Məhkəmə qərarları › İş №2(102)-24/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-24/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-24/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-24/2022 (Açar sözlər: kreditin qaytarılması, ekspert rəyi) Bakı şəhəri, 10 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı-nin vəkili Rəsulova Aysel Ələddin qızı, Cavabdeh1 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-583/2021 nömrəli, 16 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 kassasiya şikayətinə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh2 oğlu arasında bağlanmış 19.02.2008-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə 36 faizlə 5000 ABŞ dolları məbləğində kredit verilib.

2. Kredit öhdəliyinin təminatı kimi Cavabdeh2 məxsus biznes inventarı girov götürülmüş, eləcə də Cavabdeh3, Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır.

3. Mübahisə kredit öhdəliklərinin icra edilməməsi səbəbindən yaranmışdır. a) Birinci instansiya məhkə məsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 oğlundan 7.603, 53 ABŞ dolları məbləğində borcunun 20 manat məbləğində dövlət rüsumunun girov qoyulmuş əmlaklara tələb yönəldilməklə həmin əmlakların məcburi surətdə satılması hesabına borclu və zaminlərin digər əmlakına tələb yönəldilməklə məcburi tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu müqavilənin şərtlərini pozaraq, öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclular borcu ödəməkdən yayınırlar.

6. Borclunun 19.03.2010-cu il tarixə banka 4.041 ABŞ dolları əsas, 3.562,53 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7.603, 53 ABŞ dolları borcu yaranmışdır.

7. İddiaçı tələbinin hüquqi əsası ki mi Mülki Məcəllənin 298.2, 443, 445 və 448-ci maddələrinə istinad etmişdir.

8. Yasamal Rayon Məhkəməsinin 22.06.2010-cu il tarixli, 2(004)-2405/2010 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada ödəniş günü manata məzənnə ilə 7.603.53 ABŞ dolları məbləğində pulun tutulub, "xxxx" ASC-yə verilməsi, tutmanın girov qoyulmuş əmlaka yönəldilərək həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. (hakim Xəqani Tağıyev)

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, bavnkla Cavabdeh2 arasında 19 fevral 2008-ci il tarixli kredit müqaviləsi başlanmış, eləcə də bu müqavilənin təminatı olaraq girov müqavilə sinə əsasən Cavabdeh2 özünə məxsus olan biznes inventarını girov qoymuşdur. Bundan başqa, 19 fevral 2008-ci il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh3 və Cavabdeh1 kredit öhdəliyinə zamin durmuşlar.

10. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallaınra əsasən belə nəticəyə gəlib ki, iddia yuxarıda göstərilən qaydada qismən təmin edilməlidir.

11. Birinci instansiya məhkəməsi tutmanın cavabdehlərin digər əmlakına yönəldilməsi barədə tələbi təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, bu tələb qeyri-müəyyəndir.

12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 295, 385.1, 427.3, 442, 439.1, 445.1, 470.1, 472 və 739-cu maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh1 apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın rədd edilməsini x ahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, borc düzgün hesablanmayıb.

15. Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir.

16. Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2021-ci il tarixli 9/5306 saylı ekspert rəyinə əsasən Cavabdeh2 İddiaçı-yə 06.04.2010-cu il tarixinə 4404,11 ABŞ dolları əsas, 2462,87 ABŞ dolları faiz borcu olub. 06.04.2010-cu il tarixdən sonra borcalan Cavabdeh2 tərəfindən 400,00 ABŞ dolları məbləğində ödənişlər edilmişdir. Həmin ödəniş məbləği ekspert rəyində nəzərə alınmamışdır.

17. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-583/2021nömrəli, 16 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməs inin 22.06.2010-cu il tarixli, 2(004)-2405/2010 saylı qətnaməsi dəyişdirilmiş, cavabdehlərdən tutulmalı olan borcun məbləği əsas borc üzrə 4004,11 ABŞ dolları, faiz borcu üzrə 2462,87 ABŞ dolları olmaqla, cəmi 6466,98 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Ziya Şirinov)

18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, 19.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməyən Cavabdeh2 iddiaçıya ödənilməmiş əsas və faiz borcları yarandığından, əşyalar kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi məqsədi ilə girov qoyulduğundan, digər cavabdehlər iddiaçı qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıdıqlarından, birinci instansiya məhkəməsi iddiaçı nın cavabdehlərə qarşı tələb etmək hüququ və cavabdehlərin də onun qarşısında öhdəliklərinin olması, tələbin girov əmlaka yönəldilməsi barədə qanuni, əsaslı və mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçı cavabdehlərdən birgə qaydada 7.603.53 ABŞ dolları məbləğində borcun tutulmasını tələb etsə də, yanaşı yoxlanılmış 05 mart 2021-ci il tarixli 9/5306 saylı ekspert rəyi ilə Cavabdeh2 iddiaçıya əsas kredit borcu üzrə 4404,11 ABŞ dolları, faiz borcu üzrə isə 2462,87 ABŞ dolları borcunun qaldığı müəyyən edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi rəyi vermiş ekspertin mühasibatlıq sahəsində xüsusi biliyinin olduğunu və rəydə müəyyən edilmiş məbləğin işin digər halları ilə uyğunluq təşkil etməsini nəzərə alaraq, həmin rəylə razıla şıb və Cavabdeh2 iddiaçıya 19.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə 400,00 ABŞ dolları məbləğində ödənişi nəzərə alınmadan 4404,11 ABŞ dolları əsas, 2462,87 ABŞ dolları faiz borcunun qalmasını işin hallarına uyğun hesab edib.

20. Cavabdeh2 400,00 ABŞ dolları məbləğində ödənişi etdiyi vaxt, onun ödəmə vaxtı çatmış faiz borcunun olması halı təsdiq edilmədiyindən, apellyasiya məhkəməsi həmin vəsaitin əsas borc üzrə ödəniş sayılmalı olması nəticəsinə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayət in dəlilləri: - ekspertiza düzgün aparılmayıb; - bank cavabdehlərdən real borc məbləğindən artıq məbləğin ödənilməsini tələb edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.

25. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı-nin vəkili Rəsulova Aysel Ələddin qızı kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, digər cavabdehlər tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən cvabadehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və bor clu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması a pellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

28. Kassasiya şikayətində cavabdeh apelyasiya məhkəməsinin qətnaməsinin ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşk il edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

31. Cavabdeh apellyasiya şikayətində borc məbləğini mübahisələndirmişdir. İşdən görünür ki, apellyasiya məhkəməsi həmin dəlili yoxlamaq üçün mühasibatlıq ekspertizası təyin etmiş, borc məbləğini də ekspertizanın rəyinə əsasən azaltmışdır.

32. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi bu nəticəni işin müəyyən edilmiş hallarına və tətbiq edilən qanunvericilik normalarına uyğun hesab edir. Belə ki, apellyasiya instansiya məhkəməsi borcun məbləğini müəyyən etmək üçün ekspertiza təyin eləmiş və borcun da məbləğini məhz ekspert rəyinə əsasən müəyyən etmişdir.

33. Ekspert rəyi apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qi ymətləndirilmişdir.

34. Bu baxımdan, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

35. Cavabdehin kassasiya şikayətində ekspert rəyi ilə razı olmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsini şərtlətini müəyyən etmişdir. Mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıd ır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-583/2021 nömrəli, 16 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar