Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2405/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2405/2019 15 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli, 2(107)-208/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim H.Mirzəliyev) 16 dekabr 2016-cı il tarixli, 2(051)4232/2016 nömrəli qətnaməsi i lə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 24551 ABŞ dolları məbləğdə əsas kredit borcu, 3553,98 ABŞ dolları məbləğdə faiz borcu və 10 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 28114,98 ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb İddiaçı KB ASC-nə ödənilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 40 saylı evin 46 saylı mənzilinə yönəldilməsi, Mənzilin ilkin satış qiymətinin 32000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh1 və Cavabdeh2 banka olan borcunun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X2 və X1 Mingəçevir şəhərin in Naxçıvan küçəsindəki 40 saylı evin 46 saylı mənzilindən çıxarılmaları, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsumün Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı KB ASC-nin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) 26.09.2018-ci il tarixli, 2(107)-208/2018 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 16 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və onun vəkili X3 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.551 ABŞ dolları məbləğdə əsas kredit borcu, 3.553,98 ABŞ dolları məbləğdə faiz borcu və 1.821,18 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 29.926,16 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub İddiaçı KB ASC-nə ödənilməsi, ödəmənin Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 40 saylı evin 46 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 32000 manat olmaqla hərracda satılması, satış dan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcun ödənilməsi və əmlak satıldıqdan sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X4 və X1 tutduğu yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və onun vəkili X3 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə göstərdiklərini qətnamədə əsaslandıra bilmədiyindən mənzilin hansı məbləğdə olan kredit borcu ilə əlaqədar ipotekaya qoyulmasını qeyd etməm işdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsini nəzərə almamışdır. Belə ki, məhkəmə 24 dekabr 2014-cü il tarixli Əlavə Kredit müqaviləsi, 16 mart 2015-ci il tarixdə onun Cavabdeh1lə Saziş bağlamqla kredit müqaviləsini dəyişdirsə də bununla əlaqədar İpotekaqoyanla və zaminlə bununla bağlı razılaşmamış və onlarla müvafiq müqavilələr bağlanmadığından sonradan yaranmış kredit öhdəlikləri ondan əvvəl bağlanmış ipoteka müqaviləsi və zaminlik müqaviləsində razılaşmadığından iddianı təmin edən qətnaməni qəbul etməkdə haqlı olmamışdır. Qeyd etdiyi maddi normaları isə formal olaraq göstərməklə araşdırmanı yekunlaşdırmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlmə əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Ancaq 20 dekabr 2014-cü il tarixli İpoteka müqaviləsində gələcəkdə bağlanacaq hansısa kredit öhdəlikləri ilə bağlı hər hansı şərt mövcud olmadığı halda mülkiyyətlərində olan mənzil qanunsuz olaraq ipoteka müqaviləsində qeyd edilməmiş kredit öhdəliyinin təminatı kimi yönəlmə aparılaraq hərraca çıxarılması qət olunmuşdur. Bununla da onların mülkiyyət hüquqları pozulmuşdur. Eynilədə Zaminlik müqaviləsi sonradan yaranmış öhdəliyin təminat ı kimi qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 26.09.2018-ci il tarixli qətnaməsi ilə Mingə çevir Şəhər Məhkəməsinin 16 dekabr 2016-cı il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən Cavabdeh2a aid hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 24 dekabr 2014-cü il tarixli, 25MFBK/14-A №li əlavə kredit müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçı KB ASC ilə müqavilə bağlayaraq, 27.000 ABŞ dolları məbləğdə kredit almış, aldığı borc məbləğini illik 22 faiz əlavəsi ilə, 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Cavabdeh2 20 dekabr 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlamış və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 16 mart 2015-ci il tarixli sazişə əsasən, tərəf lər arasında bağlanmış 24 dekabr 2014-cü il tarixli 25MFBK/14-A saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilmişdir. DƏDRX-nin Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışın surətinə əsasən, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 40 saylı binanın 46 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 03 aprel 2009-cu il tarixdə qeydiyyata alınmışdır. DƏDRX-nin Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən, Mingəçevir şəhərinin Naxçıvan küçəsindəki 40 saylı evin 46 saylı mənzili yuxarıda qeyd olunan kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi 24 dekabr 2014-cü ildə qeydiyyata alınmışdır. 20 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləs inin təminatı kimi, Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 40 saylı evin 46 saylı mənzilini ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri 32000 manat məbləğdə qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbin ə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir; 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 439.1-ci maddəsinin tələbinə əsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər; 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır; 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət h üququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vuru lmuş zərərin əvəzinin ödənilməsi, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. 34.1.1-ci maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun əsaslarından biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 41.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olu nmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan avtomobil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Cavabdeh1 24 dekabr 2014-cü il tarixdə İddiaçı KB ASC ilə əlavə kredit müqaviləsi bağlayaraq 27000 ABŞ dolları məbləğdə kredit almış, aldığı borc məbləğini illik 22 faiz əlavəsi ilə, 36 ay müddətində tam ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Cavabdeh2 20 dekabr 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlamış və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh1 20 dekabr 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlamış və mülkiyyətində olan, Mingəçevir şəhərinin Naxçıvan küçəsindəki 40 saylı evin 46 saylı mənzilini banka ipotekaya qoymuşdur. İpotekaya qoyulan ev q arşılıqlı razılıq əsasında 32000 manat məbləğdə qiymətləndirilmişdir. Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinin 6.3-cü maddəsində göstərilmişdir ki, hər gecikdirilən gün üçün ödənilməli olan faiz məbləğinin illik 360%-dək cərimə ödənilir. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 182118 ABŞ dolları məbləğdə cərimə hesablanmışdır. Lakin məhkəmə borcluya 1821,18 ABŞ dolları məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı məna feləri nəzərə alınır. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, borcludan 10 ABŞ dolları miqdarda dəbbə pulu alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3 avqust 2018-ci il tarixli, 4972 nömrəli məhkəmə ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 24.12.2014-cü il tarixli 25MFBK/14-A saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 03 avqust 2016-cı il tarixinə (qərardadın tarixinə) İddiaçı olan borcu 28,697,81 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: -əsas borc üzrə 24.791,03 ABŞ dolları; faiz borcu üzrə 3.906,78 ABŞ do lları. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən 03.08.2016-cı il tarixdən sonra 3.604,01 ABŞ dolları məbləğində ödənişin aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 03.08.2016-cı il tarixə göstərildiyindən 3.604,01 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. (Ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş manat) manat təşkil edir). İddiaçı KB ASC-nin nümayəndəsi iddia ərizəsində ilə əsas kredit borcuna görə 24551 ABŞ dolları, faiz borcuna görə isə 3553,98 ABŞ dolları tələb etdiyindən, ekspert rəyi ilə müəyyən edilmiş borcun məbləğləri isə tələb olunandan daha artıq olduğundan Azərbaycan Res publikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə düzgün olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə Cavabdeh1 aid hissədə əsaslı və qanuni hesab edilmişdir. Kassasiya kollegiyası iddianın Cavabdeh1 aid təmin edilmiş hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılşsa da, qətnamənin Cavabdeh2 aid təmin edilmiş hissəsində maddi hüquq normasının pozuntusuna yol verildiyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddə ləri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasın ı, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. İstinad edilən qərarda əks olunmuş hüquqi mövqedən görünür ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan əlavə kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Alınmadığı halda isə bu hal məsuliyyətin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hal kimi qiymətləndirilməklə Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyə xitamın verilməsi əsası kimi nəzərə alınmalıdır. Göründüyü kimi, iddianın zamin qismində E.Mehdiyevə aid hissədə təmin edilməsindən öncə qeyd edilən halların araşdırılması zərurəti olsa da, apellyasiya instansiyası məhkəməsi bu hallarla bağlı hər hansı araşdırma aparmamaqla maddi hüquq normasının tətbi qində səhvə yol vermişdir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı istinad edilənlərin araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın Cavabdeh2 aid təmin edilmiş hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli, 2(107)208/2018 nömrəli qətnaməsi iddianın Cavabdeh2 aid təmin edilmiş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-2405/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2405/2019
15.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver