Məhkəmə qərarları › İş №2(102)-2395/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2395/2020

17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2395/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vxxxa Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı xxx oğlunun, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 vəkili xxx oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər xxx X13 və xxx X3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbayan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsinin geri qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk və iddiaçı xxx X4 cavabdeh İddiaçı xxx oğluna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12980/2019 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər xxx X13 və xxx X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz zəbt olunmuş ünvan 2 sahəsində yerləşən 2719A ünvanlı torpaq sahəsinin xxx X21 və xxx X16 istifadəsindən alı naraq iddiaçıya geri verilməsi, dəymiş maddi və mənəvi ziyana görə, habelə qanunsuz sahiblikdən götürdüyü gəlirin əvəzi olaraq 50000 manat məbləğində pulun idiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xxx X9 cavabdeh İddiaçı xxx oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı təqdim etdiyi xx xxxxxx 2001-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-776/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərardadı ilə (hakim A.A.Paşayeva) icraata qəbul edilməmiş və eyni tarixli qətnamə ilə İddiaçı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-12153/2019 nömrəli qərardadı ilə (hakimlər Z.Cavabdeh1 – sədrlik edən və məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) xxx X1 şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cü il tarixli, 2(008)-776/2019 nömrəli qərardadı ləğv edilmiş və qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuş sayılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12980/2019 nömrəli qətnaməsi ilə isə (hakimlər İ.Ə.Kərimli – sədrlik edən və məruzəçi, X.A.Cəmilova və İ.K.Xəlilov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)-776/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilməklə, X2 Bakı şəhər İcraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli, 15/595 saylı qərarına əsasən Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin ünvan 2r sahəsindəki 150 saylı kooperativinin xx xxxxxxxx 1990-cı il tarixli 25 saylı orderi əsasında ayrılmış, ünvan 2rı sahəsində 0,12 hektar torpaq sahəsi olan 2719A saylı bağ sahəsinin xxx X12 və xxx X1 istifadəsindən alınaraq İddiaçı xxx oğluna qaytarılması, ilk iddianın qalan hissədə rədd edilməsi, xxx X4 İddiaçı xxx oğluna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Cavabdeh xxx X9 və vəkili xxx oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12980/2019 nömrəli qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddian ın təmin edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş, mübahisəli torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmamış, həmin torpaq sahəsi uzun illər cavabdehlərin sahibliyində və istifadələrində olmuşdur. Həmin torpaq sahəsinə görə vergi ödəyicisi kimi ünvan 2ndə qeydiyyata alınaraq vergi ödəmişlər. İş üzrə ekspertiza qeyri-dəqiq keçirilmiş, torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur. İddiaçı atasından miras əmlakı qəbul etmədiyi halda, apellyasiya instansiyası məhkəməsi onu mərhumun vərəsəsi kimi tanımışdır. İddiaçının məhkəməyə təqdim etdiyi vəsiyyətnamədə tərtib olunma tarixində müdaxilə olunmasına baxmayaraq, məhkəmə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirməmişdir. Həmçinin vəsiyyətnamə iddiaçının atasının ölümündən sonra tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) xxx X4 vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmamışdır. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh xxx X21 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbayan Re spublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərə findən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddia qismən təmin olunsa da, iddiaçı apellyasiya şikayəti verməmişdir. Bu səbəbdən kassasiya b axışının predmetini yalnız apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsi və qarşılıqlı iddianın rədd edilməsi üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin yoxlanılması təşkil edir. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, X6 iddiaçının atasıdır. xxx xxx Bakı şəhər İcraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli, 15/595 saylı qərarına əsasən Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin ünvan 2r sahəsindəki 150 saylı kooperativinin xx xxxxxxxx 1990-cı il tarixli 25 saylı order əsasında 0,12 hektar torpaq sahəsi olan 2719A saylı bağ ayrılmışdır. xx xxxxxx 2001-ci il tarixli vəsiyyətnamədən görünür ki, X6 Bakı şəhəri İcraiyyə Komitəsi bağları təsərrüfatı birliyi tərəfindən 25 nömrəli order əsasında ona verilmiş ünvan 2r sahəsində olan 0,12 hektar torpaq sahəsinin oğlu İddiaçı xxx oğluna vəsiyyət etmişdir. X6 xx xxxxx 2002-ci il tarixdə ölmüşdür. Həmçinin müəyyən olunmuşdur ki, xx xxxx 2005-ci il tarixli icarə müqaviləsi ilə ünvan 4 bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli 09 saylı qərarı əsasında ünvan 4 massivində yerləşən ümumi sahəsi 15000 kv.m. olan torpaq sahəsi ünvan 2 tərəfindən icarə haqqı 825000 manat olmaqla X5 xx xxxx 2099-cu il tarixədək icarəyə verilmişdir. İş üzrə alınmış xx xxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən ünvan 1, ünvan 4 sahəsində yerləşən yerləşən 2719A saylı bağın naturada koordinatları müəyyən edilmiş, bölgü sxeminə istinadən 2719A saylı bağ sahəsinə uyğundur (təqribən 330,0 kv.m hissəsi 2718 saylı bağın ərazisinə düşür). Həmin bağ sahəsi xxx X21 və xxx X7 tərəfindən zəbt edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7, 152.1, 152.2, 157.2, 157.8, 164, 1151.1 və 1159.1-ci maddələrinə, “Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, İddiaçı atası X30 Bakı şəhəri İcraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli, 15/595 saylı qərarına əsasən 150 nömrəli BTİ-nin nəzdində 0,12 hektar torpaq sahəsi olan 2719A saylı bağ sahəsinin qanuni sahibi olduğundan, həmin bağ sahəsinin sonuncuya qanuni əsaslarla verildiyindən, vəfat etdiyi günə qədər geri alınmadığından və onun həmin torp aq sahəsi üzərində mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ olduğundan, iddiaçı mərhum atasından miras qalmış əmlakın birinci növbədən vərəsəsi olaraq, onun mübahisəli əmlakın geri qaytarılmasını tələb etmək hüququ olduğundan, həmin sahə cavabdehlər tərəfindən zəbt edilərək istifadə edilməsi ekspert rəyi ilə təsdiq edildiyindən iddia tələbi mübahisələnedirilən hissədə əsaslıdır və təmin olunmalıdır. Cavabdehin etirazlarına münasibət bildirərək apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, bağ sahəsi cavabdehlə ünvan 2 arasında bağlanan icarə müqaviləsindən 15 il əvvəl iddiaçının atasına verilmiş və icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qarşılıqlı iddia ilə bağlı isə məhkəmə hesab etmişdir ki, iddiaçının atasının tərtib etdiyi vəsiyyətnamənin et ibarlılığını mübahisələndirmək üçün cavabdeh X25 subyektiv hüququ mövcud deyildir. Qarşılıqlı iddia tələbinin əsasını təşkil edən dəlillər barədə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına tam riayət olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, torpaq sahəsi yuxarıda qeyd olunan əsaslarla iddiaçının atasının istifadəsinə verildiyindən, onunla bağlı ünvan 2 tərəfindən sərəncamverici əqdlər bağlamaq, o cümlədən cavabdehlərə icarəyə vermək hüququ olmamışdır. Həmçinin cavabdeh iş üzrə keçirilmiş ekspert rəyini mübahisələndirsə də, onun mötəbərliyinə şübhə ilə yanaşmaq üçün prosessual əsaslar yoxdur. Belə ki, ekspertiza tədqiqatı Azərbayan Re spublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi əməkdaşları tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsasən verilmiş, bağ sahəsinin yerləşdiyi əraziyə texniki baxış keçirilmiş, torpaq sahəsinin ərazisi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatları ilə yoxlanılmışdır. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Nəhayə t məhkəmə kollegiyası izah edir ki, iddiaçının atasının tərtib etdiyi vəsiyyətnamə işin həlli üçün əhəmiyyətli deyildir. Belə ki, iddiaçı həmin vəsiyyətnamə olmadan da, atasının birinci növbəli vərəsəsidir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci ma ddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh xxx X7 və vəkili xxx oğlutərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12980/2019 nömrəli qətnaməsi cavabdeh xxx X3 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar