Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2405/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçı “xxxx” ASC-nin vəkili X2 və Cavabdeh2 vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-1273/2019 saylı qətnaməsindən Cavabdeh2 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-249/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim P.A.Hüseynov) iddiaçı “xxxx” ASC-nin Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 227.475,69 manat, faiz borcuna görə 73.768,72 manat, hesablanmış cəriməyə görə 1.000 manat, cəmi 302.274,41 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan ipoteka predmeti ilə yüklü edilmiş ilkin satış qiyməti 300.000 manat müəyyən edilməklə, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən xüsusi mülkiyyətində olan 0,072 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 245,79 kv.metr olan “B-1141” saylı bağ evinə və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məxsus olan ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 150.000 manat müəyyən edilməklə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 3 saylı evə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına cəmi 302.274,41 manat kredit borcunun ödənilməsi, qalan məbləğin müvafiq qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ödənilməsi, ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun ödənilməyən digər hissəsinin Cavabdeh1 alınaraq iddiaçı təşkilata ödənilməsi, ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətində olan 0,072 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 245,79 kv.metr olan “B-1141” saylı bağ evinə, həmçinin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 3 saylı evə olan istifadə hüquqlarının itirilməklə, onların həmin əmlaklardan çıxarılmaları və həmin əmlakların boşaldılması qət edilib. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-1273/2019 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinə aid hissədə dəyişdirilərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 3 saylı e vin ilkin satış qiymətinin 203.000 manat müəyyən edilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilib. Cavabdeh2 qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh2 vəkili Rasim Bəgülov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı “xxxx” ASC-nin vəkili Kənan Cabbarlı məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərda r edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apely asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qimətinə aid hissədə dəyişib, qalan mübahisələndirilən hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olmasına, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin düzgün qiymətləndirilməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 739.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələb ləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 250.000 manat kredit verilib. xx xxxxxx 2012-ci il tarixli kred it müqaviləsi, ona edilmiş və ya ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün iddiaçı təşkilatla cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli ipoteka müqaviləsinə və həmin müqaviləyə 1 və 2 saylı əlavəyə əsasən, ilkin satış qiyməti 120.000 manat müəyyən edilməklə, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, istifadədə olan 0.01265 ha torpaq sahəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 97.1 kv.metr olan 3 saylı fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. Eyni zamanda iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli ipoteka müqaviləsinə, həmin müqaviləyə 1 və 2 saylı əlavəyə əsasən ilkin satış qiyməti 250.000 manat müəyyən edilmə klə, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, mülkiyyətdə olan 0,072 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 4 otaqlı, yaşayış sahəsi 97,7 kv.metr, köməkçi sahəsi 146.02 kv.metr olan B-l 141 bağ evi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. İpoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində iddiaçı təşkilatın adına qeydə alınıb. İşə əlavə edilmiş xx xxx 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə xx xxx 2016-cı il tarixə iddiaçı təşkilata olan əsas borcu 247.475,69 manat, faiz borcu 36.230,12 manat, artırılmış faiz borcu 2.968,09 manat, komissiya xərci 2.474,76 manat olmaqla, cəmi kredit borcu 286.673,90 manat təşkil edir. Daha sonra işdən görünür ki, kredit müqaviləsi üzrə ödəniş aparıl madığı dövr 7 ay, əsas məbləğ üzrə gecikmə dövrü isə 12 ay təşkil edir. Həmçinin iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə xx xxx 2015-ci il tarixdə edilmiş 1 və 2 saylı əlavədən görünür ki, əlavə razılığın şərtlərinə görə birinci ödəniş xx xxx 2015-ci il, sonuncu ödəniş isə xx xxxxxx 2017-ci tarixdən gec olmayaraq həyata keçirilməli idi. İşə əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, qeyd olunan kredit müqaviləsi üzrə borclu Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixə iddiaçı təşkilata əsas borcu 227.475,69 manat, faiz borcu 73.768,72 manat, artırılmış faiz borcu 17.053,72 manat olmaqla, cəmi 318.298,13 manat təşkil edir. Ödəniş aparılmadığı dövr 1 ay, əsas məbləğ üzrə gecikmə dövrü isə 28 ay olmuşdur. “X7” MMC xx xxxxxxx 2017-ci il eksp ert rəyindən görünür ki, xx xxxxxxx 2017-ci il tarixə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, mülkiyyətdə olan 0,072 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 245,79 kv.metr olan “B-1141” saylı bağ evinin bazar dəyəri 300.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 3 saylı evin bazar dəyəri 150.000 manat təşkil edir. “xxxx” MMC xx xxxxxx 2019-cu il ekspert rəyindən görünür ki, xx xxxxxx 2019-cu il tarixə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, mülkiyyətdə olan 0,072 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 245,79 kv.metr olan “B-1141” saylı bağ evinin bazar dəyəri 284.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 3 saylı evin bazar dəyəri 230.000 manat təşkil edir. “xxxx” MMC xx xxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, xx xxxx 2019-cu il tarixə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 3 saylı evin bazar dəyəri 203.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli ekspert rəyindən isə görünür ki, borclu Cavabdeh1 iddiaçı təşkilata xx xxxxxx 2017-ci il tarixə olan əsas borcu 227.475,69 manat, faiz borcu 73.768,72 manat olmaqla, cəmi 301.244,41 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllən in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit, iploteka müqa vilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, kredit müqaviləsi üzrə borclu Cavabdeh1 iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun yaranması, ipoteka predmetinin ilkin satış qiymətinin birinci instansiya məhkməsi tərəfindən düzgün müəyyən edilməməsi, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apelyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilib, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilib. İşdən görünür ki, Cavabdeh2 qət namədən kasasiya şikayətini şikayət xatirinə verib və o, kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, kredit borcunun düzgün hesablanmamasını və sair göstərsə də, apelyasiya instansiyası məhkəməsinin hansı maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin hansı həqiqi halları üzrə səhv nəticəyə gəlməsini kasasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Ka sasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tap madığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-1273/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2405/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2405/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver