Məhkəmə qərarları › İş №2(102)-2398/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2398/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2398/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və İrada Dzhafarovaya qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2398/2023 (Açar sözlər: borc pul tələbi, borcun etirafı, sübutetmə yükü) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və İrada Dzhafarovaya qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1598/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil X1) tərəfindən verilmiş kassasiya şikayətinə 12 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdehlər Cavabdeh1 və İrada Dzhafarova 07 avqust 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahdan 07 oktyabr 2016-cı il tarixdə Mikayıl adlı uşaqları dünyaya gəlmişdir.

2. Tərəflər birgə nikah dövründə ünvan 2, 58 saylı mənzili (yeni qaydalarla ünvan: AZ 1025, ünvan 1 2016-cı il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışlar. Həmin mənzil 05 oktyabr 2020-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-704/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı İrada D zhafarovanın Cavabdeh1 qarşı “nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi, aliment və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası qismən təmin olunmuş, iddiaçı İrada (İradə) Dzhafarova (Cəfərova) ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsində 314 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan övladı xx.xx.2016-cı il təvəllüdlü X2 İrada Dzhafarovanın himayəsində saxlanılması, eyni zamanda xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq İrada Dzhafarovaya ödənilməsi, ünvan 2, 58 saylı mənzildə (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 47, M16, mənzil 2) İrada Dzhafarovanın 1/2 hissədə və Cavabdeh1 1/2 hissədə pay hüquqlarının müəyyən edilməsi qət edilmişdir.

4. İddiaçı Cavabdeh1 bibisidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehlər Cavabdeh1 və İrada Dzhafarovaya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 49.000 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq hesablanmaqla) və 340 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər 2016-cı ildə ondan özlərinə ev almaq məqsədilə qısa zamanda hissə-his sə qaytarmaq şərtilə 95.000 ABŞ dolları borc pul istəmiş, evdə pulu olduğundan etiraz etməyərək həmin pulu onlara vermişdir. Verdiyi puldan sonuncu dəfə 2021-ci ilin mart ayında ödədikləri ABŞ dolları ilə birlikdə bu günə kimi cəmi 46.000 ABŞ dolları məbləğində hissəni ona geri qaytarmışlar, qalan 49.000 ABŞ dolları məbləğ isə borc olaraq qalmışdır. Dəfələrlə cavabdehlərə müxtəlif formalarda xəbərdarlıq etməsinə baxmayaraq pulunu tam formada geri qaytarmamışlar. Sonuncu dəfə Cavabdeh1 həmin pul vəsaitini nə üçün qaytarmadıqlarını soruşduqda ona bildirmişdir ki, İrada ilə ailə münasibətləri pozulmuş, şəxsi münasibətləri gərgindir. Hazırda aralarında əmlak bölgüsü ilə bağlı mübahisə gedir və həll edilməmiş məsələlər var. Sonra isə bildirmişdir ki, İrada ilə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi zamanı müəyyən hissə ona düşsə də, müəyyən hissənin İradaya düşmə ehtimalı var. Bu baxımdan ondan aldıqları borcu təkbaşına ödəmək iqtidarında deyil, həmin borcu İrada ilə birlikdə ödəməlidir. Tair həmçinin ona bildirmişdir ki, İradaya aldıqları borcun ödənilməsini təklif etsə də, İrada bundan yayınmışdır.

7. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 birinci instansiya məhkəməsinə iddia ərizəsinə yazılı mülahizə göndərilmiş, mülahizədə göstərmişdir ki, “ünvan 2 ünvanda yerləşən 58 saylı mənzil (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri,Xətai rayonu, Süleyman Vəzirov küç., 47, M16, mən.2) Tair Baxşəliyeviç tərəfindən 2016-cı ildə 102.000 (yüz iki min) ABŞ dollarına alınmışdır. Həmin pulun 95.000 (doxsan beş min) ABŞ dolları hazırkı iş üzrə iddiaçı olan İddiaçı hissə-hissə qayta rmaq şərtilə borc alınmışdır. Cavabdeh1 95.000 (doxsan beş min) ABŞ dolları borc puldan sonuncu dəfə 2021-ci ilin mart ayında ödədiyi 2.000 (iki min) ABŞ dolları ilə birlikdə bu günə kimi cəmi olaraq 46.000 (qırx altı min) ABŞ dolları məbləğində hissəsini İddiaçı geri qaytarmış, qalan 49.000 (qırx doqquz min) ABŞ dolları məbləği isə borc olaraq qalmışdır. Sonradan Cavabdeh1la İrada Dzhafarova arasında olan ər-arvad münasibətinə xitam verilmiş və İrada Dzhafarova həmin məbləğin müştərək qaydada İddiaçı qaytarılmasından imtina etmişdir. Cavabdeh1 İddiaçı 95.000 (doxsan beş min) ABŞ dolları borc pul alındığı və həmin məbləğdən olaraq 46.000 (qırx alta min) ABŞ dolları məbləğində hissəsinin bu günə kimi ödənilmədiyini qəbul edir. Lakin Cavabdeh1 hesab edir ki, həmin borc iş üzrə digər cavabdeh İrada Dzhafarova ilə birgə nikahda olan zaman ünvan 4 ünvanda yerləşən 58 saylı mənzilin (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov kiiç., 47, M16, mən.2) alınması məqsədilə götürüldüyündən və Bakı şəhər Xətai Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi ilə mənzilin 1/2 hissəsinə İrada Dzhafarovanın, qalan 1/2 hissəsinə Cavabdeh1 pay hüququ tanındığından İddiaçı mənzilin alınması məqsədilə götürülmüş 95.000 (doxsan beş min) ABŞ dolları borc pulun qalıq məbləği olan 46.000 (qırx altı min) ABŞ dolları məbləğində hissəsi də cavabdehlər arasında bərabər şəkildə bölünməlidir. Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinə 2(011)-704/2022 nömrəliı mülki iş üzrə təqdim etdiyi yazılı etirazında da həmin borc və mənzillə bağlı eyni məzmunlu izahat vermiş və qa rşı tərəf, yəni İrada Dzhafarova bu faktı inkar etməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 İddiaçı iddia tələbini etiraf edir və təmin olunmasına etiraz etmir.

8. Cavabdeh İrada Dzhafarova birinci instansiya məhkəməsində izahat verərək göstərmişdir ki, Tairlə Ukraynada tanış olaraq evlənmişlər. Həmin vaxt bankda işləmişdir. Tairlə ailə qurmaq üçün valideyinləri ilə Bakıya köçmüşdür. Cavabdeh1la 07 avqust 2015ci il tarixdə nikaha daxil olmuşdur. İşdən çıxanda yaxşı kompensasiya almış, bununla yanaşı Ukraynada Çerniqovda bağ evini 50.000 dollara satmış və həmin pulu 2016-cı ildə birgə nikahda olduqları vaxt aldığı mənzilin alınmasına vermişdir. Mənzili 157.000 manata almışlar. Həmin mənzilin alınmasına Cavabdeh1 öz pulunu qoymuşdur. Çünki Tair İT şirkətində işləyirdi və ayda 2.000-3.000 manat qazanırdı. Nikahdan əvvəl də yığdığı pul var idi. Mənzili tam təmirli, mətbəx mebelli almışlar, pulunu bir dəfəyə ödəmişlər. Bakıya gələndən sonra o, işləməmişdir. Hal-hazırda kosmetoloq işləyir. Valideyinləri Xətai metrosunun yanında kirayədə yaşayır, anası kosmetoloq, atası taksi şirkətində işləyir. Mənzilin alınması üçün təxminən 50.000 manat pul vermişlər. İddiaçıdan heç vaxt borc pul götürməmişlər. Belə ki, iddiaçı təqaüddədir və onun borca vermək üçün o qədər pulu ola bilməzdi. İddia tələbini qəbul etmir. İddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş edir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2330/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbi təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəld iyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki iş üzrə müəyyən edilmiş mübahisəsiz faktiki hallar ondan ibarətdir ki, İrada Dzhafarova Cavabdeh1lə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 22 aprel 2022-ci il tarixdə nikah məhkəmə qaydasında pozulmuşdur. Birgə nikah dövründə 2016-cı ildə onlar ünvan 5 ünvanında yerləşən 58 nömrəli mənzili almışlar. Həmin mənzil faktiki 2016-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında alınsa da, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-704/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən ünvan 2, 58 saylı mənzildə (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 47, M16, mənzil 2) İrada Dzhafarovanın 1/2 hi ssədə və Cavabdeh1 1/2 hissədə pay hüquqlarının müəyyən edilməsi qət edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçının nümayəndəsinin izahatı, Cavabdeh1 etirafı ilə təsdiq edilir ki, Cavabdeh1 2016-cı il tarixdə iddiaçıdan ev almaq məqsədilə qısa zamanda hissə-hissə qaytarmaq şərtilə 95.000 ABŞ dolları borc pul almış, həmin puldan sonuncu dəfə 2021-ci ilin mart ayında ödədiyi 2.000 (iki min) ABŞ dolları ilə birlikdə bu günə kimi cəmi olaraq 46.000 (qırx altı min) ABŞ dolları məbləğində hissəni geri qaytarmış, qalan 49.000 (qırx doqquz min) ABŞ dolları məbləğ isə hazırki günədək geri qaytarılmamışdır.

12. Cavabdeh İrada Dzhafarovanın məhkəmə iclasında verdiyi izahatı ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin cavabdeh mənzilin alınmasına 50.000 manat pul vəsaitini verdiyini, valideynlə ri tərəfindən Ukraynada Çerniqovda bağ evini 50.000 dollara satdıqlarını bildirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, həmin cavabdeh valideynlərinin Xətai metrosunun yanında kirayədə yaşadığını bildirdiyinə görə, onlar tərəfindən 50.000 ABŞ dollarının qızlarına mənzil almaq üçün verərək, özlərinin kirayədə yaşamaq məcburiyyətində olması ağlabatan deyil.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırki icraat vaxtı İrada Dzhafarova məhkəmədə verdiyi izahatında bildirmişdir ki, ailə qurandan sonra işləməmişdir. Həmin mənzilin alınması üçün tərəfindən 50.000 manatın verilməsi ilə yanaşı, Cavabdeh1 öz pulunu da qoymuşdur. Tair İT şirkətində işləyib ayda 2.000-3.000 manat qazanmışdır. Onun nikahdan əvvəl də yığdığı pul vəsaiti mövcud olmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, nəzərə alaraq ki, tərəflər nikaha xx.xx.2015-ci il tarixdə daxil olmuşlar, ünvan 2 ünvanda yerləşən 58 saylı mənzil 2016-cı ildə alınmış (dəqiq tarix bəlli deyil), İrada Dzhafarova həmin vaxt işləməmiş, Cavabdeh1 isə İT şirkətində işləməklə ayda 2.0003.000 manat qazanmışdır. Ər-arvadın mənzilin dəyəri (İrada Dzhafarovanın dediyinə görə 157.000 manat, Cavabdeh1 məhkəməyə yazdığı ərizədə qeyd etdiyinə görə - 102.000 ABŞ dolları) məbləğində pul vəsaitini təxminən 1 il - 1 il yarım ərzində toplaması mümkün olmadığından Cavabdeh1 tərəfindən bibisi İddiaçı borcun alınması ağlabatandır.

14. Birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəni borcdan yaranan öhdəlik münasibətləri kimi qiymətləndirmiş və mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.2.1, 739.1, 740.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələri, həmçinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarxili qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən cavabdeh İrada Dzhafarovanın nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin İrada Dzhafarovaya qarşı hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İrada Dzha farova Cavabdeh1lə birgə nigah dövründə ünvan 2 ünvanda yerləşən 58 saylı mənzili (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 47, M 16, mən. 2) əldə etmişlər. Hazırda nikahları pozulmuş və məhkəmə qətnaməsi ilə qanuna uyğun olaraq yuxarıda adı çəkilən mənzilə 1/2 pay hüquqları tanınmışdır. Bundan sonra mənzilin yarısını itirdiyini görən Cavabdeh1 doğma bibisi İddiaçı vasitəsi ilə İrada Dzhafarovaya və guya özünə qarşı vicdansız iddia qaldırmışdır. Qeyd olunmalıdır ki, iddia ilə bağlı məhkəməyə iddiaçı tərəfdən hər hansı bir sübut təqdim edilməmişdir. Sübut kimi yalnız iş materialında iddiaçının verdiyi ifadə mövcuddur. Həmçinin bunun İrada Dzhafarovanın keçmiş əri Cavabdeh1 bibisinin öncədən qurduğu plan olmasına bariz sübut kimi birincinin iddianı etiraf edərək, qəbul etməsini göstərmək olar. Yəni şəxs heç bir sübut olmayan iş üzrə özünün 24.500 ABŞ dolları borcu olmasını qəbul edir. Habelə əlavə olunmalıdır ki, İrada Dzhafarovanın keçmiş əri Cavabdeh1la atası arasında uzun müddətdir ki, məhkəmə mübahisələri gedir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3243/2020 nömrəli, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə adı çəkilən şəxsin istifadə hüququnun itirilməsi qət edilmişdir. Həmin qətnamədə Cavabdeh1 tərəfindən məhkəmə iş materialına birgə nigah dövründə aldıqları mənzilə dair sənədlər əlavə edilmişdir. Qeyd olunan sənədlərə əsasən İrada Dzhafarovanın keçmiş əri, adı çəkilən mənzili 04 aprel 2016-cı il tarixdə "xxxx" MMC-dən əldə etmişdir. Mənzilin dəyəri 48.360 manat təşkil etmişdir. 2016-cı ilin aprel ayına olan Mərkəzi Ba nkın kursuna əsasən 1 ABŞ dolları 1,52 manat təşkil edir. Yəni mənzil almaq üçün guya alacaqları borcun miqdarı yalnız 31.815,79 ABŞ dolları təşkil edə bilərdi. Beləliklə əgər onlar birgə nigah dövrü iddiaçıdan guya aldıqları 95.000 ABŞ dollarına görə 46.000 ABŞ dolları geri qaytarmışdırsa, iddiaçının hazırda onlara 46.00031.815,79=14.184,21 ABŞ dolları borcu mövcuddur. Yuxarıda qeyd edilənlər öz növbəsində birbaşa iddianın öncədən iddiaçı ilə İrada Dzhafarovanın keçmiş ərinin birgə qurduğu plan olduğuna bariz sübutdur. Həmçinin hazırda mübahisələndirdikləri məhkəmə qətnaməsi qanuni qüvvəyə minərsə, bu hüquqa dırnaq arası yenilik gətirəcək. Belə ki, birgə nigahda alınmış əmlakın bölgüsü zamanı artıq bütün işlər üzrə tərəflər yaxın qohumlarından istifadə edərək, yalançı borc yaratmaqla həmi n əmlaka gələcəkdə yönəldərək, əmlak bölgüsünü çıxılmaz vəziyyətə salacaq.

17. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1598/2023 nömrəli 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhramzadə) birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni “İrada Dzhafarovadan 1/2 hissədə 49.000 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaitinin və 340 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması ” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi İrada Dzhafarovaya qarşı hissədə təmin edilməmişdir.

19. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əgər iddiaçının cavabdehlərə borc verdiyini iddia etdiyi tarix xx.xx.2016-cı ildən sonrakı dövrə təsadüf edirsə, bu halda tərəflərin etibarlı borc müqaviləsi bağlamış olmalarından bəhs etmək mümkün deyildir. Çünkü Mülki Məcəllənin 740.2-ci maddəsinin hazırkı mətni, yəni borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa müqavilənin yazılı formada bağlanmalı olması ilə bağlı göstəriş Mülki Məcəlləyə xx.xx.2016-cı il tarixli Qanunla əlavə edilmiş, həmin mətn xx.xx.2016-cı il tarixdə dərc olunmuşdur.

20. Bu halda, yəni iddiaçının cavabdehlərə borcu xx.xx.2016-cı il tarixin dən sonra verdiyi qəbul edildikdə onun iddia tələbinin (hazırkı apellyasiya baxışında yoxlanılan hissədə) qanuni əsası kimi mülki qanunvericiliyin “əsassız varlanma” ilə bağlı müddəaları (§ 35, 36) nəzərdən keçirilə bilər; bununla yanaşı nəzərə alınmalıdır ki, sübutetmə yükü, yəni cavabdeh İrada Dzhafarovanın onun hesabına hüquqi əsas olmadan varlandığını sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı həmin halı sübuta yetirə bilməmişdir.

21. Əgər iddiaçının cavabdehlərə borc verdiyini iddia etdiyi tarix xx.xx.2016-cı ildən əvvəlki dövrə təsadüf edirsə, bu halda da iddia tələbi İrada Dzhafarovaya münasibətdə təmin oluna bilməz. Çünkü iddiaçının ona borc verdiyini təsdiq edən heç bir sübut mövcud deyildir.

22. İddianın Cavabdeh1 tərəfindən etiraf olunması isə yalnız onun özünə münasibətdə hüquqi əhəmiyyət kəsb edir.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya baxışının həddi, habelə iddia tələbinin Cavabdeh1 tərəfindən qəbul edildiyi nəzərə alınaraq Cavabdeh1la bağlı gəlinən nəticə üzrə qətnamə yoxlanılmasa da, müvafiq nəticə iddiaçının tələb etdiyi borc məbləğinin (Cavabdeh1 tutulmasına qərar verilən məbləğin) Cavabdeh1la İrada Dzhafarovanın birgə borcu olduğu qənaətinə gəlməyə əsas yaratmır. Həmin məbləğin (Cavabdeh1 tutulan məbləğin) birgə borc olub-olmadığı məsələsi başqa məhkəmə mübahisəsinin predmeti ola bilər və məhz Cavabdeh1 tərəfindən sübutetmə qaydalarına əməl edilməklə sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, ailə ehtiyacları üçün istifadə edilən vəsaitin anlayışı və tərkibi qanunla müəyyən edilm əsə də, təcrübədə bu vəsaitə ailə həyatının gərəkli səviyyədə saxlanılması üçün məsrəf olunan vəsait - yaşayış, qida, paltar, tibbi və hüquqi xidmətə sərf olunan xərclər, birgə yaşayış üçün alınan mənzil (və ya yaşayış sahəsi), uşaqların təhsil haqqı, birgə kommersiya fəaliyyəti və s. daxil edilir.

24. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 337, 351, 385, 386, 390, 406, 425, 442, 739, 740, 1091, 1092, 1093-cü, eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 52.2, 52.5, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən iddiaçı (Vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassas iya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh İrada Dzhafarova evi alarkən Ukraynadakı evlərinin satılmasından əldə olunan 50.000 ABŞ dolları məbləğindən istifadə etdiklərini bildirsə də, həmin vəsaitin Ukrayna Respublikasından necə gətirilməsi yaxud göndərilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

27. Həmçinin apellyasiya instansiyası məhkəməsi cavabdehlərin izahat və etiraflarına, eyni zamanda məhkəmə iclasında onlara verilmiş suallara verilən cavablara düzgün qiymət verməmiş, həmin halları araşdırmamışdır. Belə ki, cavabdeh İrada Dzhafarovanın valideynlərinin kirayadə yaşadıqları halda, ona ev alması üçün 50.000 ABŞ dolları məbləğində pul vermələri ağlabatan görünmür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

28. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

31. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunl a və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

32. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

33. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

34. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

37. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

38. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

39. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

40. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücə rrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

41. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

42. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya k imi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

43. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir.

46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran h alların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti tə min etmədən saxlaya bilər.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir.

56. Hazırki kassasiya şikayətində iddiaçı tərəfindən qətnamənin iddianın təmin olunmamış hisəssi mübahisələndirilmiş, lakin apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunmuşdur. Ona görə də apellyasiya məhkəməsinin aktı yalnız kassasiya şikayətində mübahisələndirilən hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas yoxdur.

58. Kassasiya şikayətinə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır.

59. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sü butlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

60. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə əlavə kimi onu da qeyd edir ki, İddiaçı heç bir məhkəmə iclasında şəxsən iştirak etməməklə də iddia etdiyi pulun ona qaytarılmasına şəxsi marağının olmamasını nümayiş etdirmişdir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 40 8.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

65. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. H ər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1598/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar