Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2404/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçi İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli 2(107)-1648/2018 nömrəli qətn aməsindən İddiaçı ASCnin İdarə Heyətinin Sədri X və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 sentyabr 2015-ci il tarixli 115.LN.2102.090915.00003 saylı Kredit Müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 5677.06 ABŞ dolları əsas, 2001.03 ABŞ dolları faiz, 23.27 ABŞ dolları cərimə olmaqla, cəmi 7701.36 ABŞ dolları məbləğində borcun tutulmasını, tutmanın Cavabdeh1 məxsus Yevlax şəhəri, C.Kərimov küçəsi, 25A saylı fərdi yaşayış evinə 0.022 ha torpaq sahəsi ilə birlikdəyönəldilməsini, həmin evin açıq hərracda satılmasını və borcun qeyd olunan fərdi yaşayış evinin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsini, Cavabdeh1 məxsus Yevlax şəhə ri, C.Kərimov küçəsi, 25A saylı fərdi yaşayış evinə 0.022 ha torpaq sahəsi ilə birlikdə yönəldildikdə və onun satışından 1 ay sonra həmin fərdi yaşayış evininistifadə hüquqlarının itirilmiş hesab edilməsini, evdən çıxarılmasını və evin boşaldılmasını, tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alinmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 2(039)-403/2018 nömrəli qətnaməsi ilə (hakim Vəzirxan Məlikov) iddia təmin edilmiş, 09 sentyabr 2015-ci il tarixli 115.LN.2102.090915.00003 saylı Kredit Müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 5677.06 ABŞ dolları əsas, 2001.03 ABŞ dolları faiz, 23.27 ABŞ dolları cərimə olmaqla, cəmi 7701.36 ABŞ dolları milli manat ekvivalentində borcun tutulması, tutmanın Cavabdeh1 məxsus Yevlax şəhəri, C.Kərimov küçəsi, 25A saylı fərdi yaşayış evinə 0.022 ha torpaq sahəsi ilə birlikdəyönəldilməsi, həmin evin açıq hərracda satılması və borcun qeyd olunan fərdi yaşayış evinin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, Cavabdeh1 məxsus Yevlax şəhəri, C.Kərimov küçəsi, 25A saylı fərdi yaşayış evinə 0.022 ha torpaq sahəsi ilə birlikdə yönəldildikdə və onun satışından 1 ay sonra həmin fərdi yaşayış evininistifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması, tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alinmasına dair xər cin cavabdehlərdən tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 yanvar 2018- ci il tarixli, 2(039)-403/2018 nömrəli qətnaməsi dəyişdirilərək 14 sentyabr 2015-ci il tarixli 115.CL.220714.00007/a nömrəli ipoteka müqaviləsinə uyğun olaraq ipoteka qoyulmuş, Yevlax şəhəri, C.Kərimov küçəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,022 ha torpaq sahəsi ilə birlikdə, onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 66,51 m2 ümumi, 42.02 m2 yaşayış, 24,49 m2 yardımçı sahədən ibarət 25 A nömrəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qi yməti 30000 (otuz min) manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ASC-nin İdarə Heyətinin Sədri X və vəkili Vəkil kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ci il tarixli 2(107)-1648/2018 nömrəli qətnaməsinin ipoteka qoyulmuş əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunaraq əmlakların ilkin satış qiymətinin müəyyən olunması və nəticəsindən asılı olaraq yeni qərar qəbul olunması üçün işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müəyyən olunmuş ipoteka predmetin in ilkin satış qiyməti real bazar qiymətlərindən xeyli artıq qiymətləndirilmişdir. İşin materiallarında olan 14 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinin əlavə razılığına əsasən sözügedən əmlak 14171 ABŞ dollara (08.09.2015-ci il tarixə olan məzənnə: 1,0483), yəni 14855 manata qiymətləndirilmişdir. Halbuki, üç ildən çox müddətdən sonra hazırki bazar qiymətlərini nəzərə alaraq, daşınmaz əmlak bazarında qiymətlər dəyişmiş və xeyli aşağı düşmüşdür. Bu səbəbdən məhkəmə qətnamədə səhv nəticəyə gəlmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gə lməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya şikayətində qətnamənin yalnız ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi hissəsi mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin yalnız həmin hissəsinin qanuniliyini və əsaslılığını yoxlayır, qətnamənin mübahisləndirilməyən hissələri hazırki kassasiya baxışının predmetini təşkil etmir. İşin məhkəmələr tərəfindən müəyyən ed ilmiş faktiki halları ondan ibarətdir ki, İddiaçı ASC tərəfindən 09 sentyabr 2015-ci il tarixli 115.LN.2102.090915.00003 saylı Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 36 ay müddətinə illik 23%-lə 6000 (altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 09 sentyabr 2015-ci il tarixli 115.LN.2102.090915.00003 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) arasında 14 sentyabr 2015-ci il tarixli İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-nə Yevlax şəhəri, C.Kərimov küçəsi, 25A saylı fərdi yaşayış evinə 0.022 ha torpaq sahəsi ilə birlikdə ipoteka hüququ verilmiş və onun qey diyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Cavabdeh1 09 sentyabr 2015-ci il tarixli 115.LN.2102.090915.00003 saylı Kredit Müqaviləsi üzrə İddiaçı ASC-nə 27.10.2017-ci il tarixə olan borcu 5677.06 ABŞ dolları əsas, 2001.03 ABŞ dolları faiz, 23.27 ABŞ dolları gecikdirməyə görə cərimə olmaqla, cəmi 7701.36 ABŞ dolları təşkil edir. Bu günədək Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmiş olsa da, tutma yönəldilən ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməməkdə haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi q eyd etmişdir ki, “HEBA Consulting” tərəfindən verilmiş 12 sentyabr 2018-ci il tarixli Ş-1029 nömrəli rəyi sübut kimi qəbul edir və ipoteka predmeti olan, Yevlax şəhəri, C.Kərimov küçəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,022 ha torpaq sahəsi ilə birlikdə, onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 66,51 m2 ümumi, 42.02 m2 yaşayış, 24,49 m2 yardımçı sahədən ibarət 25 A nömrəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 30000 (otuz min) manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə əsaslı və qanunidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yaz ılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qiymətləndirici “HEBA Consulting” tərəfindən əmlaka qiymət qoyularkən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edildiyindən məhk əmə həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. İddiaçı kassasiya şikayətində məbləğin çox yüksək olduğunu qeyd etsə də, kassasiya şikayətinə ipoteka predmetinin qiymətinin daha aşağı olması barədə heç bir sübut əlavə edilməmişdir. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsi üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şika yətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ci il tarixli 2(107)1648/2018 nöm rəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2404/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2404/2019
20.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver