Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2396/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh Əliheydər oğlunun vəkili xxx iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh xxx qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2(103)12681/2019 nömrəli qətnaməsindən Cavabdeh xxx və vəkili Vəkil kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 1892 manat məbləğində əsas, 190 manat məbləğində dəbbə pulunun, ümumilikdə 2082 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-11172/2018 saylı, 27.11.2018-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında məhkəmənin 15.05.2019- cu il tarixli qərardadı ilə əmr ləğv edilərək iddia icraatına keçilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5538/2019 saylı, 29 iyul 2019-cu il tarixli, qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 1892 manat məbləğində əsas borcun, 20 manat məbləğində dəbbə pulunun, cəmi 1912 manat məbləğində pul vəsaitinin, 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, 10 (on) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Namidar Misirzadə) Cavabdehin qətnamədən apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12681/2019 saylı, 23 oktyabr 2019-cu iltarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5538/2019 saylı iş üzrə 29 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. (hakimlər Aida Hüseyn (sədrlik edən və məruzəçi) Etibar Nəbiyev, Raqib Qurbanov) Cavabdeh Cavabdeh Əliheydər oğlu (Vəkil) kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək qanuni qərar qəbul edilm əsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamış, ödənişlər etməsinə baxmayaraq, iddiaçı bu barədə qəbzləri məhkəməyə təqdim etməmişdir. Müqavilə mübahisələndirilmədən pul tələb edilməsi düz deyil. İddia müddətinin keçməsinə də məhkəmə əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh xxx vəkili Hüseynov Şaiq Yusif oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ko llegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası iddiaçını, onun vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən İddiaçıla Cavabdeh arasında 23.09.2015-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmasını, müqaviləyə əsasən id diaçının cavabdehə xxx və xx markalı mobil telefonları nisyə satmasını, cavabdehin aldığı məhsullara görə 12 ay müddətində hər ay 189,33 manat məbləğində ödəniş etməli olmasını, lakin həmin məhsulların dəyərini ödəməməsini müəyyən edərək, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 600 və 467-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliyinin yerinə yetirilməsi barədədir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, İddiaçıla Cavabdeh arasında 23.09.2015-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanıb, müqaviləyə əsasən cavabdeh iddiaçıdan iki ədəd mobil telefonu dəyərini aybaay ödəməklə nisyə alıb, amma aldığı malın pulunu ödəməyib. Mülki Məcəllən 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründ üyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə, Mülki Məcəllənin 600-cü maddəsini düzgün tətbiq etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlillər – ödənişlər etməsinə baxmayaraq, iddiaçının bu barədə qəbzləri məhkəməyə təqdim etməməsi, müqavilə mübahisələndirilmədən pul tələb edilməsinin düz olmaması, iddia müddətinin keçməsinə məhkəmənin əhəmiyyət verməməsi cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə eyni olduğ u və apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verildiyindən və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Cavabdeh xxx kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli 2(103)-12681/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2396/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2396/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver