Məhkəmə qərarları › İş №2(102)-2397/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2397/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2397/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2778/2023 nömrəli 13 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikay ətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ:

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən nağd kredit üzrə 4700 manat əsas, 52,73 manat faiz borcu olmaqla, cəmi 4752,73 manat kredit borcunun, kart kredit limiti üzrə 296,03 manat əsas, 58,37 manat faiz borcu olmaqla, cəmi 354,40 manat kredit borcunun, ödənilmiş 71,08 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(125)-4301/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (ha kim Cavid Tağıyev) iddianın təmin edilməsi, cavabdehdən xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsi üzrə 4700 manat əsas, 52,73 manat faiz borcu, xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsi üzrə 296,03 manat əsas, 58,37 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 5107,13 manat kredit borcunun, iddia ərizəsi verilməsi üçün ödənilmiş 71,08 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2778 /2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Loğman Süleymanov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, iddiaçı ilə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4700 manat əsas, 52,73 manat faiz borcu, xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsi üzrə 296,03 manat əsas, 58,37 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 5107,13 manat kredit borcunun, iddia ərizəsi verilməsi üçün ödənilmiş 71,08 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehdən mirası qəbul etdiyi həcmdə tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-1353 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X1 vərəsəsi olan cavabdeh, miras qalmış 3543,32 manat pul vəsaitindən tam hissədə irs almalıdır.

6. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehdən 5107,13 manat kredit borcunun bütövlükdə deyil, mirası qəbul etdiyi həcmdə - 3543,32 manat məbləğində tutulması qərara alınmışdır.

7. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı və cavabdehin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri 3 iyun 2024-cü il tarixli qərardadla kassasiya icraatına qəbul edilmiş, lakin sonradan müəyyən edilmişdir ki, kassasiya şikayətləri mümkünlük baxımından mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

10. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

11. Baxılan işdən görünür ki, apellyasiya instansiya məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qətnaməsini iddiaçı iddianın təmin edilməyən hissəsində mübahisələndirir. İddiaçının mübahisələndirdiyi həmin hissədə məbləğ 1563,81 manat təşkil edir.

12. Cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələdirir. Cavabdehin mübahisələndirdiyi həmin hissədə məbləğ isə 3543,32 manat manat təşkil edir.

13. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublik ası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli Qərardadına müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin icraata qəbulunun mümkünlüyünü yoxlayarkən, onun MPM-in 407-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da müəyyən etməlidir.

14. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi hissəvi, yaxud tam şəkildə kassasiya qaydasında yoxlanıldığı və verilmiş yeni kassasiya şikayəti artıq baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğu halda, həmin şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 411-ci maddəsinə əsasən şikayətin icraata qəbulundan imtina edilməli və şikayət geri qaytarılmalıdır.

15. MPM-ə uyğun olaraq, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir (maddə 404-1.2).

16. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya ins tansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7).

17. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayətlərinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2397/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş kassasiya baxışından çıxarılsın və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2778/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsindən verilən kassasiya şikayətlərinin geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar