Məhkəmə qərarları › İş №2(102)-2399/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2399/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2399/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-10/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 15 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli, 872(İ) saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borc alan Cavabdeh ünvan 1 ünvanında yerləşən evin alınması üçün illik 16% ödənilməsi şərti ilə 156 ay müddətinə 68.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.5.1-ci bəndinə əsasən Cavabdeh məxsus olan yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi nəzərdə tutulmuşdur.

2. Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 13 iyun 2012-ci il tarixli icra qeydinə əsasən, borclu Cavabdeh ümumilikdə 58.428,89 ABŞ dolları məbləğində pul və 5 manat ödəni lmiş dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldildilərək əldə olunmuş vəsaitin hesabına banka olan borcun ödənilməsi müəyyən edilmişdir.

3. İddiaçı İKB ASC-nin Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və icraat departamentinə və Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli, 15/1815 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli, 872(İ) saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Bank tərəfindən illik 16% olmaqla 156 ay müddətinə 68.000 ABŞ dolları məbləğində kredit rəsmiləşdirilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 13 iyun 2012-ci il tarixli icra qeydinə əsasən, borclu Cavabdeh ümumilikdə 58.428,89 ABŞ dolları məbləğində pul və 5 manat ödənilmiş dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldildilərək əldə olunmuş vəsaitin hesabına banka olan borcun ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan əmlak Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş icra qeydinə əsasən Gəncə şəhər İcra İdarəsinin sifarişi ilə açıq hərraca çıxarılmış və 20.588 ABŞ dolları məbləğində borc əvəzi olaraq İddiaçı İKB ASC-yə təklif edilmiş və yekunda qeyd olunan əmlak hərracın nəticələrinə dair protokol əsas ında Bankın balansına alınmışdır. Borclu Cavabdeh icra qeydi üzrə hal-hazırda Bank qarşısında 15.133 ABŞ dolları məbləğində borcu mövcuddur. Əmlak icra məmurları tərəfindən boşaldılaraq banka təhvil verilmişdir. 4. "xxxx" İKB ASC-də 2019-cu ilin noyabr ayında rebrendinq ((ing. rebranding) brendin (əmtəə nişanının) və ya onun tərkib hissələrinin dəyişdirilməsi ilə bağlı aparılan kompleks tədbirlər planı) həyata keçirmiş və Bankın adı "xxxx" ASC olaraq dəyişdirilmişdir. 5. "xxxx" ASC-nin 07 dekabr 2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh banka olan borcunun məbləği 07 dekabr 2020-ci il tarixinə əsas borc üzrə 15.677,01 ABŞ dolları, faiz borcu üzrə 25.142,02 ABŞ dolları, cərimə üzrə 1.690,09 ABŞ dolları, əldən çıxmış fayda üzrə (əsas borca hesablanmış 5%) 13,15 ABŞ dolları, ümumi likdə 42.522,27 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. Kreditor İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya Bank) borclu Cavabdeh (bundan sonra cavabdeh və ya ad, soyadı) qarşı ərizə ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müaciət edərək, 26 noyabr 2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə borcludan 15.677,01 ABŞ dolları məbləğində əsas borc, 18.897,99 ABŞ dolları məbləğində faiz borcu, 497,15 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 35.072,15 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli 872 (İ) saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borc alan Cavabdeh ünvan 1 ünvanında yerləşən evin alınması üçün illik 16% ödənilməsi şərti ilə 156 ay müddətinə 68.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin borclu kredit müqaviləsinin şərtlərini pozmuş, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir.

8. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin e-2(044)- 3586/2018 nömrəli, 27 iyun 2018-ci il tarixli məhkəmə əmri ilə (hakim Rasim Kazımov) borclu Cavabdeh iddiaçının xeyrinə 15.677,01 ABŞ dolları məbləğində əsas borc, 18.897,99 ABŞ dolları məbləğində faiz borcu, 497,15 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 35.072,15 ABŞ dolları məbləğində pulun borcun və 30 manat dövlət rüsumunun tutulması əmr edilmişdir.

9. Borclu Cavabdeh məhkəmə əmrindən verdiyi etiraz əsası nda Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3586/2018 nömrəli, 13 noyabr 2020-ci il tarixli qərardadı ilə qeyd olunan məhkəmə əmrinin ləğv olunması və iddia icraatına keçirilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/2780 nömrəli rəyində qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli, 872(İ) nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya olan borcunun düzgünlüyünü əlavə sənədlər tam təmin olunmadığı üçün müəyyən etmək olmadı.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/7399 nömrəli rəyi ilə iş materiallarında olan kassa mədaxil qəbzləri, cari hesabdan çıxarış məlumatları və xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla iddia tələbinin tarixinə, yəni 07 dekabr 2020-ci il tarixə cavabdehin iddiaçıya olan borcu əsas borc üzrə 15.677,01 ABŞ dolları, faiz borcu üzrə 25.142,02 ABŞ dolları olmaqla, cəmi 40.819,03 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, ekspertiza təyini haqqında qərardadda 26 noyabr 2007-ci il tarixli, 872(İ) nömrəli kredit müqaviləsi üzrə borclunun banka olan 15.677,01 ABŞ dolları məbləğində əsas borcu, 18.897,99 ABŞ dolları məbləğində faiz borcu, 497,15 ABŞ dolları məbləğində cərimə borcunun düzgün hesablanıbhesablanmaması haqqında sual qoyulsa da, təqdim edilmiş iş materiallarında qeyd edilə n iddia məbləğlərini əks etdirən maliyyə arayışı və yaxud iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə öz əksini tapmamışdır. Bu səbəbdən də hazırki tədqiqatla hesablamalar iş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışının tarixinədək aparılmışdır.

12. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(044)-27/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rasim Kazımov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə 15.677,01 ABŞ dolları məbləğində əsas borc, 18.897,99 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 34.625 ABŞ dolları borcun ödəniş vaxtına manatın məzənnəsi üzrə və iddia ərizəsinin verilməsi ü çün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə ekspertiza xərci xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli rəylər üzrə 150 manat pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır. Yəni, iddiaçı tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Həm çinin cavabdeh kredit müqaviləsi üzrə borc məbləğini mübahisələndirdiyi üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2021-ci il tarixli, 9/7399 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin iddiaçıya olan borcu (maliyyə arayışı üzrə tarixə) əsas borc üzrə 15.677,01 ABŞ dolları, faiz borcu üzrə 25.142,02 ABŞ dolları olmaqla, cəmi 40.819,03 ABŞ dolları təşkil edir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borcunun məbləği iddia ərizəsində göstərilmiş əsas borcun məbləğindən çoxdur. Buna görə də xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas və faiz borcu həmin müqavilə üzrə iddia tələbinə uyğun tutulmalıdır.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən hesablanmış 497,15 ABŞ dolları məbləğində cərimə borcu yüksək olduğu üçün, cərimə pulu 50 ABŞ dolları məbləğinədək azaldılmalı və iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 385, 425.1. 427.3, 442.1, 458.1, 465.2, 467, 739, 742.1-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 76.1, 76.2, 88, 119.1, 185.5, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 222.1, 222.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətn amədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən bir neçə vəsatət verilmişdir ki, həmin vəsatətlər məhkəmə tərəfindən təmin edilsə də, icra olunmamışdır. Həmin vəsatətlərin verilməsi, əvvəla cavabdehin ödəməli olduğu məbləğin düzgün hesablanması, həm də iddia müddətinin keçməsi ilə bağlı məsələnin araşdırılması olmuşdur. Belə ki, vəsatətdə də göstərilmişdir ki, iddiaçı məhkəmədə cavabdehə qarşı 27 avqust 2018-ci il tarixdə əmr icraatı qaydasında müqavilə tələbi üzrə iddia qaldırmışdır. Həmin tələbdə cavabdehdən 35.072,15 ABŞ dolları tələb edilmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə maliyyə arayışı təqdim edərək göstərmişdir ki, guya cavabdehin borcu 42.522,27 ABŞ dollar təşkil edir. Həmin maliyyə arayışı 17 dekabr 2020-ci il tarixdə tərtib edilmişdi. Bundan sonra bu iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyində borc 40.819,03 ABŞ dolları göstərilmişdir. Ekspert rəy verərkən iş materiallarında olan mədaxil qəbzlərinə, cari hesabdan olan çıxarışlara əsaslanmışdır. Ekspertin verdiyi rəy birtərəfli, yalnız iddiaçının vermiş olduğu yalan və həqiqətə uyğun olmayan məlumatlar əsasında verildiyi üçün tam və əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən də məhkəməyə sənədlər təqdim edilmişdir. Ekspert isə həmin sənədləri araşdırmamış, bankdan o sənədlərdə əks etdirilən m əlumatları yoxlamamışdır. Belə ki, cavabdehin nümayəndəsi uzun illərdir bankla yazışmalar aparmış və bankın hərəkətləri barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayətlər etmişdir. Ona müxtəlif məzmunda məktublar verilmişdir. Həmin məktublarda cavabdehin borcu barədə məlumatlar öz əksini tapır. Həmçinin cavabdehin nümayəndəsinin Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına etdiyi bir şikayətdən sonra, sonuncu tərəfindən bankda bununla bağlı araşdırma aparılmış və bank həm həmin idarəyə, həm də, cavabdehin nümayəndəsi X2 məktub yazmışdır. Həmin məktubu iddiaçının İdarə heyətinin sədri imzalamışdı. Həmin məktubda qeyd edilmişdir ki, cavabdeh ilə kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə öhdəliyinin təminatı olaraq ona məxsus fərdi yaşa yış evi ipoteka ilə yüklü edilmişdi. Bundan sonra ünvan 3 DNK tərəfindən verilmiş icra qeydi ilə cavabdehdən ümumilikdə 58.482,89 ABŞ dolları məbləğində pul və 5 manat ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən evinə yönəldilməsi müəyyən edilmişdir. Qeyd olunan əmlak ünvan 3 DNK tərəfindən verilmiş icra qeydinə əsasən Gəncə şəhər İcra İdarəsinin sifarişi ilə açıq hərraca çıxarılmış və 20.588 ABŞ dolları məbləğində borc əvəzi iddiaçıya təklif edilmiş və onun balansına verilmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 15.133 ABŞ dolları borcu qalmışdır. Həmin məktub iddiaçı tərəfindən xx.xx.2018-ci ildə verilmişdi. Göründüyü kimi xx.xx.2018-ci ildə iddiaçı cavabdehin borcunun 15.133 ABŞ dolları olmasını göstərsə də, bundan bir ay sonra yəni 27 avqust 2018-ci il tarixdə əmr icraatı qaydasında ərizə verir və cavabdehdən 35.072,15 ABŞ dolları tələb edir. Bundan başqa ekspert rəyində qeyd edilir ki, ekspert xx.xx.2020-ci ilə qədər olan dövrü yoxlayır. Halbuki borcun bu müddət ərzində hesablanması düzgün deyil. Belə ki, müqavilə 156 ay müddətinə bağlansa da, artıq iddiaçı müqavilənin ləğv edilməsi ilə bağlı notariat kontoruna müraciət etmiş və notariusun 13 iyun 2012-ci il tarixli icra qeydi əsasında borcludan 58.482,89 ABŞ dolları məbləğində pulun tutulması qərara alınmışdır. Həmçinin ipoteka ilə yüklü edilmiş əmlak da iddiaçının balansına keçmiş və borc icra idarəsi tərəfindən cavabdehdən tələb edilmişdi. Belə olan halda artıq tərəflərin kredit münasibətləri bitdiyindən yenidən borc hesablanmalı deyildi. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilən hesabdan çıxarışdan görünür ki, həmin çıxarış 2009-2018-ci il tarixi əhatə etsə də, 2011-ci il tarixədək iddiaçıya edilən ödənişlər qeyd edilməmişdir. Halbuki, cavabdeh tərəfindən bu müddət ərzində 26.000 ABŞ dollarına yaxın ödəmələr edilmişdir. Bu barədə də ekspertə məlumat verilməmişdir. Bundan başqa ekspert rəyində guya cavabdeh tərəfindən xx.xx.2017-ci ildə ödəmələr aparıldığı göstərilsə də, cavabdeh belə bir ödəmə etməmişdir. Ekspertin hansı sənədə əsaslanıb belə nəticəyə gəlməsini anlamaq mümkün deyil. Bu iş üzrə ekspertiza təyin edildikdən sonra ekspertiza tərəfindən iş geri qaytarılmış və təqdim olunan sənədlər əsasında rəy verilməsinin mümkün olmaması qeyd edilmişdir. Sonradan həmin iş yenidən ekspertizaya göndərilmiş və iş materialları i lə tanış olarkən iddiaçının hər-hansı bir yeni sənəd əlavə etmədiyi müəyyən edilmişdir. İşə yalnız hesabdan çıxarış və maliyyə arayışı əlavə edilmişdir. Lakin buna baxmayaraq ikinci dəfə ekspert (baxmayaraq ki, həmin sənədlər birinci dəfə də işdə olmuşdu) yalnız adı çəkilən iki sənədə əsaslanıb rəy vermişdir. Halbuki, ekspert icra qeydini, ipoteka ilə yüklü edilmiş mənzilin hansı şərtlərlə iddiaçıya keçməsini araşdırmamışdır. Həmçinin yuxarıda qeyd edildiyi kimi, cavabdeh tərəfindən 2017-ci ildə hər-hansı bir ödəmə edilməməsinə baxmayaraq bu ödəmənin kim tərəfindən edilməsini araşdırmamışdır. Ümumiyyətlə tərəflər arasında kredit münasibətlərinin 2012-ci ildən bəri ləğv edilməsinə baxmayaraq bu məbləğlərin hansı qaydada yaranmasına aydınlıq gətirilməmişdir. Bütün bu məsələlər üzrə mütəxəssi s rəyinin alınması məcburi olduğu üçün bu iş üzrə təkrar məhkəmə-mühasibatıq ekspertizası keçirilməlidir. Həm ekspertə təqdim etmək üçün, həm də işin obyektiv həlli üçün iddiaçıdan ünvan 3 DNK tərəfindən verilmiş icra qeydi ilə bağlı iddiaçı ilə notariat orqanı tərəfindən aparılan yazışmalar, bununla bağlı olan bütün sənədlər, ipoteka ilə yüklü edilmiş evin, iddiaçının mülkiyyətinə hansı qaydada keçməsi ilə bağlı sənədlər, həmçinin iddiaçının cavabdehin nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına edilən şikayət əsasında apardığı araşdırma və həmin təşkilata yazdığı məlumatın nəyin əsasında aparılması barədə materiallar iddiaçıdan alınıb işə əlavə edilməlidir. Bu səbəbdən də, məhkəmədən yuxarıda göstərilən ziddiyyətlərin aradan qaldırılması üçün bu iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilməsini və iddiaçıdan ünvan 3 DNK tərəfindən verilmiş icra qeydi ilə bağlı iddiaçı ilə notariat orqanı arasında aparılan yazışmalar, bununla bağlı olan bütün sənədlərin, ipoteka ilə yüklü edilmiş evin iddiaçının mülkiyyətinə hansı qaydada keçməsi ilə bağlı sənədlərin, cavabdehin 2007-ci ildən 2011-ci il tarixədək iddiaçıya etdiyi ödənişlər ilə bağlı məlumatların, həmçinin iddiaçının cavabdehin nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına edilən şikayət əsasında apardığı araşdırma və həmin təşkilata yazdığı məlumatın nəyin əsasında aparılması barədə materialların iddiaçıdan tələb edilməsini xahiş etmişlər. Məhkəmə birinci məsələ üzrə son qərar verməsə də, iddiaçıdan adı çəkilən sənədlərin tələb edilməsini qərara almış və bundan sonra həmin məsələyə təkrar qayıdacağını bildirsə də heç bir sənəd almadan və vəsatətlərə qiymət vermədən işə baxmışdır. Bundan başqa iddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 2017-ci ilin sentyabr ayında 21.000 manat pul ödənilmişdir. Həmin məsələnin araşdırılması xahiş edilsə də, məhkəmə bu məsələni də araşdırmamışdır. Halbuki həmin araşdırmanın çox mühüm rolu vardır. Belə ki, həmin araşdırmadan sonra məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verəcəkdilər. Bundan başqa məhkəmə çəkişmə prinsipini də pozmuşdur. Belə ki, cavabdeh tərəf xx.xx.2022-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında istifadəsində olan ***** ***** nömrəli telefonuna mülki işin xx.xx.2022-ci il tarixə saat 16.30-a təyin edilməsi barədə e-məhkəmə portalından SMS bildiriş göndərilmişdir. Göstərilən vaxt cavabdehin vəkili Gəncə Apellyasiya Məhkəməsində baxılan cinayət işi üzrə müdafiəçi qismində iştirak etdiyindən məhkəmədən xahiş etmişdir ki, prosesi təxirə salınması ilə yanaşı, prossesin vaxtı barədə, vəkillərin iş yükünü nəzərə almaqla, ən azı 1 həftə qabaq məlumat verilsin. Lakin buna baxmayaraq məhkəmə həmin ərizəni nəzərə almadan işə baxıb yekun qərar qəbul etmişdir.

18. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Məhkəmə Ekspertizası Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 9/8801 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan he sabdan çıxarış məlumatları, 26 noyabr 2007-ci il tarixdə bağlanmış 872(İ) saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş suallar üzrə cavabdehin iddiaçıya 01 aprel 2012-ci il tarixə olan borcu əsas borc üzrə 58.482,89 ABŞ dolları, faiz borcu üzrə 23.502,00 ABŞ dolları, 08 sentyabr 2014-cü il tarixə olan əsas borc üzrə 37.265,84 ABŞ dolları, faiz borcu üzrə 42.843,98 ABŞ dolları, 07 dekabr 2020-ci il (maliyyə arayışı c.i.v 72) tarixə olan əsas borc üzrə 15.677,47 ABŞ dolları, faiz borcu üzrə 68.339,70 ABŞ dolları təşkil edir. Həmçinin rəydə qeyd edilmişdir ki, iddia olunan (maliyyə arayışı c.i.v 72) və ekspertiza tədqiqatının gəldiyi faiz borcu nəticələri arasındakı kəskin fərqə səbəb iş materiallarında 26 noyabr 2007-ci il tarixli, 872(İ) saylı kredit müqaviləsi üzrə faizlərin hesablanmasının hansı tarixdə dayandırılmasına dair heç bir məlumatın olmamasıdır.

19. Daha sonra Məhkəmə Ekspertizası Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 9/7628 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, kassa mədaxil orderləri və xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin iddiaçıya ekspert qarşısında qoyulmuş birinci sual üzrə xx.xx.2014-cü il tarixə olan əsas borcu 65.729,48 ABŞ dolları, faiz borcu 22.159,58 ABŞ dolları, ikinci sual üzrə xx.xx.2014-cü il tarixə əsas borcu 24.854,29 ABŞ dolları, faiz borcu 22.159,58 ABŞ dolları, xx.xx.2014-cü il tarixə əsas borcu 21.029,71 ABŞ dolları, faiz borcu 22.159,58 ABŞ dolları, üçüncü və dördüncü suallar üzrə xx.xx.2018-ci il tarixə əsas borcu 24.854,29 ABŞ dolları, faiz borcu 36.005,88 ABŞ dolları və xx.xx.2018-ci il tarixə əsas borcu 21.029,71 ABŞ dolları, faiz borcu 33.721,33 ABŞ dolları təşkil edir.

20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-10/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Mamedov (sədrlik edən və məruzəçi), Azər Bayramov və Aygül İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə ekspertiza xərci cavabdehə aid edilməklə, 300 manat pulun cavabdehdən tululub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi nəticəni onunla əsasland ırmışdır ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə əsas və faiz borcuna münasibətdə məhkəmə kollegiyası tərəfindən borcun düzgün müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tərəfindən kredit borcuna dair sənədlər (maliyyə arayışı, hesabdan çıxarış və s.) ətraflı araşdırılaraq, ödənişlər nəzərə alınmaqla müvafiq rəy veri lmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyi kifayət qədər əsaslandırılmışdır, həmin rəyləri şübhə altına almaq üçün əsaslar yoxdur.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, əsas və faiz borcunun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə iddia ərizəsinə uyğun müəyyən edilməlidir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bununla yanaşı birinci instansiya məhkəməsinin cəriməni azaldaraq 50 ABŞ dolları həddində müəyyən etməsi işin hallarına uyğundur.

24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 449, 458.1, 465.2, 467, 739.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin etdiyi hissəsini yalnız ekspertiza rəylərinə uyğun əsaslandırmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, əvvəla həmin rəylər bir-birinə ziddir və bundan başqa iş üzrə toplanmış digər sübutlarla təkzib edilir. Belə ki, cavabdeh tərəfində n 2017-ci ildə hər-hansı bir ödəmə edilməməsinə baxmayaraq bu ödəmənin kim tərəfindən edilməsi araşdırılmamışdır. Ümumiyyətlə tərəflər arasında kredit münаsibətlərinin 2012-ci ildən bəri ləğv edilməsinə baxmayaraq bu məbləğlərin hansı qaydada yaranmasına aydınlıq gətirilməmişdir. Cavabdehdən xəbərsiz ipoteka ilə yüklü edilmiş ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi notariusun 2012-ci ildə vermiş olduğu icra qeydi əsasında qanunsuz bankın mülkiyyətinə keçirilərək, çıxarış verilmiş və 11 sentyabr 2014-cü il tarixli 77/02 saylı hərracda iddiaçı evi 35.062 (44.951 ABŞ dolları) manata almışdır. Tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi ABŞ dolları ilə bağlanmış, cavabdehə pul vəsaiti dollarla verilmiş, bütün ödəmələr dollarla aparılmış və hazırda da bank ondan pulu dollarla tələb etmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, bank evi 2014-cü ilin sentyabr ayında 35.062 manata əldə etməsinə baxmayaraq, ödəmə cədvəlindən də göründüyü kimi həmin məbləği vaxtında borcdan silməmiş və yalnız 2017-ci ilin avqust ayında iki dəfəyə həmin pulu 20.587 ABŞ dolları hesablayaraq borcdan silmişdir. Halbuki 2014-ci ilin sentyabr ayında 35.062 manat (35.062/0,78=44.951) 44.951 ABŞ dolları edirdi. Belə olan halda iddiaçı əsassız olaraq həmin pulu (44.951-20.587 =24.364) 3 ildən çox müddətində, dəfələrlə edilmiş müraciətlərə cavab vermədən özündə saxlamış, həmin vaxt borcdan silməmişdir. Cavabdeh nəzarət palatasına müraciət etdikdən sonra cavab olaraq iddiaçı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubda evin hərracda 20.000 ABŞ dollarına satıldı ğı və cavabdehin hazırda 15.000 ABŞ borcunun qaldığı bildirilmişdir. Evin satılmasından əldə olunan 45.000 ABŞ dolları 2014-cü ildə cavabdehin hesabına mədaxil olsaydı və borcdan silinsəydi onda cavabdehin borcu qalmazdı Həmçinin cavabdeh 2012-2014-cü illər ərzində 26.000 ABŞ dollarına yaxın pul ödəmişdir. Həmin pulun üstünə evin satılmasından əldə olunan 45.000 ABŞ dolları vəsaiti gəldikdə bu 71.000 ABŞ dolları pul edir. Eyni zamanda rəqəmlərə baxarkən müəyyən etmək olar ki, iddiaçı tərəfindən faizdən də faiz tutulub. Bundan başqa ekspertin verdiyi rəy birtərəfli, yalnız iddiaçı təşkilatın vermiş olduğu yalan və həqiqətə uyğun olmayan məlumatlar əsasında verildiyi üçün tam və əsaslı hesab edilə bilməz. Belə ki, ekspert cavabdeh tərəfindən verilmiş sənədləri araşdırmamış, iddiaçıdan həmi n sənədlərdə əks etdirilən məlumatları dəqiqləşdirməmişdir.

27. Həmçinin qeyd edilmişdir ki, xx.xx.2018-ci ildə iddiaçı cavabdehin borcunun 15.133 ABŞ dolları olmasını göstərsə də, bundan bir ay sonra yəni 27 avqust 2018-ci il tarixdə əmr icraatı qaydasında ərizə verir və cavabdehdən 35.072,15 ABŞ dolları tələb edir.

28. Bundan başqa ekspert rəyində qeyd edilir ki, ekspert xx.xx.2020-ci ilə qədər olan dövrü yoxlayır. Lakin borcun bu müddət ərzində hesablanması düzgün deyil. Belə ki, müqavilə 156 ay müddətinə bağlansa da, artıq iddiaçı müqavilənin ləğv edilməsi ilə bağlı notariat kontoruna müraciət etmiş və notariusun 13 iyun 2012-ci il tarixli icra qeydi əsasında borcludan 58.482,89 ABŞ dolları məbləğində pulun tutulması qərara alınmışdı. Həmçinin ipoteka ilə yüklü edilmiş əmlak da, bankın balansına keçmiş və borc icra idarəsi tərəfindən borcludan tələb edilmişdir. Belə olan halda artıq tərəflərin kredit münasibətləri bitdiyindən yenidən borc hesablanmalı deyildi.

29. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilən hesabdan çıxarışdan görünür ki, həmin çıxarış 2009-2018-ci il tarixlərini əhatə etsə də, 2011-ci il tarixədək banka edilən ödənişlər qeyd edilməmişdir. Halbuki, cavabdeh tərəfindən bu müddət ərzində 26.000 ABŞ dollarına yaxın ödəmələr edilmişdir. Bu barədə də ekspertə məlumat verilməmişdir.

30. Bundan başqa ekspert rəyində göstərilir ki, guya cavabdeh tərəfindən xx.xx.2017-ci ildə ödəmələr aparılmışdı. Lakin cavabdeh tərəfindən belə ödəmə aparılmamışdır. Məhkəmə bu sənədlərə heç bir qiymət verməmiş, həmin dəlilləri araşdırmamışdır. Tətbiq edilən hüquq: Az ərbaycan Respublikasının Mülki Məcəlləsi. (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədər olan mətn)

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb ol ur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

34. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

35. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

37. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

38. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyut ada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

39. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Maddə 443.5. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

41. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina e də bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

42. Maddə 447.4. Müqavilədən imtina üçün əsasların baş verəcəyi aşkar olduqda kreditor müqavilədən icra müddəti qurtaranadək imtina edə bilər.

43. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.

44. Maddə 449.1 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onu n ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

45. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

46. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərəri n əvəzini ödəməyi tələb edə bilər.

47. Maddə 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.

48. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü ə şyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

49. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

52. Ma ddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti r ədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

56. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

57. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

58. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

63. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabde h tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

67. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli, 872(İ) saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borc alan Ca vabdeh ünvan 1 ünvanında yerləşən evin alınması üçün illik 16% ödənilməsi şərti ilə 156 ay müddətinə 68.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.5.1-ci bəndinə əsasən Cavabdeh məxsus olan yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi nəzərdə tutulmuşdur. Bankın 07 dekabr 2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh banka olan borcunun məbləği 07 dekabr 2020-ci il tarixinə əsas borc üzrə 15.677,01 ABŞ dolları, faiz borcu üzrə 25.142,02 ABŞ dolları, cərimə üzrə 1.690,09 ABŞ dolları, əldən çıxmış fayda üzrə (əsas borca hesablanmış 5%) 13,15 ABŞ dolları, ümumilikdə 42.522,27 ABŞ dolları təşkil edir.

68. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 13 iyun 2012-ci il tarixli icra qeydinə əsasən, borclu Cavabdeh ümumilikdə 58.428,89 ABŞ dolları məbləğində pul və 5 manat ödənilmiş dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldildilərək əldə olunmuş vəsaitin hesabına banka olan borcun ödənilməsi müəyyən edilmişdir.

69. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq barədə nəticəyə gələrkən hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytar mamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə əsas və faiz borcuna münasibətdə məhkəmə kollegiyası tərəfindən borcun düzgün müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tərəfindən kredit borcuna dair sənədlər (maliyyə arayışı, hesabdan çıxarış və s.) ətraflı araşdırılaraq, ödənişlər nəzərə alınmaqla müvafiq rəy verilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyi kifayət qədər əsaslandırılmışdır, həmin rəyləri şübhə altına almaq üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, əsas və faiz borcunun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə iddia ərizəsinə uyğun müəyyən edilməlidir.

70. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamələr cavabdehdən tutulmalı olan əsas borcun məbləğinin müəyyən edilməsi, həmçinin faiz borcu və cərimənin tutulması hissəsində maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmələrin gəldiyi həmin nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.

71. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1, 389, 390, 405.1-ci maddələrinin mənasına görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər müqavilənin bütün mühüm şərtləri ba rəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Kredit müqaviləsi üçün isə mühüm şərtlər kreditin məbləği, faizi, ödəniş qrafiki, valyutası, kreditin qaytarılma müddəti və sair hesab edilir.

72. Lakin, işə baxan məhkəmələr, tərəflər arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli, 872(İ) saylı kredit müqaviləsinin iddiaçının məhkəməyə müraciət etdiyi 27 iyun 2018-ci il tarixdə qüvvədə olub-olmamasını, həmin müqavilə üzrə cavabdehdən faiz borcu və cərimənin tutulmasının mümkünlüyünü “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421. 3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarının hüquqi mövqeyinə uyğun yoxlamadan iddianın təmin edilməsi barədə nəticəyə gəlmişlər.

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan 29 mart 2023-cü il tarixli Qərarına əsasən,...öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir.... “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il iyul tarixli Qərar).”

74. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən, cavabdeh tərəfindən təqd im edilmiş sübutlara, yəni borclu Cavabdeh ümumilikdə 58.428,89 ABŞ dolları məbləğində pul və 5 manat ödənilmiş dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldildilərək əldə olunmuş vəsaitin hesabına banka olan borcun ödənilməsi barədə Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 13 iyun 2012-ci il tarixli icra qeydinə, habelə İddiaçı İKB ASC-nin Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və icraat departamentinə və Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli, 15/1815 nömrəli məktuba diqqət yetirməmiş, həmin sübutlara Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyinə uyğun qiymət verilm əmişlər.

75. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, borclu Cavabdeh ümumilikdə 58.428,89 ABŞ dolları məbləğində pul və 5 manat ödənilmiş dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması və həmin tələbin ipoteka predmetinə yönəldilməsi barədə Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 13 iyun 2012-ci il tarixli icra qeydi mövcud olduğu, həmçinin həmin icra qeydinə əsasən icra tədbirləri həyata keçirildiyi halda, habelə Bankın yuxarıda qeyd olunan məktubunda borclu Cavabdeh icra qeydi üzrə hal-hazırda Bank qarşısında 15.133 ABŞ dolları məbləğində borcunun mövcud olması müəyyən edildiyi halda, Bankın cavabdehdən tələb etdiyi 15.677,01 ABŞ dolları məbləğində əsas borc, 18.897,99 ABŞ dolları məbləğində faiz borcu və 497,15 ABŞ dolları məbləğində cərimə borcunun t əkrarən tələb edilib-edilməməsinə, bununla da iddiaçının hüquqdan sui-istifadəyə yol verib-verməməsi məhkəmələr tərəfindən çəkişmə prinsipinin tələbinə uyğun araşdırılmamış və həmin hallara düzgün hüquqi qiymət verilməmişdir.

76. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, apellyasiya instansiya məhkəməsi 13 iyun 2012-ci il tarixli icra qeydi verildikdən sonra cavabdehin ipoteka predmetini hansı tarixdə təhvil verməsini araşdırmamış, iş üzrə xx.xx.2023-cü il tarixdə məhkəmə-mühasibatlıq ekspertizası təyin edərkən ipoteka predmetinin Bank tərəfindən 11 sentyabr 2014-cü il tarixdə hərradan 35.062,50 manata qəbul edilməsini nəzərə almamışdır.

77. Belə ki, apellyasiya məhkəməsi ekspert rəyinin mötəbərliyini qiymətləndirərkən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tərəfindən kre dit borcuna dair sənədlər (maliyyə arayışı, hesabdan çıxarış və s.) ətraflı araşdırılaraq, ödənişlər nəzərə alınmaqla müvafiq rəy verilməsini qeyd etsə də, ekspert qarşısında suallar qoyarkən ipoteka ilə yüklü edilmiş əmlakın dəyərini 32.062,50 manat göstərmiş, həmin əmlakın dəyərinin 0,7844 ABŞ dolları məzənnəsi ilə hesablansa icra qeydinin verildiyi xx.xx.2014-cü il tarixə nə qədər olması barədə sual qoymuş, ekspertin isə həmin sualı düzgün cavablandırmamasına əhəmiyyət verməmişdir. Halbuki həmin vaxt ekspertin 35.062,50 manata alınmış əmlakın dəyərinin 0,7844 ABŞ dolları məzənnəsi ilə hesablanarsa, icra qeydinin verildiyi 13 iyun 2012-ci il tarixə qalan borcun hansı məbləğdə olmasını müəyyən etməsi hazırki iş üçün əhəmiyyət kəsb etmişdir.

78. Lakin, ekspert rəylərinindən görünür ki, e kspertlər tərəfindən 20 dekabr 2023-cü il tarixli rəydə Cavabdeh tərəfindən 68.000 ABŞ dolları məbləğində kredit vəsaitinə görə sualda göstərilən xx.xx.2014-cü il tarixinədək Banka 52.492 ABŞ dolları məbləğində ödəniş edilməsi, 27 fevral 2023-cü il tarixli rəydə isə 68.000 ABŞ dolları məbləğində kredit vəsaitinə görə xx.xx.2020-ci il tarixinədək Banka 74.080,37 ABŞ dolları məbləğində ödəniş edilməsi müəyyən edilsə də, ipoteka predmetinin (1 manat 0,7844 ABŞ dolları məzənnəsi ilə) Bankın hesabına hansı qiymətə keçməsi ilə bağlı dəqiq məlumat qeyd olunmamışdır.

79. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işdə olan subutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, idd ia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.

80. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir.

81. Eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının hayata keçirilməsinə kömək göstərir.

82. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən eti barlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir.

83. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 84. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

85. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

86. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını hazırki kassasiya şikayətlərində mübahisələndirilən hissədə ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır.

87. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab ver məməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

88. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

89. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimallar ın mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

90. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

91. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya məhkəməsin in qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

92. İşə yenidən baxılarkən məhkəmə kollegiyası yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

93. Göstərilənlərə əsasən və Azərbaycan Respublik ası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-10/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar