Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-240/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 16 yanvar 2019-cu il iş № 2(102)-240/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, AC katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 02 iyul 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, RB, X1 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 yanvar 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli, qətnaməsi ilə (hakim N.Quliyev, 2(0 43)-551 saylı mülki iş) iddia tələbi qismən təmin edilərək, RB, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 26.09.2014-cü il tarixli, 06R000019363 nömrəli kredit razılaşmasına əsasən yaranmış 28.061,97 ABŞ dolları əsas, 3.618,10 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 32.180,07 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutulub İddiaçı QSC-yə verilməsi, borcun tutulmasının ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospektində istifadədə olan 0.0065 ha torpaq sahəsində yerləşən 51.7 kv.m ümum i sahədən ibarət 1 mərtəbəli 22 B nömrəli qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməsi, qalan hissədə iddianın rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı tədqiqatın dəyəri olaraq 200 manat pulun RB, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq «xxxx» MMC-nin hesab nömrəsinə köçürülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 02 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şəfiyev (sədrlik edən, məruzəçi), L.Süleymanov və A.Bayramov, 2(104)25/2018 saylı mülki iş) hazırki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.04.2016-cı il tarixli, 2(043)-551 saylı qətnaməsi «RB, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 26. 09.2014-cü il tarixli, 06R000019363 nömrəli kredit razılaşmasına əsasən yaranmış 500 ABŞ dolları cərimə borcunun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla tutulub İddiaçı QSC-yə verilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 45000 manat müəyyən edilməsi» hissələrində dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, RB, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi və tutmanın ipotekaya yönəldilməsi tələbina dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydadaİddiaçı QSC-nin xeyrinə 06R000019363 saylı kredit razılaşması üzrə 28.061,97 ABŞ dolları məbləğində kredit borcu, 3.618,10 ABŞ dolları məbləğində faiz borcu və 13.453,52 ABŞ dolları m əbləğində cərimə olmaqla, ümumilikdə cəmi 45.133,59 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulmasına, tələbin Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospektində istifadədə olan 0.0065 ha torpaq sahəsində yerləşən 51.7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 22 B nömrəli qeyri-yaşayış binasına yönəldilməsinə, həmin qeyri-yaşayış binasının açıq hərracda satılmasına və cəmi 45.133,59 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan əl də olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsinə, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun RB, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 ümumi qaydada tutulmasna, ipoteka predmeti olan qeyri-yaşayış binasına yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin qeyriyaşayış binasından çıxarılması, qeyri-yaşayış binasının boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1, RB, X1 və Cavabdeh4 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasə n kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, kreditor “xxxx” QSC ilə bo rcalan RB arasında bağlanmış 23.09.2014-cü il tarixli 06L000010173 saylı kredit xətti müqaviləsinə əsasən borcalana 120 ay müddətinə 130.000 ABŞ dolları məbləğində kredit xətti açılmış və onlar arasında bağlanmış 26.09.2014-cü il tarixli 06R000019363 saylı kredit razılaşması əsasında kreditor tərəfindən borcalana 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 kreditorla 23.09.2014-cü il tarixli zaminlik müqavilələri bağlayaraq, RB kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra edilməsi üçün onunla birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşlər. Həmçinin Cavabdeh1 kreditorla 24.09.2014-cü il tarixli ipoteka müqaviləsi bağlayaraq, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospektində istifadədə olan 0.0065 ha torpaq sahəsində yerləşən 51.7 m2 ümumi sahədən ibarət 1 mərtəbəli 22B nömrəli qeyri-yaşayış binasını bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Lakin borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə onun banka 28.061,97 ABŞ dolları məbləğində əsas kredit borcu, 3.618,10 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Eyni zamanda bank tərəfindən borcalana 13.453,52 ABŞ dolları cərimə borcu hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda tərəflər arasında olan mübahisə kredit müqaviləsi üzrə cərimə borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəy yən edilməsi ilə bağlı yaranmış mübahisə olduğundan aşağıdakı hüquq normalarına istinad etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdeh RB hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş borcu borcalan Cavabdeh2 verməklə, müqavilə üzrə vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları əsasında müəyyən olunmuşdur ki, cavabdeh borcalan Röyal Binnətov aldığı krediti müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cərimə məbləğinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsin in 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən aydın olmuşdur ki, dəbbə pulu barədə şərt mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin la zımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, «Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydas ına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi ş əxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır». Dəbbə pulu tələbi də müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hesablanmış cərimə məbləği tənasübsüz surətdə yüksək olmuşdur və birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq azaldılaraq 500 ABŞ dolları məbləğdə müəyyən edilmişdir. Qeyd olunan məbləği kollegiya kreditorun həm əmlak mənafelə ri, həm də bütün əsaslı mənafeləri baxımından yolverilən hesab etmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı kollegiya qeyd etmişdir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əasən məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırki iş üzrə də ipoteka predmetinin ilkin satış qiyməti barədə tərəflər arasında mübahisə olduğuna görə məhkəmə tərəfindən ipotekanın qiymətləndirilməsi təyin olunmuşdur. “X2” MMC-nin 14.05.2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 22B ünvanında yerləşən qeyri-yaşayış binasının bazar qiyməti 43.000 manat təşkil etmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini «RB, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 26.09.2014-cü il tarixli, 06R000019363 nömrəli kredit razılaşmasına əsasən yaranmış 500 ABŞ dolları cərimə borcunun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla tutulub İddiaçı QSC-yə verilməsi və ipoteka pr edmetinin ilkin satış qiymətinin 45000 manat müəyyən edilməsi» hissələrində dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehlər Cavabdeh1, RB, X1 və Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 02 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Hakimlər Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyev
Məhkəmə qərarları › İş №2(102)-240/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-240/2019
16.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver