Məhkəmə qərarları › İş №2(102)-2400/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2400/2019

17.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2400/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Allahverdizadənin katibliyi ilə, Cavabdeh ASC-nin və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov, iş 2(006)-2580/18) İddiaçı Cavabdeh ASC-yə qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegi yasının 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi E.C.Kazımov, hakimlər T.S.Səmədov və İ.S.Şirinov, iş 2(103)-11820/18) Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilib İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, 20-ci məhəllədə 0,1003 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 85,55 kv.m yaşayış sahəsindən ibarət 95A nömrəli fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi qət edilmişdir. Cavabdeh ASC və vəkili Vəkil kassasiya şikayəti verib qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. İddiaçı kassasiya şikayətinə etiraz verib şikayətin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yer i barədə tərəflərə lazımı qaydada xəbər verilmiş, tərəflər üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh ASC-yə qarşı ipotekaya xitam verilməsi barədə iddia ilə məhkəməyə müraciət edib 24 sentyabr 2009-cu il tarixli, MH seriyalı, №0013944 saylı çıxarışa əsasən mülkiyyətçisi olduğu Naxçıvan şəhəri, 20-ci məhəllədə 0,1003 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 85,55 kv.m yaşayış sahəsindən ibarət 95A nömrəli fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 13 fevral 2014-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh X2 Cavabdeh ASCnin Şərur rayon filialına olan 202.000 manat əsas və 21.866,72 manat faiz borcunun, cəmi 223.866,72 manat məbləğində kredit borcunun, bu borcun tam ödənildiyi günədək hesablanacaq faizlərin və 30 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq Cavabdeh ASC-nin Şərur rayon filialının xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş 24 sentyabr 2009-cu il tarixli, MH serialı, № ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Naxçıvan şəhəri, 20-ci məhəllədə 0,1003 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 85,55 kv.m yaşayış sahəsindən ibarət 95A nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Qətnamənin icrası ilə bağlı ipoteka ilə yüklü ev Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzində hərraca çıxa rılmış, lakin hərracda alıcı olmamış, tələbkar bank isə əmlakı əldə etməkdən imtina etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X8 iddianı qəbul etməmiş, ipoteka predmetinin hərraca çıxarılmasından məlumatlarının olmadığını, hərracların keçirilməsi barədə bildirişlərin, həmçinin alıcı olmamasına görə ipotekanın mülkiyyətə götürülməsi barədə təklifin göndərilmədiyini göstərib iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh ASC və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman hərrac ilə bağlı banka məlumat verilməməsinə, ipotekanın borc əvəzində banka təklif olunmamasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, ipoteka ya xitam verilməsi barədə əsassız qərar qəbul edilmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2018ci il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Hazırkı iş üzrə rayon məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin təmin olunması barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi öz qənaətlərini Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən 30 iyul 2015-ci il tarixli, 37 saylı məktubla ipoteka predmetinin 25% güzəştli satışı ilə bağlı C avabdeh ASC-nin Şərur rayon filialına təklif olunmasına və bank tərəfindən əmlakın balansa götürülüb- götürülməməsi barədə məlumat verilmədiyindən icra sənədlərinin Şərur rayon İcra və Probasiya Şöbəsinə qaytarılmasına, hər iki hərracla bağlı bildirişlərin Cavabdeh ASC-nin Şərur rayon filialına və Şərur rayon İcra və Probasiya Şöbəsinə göndərilməsinə istinad etməklə əsaslandırmışdır. İş materiallarında olan sənədləri və işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarını nəzərdən keçirən kassasiya kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Naxçıvan Muxtar Respublikası DƏDRX-nin MH seriyalı, № ******* saylı çıxarışına əsasən Naxçıvan şəhəri, 20-ci məhəllədə 0,1003 ha torpaq sahəsində yerləşən 1 mərtəbəl i, 5 otaqlı, 85,55 kv.m yaşayış sahəsindən ibarət 95A nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 24.09.2009-cu il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 13 fevral 2014-cü il tarixli qərarı üzrə verilmiş 02 iyun 2014-cü il tarixli icra vərəqəsində iddiaçı Cavabdeh ASC Şərur rayon Filialının cavabdeh X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia tələbi təmin edilib cavabdeh X2 Cavabdeh ASC-nin Şərur rayon filialına olan 202.000 manat əsas və 21.866 manat 72 qəpik faiz borcu olmaqla cəmi -223.866 manat 72 qəpik məbləğində kredit borcunun, bu borcun tam ödənildiyi günədək hesablanacaq faizlərin və 30 manat dövlət rüsumunun cavabdeh X4 oğlundan tutulub Cavabdeh ASC Şərur ray on filialının xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş 24.09.2009-cu il tarixli, MH seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Naxçıvan şəhəri, 20-ci məhəllədə 0,1003 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 85,55 kv.m yaşayış sahəsindən ibarət 95A nömrəli fərdi yaşayış evinə yönəldilib açıq hərracdan satılmasıvə əldə olunan vəsaitdən kredit borcunun ödənilməli olduğu göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən Naxçıvan şəhəri İcra Bölməsinə, Cavabdeh ASC-nin Şərur rayon filialına və X3 ünvanlanmış 02 nömrəli, 20 aprel 2015-ci il tarixli bildirişdə Şərur rayon İcra Bölməsinin 505 saylı, 12.03.2015-ci il tarixli sifariş məktubuna əsasən Naxçıvan şəhəri 20-ci məhəllədə 0,1003 ha torpaq sahəsində yerlə şən 1 mərtəbəli 5 otaqlı 85,55 kvm yaşayış sahəsindən ibarət 95A nömrəli fərdi yaşayış evinin hərracının ilkin satış qiyməti 130.000 manat olmaqla 18 may 2015-ci il tarixdə, saat 10:00-da X6 Auksion Mərkəzi, Heydər Əliyev pr. 6 ünvanında keçiriləcəyi göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən Naxçıvan şəhər İcra Bölməsinə, Cavabdeh ASC-nin Şərur rayon filialına və X3 ünvanlanmış 02 iyul 2015-ci il tarixli bildirişdə ünvan 53.2015-ci il tarixli sifariş məktubuna əsasən Naxçıvan şəhəri, 20-ci məhəllədə 0,1003 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı 85,55 kv.m yaşayış sahəsindən ibarət 95A nömrəli fərdi yaşayış evinin hərracının ilkin satış qiyməti 110.500 manat olmaqla 10 iyul 2015- ci il tarixə, saat 10:00-a Naxçıvan Muxtar Respublikası Auksion Mərkəz i, Heydər Əliyev pr 6 ünvanına təyin olunduğu bildirilmişdir. Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən, banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakın satışı üzrə Hərrac Komissiyasının baş tutmamış hərracın 06 iyul 2015-ci il tarixli 09 nömrəli yekun protokolunda satılması üçün sifariş verilmədiyindən Naxçıvan şəhəri 20-ci məhəllədə 0,1003 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 85,55 kv.m yaşayış sahəsindən ibarət 95A nömrəli fərdi yaşayış evinin satılmamış hesab olunduğu göstərilmişdir. Naxçıvan Muxtar Respublikası X7 şəhər İcra Bölməsinə ünvanladığı 02.11.2015-ci il tarixli məktubunda Naxçıvan şəhəri, 20-c i məhəllədə 0,1003 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 85,55 kv.m yaşayış sahəsindən ibarət 95A nömrəli fərdi yaşayış evinin ilkin və təkrar hərraca çıxarıldığı, lakin alıcı olmadığından satılmadığından,“İpoteka haqqında ”Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən müvafiq tədbirlərin görülməsi üçün sənədlərin icra bölməsinə qaytarıldığı göstərilmişdir. «İpoteka Haqqında» Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonar-hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 41.3-cü maddəsinə əs asən hərracın təşkilatçısına sifariş «İcra Haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. «İpoteka Haqqında» Qanunun 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutul mayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məb ləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. "Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi"nin ipoteka ilə yüklü Naxçıvan şəhəri 20-ci məhəllədə 0,1003 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 85,55 kv.m yaşayış sahəsindən ibarət 95A nömrəli fərdi yaşayış evinə dair 20 aprel 2015-ci il tarixli və 02 iyul 2015-ci il tarixli bildirişlərinə hərrac keçirilməsi ilə bağlı bildirişlərin iddiaçıya çatdırılmasını təsdiq edən sənədlər əlavə edilməmişdir. Göründüyü kimi, qanunvericilik hərracın keçirilməsi ilə bağlı ipoteka saxlayana və ipoteka qoyana bildirişlərin verilməsini təsdiq etmə üsulu ilə göndərilməsini imperativ göstəriş olaraq nəzərdə tu tmuşdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı iş üzrə mübahisə predmeti olan İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü Naxçıvan şəhəri, 20-ci məhəllədə 0,1003 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 5 otaqlı 85,55 kv.m yaşayış sahəsindən ibarət 95A nömrəli fərdi yaşayış evinə dair ilkin və təkrar hərracların keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin bildirişlərinin ipoteka saxlayan Cavabdeh ASC-nin Şərur filialına verilməsini təsdiq edən sübutların (xəbərnamə, çatdırılmanı təsdiq edən və s.sənəd) sübutların olmamasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, ipoteka saxlayan Cavabdeh ASC-nin məlumatlı olması kimi səhv nəticəyə gəlinib ipotekaya xitam verilməsi barədə qərar qəbul edilmişdir. «İpoteka Haqqında» Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir; Həmin Qanunun 43.8-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarında göstərilir ki, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzər də tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman iş materiallarında Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən ipoteka predmetini əldə etmək imkanı ilə bağlı təklifinin ipoteka saxlayana təqdim olunmasını təsdiq edən süb utların olmamasına dair işin hallarına da düzgün hüquqi qiymət verilməmiş, həm ilk və təkrar hərracla bağlı bildirişlərin təsdiq etmə üsulu ilə verilməməsi, həm də hərracın baş tutmamış elan edilməsindən sonra əmlakın 25% güzəştlə alınması təklifin ipoteka saxlayana çatdırılmaması kimi işin halları nəzərə alınmadan ipotekaya xitam verilməsi barədə qərar qəbul edilmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Şərh olunanları nəzərə alan kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılan zaman qərarın təsviri hissəsində göstərilən hallar araşdırılıb mübahisənin həllinə dair qanuni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və AR MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 21 dekabr 2018-cı il tarixli, 2(103)-11820/18 saylı qətnaməsi ləğv edilsin. İşə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar