Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2395/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı Şirkətinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi, qanunsuz söküntülərin bərpası, qanunsuz zəbt olunmuş sahələrin boşaldılması və vurulmuş ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi, qanunsuz söküntülərin bərpası, qanunsuz zəbt olunmuş sahələrin boşaldılması və vurulmuş ziyanın ödənilməsi barədə ilk, Cavabdeh İddiaçı Şirkətinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)233/2021 nömrəli, 9 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən 14/33 saylı evin tərəflərin paylı mülkiyyətində olan 8 saylı mənzilinin 1 yaşayış otağı (sahəsi 13,0 kv.m, texniki pasport üzrə 11 saylı) xx.xx.2001-ci il tarixdə Cavabdeh, 3 yaşayış otağı (sahəsi 48,1 kv.m, texniki pasport üzrə 2, 5 və 8 saylı) xx.xx.2016-cı il tarixdə İddiaçı Şirkətinin adına qeydiyyata alınmış, həmçinin həmin evin 1-ci mərtəbəsindəki 14,2 m2 qeyri-yaşayış sahəsi xx.xx.2002-ci il tarixdə Cavabdeh mülkiyyətinə keçirilmişdir. 8 saylı mənzilin İddiaçı Şirkətinin mülkiyyətindəki hissəsi evin ikinci mərtəbısində yerləşir. Cavabdeh isə mülkiyyətindəki qeyri-yaşayış sahəsi ilə mənzilin birinci mərtəbədə yerləşən özünə aid hissəsinin arasında olan arakəsməni götürərək sahələri birləşdirməklə həmin əmlakdan hazırda kafe kimi istifadə edir və mübahisəsi gedən 4,0 m2 sahəli sanitar qovşağı onun istifadəsindədir.
2. Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən 14/33 saylı evin 8 saylı mə nzilinin texniki pasportuna əsasən mənzil, sahəsi 10,8 kv.m olan mətbəxdən, 4 yaşayış otağından (2 saylı - sahəsi 16,8 kv.m, 5 saylı - sahəsi 15,5 kv.m, 8 saylı - sahəsi 15,8 kv.m, 11 saylı - sahəsi 13,0 kv.m), 2 mətbəxdən (1 saylı - sahəsi 10,8 kv.m, 3 saylı sahəsi 4,6 kv.m), 4 saylı - sahəsi 3,2 kv.m olan ayaqyolu, 6 saylı - sahəsi 4,1 kv.m olan giriş, 7 saylı - sahəsi 7,4 kv.m daxili dəhliz, 9 saylı - sahəsi 4,0 kv.m olan giriş-mətbəx və 10 saylı - sahəsi 2,2 kv.m olan sanitar qovşaqdan ibarətdir.
3. Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən 14/33 saylı evin hazırda Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsində əvvəllər 12 saylı mağaza fəaliyyət göstərmiş, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun həmin mağazanın müdirinə ünvanladığı xx.xx.1998-ci il tarixli məktubda mağazanın anbarının ümumi həyətə açılan qapısının qonşulara narahatlıq yaratdığından küçəyə açılmasının mümkün hesab edildiyi, habelə ünvanda yerləşən, baxımsız və antisanitariya vəziyyətindəki 4 kv.m-lik otağın mağazanın vəsaiti hesabına abadlaşdırılacağı təqdirdə onun həyətdə yaşayan sakinlərin razılığı ilə mağazaya verilməsinə etiraz olunmadığı bildirilmişdir.
