Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2403/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2403/2024 (Açar sözlər: öhdəliklərin icra edilməməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-274/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamədə iddiaçı **-GS-*** dövlət qeydiyyat nişanlı, “Ford Kuga” minik markalı avtomobilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini cavabdehə etibar etmiş olduğu qeyd edilmişdir.
2. İddiaçının ünvan 1 ünvanladığı **********640 saylı ərizədə qeyd edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan cavabdehə reyestrdə 7E-13777 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. 3. 02.03.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubblarına əsasən iddiaçı verdiyi etibarnaməni xx.xx.2 023-cü il tarixdə birtərəfli qaydada ləğv etdirdiyini bildirmişdir. Adı çəkilən avtomobili kimə satması və ya etibarnamə ilə verməsindən asılı olmayaraq 18500 manat pulun və eyni zamanda adı çəkilən ləğv edilmiş etibarnamənin geri qaytarılması barədə cavabdeh xəbərdar edilmişdir. 4. “Ford Kuga” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə etibarnamə verilmiş şəxslər barədə məlumatların kompüter çıxarışına əsasən nəqliyyat vasitəsinin sahibi iddiaçıdır. Həmin avtomobil etibarnamə ilə istifadə edilmək üçün xx.xx.2022-ci ildən-xx.xx.2022-ci il tarixədək X3, nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ əsasında etibarnamə ilə xx.xx.2022-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək cavabdehə verilmişdir. 5. 19.07.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləs ində iddiaçının adından “Ford Kuga” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X2 12000 manata satılmış olduğu qeyd olunmuşdur. 6. xx.xx.2022-ci il tarixli əlyazmada cavabdehin atası X4 iddiaçıdan 10300 manat pul almış olduğu, həmin pulu xx.xx.2022-ci il tarixədək tam qaytaracağı barədə üzərinə öhdəlik götürmüş olduğu, qaytarmayacağı təqdirdə 2000 manat cərimə ödəyəcəyi qeyd edilmişdir.
7. Qəbzlərə əsasən xx.xx.2022-ci il tarixində 500 manat, xx.xx.2022-ci il tarixində 1111 manat, xx.xx.2022-ci il tarixində 3000 manat, xx.xx.2023-cü il tarixində 1500 manat, xx.xx.2023-cü il tarixində 1000 manat, xx.xx.2023-cü il tarixində 2500 manat iddiaçıya ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 18500 manatın və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 145,5 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində iddiaçıya məxsus **-GS-*** dövlət qeydiyyat nişanlı, “Ford Kuga” markalı avtomobilə dair cavabdehə reyestrdə 7E-13777 nömrə ilə qeydə alınmış etibarnamə vermişdir. Etibarnamə verərkən aralarında həmin avtomobili 18500 manata alqı-satqı etməyə razılaşmışlar. İddiaçı ürək əməliyyatı keçirtdiyinə görə avtomobili özü bazara aparıb satmağa, gedib-gəlməyə, nəzarət etməyə imkanı olmamışdır. Bu səbəbdən cavabdeh öhdəsinə götürmüşdür ki, avtomobili satıb pulu iddiaçıya ödəyəcək dir. Bu günə qədər dəfələrlə şifahi və yazılı tələb etməyinə baxmayaraq avtomobili və ya pulu verməkdən imtina etmişdir.
10. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2022-ci ilin mart ayının 27-də cavabdehə “Ford Kuga” minik markalı avtomobili 18500 manata satmasına görə cavabdehə baş etibarnamə vermişdir. Cavabdeh və onun ailəsi ilə ailəvi tanışlıqları var və onlara dəfələrlə köməklik etmişdir. 10300 manata dair yazılmış qəbzlə bağlı qeyd etmişdir ki, həmin qəbz cavabdehin atası Namiqlə özü arasında olan borc məsələsinə dair yazılmışdır, avtomobillə heç bir əlaqəsi yoxdur. Həmin qəbzin yazılmasında cavabdehin özü də iştirak etmişdir. Özü cavabdehin atası Namiqə etibar etmədiyi üçün ona verdiyi borc pula görə qəbz yazdırmışdır, cavabdehin özünə isə etibar etdiyindən avtomob ilə dair 18500 manata dair qəbz yazdırmamışdır.
11. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onunla iddiaçı arasında avtomobilə dair hər hansı bir danışıq və ya razılaşma olmamışdır. İddiaçı bütün danışıqları onun atası ilə aparmışdır. Belə ki, iddiaçı avtomobilini 18300 manata nisyə olaraq onun atasına satmağa razılaşmışdır. Həmin zaman atasının başqa məsələyə görə iddiaçıya 2000 manat borcu olmuşdur. Atası iddiaçı ilə razılaşmışdır ki, 18300 manat avtomobilin dəyəri və 2000 manat digər borc, ümumilikdə 20300 manat borcdan 10000 manat ödəməklə, avtomobil onlara satılsın, iddiaçı bununla razılaşmış və atası 10000 manat iddiaçıya nağd vermiş, 10300 manata hazırda məhkəməyə təqdim etdiyi qəbzi yazmışdır. Bundan sonra iddiaçı onun adına etibarnamə vermişdir. Həmin zaman ailələ rinin başqa işlə əlaqədar pula ehtiyacları olduğu üçün, atası iddiaçıya demədən avtomobili X9 adlı şəxsə satmışdır. Atasının iddiaçıya verdiyi 10000 manat məhz avtomobili Əliyə satılmasından əldə edilmiş vəsait hesabına olmuşdur. İddiaçının 10300 manata dair qəbz yazdırdığı halda 18500 manata dair qəbz yazdırmaması sual doğurur. Hazırda atasının 10300 manat borcdan iddiaçıya 100 manat borcu qalmışdır ki, həmin pulu da verməyə razıdırlar.
12. Şahid qismində dindirilən X9 izahat verərək bildirmişdir ki, cavabdehin atası Namiqlə yaxın münasibətləri olmuşdur. İddiaçını da Namiqin yanında görmüşdür. “Ford Kuga” markalı avtomobili Namiqdən almışdır. Avtomobili alan zaman həmin avtomobilin iddiaçıya məxsus olduğunu bilmişdir. Avtomobilin qiyməti 18300 manat müəyyən olunmuşdur. Namiqin ona 5000 ma nat borcu olduğu üçün Namiqə ümumi 13300 manat pul vermişdir.
13. İddiaçı tərəfindən təqdim olunmuş səs yazıları tədqiq edilərkən iddiaçı qeyd edilən səs yazılarının 2022-ci ilin avqust ayında qeydə alındığı və səs yazısının cavabdehin atasına aid olduğunu bildirmışdir. Cavabdeh səs yazısının atasına aid olduğunu qəbul etmişdir. Səs yazılarından müəyyən edilmişdir ki, cavabdehin atasının iddiaçıya borcu qalmışdır və cavabdehin atası qısa zamanda həmin borcu ödəyəcəyini söyləmişdir.
14. Cavabdeh tərəfindən dəftərxana vasitəsilə məhkəməyə təqdim edilmiş diskə baxış keçirilmiş və məlum olmuşdur ki, diskdə 2 səs yazısı mövcuddur. Cavabdeh səs yazılarının iddiaçıya aid olduğunu bildirmişdir. İddiaçı səs yazılarının özünə aid olduğunu qəbul etmişdir. Həmin səs yazısında iddiaçı cavabdehin atası tərəfindən oktyabr ayının sonuna qədər pulun tam şəkildə ödənilmədiyi təqdirdə həmin puldan 100 manat da qalmış olsa, 1000 manat da qalmış olsa, etibarnaməni ləğv edəcəyini, cavabdehin atasının ona (iddiaçıya) göndərməli olduğu pulun 10500 manat olduğunu, cavabdehin atası maşını cavabdeh üçün aldığına görə, cavabdehin xətrinə 10500 manatdan 200 manat güzəştə getdiyini, cavabdehin atasının maşını kiməsə satacağını bilmədiyini, cavabdehin atasının maşını cavabdeh üçün almadığını, onu (iddiaçını) aldatdığını, cavabdehin atası maşını cavabdeh üçün almış olsaydı, yenə də 200 manat güzəştə gedə biləcəyini bildirir, cavabdehin atasının 10500 manatdan borcdan 700 manat, sonra 500 manat və bank vasitəsilə 1000 manat göndərdiyini, cavabdehin atası oktyabr ayının sonunadək 10500 manatı tam şəkildə öd əmədiyi təqdirdə borcdan 100 manat da qalmış olsa belə, etibarnaməni ləğv edəcəyini, bundan sonra aralarında problem yaranacağını demişdir.
15. Sumqayıt Şəhər Məhkəməsinin, 2(060)-3462/2023 nömrəli iş üzrə 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim E.Hüseynov).
16. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçı qarşısında hazırkı tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş –müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud olmamışdır. Cavabdehin atası aldığı maşına görə pulu ödəməyi barədə öhdəlik götürmüş, həmin öhdəlik lazımınca icra edilmişdir. İddiaçı cavabdehə borc pul verdiyini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyin dən iddia əsassız hesab olunmalıdır.
17. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739, 386.1, Mülki Prosessual Məcəlləsinin 76.3, 106.1, 216-220, 360-cı maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli Qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı atası ilə razılaşmışdır ki, avtomobilin dəyəri 18300 manat və 2000 manat borc-20300 manatdan 10.000 manat nəğd ödəyərək, 10300 manat hazırda məhkəməyə təqdim etdiyi qəbzi yazmışdır. Bundan sonra etibarnamə vermiş, pula ehtiyac olduğundan avtomobili X1. Atasının iddiaçıya verdiyi 10.000 manat həmin avtomobilin Rəhimov Əliyə satılmasından əldə edilən vəsait hesabına olmuşdur. Hazırda atasının 10300 manat borcdan iddiaçıya 100 manat borcu qalmışdır. Hazırkı işdə məhkəmənin gəldiyi nəticə - cavabdehin iddiaçı qarşısında öhdəliyi olmaması-yanlışdır. Belə ki, həqiqətən cavabdeh və onun ailəsi ilə əvvəldən tanışlığı olmuşdur, cavabdehə etibarnamə vermiş, maşının satılmasından əldə olunan vəsait in ona verilməsini istəmişdir. Cavabdehin atasının ona 2000 manat borcu olmamışdır. İş materiallarında olan qəbz isə cavabdehin iştirakı ilə atasına 10300 manat verərək aralarında imza olunmaqla tərtib olunmuşdur. Əvvəllər cavabdehin atası ilə normal münasibəti olsa da, sonradan etibarını itirmişdir, bəzi hallarda sözünə əməl etmədiyindən ona etibarı azaldığı səbəbdən verdiyi borc pula dair qəbz almışdır. Cavabdehlə isə normal münasibəti olduğundan və ona etibarı daha güvənli olduğundan razılaşdıqları qiymətə avtomobilin onun tərəfindən satılmasına razı olmuşdur. Satışdan əldə olunan məbləğdən ona ödənc vermək barədə razılığa gəlmişlər. Bu səbəbdən cavabdehdən qəbz tələb etməmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh, atası və onun imzası ilə tərtib olunan qəbz aşağıdakı qaydada tərtib edil mişdir: “O, X4 verir həmin qəbzi ondan ötəri ki, o, şəxsən ondan 10.300 manat borc pul almışdır. 5 iyul 2022-ci il tarixdə tam məbləği qaytaracaqdır. Əgər pulu qaytarmasa 2000 manat cərimə verəcəkdir. Qəbzi verərkən oğlu Anar onun yanında olmuş, həmin məbləği (on min üç yüzü) 10300 sayaraq qəbul etmişdir. Qəbzin doğruluğunu imzası ilə təsdiq edir”. Hər üçü imzası ilə pulun verilməsi və alınması əməliyyatını təsdiq etmişlər. Bu halda həmin məbləği məhkəmənin cavabdehə satmaq üçün verdiyi avtomobillə əlaqəndirməsi, həmin qəbzin avtomobillə bağlı verildiyi qənaətə gəlməsi nə qanuna, nə də ədalətlilik prinsipinə uyğun deyil. Onunla cavabdehin arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. Belə ki, cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh onun qarşısında öh dəlik götürərək ona təhvil verdiyi avtomobili satıb, əldə olunan pulu ona gətirəcək, o da cavabdehin qarşısında öhdəlik götürmüşdür ki, avtomobilin satışından əldə olunan puldan cavabdehə pul ödəyəcəkdir. Bununla da onların arasında şifahi razılıq əsasında öhdəlik münasibətləri yaranmışdır.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-274/2024 nömrəli mülki iş üzrə 22 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehdən 18300 manat və ödənilmiş dövlət rüsumunun 120 manat alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), L.Rəhimli və F.Məmmədov)
21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, əsassız olaraq iddiaçı ilə cavabdehin atası arasında olan borc münasibətlərinin iddiaçıya məxsus avtomobilin satılması ilə əlaqədar yaranmış münasibətlərə aid etmiş, yazılı qəbz üzrə borc münasibətlərinin məzmumunu nəzərə almamışdır.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehə avtomobilin satılması ilə əlaqədar etibarnamə vermiş, həmin avtomobil faktiki olaraq X6 18300 manata satılsa da, cavabdeh tapşırıq müqaviləsinin tələblərinə əsasən öz öhdəliyini yerinə yetirməyərək 18300 manat məbləğində pulu iddiaçıya verməmişdir.
23. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçıya məxsus avtomobil 18500 manata deyil, 18300 manata satıldığından iddia qismən təmin edilməlidir. Həm çinin bununla əlaqədar ödənilmiş dövlət rüsumunun 120 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir
24. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1, 777.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 119.1, 217.3, 217.4, 384.0.2, 3851.1, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (vəkil Nümayəndə2 Yaqub oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatların ı digər sübutlara nəzərən qiymətləndirməli olduğu halda sübutu (şahid X5 izahatı) iddiaçının mülahizəsi əsasında təkzib etmişdir. Bu isə məhkəmənin qərəzli mövqeyinin birbaşa göstəricisidir. İş materiallarında və həmçinin tədqiq olunmuş səs yazılarında bütün münasibətləri avtomobillə bağlı olduğu tam təsdiq olunmuşdur.
27. Kassasiya şikayətinə əlavədə göstərilmişdir ki, 23 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında iddiaçı 8 ədəd səs yazısı təqdim etmiş, bu səs yazıları məhkəmədə dinlənildikdən sonra iddiaçı 10300 manatın cavabdehin atasının ona olan borcu olduğunu, hazırkı işə heç bir aidiyyəti olmadığını qeyd etmişdir. Cavabdehin təqdim etdiyi səs yazılarında isə iddiaçı cavabdehin atasından borcu qaytarmadığı təqdirdə etibarnaməni ləğv edəcəyini, cavabdehin atasının iddiaçıya verməli olduğu pulun 10500 manat olduğunu, cavabdehin atası maşını cavabdeh üçün aldığına görə cavabdehin xətrinə 10500 manatdan 200 manat güzəştə getdiyini bildirdiyini qeyd edilmişdir. Göründüyü kimi qeyd olunan 10500 manat pul iddiaçının səs yazısında etiraf etdiyi kimi avtomobilin satışı ilə bağlı yaranmış borcdur və cavabdehlə cavabdehin atasının iddiaçıya ayrı-ayrı borcu mövcud olmamışdır. Çünki iddiaçı özü qeyd etmişdir ki, maşın cavabdeh üçün alındığına görə borcdan 200 manat keçir. Yəni borc elə avtomobil ilə bağlı olmuşdur.
28. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdeh (vəkil və Nümayəndə1) kassasiya şikay ətinə qarşı etiraz verərək kassatorun apellyasiya məhkəməsi tərəfindən hansı normaların pozulmasını və ya düzgün tətbiq edilməsini göstərə bilmədiyini qeyd etmiş və kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
31. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsi ndən sonra qüvvəyə minir.
32. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qü vvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edil məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.
44. Belə ki, iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq cavabdehə reyestrdə 7E-13777 nömrə ilə qeydə alınmış etibarnamə verdiyini, etibarnamə verərkən aralarında həmin avtomobili 18500 manata alqı-satqı etməyə razılaşdıqlarını, iddiaçı ürək əməliyyatı keçirtdiyinə görə avtomobili özü bazara aparıb satmağa, gedib-gəlməyə, nəzarət etməyə imkanı olmadığını, cavabdehin avtomobili satıb pulu iddiaçıya ödəyəcəyini öhdəsinə götürdüyünü, bu günə qədər dəfələrlə şifahi və yazılı tələb etməyinə baxmayaraq avtomobili və ya pulu verməkdən imtina etdiyini bildirərək cavabdehdən müvafiq pul məbləğinin alınaraq ona verilməsini xahiş etmiş, cavabdeh isə bildirmişdir ki, atası iddiaçı ilə razılaşmışdır ki, 18300 manat avtomobilin dəyəri və 2000 manat digər borc, ümumilikdə 20300 manat borcdan 10000 manat ödəməklə, avtomobil onlara satılsın, iddiaçı bununla razılaşmış və atası 10000 manat iddiaçıya nağd vermiş, 10300 manata hazırda məhkəməyə təqdim etdiyi qəbzi yazmışdır. Bundan sonra iddiaçı onun adına etibarnamə vermişdir. Həmin zaman ailələrinin başqa işlə əlaqədar pula ehtiyacları olduğu üçün, atası iddiaçıya demədən avtomobili X9 adlı şəxsə satmışdır. Atasının iddiaçıya verdiyi 10000 manat məhz avtomobili Əliyə satılmasından əldə edilmiş vəsait hesabına olmuşdur. İddiaçının 10300 manata dair qəbz yazdırdığı halda 18500 manata dair qəbz yazdırmaması sual doğurur. Hazırda atasının 10300 manat borcdan iddiaçıya 100 manat borcu qalmışdır ki, həmin pulu da verməyə razıdırlar.
45. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən cavabdeh tərəfindən öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək məqsədilə dəftərxana vasitəsilə məhkəməyə təqdim edilmiş diskdəki səs yazılarına, o cümlədən AUDİO-2023-09-09-21-31-58 adlı səs yazısına prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verməyib. Belə ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış səs yazısında iddiaçının cavabdehin atası tərəfindən ödənilməli olduğu nu bildirdiyi pul məbləğinin avtomobilin satışından qalan pul məbləği olub-olmamasını kifayət qədər araşdırıb hüquqi qiymət verməmiş, həmçinin həmin səs yazısında iddiaçının “indi on min beş yüz manatdan mənə göndərib 700 manat sənin borcundan bir göndərib, 500 manat bir göndərib, 1000 manat da indi bank vasitəsilə göndərib.Maşının borcundan 500 manat da, deməli 1000 manat da bir,700 bir, 500 bir, 1000 manat da dünən yox srağagün sən göndəribsən” məzmunda söylədiklərinə mülki prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verilməmiş, eləcə də həmin səs yazısının məzmunu qətnamədə tam, dolğun əks etdirilməmiş, səs yazılarında ödənildiyi qeyd edilmiş pul məbləğlərinin cavabdehin ödəməli olduğu pul məbləğinə daxil olub-olmadığını kifayət qədər əsaslandıra bilməmişdir.
46. Göstəril ən hallar tam, ətraflı araşdırılıb hüquqi qiymət verilmədən iş üzrə qanuni və əsaslı nəticəyə gəlinməsi mümkün deyil.
47. Apellyasiya instansiyası məhkəməsinin araşdırması və sübutlara qiymət verməsi prosessual hüquq normalarının tələbinə cavab vermədiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edildiyi, qanuni və əsaslı nəticəyə gəlindiyi qənaətinə gəlmək mümkün deyil.
48. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
49. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bən dində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
50. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pl enumunun 13 iyun 2008-ci il tarixli qərarı).
51. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
52. Ona görə də Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “22” fevr al 2024-cü il tarixli 2(105)-274/2024 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.
53. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda şərh edilən nöqsanlar aradan qaldırılmaqla, sübutlara Azərbaycan Respublikasının MPMin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilməklə maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “22” fevral 2024-cü il tarixli 2(105)-274/2024 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.