbaycan Respublikası MPM-nin 417.1.7 maddəsinə əsasən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

14. Belə olan halda İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə baxıla bilməz və onun tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılmalıdır.

15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 402 və 417-ci maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: İddiaçı ASC-nin Şirvan Apellyasiya Məhkəməsini n 15 dekabr 2021-ci il tarixli 2(106)-3204 /2021 saylı qətnaməsindən vermiş olduğu kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 28 mart 2022-ci il tarixli qərardadı ləğv edilsin, Kapital Bank” ASC tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar