Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2395/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Xnun katibliyi ilə, İddiaçı BOKT ASC-ninCavabdeh qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli 2(103)-8533/2018 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə bax araq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASCCavabdeh qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı BOKT ASC-nin xeyrinə 30012,74 ABŞ dolları əsas borc, 12043,44 ABŞ dolları faiz borcunun, 11552 ABŞ dolları cərimə borcunun, cəmi 53.608,18 ABŞ dolları borcun və 31 (otuz bir) manat dövlət rüsumunun tutulması, tələbin cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 83 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin 30012,74 ABŞ dolları əsas borcunun, 12043,44 ABŞ dolları faiz borcunun, 11552 ABŞ dolları cərimə borcunun, cəmi 53.608,18 ABŞ dolları borcun və 31 (otuz bir) manat dövlət rüsumunun İddiaçı BOKT ASC-yə ödənilməsi, cavabdehin əşyaları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 83 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin (hakim Elçin Ağayev) 30 mart 2018-ci il tarixli 2(010)-83/2018 saylı qətnaməsi ilə İddiaçı BOKT ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh 30012,74 ABŞ dolları məbləğində əsas borc, 6210,24 ABŞ dolları məbləğində faiz borcu, 1000 ABŞ dolları cərimə, cəmi 37222,98 (otuz yeddi min iki yüz iyirmi iki dollar 98 sent) ABŞ dolları məbləğində borcun ödəniş anında məzənnə üzrə manatla, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun və 1 (bir) manat bank xidmət haqqının alınaraq İddiaçı BOKT ASC -nə ödənilməsi, tutulacaq məbləğin təmin edilmiş iddia tələbi həcmində Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 83 saylı evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 65.000 manat olmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində İddiaçı BOKT ASC-nə ödənilməsi, İddiaçı BOKT ASC-nəödənilməli olan əsas kredit borcu, kredit faizi, cərimə və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, 83 saylı ev hərracda satıldıqdan sonra 1 ay ərzində cavabdehin mənzildən çıxmadığı halda mənzildən məcburi qaydada çıxarılması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi Tofiq Səmədov, hakimlər İkram Şirinov, Elşən Kazımov) 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsi ipoteka predmeti olan, Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 83 saylı evin ilkin satış qiymətinin dəyişdirilərək 130000 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2018-ci il tarixli 2(103)-8533/2018 nömrəli qətnaməsinin ləğ v edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə MPM-in 88-ci və Mülki Məcəllənin 739-cu maddəsini düzgün tətbiq etməmişdir. Cavabdeh bankdan 32000 dollar pul götürməmiş, bank da həmin məbləğdə pulun cavabdehə verilməsi barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırma kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı BOKT ASC (kreditor) arasında 27 yanvar 2016-cı il tarixdə İstehlak kredit müqaviləsi bağlanmış və bank borcluya illik 28 faiz dərəcəsi ilə, 60 ay müddətinə 32.000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 996 ABŞ dolları olmaqla 27.01.2021-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə tərəflər arasında 27 yanvar 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və cavabdehə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, 83 nömrəli fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin xeyrinə ipo teka ilə yüklü edilmişdir. 21.09.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27.01.2016-cı il tarixli, 2016/00277-01 saylı İstehlak Kredit Müqaviləsi üzrə 21 sentyabr 2017-ci il tarixinə 30012,74 ABŞ dolları məbləğində əsas borcu, 12043,44 ABŞ dolları faiz borcu, 11552 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 53608,18 ABŞ dolları məbləğində borcu mövcuddur. Cavabdeh 27.01.2016-cı il tarixli, 2016/00277-01 saylı İstehlak Kredit Müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməyə görə xəbərdarlıq edilmişdir. Məhkəmə-Ekspertizası Mərkəzinin 26 fevral 2018-ci il tarixli 33216 saylı rəyinə əsasən Cavabdeh 10 yanvar 2017-ci il tarixə banka 30017,26 ABŞ dolları əsas borcu, 6210,24 ABŞ dolları faiz borcu, ümumilikdə 36227,50 ABŞ dolları məbləğində borcu müəyyən olunmuşdur. Cavabdeh tərə findən iş üzrə birinci instansiya məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsini ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirdiyindən, işə apellyasiya qaydasında baxılarkən ipoteka predmeti olan, mənzilin hazırkı real bazar dəyərini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır və rəyin verilməsi “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinə həvalə edilmişdir. “xxxx” MMC-nin 08.10.2018-ci il tarixli MB 11/924 №-li ekspert rəyinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, 83 nömrəli fərdi yaşayış evin ilkin satış qiymətinin 130000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 mart 201 8-ci il tarixli qətnaməsi tutmanın ipoteka predmeti olan, Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 83 saylı əmlakın ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 130000 manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər i ştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, 27.01.2016-cı il tarixli kredit müqaviləsi ilə id diaçı üzərinə düşən öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermişdir. Lakin, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas və faiz borcları üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi üçün ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdə liyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin ta m ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kassasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, cavabdeh bankdan 32000 dollar pul götürməmiş, nə də ki, iddiaçı bank tərəfindən həmin məbləğdə pulun ona verilməsi barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan 27.01.2016-cı il tarixli köçürmə sifarişinə əsasən bank 32.000 ABŞ dolları məbləğində krediti borclu Cavabdeh hesabına köçürmüşdür. Borclu isə həmin kreditdən 03.03.2016-cı il tarixdə 996 ABŞ dolları, 14.04.2016-cı il ta rixdə 2900 ABŞ dolları ödəniş etmişdir. Bu fakt iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-ni n 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik ed ilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2018-ci il tarixli 2(103)-8533/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2395/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2395/2019
15.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver