Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2396/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, X3, 3-cü şəxs DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: birgə mülkiyyətdə olan daşınmaz əmlak barədə əqdin təmsilçi vasitəsi ilə bağlanmasının onun etibarsızlığına əsas olmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, Cavabdeh1 vəkili X4, cavabdeh Paşayeva Tamila Osman qızının vəkili X1 iştirakı ilə, Bakı Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6221/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Paşayeva Tamila Osman qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Paşayeva Tamila Osman qızına qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, K.Kazımzadə küçəsi, ev 30A, 176 nömrəli mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, Cavabdeh1 ilə Paşayeva Tamila Osman qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, alqı-satqı müqavilələrinin və həmin mənzillə bağlı Paşayeva Tamila Os man qızına verilmiş çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Paşayeva Tamila Osman qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Məlikova (Qafarova) Ayşən Eldəniz qızının əşyaları ilə birlikdə mülkiyyətində olan ünvan 2, 176 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi; cavabdehlər Cavabdeh2 və Məlikova (Qafarova) Ayşən Eldəniz qızından hər ay üçün 3000 (üç min) manat hesablanmaqla 2018-ci ilin iyul ayından hazırkı vaxtadək, yəni 7 ay müddət üçün 21000 (iyirmi bir min) manat, eləcə də hazırki iş üzrə qətnamə icra olunanadək hər ay üçün 3000 (üç min) manat hesablanmaqla əldən çıxmış faydanın, vurulmuş mənəvi zərərə görə 5000 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılma sını xahiş etmişdir.
3. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında nikah xx.xx.2008-ci il tarixdə bağlanmış və onlar birgə nikah dövründə ünvan 2, 176 saylı mənzili xx xxxxxx 2009-cu il tarixində 915600 manata almışlar. xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 2, 176 saylı mənzil xüsusi mülkiyyət kimi Cavabdeh2 adına qeydiyyata alınmışdır
4. Həmçinin o da mübahisə edilmir ki, İddiaçı Cavabdeh2 xx xxxxxx 2016-cı ildə etibarnamə verərək bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı, adından istənilən formada ərizə yazmağı və s. səlahiyyətləri etməyi xx xxxxxx 2026-cı ilədək Cavabdeh2 etibar etmişdir.
5. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixli alqı satqı müqaviləsi və eyni tarixli İddiaçı adından verilmiş raziliq ərizəsi (ərizə etibarnamə üzrə nümayəndə olan Cavabdeh2 tərəfindən İddiaçı əvəzinə imzalanmışdır) əsasında ünvan 2, 176 saylı mənzili Cavabdeh1 31400 manata satmışdır.
6. Bundan başqa o da mübahisə edilmir ki, Cavabdeh1 xx.xx.2018-ci ildə ünvan 2, 176 saylı mənzili Paşayeva Tamila Osman qızına satmış və xx.xx.2018-ci il tarixli çıxarışa əsasən qeyd edilən mənzil xüsusi mülkiyyət kimi Paşayeva Tamila Osman qızının adına qeydiyyata alınmışdır.
7. Bununla yanaşı işin mübahisə edilməyən hallarından görünür ki, mübahisəli mənzil xx.xx.2018-ci ildən Paşayeva Tamila Osman qızının mülkiyyətində olmasına baxmayaraq Cavabdeh2 və Məlikova X5 Tamila Osman qızının iradə sinə zidd olaraq həmin mənzildə yaşayırlar və mənzili könüllü boşaltmaqdan imtina edirlər.
8. İddiaçı bildirir ki, Cavabdeh2 ilə ailə həyatı qurmuş və nikaha daxil olduğu gündən birlikdə yaşamışlar. Birgə nikah dövründə həyat yoldaşı Cavabdeh2 ilə xx.xx.2009-cu il tarixində mənzil sertifikatı ilə ünvan 1 ünvanında yerləşən 176 nömrəli mənzili almışlar. Birgə nikah dövründə aldıqları həmin mənzil Cavabdeh1 adlı şəxsə onun razılığı olmadan satılıb. Ev satılmazdan əvvəl bir gün həyat yoldaşı ona bildirdi ki, sahibkarlıq fəaliyyəti ilə, əmlak alqı-satqısı ilə məşğul olacaq və bunun üçün onun adından verilmiş etibarnamə lazımdır. Ərinin əsl məqsədini bilmədiyindən və xx xxxxxx 2016-cı ildə harada yerləşməsindən asılı olmayaraq bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, qanun a müvafiq digər əqdləri bağlamağı və s. bütün digər hərəkətləri etməyi notarial təsdiqlə etibar etmişdir. Sonralar ona məlum oldu ki, həyat yoldaşı onun etibarından sui-istifadə edərək etibarnamə verdiyi gün evi Cavabdeh1 satmışdır. Sözügedən ev onların birgə nikah dövründə əldə edildiyindən razılığının olması vacib məsələlərdən biridir. Əgər həqiqətən evin satılmasına razı olsaydı dolayı yollarla, yəni etibarnamə verməklə deyil, birbaşa alqı-satqı müqaviləsinin bağlanmasına dair öz imzası ilə təsdiqlənmiş razılıq verərdi. Həmçinin evin satılmasının etibarnamə verdiyi gün ilə eyni olmasının təsadüf olmadığını və bunun həyat yoldaşının onu aldatmağının bariz nümunəsi olduğunu göstərir. Buna görə də xx xxxxxx 2016-cı ildə 1 saylı Bakı "ASAN xidmət" mərkəzində bağlanmış AN- İ ******* saylı al qı-satqı-müqaviləsi etibarsız hesab edilməlidir.
9. Cavabdeh X7 bildirir ki, xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, K.Kazımzadə küçəsi ev 30A, 176 saylı mənzil dəyərini tam ödəməklə almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən həmin mənzilin xüsusi mülkiyyətində olmasına dair RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh2 və İddiaçı mülkiyyətində olan, qeyd olunan mənzildə qeydiyyatda olmasalar da həmin mənzildə qanunsuz olaraq yaşayırlar. «xxxx» MTK tərəfindən verilmiş, xx xxxxxxx 2018-ci il tarixli, 20-017 saylı ar ayışa əsasən, ünvan 2, 176 saylı mənzildə Cavabdeh2 və Qafarova (Məlikova) Ayşən Eldəniz qızı yaşayırlar. Dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və onun ailə üzvü İddiaçı hazırkı vaxtadək mülkiyyətində olan ünvan 2, 176 saylı mənzildən çıxmamış, mənzili boşaltmamışlar və faktiki olaraq mənzil sahibliyinə verilməmişdir. xx.xx.2018-ci il tarixdə cavabdehlərə rəsmi qaydada müraciət (prenetziya) edərək, xx xxxxxxxx 2018-ci il tarixədək mülkiyyətində olan ünvan 2, 176 saylı mənzildən çıxmaları və mənzili boşaltmaları xahiş olunmuş, lakin bu dəfə də cavabdehlər mənzildən çıxmamışlar. Mülkiyyətçisi olduğu halda, öz mülkiyyətində olan mənzildən istifadə edə bilmir, yəni xüsusi mülkiyyətindən qanunsuz olaraq məhrum edilmiş, cavabdehlər mənzilə qeyriqanuni sahiblik edir. Göründ üyü kimi, cavabdehlər tərəfindən mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdehlər Cavabdeh2 və İddiaçı qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehlər mülkiyyətində olan mənzili vaxtında, yəni 2018-ci ilin iyul ayında boşaldıb, həmin mənzildən çıxaraq mənzili həmin vaxt onun faktiki sahibliyinə versəydilər, həmin mənzili kirayə verərək qazanc əldə edə bilərdi. Bildirmək istəyir ki, ünvan 2 ünvanında yerləşən, («X6») mülkiyyətində olan təmirli, ümumi sahəsi 164,1 kv metr olan 176 saylı mənzilin hər ay üçün kirayə məbləği 3000-5000 manat arasında dəyişir. Bu səbəbdən də cavabdehlərdən hər ay üçün 3000 (üç min) manat olmaqla 2018- ci ilin iyul ayından başlayaraq hazırkı vaxtadək, yəni 7 ay müddət üçün hesablanmaqla 21.000 (iyirmi bir min) m anat, eləcə də hazırki iş üzrə qətnamə icra olunanadək hər ay üçün 3000 (üç min) manat hesablanmaqla əldən çıxmış faydanın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməlidir. Cavabdehlərin qanunsuz hərəkətləri mənəvi iztirablar keçirməsinə səbəb olmuş və nəticədə güclü mənəvi sarsıntı keçirmişdir. Belə ki, dəfələrlə mənzilə kirayəşin axtarıb tapmış, lakin cavabdehlərə dəfələrlə müraciət etməsinə baxmayaraq sonuncular ona məxsus mənzildən çıxmamış və bu səbəbdən mənzili kirayə verə bilməmişdir. Bütün bunların nəticəsində əsəb, stress keçirmişdir. Cavabdehlər tərəfindən ona vurulmuş mənəvi ziyanı 5000 (beş min) manat məbləğində qiymətləndirir. Həmin pul da cavabdehlərdən alınaraq ona ödənilməlidir. Hesab edir ki, mülkiyyət hüquqlarının müdafiəsi ilə əlaqədar olaraq cavabdehlər Cavabde h2 və Məlikova (Qafarova) Ayşən Eldəniz qızı əşyaları ilə birlikdə xüsusi mülkiyyətində olan ünvan 2, 176 saylı mənzil mənzildən çıxarılmalı və mənzil boşaldılaraq ona təhvil verilməli, eyni zamanda cavabdehlərdən hər ay üçün 3000 (üç min) manat hesablanmaqla 2018-ci ilin iyul ayından hazırkı vaxtadək, yəni 7 ay müddət üçün 21.000 (iyirmi bir min) manat, eləcə də hazırki iş üzrə qətnamə icra olunanadək hər ay üçün 3000 (üç min) manat hesablanmaqla əldən çıxmış fayda xeyrimə tutulmalı, eləcə də cavabdehlərdən ona vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat məbləğindən pul X2 xeyrinə tutulmalıdır.
10. Cavabdeh1 bildirir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, 3-cü şəxs DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddi a ərizəsinin əsassız və qanunsuzdur. Həmçinin İddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş bir il müddətini ötürmüşdür. Belə ki, hazırki mülki iş üzrə İddiaçı hazırki iddia ərizəsi ilə 2018-ci ilin oktyabr ayında məhkəməyə müraciət etmişdir. Halbuki, İddiaçı etibarsız hesab edilməsini tələb etdiyi, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tarixindən də göründüyü kimi həmin müqavilə xx xxxxxx 2016-cı il tarixində bağlanılmışdır. Belə olan halda AR Mülki Məcəlləsinin 354.2ci maddəsinə əsasən, tərəf əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Odur ki, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
11. Cavabdeh2 bildirir ki, 2016-cı ildə ona borc vəsait lazım olduğundan bir çox şəxslə rlə danışıqlar aparırdı. Digər sələmçilərin vasitəsi ilə Cavabdeh1la bir araya gəldilər və Xətai ərazisində kafedə görüşdülər. Cavabdeh1 bir müddət istədiyi vəsaiti ona verməkdən çəkinsə də sonradan faiz məbləğində artım və yaşadığı evin onun adına keçirilməsi şərti ilə vəsati verməyə razı oldu. Mənzilin müvəqqəti olaraq onun adına keçirilməli olması və həyat yoldaşının razılıq verməyəcəyindən çəkindiyindən həyat yoldaşına bu barədə məlumat vermədi və müəyyən əməliyyatlar üçün ona etibarnamə verilməsini istədi. Etibarnaməni aldığı gündən sonrakı gün, ASAN xidmətdə əmlakı Rafiqin adına keçirməklə borc məbləğini ondan aldı. Borc müqabilində 90000 (doxsan min) ABŞ dolları məbləğində faiz ödənilmişdir. Bu məbləğin bir hissəsini özü, digər hissəsini isə tanışları vasitəsi ilə Rafiqə çatdırmışdı r.Borcun qaytarılma vaxtı çatanda borc götürdüyü məbləğdən əlavə 50000 (əlli min) ABŞ dolları məbləğində vəsaiti ödəməklə mənzilin ona qaytarılmasını Cavabdeh1 xahiş edəndə, ondan 130 000 (yüz otuz min) ABŞ dolları məbləğində əlavə vəsait istədi. Bu əsnada aralarında mübahisə yarandı və ondan məhkəməyə şikayət edəcəyini bildirdi. Bir müddət sonra öyrəndi ki, evi başqa şəxsin adına rəsmiləşdirilmişdir. Hətta bundan sonra belə Rafiq istədiyi məbləği verəcəyi halda mənzilini ona qaytaracağını bildirdi.Bu müddət ərzində həyat yoldaşının qeyd olunanlardan xəbəri olmamışdır. Evin başqa şəxsin adına rəsmiləşdirilməsindən xəbər tutandan sonra münasibətləri soyumuşdur və sonradan onun məhkəməyə müraciət etdiyindən xəbər tutmuşdur.Bir daha məhkəmənin diqqətinə çatdırır ki, Rafiqlə aralarında yalnız borc münasibətləri olmuşdur, mənzilidə onun adına rəsmiləşdirməyi borca görə təminat qismində olmuşdur. Cavabdeh1 borcu qaytarmadığı halda məhkəməyə getmək istəmədiyini əsas gətirərək evi girov kimi qəbul etməkdən imtina etmişdi və müvəqqəti olaraq evi adına keçirməyini istəmişdi.Qeyd olunanlar ümumi tanışları və digər sələmçilərin də məlumatı olmaqla baş verdiyindən, Rafiqin onu aldadacağına inanmırdı, nəticəsi isə hazırki vəziyyət oldu. 12. 3-cü şəxs DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi heç biri üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. Nəsimi Rayon Məhkəməsinin 2(006)-657/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Tağıy eva). ilk iddia rədd, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh2 və İddiaçı mübahisəli mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq Cavabdeh3 təhvil verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən mübahisələndirilən əqdlərin etibarsız hesab edilməsi üçün Qanunla müəyyən edilmiş əsasların mövcudluğunu iddiaçı tərəf məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir.
15. Bundan başqa məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı xüsusi mülkiyyətində olan yaşayış sahəsindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli “Azərbaycan Res publikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərara əsasən “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, tərəflərin arasında yaranmış mübahisə 2000-ci il sentyabr ayının 1-dən sonra yaranmış və bu səbəbdən də həmin mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhinə dair” xx xxx 2008-ci il tarixli qərarına əsasən, “MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak ın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. … Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Göründüyü kimi, cavabdehlərin iddiaçı ilə notarial qaydada təsdiq edilmiş və Dövlət Reyestr Xidmətindən qeydiyyatdan keçmiş razılaşması mövcud olmadığına görə, onların həmin yaşayış sa həsinə istifadə hüququ yaranmır. İşin faktiki hallarıdan aydın olur ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə qalmaları, iddiaçının öz əmlakından sərbəst surətdə istifadə etmək, əmlaka sərəncam vermək hüququnu, beləliklədə mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmış və bununlada onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur.
16. Eyni zamanda qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X2 cavabdehlər Cavabdeh2 və Məlikova (Qafarova) Ayşən Eldəniz qızından hər ay üçün 3000 (üç min) manat hesablanmaqla 2018-ci ilin iyul ayından hazırkı vaxtadək, yəni 7 ay müddət üçün 21.000 (iyirmi bir min) manat, eləcə də hazırki iş üzrə qətnamə icra olunanadək hər ay üçün 3000 (üç min) manat hesablanmaqla əldən çıxmış faydanın onun xeyrinə tut ulması, cavabdehlər Cavabdeh2 və Məlikova (Qafarova) Ayşən Eldəniz qızından ona vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğindən pulun onun xeyrinə tutulması tələbinə gəldikdə isə məhkəmə hesab etmişdir ki, həmin tələb təmin edilə bilməz. Belə ki, X7iddianın həmin hissəsinin əsasına dair hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim etmir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14, 21, 23, 152, 157.4, 228, 324, 337.1, 359, 362, 567, 646.1-ci, Mülki Prossesual Məcəllənin 77.1, 216-220, 227, 358-360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Birinci instansiya məhkəməsinin qətnaməsindən İdd iaçı və cavabdeh X7 apellyasiya şikayətləri vermişlər.
19. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9266/2019 saylı, xx xxxx 2019-cu iltarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi) Ş.Məhərrəmova və E.Şamayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-657/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiasının təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, K.Kazımzadə küçəsində yerləşən 30 A nömrəli evin 176 nömrəli mənzilinə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli “Alğı-satqı müqaviləsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli “Alğı-satqı müqaviləsi” və həmin mənzillə bağlı Paşayeva Tamila Osman qızına verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın” etibarsız hesab edilməsi, iş üzrə restitusiya tətbiq edilməsi, xx.xx.2018-ci il tarixli “Alğı-satqı müqaviləsi üzrə mənzilə görə ödənilmiş 310.000 (üz yüz on min) manat məbləğində pulun Cavabdeh1 tutularaq Cavabdeh3, xx.xx.2016-cı il tarixli “Alğısatqı müqaviləsi üzrə mənzilə görə ödənilmiş 314.000 (üç yüz on dörd min) manat məbləğində pulun isəCavabdeh2 tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir.
20. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh2 mübahisəli mənzili İddiaçı razılığı olmadan satdığından, qan unvericiliyin tələbini pozmuşdur. Bu isə onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi üçün əsasdır. İlk iddia tələbi bu hissədə əsaslıdır.
21. Eyni zamanda əsas tələbdən törəmə olduğu üçün ilk iddia tələbi digər hissələrdə də əsaslı sayılmalıdır. Başqa sözlə, mübahisəli mənzilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış “Alğı-satqı müqaviləsi” etibarsız hesab edildiyindən, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Alğısatqı müqaviləsi” və mənzilə dair Cavabdeh3 adına verilmiş dövlət reyestrindən “Çıxarış” da etibarsız sayılmalıdır.
22. Məhkəmə Cavabdeh3 qarşılıqlı iddiasına münasibətdə qeyd etmişdir ki, mənzilə dair onunla Cavabdeh1 arasında bağlanmış “Alğı-satqı müqaviləsi” və Cavabdeh3 adına verilmiş “Reyestrdən çıxarış” artıq etibarsız hesab edildiyindən, Cavabdeh3 mübahisəli mənzilə hər hansı bir hüququ qalmır. Göstərilən hal qarşılıqlı iddianın təmin edilməsi üçün bütün əsasları aradan qaldırır. Belə ki, Mülki Məcəllənin tələblərinə görə, yalnız əmlakın (əşyanın) mülkiyyətçisi və (və ya) qanunu sahibi ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, əmlaka (əşyaya) sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək, ona dair sərəncam vermək, əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək hüququna malikdir (maddə 152., 157). Buna görə də, hesab edilməlidir ki, Cavabdeh3 apellyasiya şikayəti əsassızdır.
23. Bununla yanaşı Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə restitusiya tətbiq e dilməlidir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
24. Göstərilən maddi hüquq normasının tələbindən çıxış edən Məhkəmə, hesab edir ki, etibarsız hesab edilmiş müqavilələr üzrə ödənilən pul vəsaitləri onları ödəmiş şəxslərə geri qaytarılmalıdır. Yəni, xx.xx.2018-ci il tarixli “Alğı-satqı müqaviləsi üzrə mənzilə görə ödənilmiş 310.000 manat məbləğində pul Cavabdeh1 Cavabdeh3 xeyrinə, xx.xx.2016-cı il tarixli “Alğı-satqı m üqaviləsi üzrə mənzilə görə ödənilmiş 314.000 manat məbləğində pul isə Cavabdeh2 Cavabdeh1 xeyrinə tutulmalıdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətləri vermişlər.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)1750/20 saylı qərarı ilə (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi) E.Vəliyeva və Z.Əliyev) kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9266/2019 saylı, xx xxxx 2019-cu iltarixli qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
27. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apelyasiya instan siyası məhkəməsi işin müəyyən etdiyi halına maddi hüquq normalarını düzgün tətbiq etməmiş, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının verdiyi etibarnaməyə Mülki Məcəllənin əqdin təmsilçi vasitəsilə də bağlanması qaydalarını nizama salan 359-366-cı maddələri baxımından heç bir qiymət verməmişdir.
28. Həmçinin məhkəmənin “Notariat haqqında” Qanunda dövlət və xüsusi notarius fəaliyyətlərinin fərqləndirilməsini qeyd etməklə, mübahisəni həmin normalar baxımından həll etməsini də məhkəmə kollegiyası əsaslı hesab etmir. “Notariat haqqında” Qanunda dövlət və xüsusi notariusların fəaliyyətini nizama salan normalar olsa da, həmin fəaliyyət növləri Qanunun ayrı-ayrı fəsilləri ilə tənzimlənsə də, Qa nunun 17 və 26-cı maddələrinə əsasən dövlət və xüsusi notariusların apardığı notariat hərəkətlərində hər hansı fərq yoxdur.
29. Razılıq ərizəsinin dövlət orqanına deyil, xüsusi notariusa ünvanlanmasına gəldikdə, daşınmaz əmlakın alqı-satqı müqaviləsi yalnız notarial qaydada bağlanır və bununla bağlı bütün hərəkətlər də notariat orqanında aparılmaqla, ərizələr və digər sənədlər notariusa ünvanlanır. Buna görə də etibarnamə ilə verilmiş səlahiyyətlər çərçivəsində notariatda aparılmalı olan hərəkətlər üzrə razılığın notariusa deyil, hər hansı başqa dövlət orqanına ünvanlanmalı olmasını “Notariat haqqında” Qanunun tələbləri baxımından təfsir edilməsini məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına uyğun saymır.
30. İşin müəyyən edilmiş mübahisəsiz halından biri də odur ki, Bakı şəhəri, Nə rimanov rayonu, 802-803-cü məhəllə, K.Kazımzadə küçəsi, ev 30A, mənzil 176 İddiaçı ilə Cavabdeh2 birgə mülkiyyəti olmuşdur. xx.xx.2016-cı il tarixli etibarnamə ilə İddiaçı harada yerləşməsindən asılı olmayaraq bütün əmlaklarına dair sərəncam vermək hüququnu Cavabdeh2 vermişdir. Apelyasiya instansiyası məhkəməsi mənzilin satılmasına İddiaçı razılıq ərizəsinin olub-olmamasından asılı olmayaraq, İddiaçı əri ilə birgə mülkiyyətdə olan mənzilin öz payına düşən hissəsinə dair sərəncam hüququnu xx.xx.2016-cı il tarixli etibarnamə ilə ərinə verməsini və bunun nəticəsi olaraq alqı-satqı müqaviləsinin də həmin etibarnamə əsasında təmsilçi vasitəsilə bağlanmasını, belə olan halda da razılıq ərizəsinin verilməsinə zərurət olub-olmamasını Mülki Məcəllənin 359-366cı maddələri kontekstində araşdırmamışdı r.
31. Bundan əlavə, Cavabdeh2la Cavabdeh1 arasında müqavilə xx xxxxxx 2016cı ildə bağlanmış, iddiaçı bu müqaviləni 2018-ci ilin oktyabrında, yəni 2 il 8 aydan sonra mübahisələndirmişdir. Əqdlərin etibarsızlığının mübahisələndirilməsi ilə bağlı müddətlər kəsici olduğuna görə müddətin tətbiq edilməsi barədə ərizə verilməsinə zərurət yoxdur. Buna baxmayaraq iş üzrə Cavabdeh1 mübahisəyə müddətin tətbiq edilməsi barədə ərizəsi olsa da, apelyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı iddiası ilə bağlı müddəti ötürüb-ötürməməsi halını Mülki Məcəllənin 377.1 və 354-cü maddələrinin tələbləri baxımından qiymətləndirməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əs asında mahiyyəti üzrə baxır.
32. Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və bu tələbdən doğan həmin mənzillə bağlı Paşayeva Tamila Osman qızına verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması nəticəsinə gələrkən apelyasiya instansiyası məhkəməsi həm də Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini pozmuş, Paşayeva Tamila Osman qızına münasibətdə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının mövcud olub-olmamasını, onun mənzili vicdanlı əldə edən olub-olmamasını araşdırmamış və bunu qətnamədə də əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Bak ı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6221/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi) A.İsgəndərov və İ.Kərimli) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Paşayeva Tamila Osman qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-657/2019 saylı qətnaməsi Tamila Paşayevanın mübahisələndirdiyi, yəni qarşılıqlı iddanın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmış, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-657/2019 saylı qətnaməsi İddiaçı mübahisələndirdiyi, yəni ilkin iddianın rədd, qarşılıq lı iddanın isə təmin edilən hissələrində ləğv edilmiş, qarşılıqlı iddianın təmin edilən hissəsinin də təmin edilməməsi, ilk iddianın isə təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, K.Kazımzadə küçəsində yerləşən 30 A nömrəli evin 176 nömrəli mənzilinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin, Cavabdeh1 ilə Paşayeva Tamila Osman qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin mənzillə bağlı Paşayeva Tamila Osman qızına verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, iş üzrə restitusiya tətbiq edilərək xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə mənzilə görə ödənilmiş 310.000 (üz yüz on min) manat pulun Cavabdeh1 alınaraq Paşayeva Tamila Osman qızına, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə mənzilə görə ödənilmiş 314.000 (üç yüz on dörd min) manat pulun isə Cavabdeh2 alınaraq Cavabdeh1 ödənilməsi qət edilmişdir.
34. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Əvvəla ona görə ki, iddiaçının əri Cavabdeh2 etibarnamə verməsi və sonuncunun həmin etibarnaməyə əsasən iddiaçının adından mübahisəli mənzilin satılmasına etirazının olmamasına dair ərizə yazaraq mənzili alqı-satqı müqaviləsi əsasında satması fakt olaraq işin mübahisəsiz halıdır. Mübahisəli hal həmin mənzilin satılmasına iddiaçının həqiqətən razı olub olmaması, yəni bunun onun iradəsi zədələnmədən həyata keçirilib-keç irilməməsi ilə bağlıdır. Əlbətdə, iddiaçının iradəsini təmsilçi vasitəsilə həyata keçirməsi qanunla qadağan edilməmişdir. Lakin həqiqətən də mənzilin əri tərəfindən satılmasında iddiaçının həqiqi iradə ifadəsi olsaydı bunu, yəni mənzilin satılmasına razı olmasını özü şəxsən də notariat orqanına ərizə verməklə ifadə edə bilərdi. Lakin razılığın bu formada icra olunmaması da digər hallar kimi ilk iddianın əsaslılığına dəlalət edən amillərdəndir. Çünki, həqiqətən ilk iddiaçının buna razılıq verməməsi təkzib olunmur.
35. İkincisi, mübahisə predmeti olan mənzilin ilk iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə, birgə gəlirlər hesabına xx xxxxxx 2009-cu il tarixində 915600(doqquz yüz on beş min altı yüz) manata əldə etmələri və bu günə qədər ailəsi ilə birlikdə həmin mənzildə yaşamaları da işin m übahisələndirilməyən hallarındandır. Cavabdeh1 həmin mənzili xx xxxxxx 2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında həqiqətən almasını göstərsə də ilk iddiaçının ailəsi ilə birlikdə bugünədək orada yaşamasını sonuncunun əri Cavabdeh2la mənzilə dair kirayə müqaviləsi bağlaması ilə izah edir. Lakin həmin kirayə müqaviləsi həqiqi olsa belə bundan da ilk iddiaçının məlumatlı olması ümumiyyətlə təsdiq olunmur. Bu hal da ilk iddiaçının mənzilin satılmasından bu hadisəni bildiyi vaxtadək məlumatlı olmadığını təsdiq edir.
36. Üçüncüsü, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Ə qdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında səlahiyyətli şəxsin iştirakı, həqiqi iradə ifadəsini bildirilməsi, iradə ifadəsinin zədəli olmaması, forma və məzmunun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Lakin işin faktiki hallarından və tərəflərin izahatlarından ilkin iddiaçının birgə mülkiyyətində olduğu və bu günədək yaşadığı mənzilin satılmasına həqiqətən razılıq verdiyi təsdiq olunmur.
37. Dördüncüsü, uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Başqa sözlə uydurma əqd həm də üçüncü şəxsləri aldatmaq məqsədi ilə görünüş üçün bağlanılır. Cavabdeh1la Tamila Paşayeva arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi də etibarlı əqd hesab edilə bilməz. Çünki, qeyd olunduğu kimi bu mənzil həm qanuna əsasən yüklü olmuş, həm də birgə mülkiyyətçinin iradəsinə zidd özgəninkiləşdirilmişdir. Bundan əlavə, mübahisəli mənzilin mənzil bazarında mövcud olan real bazar dəyərindən üç dəfə ucuz qiymətə, yəni birinci alqı-satqı üzrə 314000(üç yüz on dörd min) manata, ikinci alqı-satqı müqavilə si üzrə 310000(üç yüz on min) manata satıldığının göstərilməsi də alqı-satqı müqavilələrinin etibarlı müqavilə olmasını istisna edən hallardandır. Mənzil alan şəxslər isə şəxsən məhkəmə iclasında iştirak edərək buna aydınlıq gətirməli idilər. Çünki, mülki dövriyyədə mənzili görmədən, onun real mövcud olub-olmamasına əmin olmadan, şəraiti ilə maraqlanmadan, orada yaşayanların kimiliyini öyrənmədən, və.s. məsələləri araşdırmadan alqı-satqının həyata keçirilməsi inandırıcı və ağlabatan olmamaqla yanaşı, həyatda həmişə baş verən hallara uyğun deyildir. Belə ki, insan elə bir şüurlu varlıqdır ki, o, hansısa əşyanı özününkü etmək üçün başqa sözlə alqısatqı müqaviləsi əsasında əvəzli olaraq pul verib almaq üçün mütləq onu əvvəlcədən görmək istəyir, ona baxmaq istəyir, onun hansısa problemlərinin olub-olmaması ilə maraqlanır. Çünki, insanın həyat tərzi də bunu tələb edir. X11 bu istəklərin olmaması, yəni qeyd olunanları yoxlamadan həqiqətən vicdanlı şəxs kimi mənzil aldığı ümumiyyətlə inandırıcı deyildir.
38. Beşincisi, Tamila Paşayevanın vicdanlı alıcı olması və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun tamamlığı prezumpsiyasının mövcudluğuna dair dəlillər ilə bağlı da qeyd edilməlidir ki, mülki qanunvericilikdə bu prezumpsiyanı istisna edən bir sıra hallar mövcuddur. Belə ki, Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicd anlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, Tamila Paşayeva mübahisəli mənzili əldə edərkən vicdanlı olsa belə, bu vəziyyət mənzilin paylı mülkiyyətçisi olan İddiaçı iradəsi ilə əhatə olunmadığından alqı-satqı müqaviləsinin də etibarsızlığını labüd edir. Mülki Məcəllənin 225.6-cı maddəsi bu Məcəllənin 140, 148.2 və 149.2-ci maddəsinə açıq-aşkar zidd olduğu görünə bilər. Lakin 225.6-cı maddə həmin maddələrlə müqayisədə xüsusi normadır. Ümumi və xüsusi normalar arasında ziddiyyət olduqda isə şübhəsiz ki, xüsusi norma tətbiq olunmalıdır. Çox güman ki, 225.6-cı maddənin mövcudluğu və qanunvericilik sistemind ə yer alması daşınmaz əmlaka birgə mülkiyyət hüququ olan ərin(arvadın) hüquqlarını vicdanlı üçüncü şəxslərlə müqayisədə daha üstün formada qorumaq məqsədindən irəli gəlir. Əks halda qanunverici orqanın bu normanı dəyişdirməsi üçün indiyədək elə bir maneə mövcud deyildir.
39. Altıncısı, mübahisə predmeti olan mənzilin ilk iddiaçının iradəsinə zidd satılması onun bu faktlardan məlumatlı olması qənaətinə gəlməyə əsas vermir. Sadəcə baş vermiş hadisədən 1 ildən artıq vaxt keçməsi əsası ilə ilk iddiaçının qeyd edilən hallardan məlumatlı olması qənaətinə gəlinməsi və kəsici müddətin keçməsinə görə iddianın rədd edilməsi maddi hüquq normalarına uyğun deyildir. Belə ki, əvəzedilən əşyadan fərqli olaraq əvəzedilməz əşyanı etibarsız əqd əsasında qarşı tərəf əldə etdiyi halda həmin əşyaya mülkiyyət h üququ ona keçmir. Bu vəziyyətdə əşyaya mülkiyyət hüququ elə mülkiyyətçinin, o cümlədən birgə mülkiyyətçinin özündə qaldığına görə, o, özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahibdən hər hansı bir müddət daxilində deyil, müddətsiz olaraq öz əşyasını tələb edə bilər. Yəni, etibarsız əqd əsasında edilən icra hərəkətləri nəticəsində verilən əşya mülkiyyət hüququna əsaslanaraq müddətsiz geri tələb edilə bilər. Hazırki iş üzrə də ilk iddiaçının birgə mülkiyyətində olan, hal-hazıradək yaşadığı mənzil etibarsız əqd əsasında mülkiyyət hüququ əvvəlcə Cavabdeh1 adına, daha sonra isə başqa bir etibarsız əqd əsasında Tamila Paşayevanın adına qeydə alınması həmin mənzil üzərində sonuncuların mülkiyyət hüququnu yaratmadığı üçün bu cür qeydiyyat da əsassızdır. Çünki, qeyd olunduğu kimi ilk iddi açı bu günə qədər yaşadığı mənzilin 2018-ci ildə cavabdeh Tamila Paşayevanın adına qeydiyyatdan keçənə qədər bu hadisələrdən məlumatsız olmuşdur. Həmin vaxta qədər Ayəşn Məlikovanın həqiqətən bu hadisəni bildiyi yaxud bilməli olduğunu sübut etmək yükü isə artıq qarşı tərəfin üzərinə düşür. Lakin qarşı tərəf bu halları sübuta yetirə bilməmişdir.
40. Yeddincisi, ilkin iddianın təmin edilməsi, avtomatik olaraq qarşılıqlı iddianın təmin olunmamasını labüd edir. Çünki, ilk iddia təmin edildiyindən, qarşılıqlı iddianın əsaslılığı tam aradan qalxır. Ona görə də, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlillərinin ayrıca xüsusi olaraq yoxlanılmasına ümumiyyətlə lüzum qalmır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Məcəllənin əqdin etibarsızlığının hüquqi nəti cələrini tənzimləyən 337.5-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin maddəyə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından aydın olduğu kimi, əqdin etibarsızlığının nəticələrinin tətbiqi üçün bunun tələb edilməsi zəruri deyil. Başqa sözlə, məhkəmə, 337.5-ci maddəni öz təşəbbüsü ilə tətbiq etməlidir. Kassasiya şikayətin in və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
41. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan alqısatqı müqaviləsi iddiaçının özü tərəfindən verilmiş etibarnamə əsasında qanunvericiliyə uyğun şəkildə bağlanmışdır.
43. Cavabdeh Paşayeva Tamila Osman qızı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, mübahisə predmeti olan alqısatqı müqaviləsi iddiaçının özü tərəfindən verilmiş etibarnamə əsasında qanunvericiliyə uyğun şəkildə bağlanmışdır.
45. Bundan başqa mənzili əldə edərkən vicdanlı alcı olmuşdur. Belə ki, mənzili əldə edərkən mümkün olan bütün ağlabatan ehtiyyat və sayıqlıq göstərmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
47. Cavabdeh1 vəkili X10 apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
48. Cavabdeh Paşayeva Tamila Osman qızının vəkili X8 apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri
49. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin aktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
50. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində cavabdehl ər Cavabdeh1 və Paşayeva Tamila Osman qızı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdikləri üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
53. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1)
54. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (maddə 152.4)
55. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2)
56. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesa b edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (maddə 225.6)
57. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1)
58. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. (maddə 324.2)
59. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (maddə 324.4)
60. İradə ifa dəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (maddə 324.5)
61. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. (maddə 337.1)
62. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. (maddə 359.1)
63. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. (maddə 362.1)
64. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qayd asında təsdiqlənməlidir. (maddə 362.2)
65. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (maddə 567)
66. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. (maddə 646.1) Mülki Prosessual Məcəllə
67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
69. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtə rəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
70. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
71. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
72. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1) 73. kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya q ərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. (maddə 417.1.4)
74. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
75. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayətləri təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qərara qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Paşayeva Tamila Osman qızına qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair ilkin iddiası rədd edilməli, Paşayeva Tamila Osman qızının Cavabdeh2 və Məlikova (Qafarova) Ayşən Eldəniz qızına qarşı mənzildən çıxarılma və sair tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək İddiaçı və Cavabdeh2 ünvan 2, 176 saylı mənzildən çıxarılsın və qeyd edilən mənzil boşaldılaraq Paşayeva Tamila Osman qızına təhvil verilməli, qarşılıqlı iddia qalan hissələrdə təmin edilməməlidir.
76. Belə ki, işin bütün hallarının araşdırılmasına və müəyyən edilməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi həmin hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir.
77. Əvvəla işin hallarından göründüyü kimi Cavabdeh2 mübahisə predmeti olan mənzilə dair Cavabdeh1 ilə xx xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsini bağlayarkən iddiaçının adından razılıq ərizəsini sonuncunun notarial qaydada verdiyi etibarnamə əsasında imzalamışdır.
78. Belə ki, iddiaçı xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamə ilə öz əmlakı üzərində sərəncam vermək hüququnu əri Cavabdeh2 etibar etmişdir.
79. Apelyasiya instansiyası məhkəməsinin bu hala münasibətdə apardığı qiymətləndirmə ondan ibarət olmuşdur ki, mənzilin bu qaydada satılması onu göstərir ki, iddiaçının mənzilin satılmasında həqiqi iradə ifadəsi olmamışdır. Həqiqətən də mənzilin satılmasında iddiaçının həqiqi iradə ifadəsi olsaydı iddiaçı mənzilin satılmasına razılığını özü şəxsən notariat orqanına ərizə verməklə ifadə edə bilərdi.
80. Halbuki qeyd edilən qaydada qiymətləndirmə aparan apelyasiy a instansiyası məhkəməsi nəzərə almamışdır ki, əqd müvafiq qaydada verilmiş və təsdiq edilmiş etibarnamə əsasında təmsilçi vasitəsi ilə də bağlana bilər və qanunverici bu qaydada bağlanmış əqdləri həqiqi iradə ifadəsi olmadan bağlanan əqdlər kimi qiymətləndirmir.
81. İkincisi apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan mənzilə dair bağlanmış müqavilə görünüş üçün bağlanmış və hüquqi nəticə yaratmayan uydurma əqddir. Belə ki, bu əqd üzrə mənzil dəyərindən 3 dəfə aşağı qiymətə satılmış və alıcılar mənzili görmədən, onun real mövcud olub-olmamasına əmin olmadan, onun şəraiti ilə maraqlanmadan əldə etmişlər.
82. Nəzərə alınmalıdır ki, alqı-satqının predmeti olan hər hansı bir əşyanın qiyməti onun bazar dəyəri ilə yanaşı əqd üzrə satıcı və alıcının arasında əldə edilən razılaşma əsasında müəyyən edilir və belə bir razılıqla əşyanın bazar dəyərindən 2-3 dəfə aşağı qiymətə satılması əqdin görünüş üçün bağlanmasına əsas verməməklə müxtəlif amillərdən, o cümlədən tərəflərin əqd bağlanan vaxt düşdükləri real şəraitdən asılı ola bilər.
83. Bundan başqa nəzərə alınmalıdır ki, çoxmənzilli binada yerləşən mənzilin daxili şəraitini bilavasitə görmədən, onun şəraiti ilə maraqlanmadan reyestrdən çıxarışa və texniki pasporta əsasən əldə edilməsi də alıcının hüququdur və əşyanın bu qaydada əldə edilməsi əqdin görünüş üçün bağlanmasına birbaşa əsas ola bilməz.
84. Üçüncüsü məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1la yanaşı Cavabdeh3 da İddiaçı münasibətdə Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən vicdanlı alıcı olmaması barədə apelyasiya instansiyası məhkəmə sinin əsaslandırması da qanuni və əsaslı deyildir.
85. Belə ki, Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyetrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir.
86. Bu maddənin dispozitiv şərtlərinin hazırkı işin hallarına tətbiqi isə onu deməyə əsas verir ki, mübahisə predmeti olan mənzilə münasibətdə nəinki Paşayeva Tamila Osman qızı, həmçinin Cavabdeh1 da vicdanlı alıcı sayılır.
87. Belə ki, işin hallarından göründüyü kimi mübahisə predmeti olan mənzil birgə mülkiyyətçilər olan İddiaçı və Cavabdeh2 razılığı ilə Cavabdeh2 tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satılmış və həmin əqd əsasında sonuncunun mülki yyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
88. Bundan iki il sonra, yəni xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə qeyd edilən mənzil İddiaçı və Cavabdeh2 birgə mülkiyyəti kimi deyil, Cavabdeh1 mülkiyyəti olaraq sonuncu tərəfindən Paşayeva Tamila Osman qızına satılmışdır.
89. Göründüyü kimi İddiaçı iddia tələbinin əsasını sübut edən sənədləri iş materiallarına əlavə etməmiş və həmin halları işə məhkəmə baxışlarında sübuta yetirə bilməmişdir.
90. Bundan başqa işin mübahisə edilməyən hallarından göründüyü kimi mübahisəli mənzil xx.xx.2018-ci ildən Paşayeva Tamila Osman qızının mülkiyyətində olmasına baxmayaraq Cavabdeh2 və Məlikova X5 Tamila Osman qızının iradəsinə zidd olaraq həmin mənzildə yaşayırlar və mənzili könüllü boşaltmaqdan imtina edirlər.
91. Beləli klə işin göstərilən halları onu təsbit edir ki, birgə mülkiyyətlərində olan mənzilin onun razılığı olmadan əri Cavabdeh2 tərəfindən satılması, ona görə də həmin mənzilə dair bağlanmış alqı-satqı müqavilələrini, həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə İddiaçı ilkin iddiasının təmin edilməsi, eyni zamanda Cavabdeh2 və İddiaçı mənzildən çıxarılmasının rədd edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları isə ilkin iddianın rədd, qarşılıqlı iddianın isə qismən təmin edilməsinə əsas verir.
92. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçi olduğu vaxtdan mənzilin kirayə verilməsinə görə 21000 manat, eləcə də qətnamə icra oluna nadək hər ay üçün 3000 manat pul tələbinə dair Paşayeva Tamila Osman qızının qarşılıqlı iddiası ehtimallara əsaslandığından həmin hissədə qarşılıqlı iddia rədd edilməlidir.
93. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsi işin bütün hallarını araşdırsa da araşdırma nəticəsində müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmişdir.
94. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər
95. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara al dı: Cavabdehlər Cavabdeh1 və Paşayeva Tamila Osman qızının kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6221/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Paşayeva Tamila Osman qızına qarşı Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, K.Kazımzadə küçəsi, ev 30A, 176 nömrəli mənzilə dair xx.xx.2016-cı il və xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsinə dair ilkin iddiası rədd edilsin. Paşayeva Tamila Osman qızının Cavabdeh2 və Məlikova (Qafarova) Ayşən Eldəniz qızına qarşı mənzildən çıxarılma və sair tələbinə dair qarşılıqlı iddiası qismən təmin e dilsin. Məlikova (Qafarova) Ayşən Eldəniz qızı və Cavabdeh2 ünvan 2, 176 saylı mənzildən çıxarılsın və mənzil boşaldılaraq Paşayeva Tamila Osman qızına təhvil verilsin. Qarşılıqlı iddia qalan hissələrdə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.