Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2403/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi XXX Cavabdeh: Cavabdeh İddia tələbi: kredit müqaviləsi üzrə borcun ödənilməsi Açar sözlər: müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinə 07 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 22 oktyabr 2007-ci il tarixli kredit müqaviləsinə əsasən, QSC “Bank Standard” KB tərəfindən Cavabdeh illik 7 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 120000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus mənzil QSC "Bank Standard" KB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsinə 09.09.2009-cu il tarixli 01 saylı əlavə sazişə əsasən, Cavabdeh kredit müqaviləsi üzrə faiz dərəcəsi 16 faiz müəyyən edilmişdir. Həmin kredit müqaviləsinə 17.10.2012-ci il tarixli 02 saylı əlavə sazişə əsasən, Cavabdeh kredit müqaviləsi üzrə kreditin ödənilməli olduğu son tarix 22 oktyabr 2012-ci il tarixdən 23 oktyabr 2013-cü il tarixədək uzadılmışdır. İş üzrə alınmış 17 fevral 2020-ci il tarixli ekspert rəyi ilə kredit müqaviləsi üzrə cəmi 185,034,27 manat məbləğində ödəniş aparılmaqla 12.02.2018-ci il tarixə banka olan borc 1575,16 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat 24 may 2018-ci il tarixdə ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8809,51 manat məbləğində əsas borc, 23167 manat məbləğində faiz borcu, 9101 manat məbləğində dəbbə pulu, gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5 faiz 1573 gün üçün hesablanan 1919 manat, ümumilikdə isə 42.997 manat məbləğində pulun cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-36/2020 saylı iş üzrə 17 iyun 2020ci il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, 16 iyul 2014-cü il tarixdə "Bank Standart" KB tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nə ünvanlanmış məktubda Bank 22 oktyabr 2007-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq 26.10.2007-ci il tarixdə bağlanmış ipoteka müqaviləsində nəzərdə tutulan ipoteka predmeti olan mənzilin ipotekadan azad edilməsini xahiş edilmişdir. Ekspert rəyində cavabdehin 1575 manat əsas borcunun olması müəyyən olunsa da, iddiaçının xahişi ilə qeyd olunan kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş mənzilin 2014-cü ildə ipotekadan azad olunması həmin borcun m övcudluğunu şübhə altına alır. Bundan başqa, kredit müqaviləsinin müddəti 2013-cü il tarixdə bitdiyi halda iddiaçı məhkəməyə 24.05.2018-ci il tarixdə müraciət etmişdir. Bununla da bu cür mübahisələr üçün müəyyən olunmuş 3 illik iddia müddətini açıq-aşkar ötürmüşdür. Cavabdeh isə iddianın əsassız olmasını qeyd etməklə yanaşı mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş ipotekadan azad o lunmasına dair sənədlərin həqiqi olub-olmamasını, cavabdehin banka olan borcunun ümumi həcmini nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6326/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov, T.S.Səmədov, A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya i clasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və eyni zamanda göstərilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərinin tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də, kredit müqaviləsi üzrə öhdəliklər tam icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili və nümayəndəsi kassasiya şi kayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. İddia müddətinin axımının başlanmasının düzgün müəyyən edilmədiyi barədə dəlillərə gəldikdə isə, öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu kredit müqaviləsinin bütün öhdəlikləri tam ödənilənədək qüvvədə olması barədə şərti hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün əhəmiyyətsiz olmaqla tərəflər üçün hüquqi nəticələr doğura bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2403/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2403/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver