Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2398/2025 08.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “girov qoyulmuş əşyaların geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2025-ci il tarixli, 2(103)2813/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 525079 nömrəli girov bileti əsasında 26 iyul 2024-cü il tarixdə şəxsi qızıl-zinət əşyalarını qoymaqla götürdüyü 3.000 manat və əlavə olaraq hesablanmış faiz məbləğini tam həcmdə ödəməyi ilə girov qismində cavabdeh tərəfindən saxlanılan 20,53 qramlıq 585 əyarlı şəbəkə qızıl qolbaq, 25,3 qramlıq 750 əyarlı qızıl komplekt dəst, 12,5 qramlıq 989 əyarlı qızıl qolbaq, 4,91 qramlıq 585 əyarlı qızıl sırğa və 5,39 qramlıq 585 əyarlı qızıl sepdən ibarət qızıl-zinət əşyalarının cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması və ödənilmiş məhkəmə rüsumunun cavabdehə aid edilmə si barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(004)-1149/2025 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
3. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2025-ci il tarixli, 2(103)-2813/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 fevral 2025ci il tarixli, 2(004)-1149/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı kassasiya şikayəti vermiş, həmin şikayət apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in: 112.1.1 və 112.1.2-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə; əmlakın tələb edilməsi haqqındakı iddialarda - tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. 112.4-cü maddəsinə əsasən iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. 112.5-ci maddəsinə əsasən iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommers iya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikay əti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
6. İddiaçının kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən kassasiya şikayətində mübahisələndirildiyi hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır.
7. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı 5 adda müxtəlif növ qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir.
8. Həmçinin, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Mülki Prosessual Məcəllənin 112.1.2, 112.4, 112.5-ci maddələrinə zidd olaraq iddia ərizəsi məhkəməyə verilən vaxt tələb etdiyi əmlakın qiymət ini göstərməmişdir.
9. Lakin, iddiaçının tələbinin sübutu kimi iddia ərizəsinə əlavə etdiyi cavabdeh tərəfindən tərtib olunmuş 26 iyul 2024-cü il tarixli girov biletində göstərilmişdir ki, iddiaçının girov kimi qoyduğu 3 qolbaq, 2 sep, 2 cüt sırğanın qiyməti 3000 manat müəyyən olunmuşdur.
10. Həmçinin, həmin sənədə görə, qeyd olunan qızıl-zinət əşyaları 3000 manat borcun təminatı kimi girov qoyulmuşdur.
11. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsi verərkən 50 manat, apellyasiya şikayəti verərkən 25 manat, kassasiya şikayəti verərkən isə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir ki, bu məbləğlərin hər biri kassasiya şikayətinin verilməsinə imkan verən 5000 manat və daha yüksək iddia qiymətinə uyğun gəlmir. Belə ki, iddia qiyməti 5000 manat olan iddialar ü zrə birinci instansiya məhkəməsinə ödənilməli olan dövlət rüsumu 70 manat, müvafiq olaraq apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu 35 manat təşkil edir.
12. Göründüyü kimi, hazırda iddiaçı tərəfindən barəsində kassasiya şikayəti verilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti cəmi 3000 manat təşkil edir ki, MPM-in 402.1-ci maddəsinə əsasən ondan kassasiya şikayəti verilə bilməz.
13. Qeyd olunanlara əsasən, qətnamənin iddiaçı tərəfindən mübahisələndirilən hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu üçün kassasiya şikayəti icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndər ilməlidir.
14. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2025-ci il tarixli, 2(103)2813/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.