4. Bakı şəhəri, A.Zeynallı küçəsi 14/33 saylı evin sakinləri tərəfindən “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun müdirinə xx.xx.1998-ci il tarixdə ərizə ünvanlanmış, ərizədə ərizəçilər, 4 kv.m-ə yaxın istifadəsiz sahənin 12 saylı mağazanın həyətdə yerləşən anbarına qatılmasına etiraz etmədiklərini göstərmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Şirkətinin Azərbay can Respublikasındakı nümayəndəliyi Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi, qanunsuz sökünlərin bərpasın, qanunsuz zəbt olumuş sahələrin boşaldılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə paylı mülkiyyətdə olan Bakı şəhəri, Asəf Zeynallı küçəsi, ev 14/33-ün girişində yerləşən, ümumi istifadədə olan 6 kv.m sahəsi olan sanitar qovşağın və aynabəndin altında yerləşən sahənin əvvəlki qeyri-təcrid vəziyyətə gətirilərək ümumi istifadəçilərin həmin sahələrdən istifadə etmə imkanlarının təmin edilməsi, həmçinin hüquqi şəxs olan iddiaçının mülkiyyətində olan ümumi sahəsi 15 kv.m köməkçi sahələrin cavabdehin bilavasitə istifadəsindən alınaraq iddiaçıya təhvil verilməsi, həmin mənzildə və həmin ünvanda yerləşən cavabdehə məxsus qeyri -yaşayış sahəsində cavabdeh tərəfindən apalıran konstruktiv dəyişikliklərin və əsas daşıyıcı divarların cavabdehin hesabına bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması, ümumi istifadədə olan həyətdə müvafiq razılıq olmadan quraşdırılmış avadanlıqların, qurğuların və kommunikasiyaların demontaj edilməsi və əldən çıxmış fayda kimi 10000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin paylı və həmin ünvanda yerləşən 14 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Mənzilin paylı mülkiyyətçisi evin girişində yerləşən ayaqyolunu və aynabəndini altında onlara məxsus ümumi sahəsi təxminən 15 kv.m olan köməkçi sahələrini və ümumi istifadədə olan həyətin bir hissəsini zəbt etmiş, qanunsuz ona aid olmayan sahələrdə təmir-tikinti işləri aparmış, ona məxsus sahədə həyata keçirdiyi təmir işləri zamanı isə mənzilin, qeyri-yaşayış sahəsinin və onlara məxsus ayaqyolunun aralarında olan aparıcı divarları sökmüş, binanın konstruksiyasında təhlükəli dəyişikliklər etmiş, mərtəbə arası su və kanalizasiya xətlərni zədələmişdir. Cavabdeh tərəfindən aparılan işlər nəticəsində iddiaçı şirkətə məxsus 8 saylı mənzilin bəzi hissələri, aynabəndin tavanı, dayaqları və atmaları deformasiyaya uğramışdır və bu gün əsaslı təmirə ehtiyacı var. Bundan başqa cavabdeh ümumi istifadədə olan sahəni zəbt edərək oranı icarəyə vermiş və oradan gəlir əldə etməkdədir. Nəticədə iddiaçının həmin sahədən istifadə hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən də həmin ümumi istifadədə olan sahədən əldə edilən gəlirlərə də iddiaçının payı var və cavabdehin qanunsuz əməlləri nəticəsində həmin fayda şirkətin əlindən çıxmışdır. Həmin sahənin minimum 1000 manata icarəyə verildiyini nəzərə alsaq bu zaman illik icarə haqqı 12000 manat təşkil edir ki, bunun 3000 manatı şirkətin əldən çıxmış faydası kimi qiymətləndirilməlidir.
7. Cavabdeh İddiaçı Şirkətinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona məxsus əmlakların üstünə çirkab suların axıdılmasının qarşısının alınması vəzifəsinin qoyulması, habelə ondan vurulmuş maddi ziyana görə 15000 manat, mənəvi ziyana görə isə 6000 manat məbləğində vəsaitin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Şirkətinin ilk iddia ərizəsində mübahisələndirdiyi və binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi və yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. O İddiaçı Şirkətinə məxsus iddia olunan hər hansı qeyri-yaşayış sahəsini zəbt etməmiş, tərəfindən ümumi istifadə qaydalarına və «İçəri şəhər» X1 Qoruğunun mühafizə zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamənin tələblərinə zidd hər hansı təmir tikinti işlərini aparılmamış, mənzilin əsas divarı sökülməmiş, binanın əsas konstruksiyasında hər hansı formada dəyişiklik edilməmişdir. Ümumi istifadədə olan sahələrdən birgə yaşayış qaydalarına uyğun olaraq hamı kimi heç kəsin hüquqlarını pozmadan o da istifadə edir. İddiaçı Şirkətinin iddia etdiyi guya onun tərəfind ən əldən çıxmış gəlirlə bağlı onu demək istəyir ki, ona məxsus qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi rəsmi olaraq icarəyə vermiş və ondan hər ay aylıq kirayə pulu alır, həmin qeyri-yaşayış sahəsi ona mülkiyyət hüququ əsasında məxsus olduğundan ondan əmələ gələn xeyir də, ona məxsus olmalıdır. İddiaçı Şirkətinin həmin vəsaitə hər hansı hüququ yoxdur. İddiaçı Şirkətinin ayaqyolu ilə bağlı digər iddia tələbi tam əsassızdır. Həmin ayaqyolu 20 il bundan öncə «İçəri şəhər» Dövlət Tarix-Memarlıq Qoruğunun rəhbərliyinin müvafiq icazəsi ilə tikilmişdir və ona məxsusdur, habelə küçədə yaşayan sakinlərin heç biri bundan narazı qalmamışdır. İddiaçı Şirkəti binanın 2-ci mərtəbəsində yerləşən yaşayış sahəsində müxtəlif fəaliyyətlərlə məşğul olmuşdur və hazırda kirayə vermək fəaliyyəti ilə məşğul ol maqla üstünə çirkab sular axıdıb ona maddi və mənəvi ziyan vurmaqda davam edir. İddiaçı Şirkəti ondan qisas almaq və tamah məqsədilə çirkab sularını üstünə və elektrik xətlərinin üzərinə axıdır və nəticə etibarlı ilə o və ümumi bina üçün təhlükə yaratmaqla, ona davamlı olaraq hər dəfə 10001500 manat, ümumilikdə isə 150000 manat ziyan vurmuşdur.
9. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 5030 saylı ekspert rəyinə əsasən tərəflərə paylı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, 14/33 saylı evin girişində sahəsi 6 kv.m olan sanitar qovşağının və aynadəndin altında yerləşən sahənin hal-hazırda Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan binanın arxiv cizgilərinə əsasən binanın 1-ci mərtəbəs ində yerləşən mübahisəli tikilinin ümumi istifadədə olduğu göstərilmişdir. Eyni zamanda İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 12 saylı mağazanın müdirinə ünvanlanmış 124 saylı, xx.xx.1998-ci il tarixli məktubda sözügedən 4,0 kv.m tikilinin mağazaya verilməsinə etiraz etmədiyi bildirilmişdir. Tədqiq olunan binanın arxiv cizgilərərinin məlumatları ilə baxış zamanı binanın faktiki vəziyyətdə texniki parametrləri müqayisə edilərkən, tədqiqat olunan qeyri-yaşayış sahəsi ilə 8 saylı mənzilinin arasındakı arakəsmənin sökülüb götürüldüyü, mənzilin küçə tərəf baxan pəncərəsinin yerində giriş-çıxış qapısı quraşdırıldığı, həmçinin 8 saylı mənzilin (faktiki vəziyyətdə qeyri-yaşayış sahəsinin) əsas divarında faktiki sanitar qovşağı kimi istifadə olunan sahəyə qapı boşluğu açıldığı müəyyən edilmişdir. baxış zamanı tədqiq olunan binanın ümumi istifadə olunan həyətyanı sahəsində Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin mətbəx tikilisinin divarının qarşısında soyuducu qurğu qoyulduğu müəyyən edilmişdir. Cavabdeh özünə məxsus qeyri-yaşayış sahəsinə baxış zamanı həmin tikililərə su sızma faktı və su sızma nəticəsində hər hansı ziyan dəyməsi müəyyən olunmamışdır.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Abdullayev) 04 noyabr 2019cu il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin olunması, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən 14/33 saylı evin mülkiyyətçilərinin ümumi istifadəsində olan həyətyani sahədə Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin mətbəxt tikilisinin divarı qarşısında qoyulmuş soyuducu qurğunun həmin həyətyanı sahədən çıxarıl ması, ilkin iddia tələblərinin qalan hissədə, həmçinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi, Cavabdeh və İddiaçı şirkətindən tikinti-texniki ekspertiza xərcinə görə müştərək qaydada 100 (yüz) manatın dövlət nəfinə tutulması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ekspert rəyi ilə əvvəllər mübahisəli evin digər paylı mülkiyyətçi və sakinlərinin razılığı ilə sahəsi 6,0 kv.m olan sanitar qovşağı və aynəbəndin altında yerləşən sahə yararsız, baxımsız və istifadəsiz qalan sahə kimi cavabdehin istifadəsinə verilməsi müəyyən edilmiş və bununla da həmin sahənin qanunsuz olaraq cavabdeh tərəfindən istifadə edilməsi barədə iddiaçının dəlilləri qəbul edilə bilməz. Belə ki, iddiaçı əmlaka sonradan sahib olmuş, əvvəlki sahiblərin isə kö nüllü surətdə həmin sahənin cavabdehin istifadəsinə verilməsi barədə iradə ifadələri mövcud olmuşdur.
12. Məhkəmə iddia tələbinin iddiaçının mülkiyyətində olan ümumi sahəsi 15,0 kv.m olan köməkçi sahənin də cavabdehdən alınaraq onlara təhvil verilməsi barədə tələbi üzrə qeyd etmişdir ki, belə bir sahənin cavabdehin istifadəsində olması nə məhkəmə iclasında nə də ekspert rəyi ilə müəyyən edilməmişdir.
13. Bundan başqa məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında cavabdeh tərəfindən yalnız yüngül konstruksiyalı arakəsmələrin götürülməsi, yükdaşıyıcı divarların isə sökülməsi halı müəyyən edilmədiyindən, həmin hissədə tələb əsaslı hesab edilməməlidir.
14. Həmçinin məhkəmə iclasında həqiqətən cavabdeh tərəfindən ümumi istifadədə olan həyətdə soyuducu quraşdırıldığından və bu digər sakinlərin raz ılığı alınmadan həyata keçirildiyindən, məhkəmə hesab etmişdir ki, həmin soyuducu həmin yerdən çıxarılmalıdır.
15. Məhkəmə iddia tələbinin ümumi həyətdə olan quraşdırılmış qurğuların və kommunikasiyaların demontaj edilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb əsassızdır. Belə ki, iddiaçının bu hissədə tələbi konkret deyil, yəni qurğuların və kommunikasiya xətlərinin nədən ibarət olması və hansı demontaj işlərinin görülməsi konkret göstərməmişdir. Digər tərəfdən bu qurğuların və kommunikasiya xətlərinin Cavabdeh tərəfindən quraşdırılması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Həmçinin ilk iddia tələbi üzrə əldən çıxmış fayda kimi 10000 manat pulun tutulması ilə bağlı da iddiaçı tərəfindən sübutlar məhkəməyə təqdim edilməmişdir.
16. Bununla yanaşı qarşılıql ı iddia tələbi üzrə İddiaçı Şirkəti tərəfindən maddi və mənəvi zərərin vurulmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsini və təyin edilmiş ekspert rəyi ilə hər hansı ziyanın vurulmasının müəyyən edilməməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi həmin hissələrdə də əsassızdır və təmin edilməməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.5, 217.3, 222.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 103.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən ləğv olunmasını və ilkin iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsasland ırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən binada təmir-bərpa söküntü, montaj-quraşdırma işləri müvafiq icazələr alınmadan aparıldığını nəzərə almamışdır. Bu cür tikinti işlərinin aparılması qanunsuzdur və cavabdehin hesabına aparılan işlər əvvəlki vəziyyətinə qaytarılmalıdır.
20. Həmçinin birinci instansiya məhkəməsi mübahisəli evin sənədlərinə əsasən evin girişində sahəsi 6 kv.m olan sanitar qovşağının və aynadəndin altında yerləşən mübahisəli tikilinin təflərin ümumi istifadəsində olmasına hüquqi qiymət verməmişdir.
21. Bundan başqa iddianı əldən çıxmış faydanın tutulması hissəsində rədd edərkən məhkəmə cavabdehin mübahisəli sanitar qovşağının sahəsini kirayə verərək gəlir əldə etdiyini etiraf etməsini, kirayə verilən sahənin tərəflərin ümumi mülkiyyətində və istifa dəsində olan 6 kv.m olan sanitar qovşağı sahəsinin qanunsuz olaraq qatılması nəticəsində istifadə üçün yaralı vəziyyətə gətirildiyinin məhkəmə ekspertizası ilə müəyyən edilmiş işin mübahisəsiz halı olmasını nəzərə almamışdır.
22. Apellyasiya baxışı zamanı keçirilmiş xx.xx.2021-ci il tarixli əlavə məhkəmə tikintitexniki ekspertizasının rəyində aşağıdakılar göstərilmişdir: “Tədqiq olunan binanın 1-ci mərtəbəsində həyətə giriş hissədə ümumi istifadə olunan sahədə (sol tərəfdə, 2-ci mərtəbəyə giriş üçün pilləkən marşına bitişik sahədə) uzunluğu 2,6 metr, eni bir tərəfdən 1,65 metr, digər tərəfdən 1,4 metr, ümumi sahəsi 4,0 m2 təşkil edən və sanitar qovşağı kimi istifadə olunan tikili inşa edildiyi,...binanın arxiv cizgilərinə (layihə sənədinə) əsasən aparılmış tədqiqat nəticəsində ümumi istif adə olunan sahədə inşa edilmiş tikilinin hazırda Cavabdeh istifadəsində olduğu, həmin tikilinin 8 saylı mənzil və qeyri-yaşayış sahəsi üzrə Cavabdeh adına tərtib olunmuş texniki pasportlarda əks edilmədiyi, lakin texniki pasportun vərəqinə əlavə edilmiş cizgidə göstərildiyi,...qeyri-yaşayış sahəsi ilə 8 saylı mənzilin arasındakı arakəsmənin sökülüb götürüldüyü, mənzilin küçə tərəfə baxan pəncərəsinin yerində giriş-çıxış qapısı quraşdırıldığı, həmçinin 8 saylı mənzilin (faktiki vəziyyətdə qeyriyaşayış sahəsinin) əsas divarında faktiki sanitar qovşağı kimi istifadə olunan sahəyə qapı boşluğu açıldığı müəyyən olunmuşdur”
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-233/2021 nömrəli, 9 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mə rdanova və F.Babayev) İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-548/2019 saylı iş üzrə 04 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, sahəsi 4,0 kv.m olan sanitar qovşağın əvvəllər evin digər paylı mülkiyyətçilərinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə yararsız, baxımsız və istifadəsiz qalan sahə kimi Cavabdeh istifadəsinə verilmiş sahədə inşa edildiyi nəzərə alındığında, həmin sahənin onun tərəfindən qanunsuz olaraq istifadə edilməsi barədə İddiaçı şirkətinin dəlilləri əsaslı sayıla bilməz. Belə k i, İddiaçı şirkəti əmlaka sonradan sahib olmuş, əmlakın əvvəlki sahibləri isə könüllü surətdə həmin sahənin cavabdehin istifadəsinə verilməsi barədə iradələrini bəyan etmişlər.
25. Apellyatorun, ümumi sahəsi 15,0 kv.m olan köməkçi sahənin alınıb ona təhvil verilməsi tələbi ilə bağlı kollegiya qeyd etmişdir ki, belə bir sahənin Cavabdeh tərəfindən zəbt edildiyi ümumiyyətlə müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı apellyatorun nümayəndəsi də bildirmişdir ki, “ümumi sahəsi 15,0 kv.m olan köməkçi sahənin alınıb ona təhvil verilməsi tələbi”, qeyri-yaşayış sahəsinin mətbəxt tikilisinin divarı qarşısında qoyulmuş soyuducu qurğunun həmin həyətyani sahədən çıxarılması ilə faktiki olaraq təmin olunmuşdur və buna görə də sözügedən tələb üzrə şikayəti mövcud deyildir.
26. İddiaçı şirkətinin “ qeyri-yaşayış sahəsində aparılmış konstruktiv dəyişikliklərin və əsas daşıyıcı divarların cavabdehin hesabına bərpa edilib əvvəlki vəziyyətə qaytarılması” tələbi isə ona görə əsassızdır ki, Cavabdeh tərəfindən öz mülkiyyətindəki qeyri-yaşayış sahəsində yalnız yüngül konstruksiyalı arakəsmənin götürüldüyü, bunun isə apellyatorun hər hansı mənafeyinə xələl gətirmədiyi müəyyənləşdirilmişdir.
27. Göründüyü kimi, Cavabdeh tərəfindən binanın 1-ci mərtəbəsində həyətə giriş hissədə ümumi istifadə olunan sahədə inşa edilmiş 4,0 m2 ölçülü sanitar qovşağının evin ikinci mərtəbəsindəki otaqların mülkiyyətçisi olan İddiaçı şirkətinə mülkiyyətindən istifadəyə maneə törətməsi, eləcə də binanın yükdaşıyıcı divarlarının söküldüyü və ümumi istifadə yerlərinin zəbt olunduğu faktı sübuta yetirilməmişdir. Bu b axımdan kollegiya hesab etmişdir ki, İddiaçı şirkətinin irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4, 180-ci, Mülki Prossesual Məcəllənin 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi paylı mülkiyyətdə olan mənzildə yenidənqurma işləri aparan cavabdeh tərəfindən Mənzil Məcəlləsinin 15-ci maddəsində göstərilən tələblərə əməl olunmasını müəyyənləşdirmək məqsədi ilə müvafiq səlahiyyətli orqanlardan rəylər almaqla və ya kompleks məhkəmə ekspertizası təyin etməklə həmin halları aydınlaşdırmamış, tariximemarlıq əhəmiyyəti olan binanın gələcək aqibətinin necə olacağını müəyyən etməmişdir.
31. Bundan başqa apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən aparılmış söküntünün Şəhərsalma və Tikinti Məcəlləsinin 71.2-ci maddəsinin tələblərinə uyğun olub-olmamasını araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdik ləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
39. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
40. Maddə 416 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərard adını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
42. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
46. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (36-37)
47. Apellyasiya in stansiyası məhkəməsi qəbul etdiyi qətnaməni digər əsaslarla yanaşı həmçinin onunla əsaslandırmışdır ki, sahəsi 4,0 kv.m olan sanitar qovşağın əvvəllər evin digər paylı mülkiyyətçilərinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə yararsız, baxımsız və istifadəsiz qalan sahə kimi Cavabdeh istifadəsinə verilmiş sahədə inşa edildiyi nəzərə alındığında, həmin sahənin onun tərəfindən qanunsuz olaraq istifadə edilməsi barədə İddiaçı şirkətinin dəlilləri əsaslı sayıla bilməz. Belə ki, İddiaçı şirkəti əmlaka sonradan sahib olmuş, əmlakın əvvəlki sahibləri isə könüllü surətdə həmin sahənin cavabdehin istifadəsinə verilməsi barədə iradələrini bəyan etmişlər.
48. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sahəsi 4,0 kv.m olan sanitar qovşağının mübahisəli evin mülkiyyət çilərinin ümumi paylı mülkiyyətində olduğu işin mübahisəsiz halı olduğundan, həmin sahənin ümumi paylı mülkiyyətdən çıxarılaraq mülkiyyətçilərdən birinin, hazırkı halda cavabdehin mülkiyyətinə verilməsi yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq (alqı-satqı, bağışlama və s.) həyata keçirilə bilərdi.
49. Belə ki, Mülki məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
50. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixində n əmələ gəlir.
51. Həmin Məcəllənin 139-1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbay can Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
52. Göründüyü kimi qanunvericilikdə ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılıq məktubu əsasında hər hansı bir şəxsin mülkiyyətinə keçməsi nəzərdə tutulmamışdır.
53. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı nəzərə almamış və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
54. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının tələbi bir neçə hissədən ibarət olmaqla onlardan biri də 6 kv sahəsi olan sanitar qovşağın əvvəlki qeyri-təcrid vəziyyətə gətirilərək ümumi istifadəçilərin həmin sahələrdən istifadə etmə imkanlarının təmin edilməsi olsa da, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin bu hissəsinə hüquqi qiymət verməmişdir.
55. Halbuki, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi qeyd edilən 6 kv sahəsi olan sanitar qovşağın hüquqi statusunu müəyyənləşdirməli, bundan sonra iddiaçının həmin sahədən istifadəsinin hər hansı bir qanuni əsasının olub-olmamasını araşdırmalı və müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməli idi.
56. Bununla yanaşı iddianın ümumi sahəsi 15 kv.m olan köməkçi sahələrin cavabdehin bilavasitə istifadəsindən alınaraq iddiaçıya təhvil verilməsi hissəsi ilə bağlı da apellyasiya instansiyası məhkəməsi işin düzgün həll edilməsi üçün əhəmiyyətli olan hallarını araşdırmamış və onlara hüquqi qiymət verməmişdi r.
57. Belə ki, iş materiallarından görünür ki, iddiaçı qeyd edilən 15 kv sahənin onun mülkiyyətində olduğunu, cavabdehin həmin sahədən onun razılığı və icazəsi olmadan istifadə etdiyini vurğulamışdır.
58. Belə olan halda apellyasiya instansiyası məhkəməsi ilk olaraq mübahisəli sahənin statusunu müəyyənləşdirməli olduğu halda, qeyd edilən hal üzrə araşdırma aparmamışdır.
59. Ona görə də işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənlərlə yanaşı mübahisəli 15 kv sahənin statusunu müəyyənləşdirməli və cavabdehin həmin sahədən istifadəsinin qanuni olub-olmamasına hüquqi qiymət verməlidir.
60. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən sübutlar hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi MP M-in 88-ci maddəsinin tələblərinə riayət etməklə həmin sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
61. Halbuki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
62. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
63. Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır.
64. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).
65. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməmiş, nəticədə apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
66. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
67. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İ ddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-233/2021 nömrəli, 9 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.