Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2403/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili xxxoğlunun, Cavabdeh və vəkili xxx qızının, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13964/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili xxx qızı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2018-ci il tarixli 3740 saylı sərəncamına müvafiq olaraq aidiyyəti qurumlar tərəfindən Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində həlak olmuş mərhum həyat yoldaşı X2 ailə üzvlərinə verilməsi nəzərdə tutulmuş və cavabdeh tərəfindən alınmış 20000 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)4071/2019 nömrəli qətnaməsi ilə (hakim Z.A.Hacıyev) iddia qismən təmin olunm uş, Cavabdeh 6000 manatın və dövlət rüsumuna görə 15 manatın tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13964/2019 nömrəli qətnaməsi ilə (hakimlər E.M.Həsənov - sədrlik edən və məruzəçi, X.A.Mərdanova və F.F.Bağayev) cavabdehin şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)-4071/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh 6000 (altı min) manatın və dövlət rüsumuna görə 15 (on beş) manatın tutularaq İddiaçı verilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili xxx qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2 (103)-13964/2019 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının tələb etdiyi puld vəsaiti cavabdehə oğlunun yas mərasimi üçün ayrılmış, onun tərəfindən həmin puldan da əlavə vəsait yas mərasiminə xərclənmişdir. Həmin pul vəsaiti mərhumun vəfatından əvvəl olmamışdır ki, vərəsilik qaydasında övladına və ya xanımına, ana, atasına verilsin. Məhkəmə iclasında Cavabdeh və onun vəkili xxx qızı kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkə mə iclasında İddiaçı və onun vəkili xxxoğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, xx xxxx 2018-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı həmin Mərkəzdə müalicə olunan X7 vəfat e tmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli Sərəncamı ilə hadisə nəticəsində zərərçəkən şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsinin təmin edilməsi yanğınla əlaqədar yaradılmış Dövlət Komissiyasına həvalə edilmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti Sabunçu rayonu ərazisində yerləşən mərasim evində mərhumun 7 mərasiminin xərcini ödəmiş, mərhumun ailə üzvlərinə maddi və digər (dəfn xərcləri) zəruri yardım göstərilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən ümumilikdə 20500 manat məbləğində pul mərhumun atası Cavabdeh verilmiş, həmin puldan cavabdehin ifadəsinə əsasən qəbirüstü abidəsinin qurulması üçün 3400 manat, il mərasiminin keçirilməsi üçün 2080 manat xərclənmişdir. İddiaçı mərhum xxx arvadı olmaqla, ödənilmiş pul vəsaitindən 20000 manatının cavabdehdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələr mərhum xxx ölümü nəticəsində Dövlət orqanlarının maddi yardım qismində ümumilikdə 20500 manat pulun onun atası Cavabdeh verdiklərini işin mübahisələndirilməyən halı kimi qəbul edərək, mərhumun birinci növbəli qanun üzrə vərəsələrinin atasının (cavabdehin), anası X3, arvadı İddiaçı (iddiaçının) və övladı X5 olduğu nəzərə alaraq qeyd etmişlər ki, mərhum xxx vəfatından sonra onun ailəsinə maddi və digər (dəfn xərcləri) zəruri yardım göstərilməsi məqsədilə verilmiş pul, ölmüş səxsin mirası kimi nəzərdən keçirilə bilər. Məhkəmələr mübahisəni qanunun anologiyasını (vərəsəlik hüquq münasibətini) tətbiq etməkdə həll etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfi ndən mübahisənin həll edilməsi zamanı maddi hüquq normasının pozulmasına yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınma lıdır. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən isə miras şərikləri əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Məhkəmə ko llegyiası həmçinin hesab edir ki, məhkəmələr tərəfindən cavabdehdən tutulmalı olan pul vəsaiti müəyyən edilərkən də, sübutetmə vəzifəsi mülki prosessual qanunvericilyinə uyğun olaraq bölüşdürülmüşdür. Belə ki, cavabdeh dövlət orqanları tərəfindən verilmiş pul vəsaitini tam olaraq oğlunun dəfninə və yas mərasimlərinə xərclədiyini göstərsə də, bunu məhkəmələrdə sübut edə bilməmişdir. Məhkəmələr əsaslı olaraq, cavabdeh xxx ölümü ilə əlaqədar dəfn xərcləri üçün 18980 manat xərclənməsinə dair Füzuli Rayonu İcra Hakimiyyəti başçısının Əhmədalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlinin xx xxx 2019-cu il tarixli arayışını həmin arayışın zidiyyətli olması, Cavabdeh izahatına əsasən verildiyi və həmin məbləğin xərclənməsinə dair subutun təqdim edilmədiyi əsası ilə inandırıcı və ağlabatan he sab etməmişlər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federa siyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxlu ğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dai r” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bər abərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X8 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İşə mahiyyəti üzrə baxan məhkəmələr, təqdim olunmuş qiymətləndirmə məlumatına əsasən Füzuli rayonu ərazisində ev şəraitində 300-350 nəfərin iştirak etdiyi yas mərasiminin (üç, qırx, cümə axşamları daxil olmaqla) təşkili (keçirilməsi) üçün lazım olan orta məbləğin 2500-3000 manat təşkil etməsini və tərəflərin mübahisəsiz hal kimi qəbul etdikləri 5480 manat xərcləri də nəzərə almaqla mərhum xxx dəfn mərasimi (bütün xərclər daxil) üçün Cavabdeh tərəfindən xərclənən vəsaitin ümumilikdə 8500 manat olduğunun ağlabatan olmasını qəbul etmiş və əsaslı olaraq Cavabdeh verilmiş 20500 manatdan xxx yas mərasiminə (üç, qırx, il, cümə axşamları və qəbir məsrəfləri daxil olmaqla) xərclənmiş 8500 manatı çıxaraq qalan 12000 manatı dörd vərəsə arasında bərabər şəkildə bölməkdə, ədalətli nəticəyə gəlmişlər. Kassasiya şikayətini n dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Mərkəzində baş verən yanğın həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsi tapşırılmışdır. İddiaçı isə mərhum xxx həyat yoldaşı olmaqla ailə üzvü hesab olunur və bu səbəbdən mərhumun dəfn və yas mərasimlərinin keçirilməsindən sonra maddi yardımdan qalan məbləğin ona düşən payı tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tə rəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili xxx qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13964/2019 nömrəli qətnaməsi cavabdehin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(102)-2403/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2403/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver